Əməliyyat xərcləri
Əməliyyat xərcləri (ing. Transaction costs) -
- Hər hansı bir əməliyyat üzrə tərəf-müqabil axtarılması, danışıqlar aparılması, müqavilə bağlanması və onun həyata keçirilməsinin təmin olunması ilə əlaqədar xərclər. Bəzən əməliyyat xərclərinə təşkilat daxilində müvafiq əməliyyat üzrə idarəetmə mexanizmlərinin qurulması xərcləri də aid edilir;
- Qiymətli kağızların və ya digər maliyyə alətlərinin alqı-satqısı ilə əlaqədar yaranan xərclər. Bu xərclərə, ilk növbədə broker və digər bu kimi xidmətlər üzrə ödənilən komissiya haqqları, vergilər, yığımlar və bu kimi digər xərclər daxildir.[1]
- ↑ MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.81