TƏHARƏT

bədəni nəcasətdən təmizləməkdir. Fiqh elminin böyük bir hissəsi “Təharət” məsələlərinə ayrılmışdır. Hesab olunur ki, təmizlik Allaha ibadət etmənin ən başlıca şərtlərindən biridir. Bədən və geyim nəcasətdən təmizlənməsə namaz qılmaq, Kəbəni təvaf etmək, oruc tutmaq olmaz. Bu barədə Quranın 9: 108 ayəsində məlumat verilir. Ayrıca, təharət haqqında hədislərdə də məlumat vardır. Nəcasətdən su, daş və ya torpaq, odda yandırma, qurutma, hal dəyişdirmə kimi yollarla təmizlənmək mümkündür. Su ilə təmizlənərkən yalnız təmiz sulardan istifadə edilməlidir. Bəzi ilahiyyatçılar meyvə və tərəvəz sularını da bu məqsəd üçün istifadə etməyə icazə verirlər. Ancaq, bəzi ilahiyyatçılar bunun doğru olmadığını qeyd edirlər.
TƏFSİRÇİ
TƏHƏCCÜD

Значение слова в других словарях