Tədarük Anbar Xərcləri

müəssisələrin və təşkilatların lazımi həcmdə və assortimentdə xammalla və materiallarla təchiz edilməsi, onların tədarükü, saxlanması ilə bağlı xərclər.
Tədarük
Tədarük Qiyməti
OBASTAN VİKİ
Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır. İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir. Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur.
Faiz xərcləri
Keyfiyyət xərcləri
Keyfiyyət xərcləri — yarana biləcək nöqsanların qarşısının alınması, keyfiyyətin qiymətləndirilməsi, istehsal prosesi zamanı və ya məhsulun müştəriyə çatdırılmasından sonra ortaya çıxan xərclərin məcmusudur. Keyfiyyət xərcləri bəzən keyfiyyətə nail olmaq üçün çəkilən xərclər, bəzən keyfiyyət şöbəsinin istifadə etdiyi büdcə, bəzən isə uyğun olmayan (qeyri qənaətbəxş) keyfiyyətin meydana gətirdiyi xərclər olaraq başa düşülür. Ancaq, müasir dövrdə idarəetmə sahəsində çalışanlar Keyfiyyət xərcləri dedikdə bir qayda olaraq keyfiyyətlə bağlı bütün xərcləri nəzərdə tutur. İstehlakçılar fərqli özəllikləri olan məhsulları daha çox istehlak etməyə başladığı üçün, istehsalçılar da bu fərqli özəllikləri keyfiyyət vasitəsi ilə yaratmağa başlamışlar. Buna görə də, keyfiyyətlə bağlı həyata keçirilən fəaliyyətlər hər hansı məhsulun uğurlu olmasında daha çox rol oynamağa başlayıb. Firma və müəssisələr keyfiyyətlə bağlı rəqabət aparmaqla yanaşı, həmçinin keyfiyyətin xərclərə təsirini də nəzarət altında saxlamaq üçün çalışırlar. Daha yaxşı nəticə əldə etmək üçün şirkətlər büdcələrinin bir hissəsini hədəflədikləri keyfiyyət göstəricilərinə çatmaq üçün istifadə edirlər. Həmin istifadə edilən vəsaitə isə keyfiyyət xərcləri deyilir. Keyfiyyət xərcləri bir şirkətin keyfiyyət dərəcəsini müəyyən edən ən vacib göstəricidir. Eyni zamanda keyfiyyətin idarə edilməsi prosesinin tətbiq olunması və standartlaşdırılması üçün keyfiyyətlə əlaəqdəar olaraq həyata keçirilən bütün fəaliyyətin ölçülməsi və qeydiyyatının aparılması da çox önəmlidir, çünki keyfiyyət xərclərinin ölçülməsi bu göstəricilər əsasında apara bilər.
Transaksiya xərcləri
Transaksiya xərcləri - mübadilə prosesində mülkiyyət hüququnun bir tərəfdən digərinə verilməsi ilə bağlı olan xərclərdir. İlk dəfə iqtisadi ədəbiyyatda transaksiya xərcləri termini Nobel mükafatı laureatı R.Kouz tərəfindən işlədilmiş və müasir institusional nəzəriyyədə geniş tətbiqini tapmışdır . Transaksiya xərclərinin 5 əsas növü mövcuddur: 1. İnformasiyanın əldə edilməsi ilə bağlı xərclər; 2. Müqavilələrin və danışıqların aparılması ilə bağlı xərclər; 3. Qiymətləndirmə və gözləmə effekti ilə bağlı xərclər; 4. Mülkiyyət hüququnun qorunması ilə bağlı xərclər; 5. Opportunist fəaliyyətlə bağlı xərclər. Transaksiya xərcləri mübadilə prosesinə qədər, mübadilə prosesində və ondan sonra baş verə bilər.
İstehsal xərcləri
İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir. İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir. Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir.
Əməliyyat xərcləri
Absorbsiya xərcləri
Absorbsiya xərcləri (ümumi məsrəflərin mənimsənilməsi üsulu, ing. absorption costing) — maya dəyərinin tam bölüşdürülməsi ilə hazır məhsul və ehtiyatların maya dəyərinin uçotu metodu və maya dəyərinin hesablanması sistemi. İngilis professoru Kolin Druri udma maya dəyərini tam xərclərin bölüşdürülməsi ilə məsrəf hesablama sistemi kimi müəyyən edir. Bütün istehsal məsrəfləri istehsal olunmuş məhsullara aid edilir və satılmamış məhsulların ehtiyatları onların istehsalının ümumi maya dəyəri ilə qiymətləndirilir. Qeyri-istehsal məsrəfləri məhsullara aid edilmir, lakin birbaşa dövrün maliyyə nəticəsi ilə bağlıdır və ehtiyatların qiymətləndirilməsindən kənarlaşdırılır. Birbaşa maya dəyərinin tətbiqi məhsulların qiymətini yalnız dəyişən məsrəflər əsasında müəyyənləşdirərkən qərar qəbul etməyə imkan vermir, çünki bu halda marjinal gəlirin ümumi səviyyəsi müəssisənin sabit xərclərini ödəməyə bilər. Bununla belə, udma maya dəyəri metodu ilə belə, bütün xərclər bölüşdürüldükdə, qaimə xərclərin faktiki paylanma dərəcəsi ilə təxmin etmək çox vaxt mümkün deyil (faktiki satış həcmi çox vaxt planlaşdırılan göstəricilərdən aşağı olur). Top menecerlərin məhsulların qiymətini təyin edərkən öz sabit məsrəf səviyyəsinə məhəl qoymamaq meyli məsrəf uçotu sistemindən kənarda baş verir. İstehsalın maya dəyərini hesablamaq üçün udma maya dəyəri metodundan istifadə müəssisəyə, öz məhsullarının satışında açıq-aşkar mövsümilik olduqda, azalma (ehtiyatların yığılması dövründə) və artan mənfəət zamanı itkiləri qeyd etməyə imkan vermir. artım zamanı (aktiv satış zamanı) birbaşa maya dəyərinin hesablanması metodunda olduğu kimi (bütün sabit xərclər dövr ərzində silindikdə və balansda yalnız dəyişən xərclər qeydə alındıqda).
Dövlət xərcləri
Dövlət xərcləri — dövlətin vəzifə və funksiyalarının maliyyə təminatı üçün ayrılan xərclər. Dövlət idarəçiliyi və fiskal siyasət çərçivəsində nəzərdən keçirilir. Lev Yakobsonun tərifinə görə dövlət xərcləri dövlətin qarşısında duran məqsədlərə nail olmaq üçün dövlət və özəl müəssisələrin istehsal etdiyi, dövlətin tələb etdiyi məhsul, iş və xidmət növlərinin maliyyələşdirilməsinə yönəlmiş xərclərdir . Başqa sözlə, dövlət xərcləri geri qaytarılmayan və maliyyə tələbləri yaratmayan və ya təmin etməyən ödənişlərdir; öz funksiyalarını yerinə yetirən dövlətlə bağlı xərclər . Hökumət xərclərinə daxildir: malların və xidmətlərin dövlət satınalmaları; dövlətdən özəl sektora pul əməliyyatları; dövlət qulluqçularının əməyinin ödənilməsi; sosial ödənişlər; dövlət borcuna xidmət; köçürmələr.
Anbar (Bukan)
Anbar (fars. انبار‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (36 ailə).
Anbar (dəqiqləşdirmə)
Anbar — hər hansı məhsulun saxlanıldığı yer.
Anbar Alum
Anbar Alum və ya Anbar Olum - İranın Gülüstan ostanının Ağqala şəhristanının Voşmgir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5 859 nəfər və ya 1 247 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Anbar gənələri
Anbar gənələri, taxıl gənələri, un gənələri (Acaroidea, yaxud Tyroglyphoidea) – akariformlar dəstəsindən gənələr fəsiləüstlüyü. Uzunluğu 0,2–1,2 mm-dir. Yarımşəffaf, ağımtıl rəngli bədəninin örtüyü zəif skeletləşmiş, yumşaqdır. Ağız aparatı gəmirici tiplidir. Dünyada 200-dən çox, Azərbaycanda 27 növü var. Torpaqda, çürümüş üzvi qalıqlarda, heyvan yuvalarında və s. yaşayır. Saprofaqdırlar. Sürətli artma (4 gündən bir neçə həftəyədək), yüksək məhsuldarlıq (ayrı-ayrı növlər sutkada 40-adək, cəmi 700-dən çox yumurta qoyur) əlverişli şəraitdə onların külli miqdarda artmasına səbəb olur. İnkişaf tsikli yumurta, sürfə, 2–3 nimfa fazası və cinsi yetkin fərd mərhələlərindən ibarətdir.
Anbar mühafazası
Ənbar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ənbar mühafəzəsinin ərazisi 138.501 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.023.776 nəfər, inzibati mərkəzi Ər-Rəmadi şəhəridir.
Anbar mühafəzası
Ənbar mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Ənbar mühafəzəsinin ərazisi 138.501 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.023.776 nəfər, inzibati mərkəzi Ər-Rəmadi şəhəridir.
Bərf Anbar
Bərf Ənbar (fars. برف انبار‎) — İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,056 nəfər və 1,257 ailədən ibarət idi. Xəmsəli və Səngbaran kəndlərinin birləşməsindən yaranıbdır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Anbar qəbzi
Anbar qəbzi — malların anbarda saxlanmağa qəbulunu təsdiq edən mühafizə sənədi. Sertifikat əslində saxlama müqaviləsinin bağlanmasının sübutudur, baxmayaraq ki, saxlama özü ayrıca müqavilə ilə rəsmiləşdirilir. Saxlama müqaviləsi bağlanarkən əmanətçiyə anbar şəhadətnaməsi və ya qəbz verilir. Qəbzdən fərqli olaraq şəhadətnamə təqdim edən qiymətli kağızdır, yəni anbar qəbzi verildikdə orada göstərilən hüquqlar keçir. Anbar mal verənin malını saxlamağa və saxlama müqaviləsində müəyyən edilmiş haqq müqabilində geri qaytarmağa borcludur; bu halda mükafatın ödənilməsinə anbar şəhadətnaməsinin sahibi deyil, əmanətçi cavabdehdir. Sertifikat sahibi malları sertifikatda göstərilən müddətdə anbardan götürmədikdə, mallar əmanətçiyə qaytarılır. Birləşmiş Ştatlarda anbar qəbzləri müxtəlif yurisdiksiyalar tərəfindən qəbul edilən Vahid Kommersiya Məcəlləsinin 7-ci maddəsi ilə tənzimlənir. Anbar qəbzləri həmçinin adlandırılmış saxlama anbarında müəyyən kəmiyyət, növ və keyfiyyətli əmtəənin mövcudluğuna və mövcudluğuna zəmanət verir. O, həmçinin gələcək tarixdə dərhal çatdırılma və ya çatdırılma üçün mülkiyyət hüququnun ötürülməsini göstərə bilər. Faktiki əmtəənin çatdırılması əvəzinə, başa çatmaqda olan fyuçers müqavilələrinin ödənilməsi üçün müzakirə edilə bilən anbar qəbzləri istifadə olunur.
Aqrar Tədarük və Təchizat
"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli 400 nömrəli fərmanı əsasında, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılıb. Cəmiyyət 22 iyul 2019-cu il tarixində isə Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatına alınıb. "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədr və iki üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri tərəfindən təyin olunur. "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalının operatoru funksiyasının həyata keçirilməsi; Elektron portalda qeydiyyatdan keçmiş istehsalçıların və satıcıların monitorinqinin aparılması; Fiziki və hüquqi şəxslərlə bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq ərzaq məhsullarının saxlanılması (anbar) və daşınması xidmətlərinin həyata keçirilməsi; Kənd təsərrüfatı və ərzaq məhsullarının yerli bazarda satışının təşkili məqsədilə satış obyektlərinin (yarmarkaların) təşkil edilməsi; Layihələr çərçivəsində fermerlərin maarifləndirilməsi və onlara dəstək göstərilməsi üçün tədbirlərin görülməsi; Dövlət proqramlarında nəzərdə tutulmuş Cəmiyyətə aid vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi; "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyəti "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" tedaruk.az elektron portalının operatoru funksiyasını həyata keçirir. Elektron portal dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir. Portal həm istehsalçıların, həm də satınalan təşkilatların istifadəsi üçün açıqdır. “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınması ilə bağlı tələb və təkliflərin yerləşdirildiyi, alqı-satqı əməliyyatlarının təşkil edildiyi “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemidir. Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir: Satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək elektron portalda yerləşdirirlər.
Aşağı Anbar (Çaldıran)
Aşağı Anbar (fars. انبارسفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 329 nəfər yaşayır (48 ailə).
Yuxarı Anbar (Çaldıran)
Yuxarı Anbar (fars. انبارعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 129 nəfər yaşayır (20 ailə).
Anbar-i Maran (Çaldıran)
Anbar-i Maran (fars. انبارماران‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (27 ailə).
Meşk-i Anbar (Vərziqan)
Meşk-i Anbar (fars. مشك عنبر‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (50 ailə).
Qırmızıdaş-i Anbar (Çaldıran)
Qırmızıdaş-i Anbar (fars. قرمزي داش انبار‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Ən çox hərbi xərcləri olan ölkələrin siyahısı
Bu, müəyyən bir ildə ən çox hərbi xərcləri olan ölkələrin siyahısıdır. Hərbi xərclər rəqəmləri sabit və ya cari valyuta məzənnələri əsasında ABŞ dolları ilə təqdim olunur. Birinci siyahı Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumat hesabatına əsaslanır və burada 2023-cü ilə kimi dünyanın ən çox hərbi xərcləri olan 40 ölkəsinin cari bazar valyuta məzənnələrinə əsaslanan siyahısı daxildir. İkinci siyahı, Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (IISS) tərəfindən orta bazar valyuta məzənnələrindən istifadə edilməklə nəşr olunan The Military Balance-ın 2024-cü il nəşrinə əsaslanır. Bəzi mənbələr Rusiya və Çinin hərbi xərclərinin həmin ölkələrdəki əsir bazarları və Alıcılıq qabiliyyəti pariteti səbəbindən faktiki olaraq qrafikdən çox yüksək olduğunu bildirir.