SƏRSÜFRƏ
SƏRTAC
OBASTAN VİKİ
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Nəcəfqulu xan Qaradağlı (Sərşar)
Nəcəfqulu xan (Əhər, Şərqi Azərbaycan ostanı – 1813) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ xanı (1783-1786). Kazım xan Qaradağlının oğlu. == Həyatı == Əhər şəhərində doğulub. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan bir müddət qardaşı Mustafaqulu xanın əvəzinə xanlıq etmişdi. Mustafaqulu xan zindandan çıxdıqdan sonra onu tutdurub Şuşa qalasına göndərmişdi. Bir müddətdən sonra zindandan azad olunub Qaradağa qayıtdı. 1791-ci ildə qardaşı tərəfindən Ağaməhəmməd xana girov verildi. Nəcəfqulu xan sonralar Ağaməhəmməd şah Qovanlı-Qacarın yaxın adamlarından birinə çevrildi.