SƏTİR
SƏTİRBAŞI
OBASTAN VİKİ
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sətir printeri
Sətir printeri (en. line printer) – adi matrisli printerdə olduğu kimi, bir dəfəyə bir simvolu deyil, bir sətri və ya lazerli printerlər kimi, bir səhifəni çap edən hər hansı printer. Sətir printerləri, adətən, 1117 düymlük vərəqlərə çap edir. Bu sürətli qurğulardan (dəqiqədə təxminən 3000 sətir) çox zaman biristifadəçi sistemlərində deyil, meynfreymlərdə, minikompüterlərdə və ya hesablama şəbəkələrində istifadə edilir. Belə qurğuların iki növü vardır: zəncirvari printerlər (CHAIN PRINTER) və daha müasir lentli printerlər (BAND PRINTER). Məşhur LPT abreviaturası (MS-DOS’da kompüterin paralel çıxış portunu göstərir) ilkin olaraq məhz sətir printerlərini bildirirdi. Bir dəqiqədə sətirlərin sayı (en. lines per minute (LPM)) – printerin sürətinin ölçüsü; bir dəqiqədə çap olunan simvollu sətirlərin sayı. Bir dəqiqədə sətirlərin sayı, adətən, sətir printerlərini (LINE PRINTER) xarakterizə edir, çünki onlarda istənilən məzmunlu sətirlər eyni müddətdə çap olunur. Başqa sürət ölçüləri bunlardır: bir saniyədə simvolların sayı (CHARACTER PER SECOND, CPS), adətən, matrisli printerlərin xarakteristikası kimi istifadə olunur; bir dəqiqədə səhifələrin sayı (PAGES PER MINUTE, PPM) səhifə printerlərinin (PAGE PRINTER), məsələn, lazerli printerlərin xarakteristikasıdır.
Sətir nömrəsi (informatika)
Sətir nömrəsi (ing. line number) – mətn emalı proqramı tərəfindən sətrə verilən və həmin sətrə baxış, onun redaktəsi və ya çapı zamanı istifadə olunan ardıcıl nömrə. Bəzi mətn redaktorları və ya prossesorları sənədlərdə sətirlərə nömrələri avtomatik olaraq verilmiş addımla qoya bilir. BASIC dilində yazılmış proqramlarda sətir nömrəsi hər bir sətrə verilir, sətirlərin nömrələnməsi, adətən, 10-un misilləri olur ki, yazılmış sətirlər arasına yeni sətirlər artırmaq imkanı olsun. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Значение слова в других словарях