Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sətir keçirmə
Sətir keçirmə (ing. line feed (LF)) – kursorun və ya çap başcığının yerini dəyişmədən kompüterə və ya printerə informasiyanı cari sətirdən bir sətir aşağıda çıxarmaq komandasını verən idərəedici simvol. Məsələn, Bu, mətnin bir sətridir. cümləsinin sonunda qoyulmuş sətir keçirmə simvolu kursoru və ya printerin çap başcığını bir sətir aşağı nöqtənin altına hərəkət etdirəcək. Kursoru və ya printerin çap başcığını yeni sətrin başlanğıcına hərəkət etdirmək üçün sətir keçirmə simvolu karetin dönüşü simvolu ilə (CARRIAGE-RETURN CHARACTER) müşayiət olunmalıdır. ASCII yığınında sətir keçirmə simvolunun onluq qiyməti 10-dur (onaltılıq 0Ah). Adətən, sətir keçirmə və karetin dönüşü (onluq qiyməti 13, onaltılıq qiyməti 0Dh) simvolları bir-birinin ardınca gəlir və bu kombinasiya çox zaman sətir keçirmə-karetin dönüşü kimi qeyd olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sətir printeri
Sətir printeri (en. line printer) – adi matrisli printerdə olduğu kimi, bir dəfəyə bir simvolu deyil, bir sətri və ya lazerli printerlər kimi, bir səhifəni çap edən hər hansı printer. Sətir printerləri, adətən, 1117 düymlük vərəqlərə çap edir. Bu sürətli qurğulardan (dəqiqədə təxminən 3000 sətir) çox zaman biristifadəçi sistemlərində deyil, meynfreymlərdə, minikompüterlərdə və ya hesablama şəbəkələrində istifadə edilir. Belə qurğuların iki növü vardır: zəncirvari printerlər (CHAIN PRINTER) və daha müasir lentli printerlər (BAND PRINTER). Məşhur LPT abreviaturası (MS-DOS’da kompüterin paralel çıxış portunu göstərir) ilkin olaraq məhz sətir printerlərini bildirirdi. Bir dəqiqədə sətirlərin sayı (en. lines per minute (LPM)) – printerin sürətinin ölçüsü; bir dəqiqədə çap olunan simvollu sətirlərin sayı. Bir dəqiqədə sətirlərin sayı, adətən, sətir printerlərini (LINE PRINTER) xarakterizə edir, çünki onlarda istənilən məzmunlu sətirlər eyni müddətdə çap olunur. Başqa sürət ölçüləri bunlardır: bir saniyədə simvolların sayı (CHARACTER PER SECOND, CPS), adətən, matrisli printerlərin xarakteristikası kimi istifadə olunur; bir dəqiqədə səhifələrin sayı (PAGES PER MINUTE, PPM) səhifə printerlərinin (PAGE PRINTER), məsələn, lazerli printerlərin xarakteristikasıdır.
Sətir nömrəsi (informatika)
Sətir nömrəsi (ing. line number) – mətn emalı proqramı tərəfindən sətrə verilən və həmin sətrə baxış, onun redaktəsi və ya çapı zamanı istifadə olunan ardıcıl nömrə. Bəzi mətn redaktorları və ya prossesorları sənədlərdə sətirlərə nömrələri avtomatik olaraq verilmiş addımla qoya bilir. BASIC dilində yazılmış proqramlarda sətir nömrəsi hər bir sətrə verilir, sətirlərin nömrələnməsi, adətən, 10-un misilləri olur ki, yazılmış sətirlər arasına yeni sətirlər artırmaq imkanı olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əmr sətiri
Əmr sətiri və ya Terminal – əməliyyat sistemində kompüterə əmrlər verilməsi üçün istifadə olunan proqram. Əmr sətirində qrafiki istifadəçi interfeysi olmadığından əmr sətri yalnız mətnlərdən ibarət olur. Əmr sətiri daha çox Unix bənzəri əməliyyat sistemlərində əlverişlidir. MS DOS-da isə çox az, demək olar ki, istifadə olunmur. Əmr sətiri sistemdən-sistemə dəyişiklik göstərə bilər.
Sətirbaşı
Abzas (və ya Sətirbaşı) — hər hansı mətnin sətrin əvvəlindən sonrakı sətrin əvvəlinə qədər olan hissəsi. Abzas hekayə üsullarından və düşüncə inkişaf yollarından istifadə etməklə bir duyğu, düşüncə, xahiş, vəziyyət, təklif, hadisənin bir tərəfini, yalnız bir cəhətini təsvir edən yazı növüdür. Sözlər vasitəsilə cümlələr, cümlələr vasitəsilə abzaslar, abzaslar vasitəsilə məqalələr, mətnlər yazılır. Abzas bir neçə cümlədən ibarətdir. Sətir başlanğıcı; Mətnin bir sətirbaşından digər sətirbaşına qədər olan hissəsi; Çap və ya əlyazması mətnlərində sətirbaşında verilən ara, sətirbaşı; Mətnin iki sətirbaşı arasındakı məzmunca bağlı hissəsi; Mətnin hər hansı bir hissəsinin əvvəlində boş yer (sətirbaşı); Mətnin sətirbaşı ilə ayrılmış, məna baxımından nisbətən tamamlanmış hissəsi. == Ədəbiyyat == Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı: İnformasiya Texnologiyaları nəşriyyatı, 2009, 201 s.
Sətiriçi altproqram
Sətiriçi altproqram (en. in-line subroutine ~ ru. встроенная подпрограмма ~ tr.satır içi alt yordam)– çağrıldıqları bütün yerlərdə deyimləri tamamilə proqrama yerləşdirilmiş altproqram. Sətiriçi altproqramdan fərqli olaraq, adi altproqramlar yalnız proqramın bir yerində yerləşdirilir və həmin altproqramı proqramın hansı yerində çağırmaq lazımdırsa, orada uyğun deyim yazılır. Sətiriçi altproqramlar bütövlükdə proqramın yerinə yetirilməsini yaxşılaşdırır, ancaq onlar proqram kodunun uzunluğunu da artırır. Sətiriçi altproqramlar adi altproqramlardan fərqlənsə də, onlar da həmin sintaktik və semantik qaydalara tabedir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətiriçi emal
Sətiriçi emal (en. in-line processing ~ ru. встроенная обработка ~ tr. satır içi işlem ) – sürət və ya saxlama parametrlərini optimallaşdırmaq üçün proqramın aşağı səviyyəli dildə yayılmış seqmenti üzərində yerinə yetirilən əməliyyat. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətiriçi kod
Sətiriçi kod (en. in-line code ~ ru. встроенный код ~ tr. satır içi kod) – yüksək səviyyəli proqramlaşdırma dilində yazılmış proqramlara daxil edilmiş assembler və ya maşın dilinin komandaları. Sətiriçi kodlar kompliyatordan asılı olur və bir kompilyatordan başqasına keçdikdə çox ciddi dəyişikliyə uğrayır (əlbəttə, əgər bu, ümumiyyətlə, mümkündürsə). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sətirlər (Turan Uğur)
Sətirlər — Dünya və Azərbaycan ədəbiyyatının poetik nümunələrilə ömürlərə sətir-sətir yazılacaq "Sətirlər" verilişi AzTV-nin "Mədəniyyət" kanalında hər həftənin 4-cü günü saat 21:15 də yayımlanır. İlk buraxılışı 2019-cu ilin aprelin 1 də efirə gedən proqram məşhur İspan şairi Federiko Qarsia Lorkaya həsr olunmuşdu. Proqramın ssenari müəllifi "Mədəniyyət" kanalının "Buraxılış və əlaqələndirmə şöbəsinin" redaktoru, gənc şair Turan Uğurdur.(İsmayılzadə Turan Asif oğlu) Verilişin aparıcısı: Xalq artisti, füsunkar aktrisamız, Mehriban Zəkidir. Verilişin redaktoru: Yazıçı, jurnalist Azər Qismətdir. Verilişin quruluşçu rejissoru: Bəhram Yaqublu, quruluşçu operatoru Müşfiq Qasımovdur. Baş redaktor: Əməkdar jurnalist, Flora Xəlilzadədir. Verilişdə Mikayıl Müşfiq, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Araz, İsmayıl Şıxlı, Nüsrət Kəsəmənli, Camal Yusifzadə, habelə Lorka, Yesenin, Hüqo, Düma, Mopassan kimi ədiblərin həyat və yaradıcılıqlarına yer ayrılıb.
Sətirlər üzərində əməllər
Sətirlər üzərində əməllər(string operations,операции над строками,dizgi işlemleri)-sətirlər üzərində yerinə yetirilən əməllər. Tutaq ki, A dəyişəni “ÜZEYİR” sətrini, B dəyişəni isə “HACIBƏYLİ” sətrini ifadə edir. Aşağıda Java dilində bəzi nümunələr verilib: 1.İki sətrin eyni olub-olmamasını bilmək üçün onları müqayisə etmək. Məsələn, A.equals(B) (başqa proqramlaşdırma dillərində A==B, yaxud A=B) yalan olacaq. 2. Bir sətrin əlifba üzrə obiri sətirdən öndə gəlməsini müəyyənləşdirmək. Məsələn, A.compareTo(B)<=0 yalan olacaq (çünki ÜZEYİR sətri əlifba üzrə HACIBƏYLİ sətrindən sonra gəlir). Başqa proqramlaşdırma dillərində bu, A<B kimi ifadə olunur. Əlifba sırası Unicode simvol kodlarının əsasında müəyyən olunur, ona görə də kiçik hərflər böyük hərflərdən sonra gəlir (Bax: UNICODE). 3. Sətirləri ardarda qoşmaq (konkatenasiya). Məsələn, A+“ ”+B nəticəsində “ÜZEYİR HACIBƏYLİ” alınacaq.
Sətirlərarası boşluq
Sətirlərarası boşluq (en. leading /ˈlɛdɪŋ/ LED-ing) – mətnin sətirləri arasındakı punktla (POINT) göstərilən boşluq; bir sətrin oturacağından (təməl xəttindən) növbəti sətrin oturacağına kimi götürülür. Ənənəvi mətbəə təcrübəsindən yaranıb, belə ki, o zamanlar mətnin metal literlərinin arasına nazik qurğuşun (ingiliscə “lead” – “qurğuşun”) zolaq qoyulurdu. Adətən, çap olunan mətnin sətirləri arasındakı məsafə şriftin ölçüsündən bir və ya iki punkt böyük olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Gətir
Gətir — lazımi məhsulları 10 dəqiqə ərzində gətirməyi hədəfləyən tətbiqetmə üzərindən işləyən onlayn bazar tətbiqidir. İstanbul, Ankara, İzmir, Bursa və Kocaelinin seçilmiş bölgələrində 100-dən çox anbarı ilə istifadəçilərə xidmət göstərir. Gətir ərzaq sifariş sistemi ilə yanaşı, yemək sifarişini qısa müddətdə çatdırmaq üçün müəyyən bölgələrdə Getir Yemek sistemini xidmətə gətirdi. Maykl Moritzin başçılıq etdiyi xarici investorlar bu tətbiqetməyə 38 milyon dollar sərmayə qoymuşlar.
Səbir
Səbir - xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
Sətif
Sətif və ya Setif (ərəb. سطيف‎, fr. Sétif) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir. Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir. == Tarixi == Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir.
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Ətir
Ətir — iyli əsas yağlar, aroma mürəkkəblər, fiksasiyaedicilər və ya həlledicilərin qarışığı. İnsan bədəninə, heyvanlara, obyektlərə və yaşayış fəzalarına xoş iy vermək üçün istifadə edilir. == Tarixi, == Qədim dövrlərdə çinlilər, hindular, israillilər, misirlilər, ərəblər, yunanlılar və romalılar tərəfindən istifadə olunmaqda idi. Latın dilindən tamamilə uçucu mənasına gələn per fumum sözündən meydana gəlmişdir.
Səbir (Lənkəran)
Səbir — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Səbir kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Tarixi == “Səbir” sözünün mənası müqəddəs “Quranda” Allahın “birinci” adı deməkdir. Əvvəllər bağ olan bu kənddə sırf azərbaycanlılar yaşayan “səbir edən” qəbilə yaşamışdı. 1900-cu illərdən sonra kəndin məscidi və dəyirmanı fəaliyyətdə olub.Çünki kənd camaatı taxılçılıq, maldarlı, bostançılıq və əkinçiliklə məşğul olublar. 1932-ci ildə “Səbir” kəndində yaradılan kolxoza “Bolşevik kolxozu” adı verilmişdi. Kəndin özünün dəyirmanı,xirmanı, 500 hektardan çox taxıl-əkin sahəsi, barıt anbarı və indiyə qədər yerdən 1 m-yə qədər kürsüsü toxunulmaz qalan Məscidi olub-qalmaqdadır və ocaq-pir kimi qorunur. Lənkərançayın bir qolu məhz bu kənddən keçib Xəzər dənizinə axirdı.Ona görə də çəltikçilik və çay sahələri salinib. Bu illərdə Lənkəranda məhz “Səbir” kəndində şəkər qamışı və şəkər çuğunduru əkilib-istehsal olunurdu. Ona görə də bu kolxoza “Şəkər bağı” adı verilib ki, 2000-ci illərdə “Leninçi” qəzetində öz əksini tapıb.
Səbir (dəqiqləşdirmə)
Səbir Səbir (Lənkəran) — Azərbaycanın Lənkəran rayonunda kənd.
Səbir qalası
Dözüm qalası (nid. Fort Lijdzaamheid) — Qananın Apam qəsəbəsində yerləşən niderland qalasıdır. == Tarix == Qala ilk dəfə 1697-ci ildə, Hollandiya ilə müqavilə bağlamış və britaniyalılar ilə müqavilə bağlayan Fante və Aqona krallıqları arasında yerləşən Akron kralının xahişi ilə ticarət lojası olaraq inşa edilmişdir. Niderland Qərbi Hindistan şirkətinin rəhbərləri bu təkliflə yalnız minimum xərclərlə tikiləcəyi şərtilə razılaşdılar. Akron bundan məmnun deyildi və niderlandları tez-tez əgər istehkamları genişləndirməsələr qovulacaqları ilə hədələyirdi. Nəticədə binanı bitirmək üçün beş il gərək oldu və buna görə də tikiliyə Fort Lijdzaamheid ("səbir qalası") adını verdilər.Loja 1721-ci ilə qədər şimaldan Apam limanına, cənubdan dağlıq yarımadaya, şərq və qərbdən isə Qvineya körfəzi sahilinə komandanlıq görünüşü təqdim edən bir müdafiə istehkamına çevrildi. 1782-ci ilin əvvəlində kapitan Tomas Şirley 50 toplu Leander gəmisi və şlyup tipli Alliqator gəmisi ilə Hollandiyanın Qızıl sahilinə üz tutdu. Hollandiya bu dövrdə Britaniya ilə müharibədə idi və Şirley Səbir qlası da daxil olmaqla ərazidəki niderland qalalarını ələ keçirdi. == Quruluşu == Qalanın orijinal quruluşu kiçik iki mərtəbəli daş loja idi. Qala 1701-1721 illəri arasında Niderlandiya tərəfindən şimal-qərbdə və cənub-şərqdə bir yerləşən bir yarım-bazaya çevrildi.
Çətir fəvvarəsi
Çətir fəvvarəsi (rus. Фонтан Зонтик) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. == Tarixi == Çətir fəvvarəsi parka istirahət etməyə gələn qonaqları əyləndirmək və onlara zarafat etmək üçün yaradılmışdır. Bayram paltarlarını geyinmiş yorğun qonaqlar çətir damının altında yerləşən skamyalara otururdular. Birdən çətirin kənarlarından təzyiqlə su axmağa başlayır və qaçmağa çalışan qonaqların hamısı islanırlar. İndi fəvvarə bütün vaxt işləyir və beləliklə onu seyr etmək istəyən ziyarətçiləri duruxma və anlaşılmamazlıq halına salmır.
Çətir şəlaləsi
Çətir şəlaləsi — Şuşa rayonunda Daşaltı dərəsində yerləşir. Çətir şəlaləsi el arasında suyun yaratdığı nadir səsə görə “Şır-şır” şəlaləsi kimi də tanınır. Qarabağ separatçılarının rəsmisi Lusine Qaraxanyanın dediyinə görə İkinci Qarabağ müharibəsindən sonra, şəlalənin olduğu ərazi neytral zona sayılır.
İstirahət satir
İstirahət satir və ya söykənən Satir — Bu növün təxminən 115 nümunəsi məlumdur, onlardan ən yaxşısı Kapitolin Muzeylərində sərgilənir. İstirahət Satir heykəli tipi bəzən faun adlandırılan gənc satiri göstərir, onu aydın uclu qulaqları və gövdəsinə taxılan və ya satirik yaxınlığındakı dirəyə qoyulmuş pardalid (panter dərisi) ilə tanımaq olar. == Haqqında == Qədim yunan mifologiyasında satirlər üzüm məhsulu, ritual dəlilik, teatr və məhsuldarlıq tanrısı Dionisin kişi yoldaşlarıdır. Dionysusun davamçıları olaraq, satirlər şərabı, qadınları sevmələri və borularında və ya fleytalarında musiqi çalmaqları ilə tanınırlar. Erkən Yunan sənətində satirlər çox vaxt sənətdə kobud, daha yaşlı və çirkin kimi təsvir olunurdu. Satirdə panter dərisinin olması onların vəhşi heyvan təbiəti ilə əlaqəsini bildirir. Satirlər də tez-tez saxsı qablarda vəhşi və vəhşi cinsi təbiətlərini ifadə etmək üçün dik fallus ilə çılpaq şəkildə təsvir edilmişdir.
Fuad İsmayılov (səfir)
Fuad İsmayılov (26 aprel 1968, Bakı – 23 fevral 2011) — Azərbaycan diplomatı. == Həyatı == Fuad İsmayılov 1968-ci il aprelin 26-da Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Prezident Adminstrasiyasında, Azərbaycanın xaricdəki müxtəlif diplomatik missiyalarında çalışıb. 2005-ci ildə Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Fuad İsmayılov həmçinin Azərbaycanın ATƏT-də, bir sıra beynəlxalq təşkilatlarda daimi nümayəndəsi, Slovakiya və Sloveniyada səfiri olub. 2011-ci ildə vəfat edib. == Ailəsi == Fuad İsmayılovun vəfatından sonra, həyat yoldaşı 2013-cü ilin martında Cavid Qurbanov ilə ailə həyatı qurub.
Hüseyn Quliyev (səfir)
Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri == Həyatı və təhsili == 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Evlidir, iki uşağı və üç nəvəsi var. == Fəaliyyəti == 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur. 1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
Namiq Əliyev (səfir)
Namiq Əliyev (Namiq Həsən oğlu Əliyev; 19 may 1956, Bakı) — Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Namiq Həsən oğlu Əliyev 1956-cı il mayın 19-da Bakı şəhərində anadan olub. Valideynləri Tiflis şəhərindəndir. 1963–1973-cü illərdə Bakıdakı 160 saylı orta məktəbdə təhsil alıb. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan nəqliyyat prokurorluğunun müstəntiqi kimi başlayıb. 1989-cu ildə aspirantura yolu ilə Moskvada dissertasiya müdafiə edib, hüquq elmləri namizədi elmi dərəcəsi alıb. 1979–1991-ci illərdə Bakı Ali Partiya Məktəbində kiçik elmi işçi, müəllim, baş müəllim, dosent, dekan, dövlət quruculuğu və hüquq kafedrasının müdiri, 1992-ci il yanvarın 10-dan Azərbaycan Respublikası Ali Soveti Katibliyinin hüquq-mühafizə orqanları və müdafiə məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. 1993-cü il dekabrın 1-də Milli Məclis Katibliyinin Konstitusiya qanunvericiliyi şöbəsinin, 1996-cı il fevralın 27-də isə Milli Məclis Aparatının dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2000-ci il dekabrın 20-dən bir müddət Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı vəzifəsində çalışıb.
Nimfalar və Satir
Nimfalar və Satir (ing. Nymphs and Satyr) — tanınmış rəssam Vilyam Buqro tərəfindən 1873-cü ildə yağlı boya ilə kətan üzərində çəkilmiş rəsm əsəri. Əsər 1873-cü ildə Parisdə tamamlanmışdır. Bir il sonra impressionistlər Buqronun stilindən tamamilə fərqlənən əsərlərdən ibarət sərgi təşkil etdilər. Əsər on doqquzuncu əsrin sonlarında Sterling Klark tərəfindən Nyu-York şəhərində, "Hoffman House Hotel"in barında aşkarlanmışdır. Klark yenidən kəşf etdiyi bu əsəri 1930-cu ildən 1943-cü ilə kimi özündə saxlamışdır. Əsər hazırda Massaçusets ştatının Vilyamstaun şəhərində Klark Mədəniyyət İnstitutunun muzeyində sərgilənir. Əsərdə gölməçədə çimən dörd nimfa və onları xəlvətcə güdən bir satir təsvir edilmişdir. Şəkildə, nimfalardan üçünün satiri gölməçəyə doğru çəkdiyi, digər birinin isə başqa nimfaları da onlarla birgə əylənçməyə çağırdığı görünür.
Ramiz Həsənov (səfir)
Ramiz Ayvaz oğlu Həsənov (20 avqust 1961, Məscidli Görarxı, Marneuli rayonu) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Ramiz Həsənov 20 avqust 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almışdır. 1983–1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır. 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərmişdir. 1993–1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışmışdır. 1997–2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur. 2004–2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunmuşdur. 2008–2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri olmuşdur.
Rəşad Məmmədov (səfir)
Rəşad Eynəddin oğlu Məmmədov (31 oktyabr 1973, Kirovabad) — Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, diplomat, hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru. == Tərcümeyi-halı == Rəşad Eynəddin oğlu Məmmədov 31 oktyabr 1973 ildə Gəncə şəhərində anadan olub. === Təhsili === 1990–1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004 — G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020 — Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib və hüqüq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. === Əmək fəaliyyəti === 1990 – 1992 — Ədliyyə Nazirliyinin Aparatında Kargüzar olaraq çalışıb. 1992 – 1994 — Həqiqi hərbi xidmətdə olub. Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi botalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan N saylı hərbi hissəsində döyüş yolu keçib. 1995 – 1996 — Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub 1996 – 2000 — Bakı Hərbi Prokurorunun köməkçisi 2000 – 2001 — Azərbaycan Respublikası Xariciİşlər Nazirliyi MDB idarəsində attaşe 2001 – 2006 — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində üçüncü katib, ikinci katib.
Rəşad İsmayılov (səfir)
Rəşad İsmayılov ( Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018—2022). == Həyat və fəaliyyəti == Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. ==== Təhsili ==== 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu 1991–1996 — M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir. 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı. === Təkmilləşdirmə Kursları === 2003 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "İctimai Sərmayənin Mərkəzləşdirilməsi və Yoxsulluğun Aradan Qaldırılması" seminar proqramı.
Tək səbir (qəzet)
Tək səbir — ictimai-siyasi, satirik və yumorlu qəzet. == Tarixi == "Şirvan" xeyriyyə cəmiyyəti tərəfindən 1992-ci ildə təsis edilmişdir. Ayda iki dəfə nəşr olunur. "Molla Nəsrəddin" jurnalının bu günkü xələflərindən biridir. Naşiri və redaktoru İsgəndər Etibardır. == Mövzusu == Qəzetin ilk sayındakı proqram səciyyəli yazıda deyilir: "...bu günün ictimai-siyasi hadisələrini onların (C.Məmmədquluzadə, M.Ə.Sabir - red.) ruhuna sədaqətlə şərh etməyə, gülməlilərə gülməyə, ağlamalılara ağlamağa çalışacağıq". Qəzetin adı M.Ə.Sabirin ilk dəfə "Molla Nəsrəddin" jurnalında (1908, N3) imzasız çap olunmuş "Səbir", sonrakı nəşrlərə "Tək səbir" adı ilə daxil edilmiş şeirindən götürülmüşdür. == Həmçinin bax == Təzə həyat (qəzet) == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi".Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür."Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi).Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir. O, yazır ki, "Serir olaraq bu ölkəni VII-VIII əsrlərin ərəb müəllifləri adlandırıb. Adın mənşəyi aydın deyil: onu İran padşahının qızıl taxtı əfsanəsi ilə əlaqələndirilər (VII əsrin əvvəlləri), güya taxtı özlərindən öncə Dağıstan dağları kimi təhlükəsiz yerə yollayıblar ki, orada ona əyləşsinlər. Lakin padişah öldürüldü.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur.Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir. Setar bir çox şərq xalqları, o cümlədən hindlilər arasında geniş yayılmışdır.
Setif
Sətif və ya Setif (ərəb. سطيف‎, fr. Sétif) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir. Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir. == Tarixi == Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir.
Setor
Setor (tac. сетор) — Tacikistanın şərq bölgələrində, Pamir mədəniyyəti daxilində çalınan simli musiqi aləti. Bu, İran setarından xeyli böyükdür, daha çox Özbəkistan tənburu və ya Hindistan sitarına bənzəyir. Setorun metal simləri var və barmaq mizrabı ilə çalınır. Setorun gövdəsi dütar kimi hazırlanır, qabırğaları ayrıdır. Səs lövhəsi yumşaq ağacdan hazırlanmışdır, içərisinə səs dəlikləri qazılmışdır. Ümumiyyətlə 10 metal simi var. Lövhələr neylon və ya bağırsaqa sarılmışdır.
Şeir
Şeir (ərəb. شعر‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir.Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Azərbaycan şeirində bəndlərdə misraların sayı bir çox hallarda dörddən çox (məsələn, Səməd Vurğunun "Azərbaycan" şeirində bəndlər beşmisralıdır) və ya dörddən az da ola bilər (məsələn, Mikayıl Müşfiqdə üçmisralı bəndlər). == Şeir sözünün mənası == Şeiriyyət ərəbcə incəlik, ahəngdarlıq, gözəllik deməkdir.
Pavel Setin
Pavel Vitalyeviç Setin (17 sentyabr 1988) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. == Həyatı == Pavel Setin 1988-ci il sentyabrın 17-də anadan olub. == Karyerası == 2012-ci ilin avqust ayında Pavel Setin Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Elçin Muradovun bələdçisi olan Pavel Setin 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməsə də, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Pavel Vitalyeviç Setin "Tərəqqi" medalı ilə təltif edildi.
Petir Beyliş
Petir Beyliş (ing. Petyr Baelish) və ya Çeçələ barmaq (ing. Littlefinger) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının obrazıdır. Romandakı hadisələr Petir Beylişin baxış bucağından verilmir. Buna görə də onun hərəkətləri romanın digər qəhrəmanları tərəfindən izah edilir. "Qılıncların Qasırğası"nda ortaya çıxmışdır ki, Con Arrenin ölümünə və Beş Kralın Müharibəsinə Petir Beyliş səbəb olmuşdur. Serialda Petir baş qəhrəmanlardan biridir. Petir Beyliş sülaləsinə mənsubdur və Kral Robert Barateonun Xəzinadarı (ing. Master of Coin) olaraq Kral Torpaqlarında (ing. King's Landing) yaşayır.
Sedir adası
Sedir (Sexir; türk. Sedir) — Türkiyənin cənub qərbində, Egey dənizinin Göyova körfəzində yerləşən kiçik ada. Ada Muğla ilinin Ula ilçəsinə aiddir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Ada ərazisində antik dövrə aid Kedrae yaşayış məskəninin qalıqları var. Sedir adası Marmaris şəhərinin 18 km-də yerləşir. Sedir adası özünün qızıl qumlu çimərliyi ilə məşhurdur. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur. Qumun tərkibində heç bir əlavə qatışıq yoxdur və suya tökülən zaman su bulanmır. Adada olan bu əsrarəngiz çimərliklə bağlı əfsanə mövcuddur: Kleopatra ilə Mark Antoni bu adada görüşmüş və məhz Kleopatra üçün qum Tunisdən gətirilmişdir.Çimərlik Türkiyənin Mədəniyyət nazirliyi tərəfindən ciddi qorunur.
Serir (yataq)
Serir və ya Sarir — Liviyadakı nəhəng neft yatağı. 1961-ci ildə kəşf edilmiş, 1966-cı ildə burada istehsala başlanmışdır. Geoloji ehtiyatların həcmi 3,8 milyard ton neft olduğu təxmin edilir. İlkin ehtiyatlar 2000 milyon ton, qalan hasil olunan ehtiyatlar 330-600 milyon ton neft olduğu qiymətləndirilir. Yataqların dərinliyi 2490-2775 m bərabərdir. Neftin sıxlığı 0,84 q/sm3-dir. Neftlilik təbaşir və paleogen dövrünə aid yataqlarla əlaqələndirilir. Yatağın operatoru Liviya milli neft şirkəti olan "National Oil Company"nin 100% törəmə şirkəti olan "Arabian Gulf Oil Company" şirkətidir.
Bəbir
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Dəmir
26 elektron Var. == Ümumi məlumat == Dəmir (Fe, Ferrum) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 26-cı element, kimyəvi işarəsi Fe-dir. Çəkisi 55,85 unitdir. Dəmirin kəşfi. Dəmir ilk dəfə e.ə XI əsrdə kəşf edilmişdir.Birləşmələrində dəmir əsasən +2 və +3 oksidləşmə dərəcəsi göstərir. Dəmir - (Fe) qan hemoqlobininin tərkibində və əzələlərdə rast gəlir. Ən çoх heyvan mənşəli məhsulların və meyvə-tərəvəzlərin tərkibində olur. Insan orqanizmində olan dəmirin yarıdan çoхu qan hemoqlobininin tərkibindədir.Dəmir maqnit sahəsinə malik olan metaldır.O,"SULFUR" yəni kükürd ilə maqnitlə təsir etməsinə gorə heterogen qarışıqdır.İnsan qidasında dəmir çatışmadıqda elementar anemiya (qida anemiyası) baş verir. Ərzaq məhsullarında dəmirin miqdarı mq%-lə belədir: çovdar çörəyi – 3,0; buğda çörəyi – 1,6; lobya – 7,9; soya unu – 7,7; kartof – 0,9; yerkökü – 0,6; kələm – 1,3; alma – 2,0; üzüm – 0,9; qaraciyər – 8,4; mal əti – 3,0; yumurta – 3,0. Bitki orqanizmində dəmirin kütlə ilə miqdarı orta hesabla 0,02 %-dir.
Fəqir
Fəqir (ərəb. فقیر‎ — yoxsul) — Keçmiş Sufizm termini olub mənası kasıb deməkdir. == Ümumi məlumat == "Fəqr" (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi "yoxsul, kasıb, möhtac" deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): "Allah zəngindir, siz isə yoxsulsunuz". Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: "Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…". "Fəqirdənsə qəbir yaxşıdır" (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. == Növləri == Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər.Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. == Gəlirlərin ümumi anlayışı == Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması. İqtisadiyyatda gəlirin ümumi təriflərindən biri aşağıdakılardır: Müəyyən bir müddət ərzində gəlir müəyyən bir insanın sərvətinin dəyərini dəyişmədən xərcləyə biləcəyi pul məbləğidir.
Gəmir
Gəmir - Oğuz rayonunu ərazisində dağ aşırımı. == Haqqında == Gəmir Oğuz və Daşağıl çaylarının hövzələri arasındadır. Tədqiqatçılar oronimi türk dillərində "dağ başında dar yarğan, uçurum yer" mənasında işlənən kömür sözü ilə əlaqələndirirlər. Azərbaycanın şimal-qərb rayonlarında da gəm sözü "dar, kiçik" mənasında işlənir. == Mənbə == Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, 2007.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Kətik
Ağgədik (əvvəlki adı: Kötük) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Kötük kəndi Ağkədik kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ağgədik kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Ağgədik kəndi dağətəyi ərazidədir. Keçmiş adı Ağdar, 1992-ci ilədək Kotuk ("gədik" sözünun təhrif forması) olmuşdur. Oykonim ərazidəki eyniadlı dağ keçidinin adından yaranmışdır. Zaman-zaman Kətük, Kətik kimi də qeyd olunmuşdur. Bəzi tədqiqatçılar kəndin adını Qafqaz Albaniyasındakı məşhur Kətik məbədinin (XII əsr) adı ilə bağlayırlar. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Kətik kəndinin əhalisinin sayı 8 nəfər təşkil edirdi.
Kətiş
Xınalıq və ya yerli dildə: Kətiş — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2180 metr yüksəklikdə. 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü ildə xınalıqlıların mədəni mühiti və köç yolu UNESCO Dünya irsi olaraq qeydiyyata alınmışdır. == Ümumi məlumat == Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.