təhlükəsizlik texnikası

Avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi

təhlükəsiz tullantılar
təhsil alan şəxslər
OBASTAN VİKİ
Marketri texnikası
Marketri — hələ antik dövrlərdə yaranmışdır. Marketri (frans. marquer-işarələmək) müxtəlif ağac növlərinin lövhələrinin hissəciklərindən düzəldilən mozayka növüdür. Mozaykanın elementlərini şpondan (nazik ağac lövhələr) kəsilir, tərs tərəfdən kağız yapışqanlarla yapışdırılır, fonla birlikdə çevrilərək hər hansı bir əşyanın üzərinə yapışdırılır. == Tarixi == Marketrinin yaranması yalnız XVI əsrdə şpon istehsal edən maşının yaranmasından sonra mümkün oldu. Bundan sonra ucuz ağac növlərindən düzəldilmiş mebelləri bahalı ağac növlərindən hazırlanmış şponlarla üzləməyə başladılar. XVI əsrin əvvəlində marketri texnikası Almaniya, Hollandiya və Fransada yayıldı. Lakin XVIII əsrdən yerli ustalar meydana çıxdı. Marketrinin ən inkişaf edən dövrü XVIII əsrə təsadüf edir. Ondan interyerin və mebellərin bəzədilməsində istifadə edirdilər.
Seldinger texnikası
Seldinger texnikası, Seldinger metodu qan damarlarının kateterizasiyası məqasədi ilə icra olunan punksiya üsulu. Metod ilk dəfə İsveç radioloqu Sven-İvar Seldinger (* 19. Aprel 1921, † 21. Fevral 1998) tərəfindən angioqrafiya aparmaq üçün tətbiq edilmişdir. Sonralar bu texnika təbabətdə geniş tətbiqini tapmağa başlamışdır. Ürəyin kateter laborator müayinələrində, Svan-Hanz kateteri və mərkəzi venoz kateterlərin, Elektrokardiostimulyatorların qoyulmasında və arteriyaların kateterizasiyalarında demək olar ki, əksər hallarda bu üsuldan – Seldinger texnikasından istifadə olunur. Seldinger texnikasının icrası üçün xüsusi punksiyon iynə-şpris, mandren – istiqamətləndirici tel, dilotator – genişləndirici və katheterdən istifadə olunur. Standartlara uyğun olaraq punksiya olunan nahiyyə dezinfeksiya olunaraq sterill materialla izolə edilir. Şpris taxılmış punksion iynə aspirasiya olunmaq şərti ilə damar istiqamətində yeridilir. Damar əldə edilərkən şprisə dərhal qan aspirasiya olunur.
Məişət texnikası
Məişət texnikası yemək bişirmək və ya təmizlik aparmaq kimi bəzi məişət funksiyalarını yerinə yetirən elektrik enerjisinin gücü hesabına işləyən mexaniki cihazlardır. Məişət texnikası aşağıdakı qruplara ayrıla bilər: Əsas məişət texnikası və ya məişət əşyaları Kiçik məişət texnikası İstehlak Elektronikası Bu cür qruplara ayrılma bu növ məhsulların saxlanılması və təmirində də nəzərə çarpır. İstehlak elektronikası adətən yüksək səviyyədə texniki bilik və bacarıq tələb etdiyi halda, böyük cihazlar isə bu cihazları idarə etmək üçün daha çox praktiki bacarıqlar və eyni zamanda da onları təmir etmək üçün istifadə edilən ağır alətləri işlətmək məqsədilə böyük fiziki qüvvə tələb edir.
Təhlükəsizlik
Təhlükəsizlik — təhlükənin minimal olduğu bir vəziyyət. İnformasiya (Kəşfiyyat) təhlükəsizliyi: İnformasiya təhlükəsizliyi, yazılı, şifahi və ya elektron mediada məlumatların qorunması və doğru məlumatların doğru zamanda lazımi şəxsə çatdırılması ilə əlaqədardır. İnformasiya texnologiyaları təhlükəsizliyi: İnformasiya cihazları və proqram təminatlarının istifadəsi nəticəsində yarana biləcək risk və təhlükələri araşdıran informasiya texnologiyaları şöbəsi. Fiziki təhlükəsizlik: Fiziki təhlükəsizlik təcavüzkarların bir qurğu, qaynaq və ya fiziki məlumat əldə etməsinin qarşısını almaq və ya yayındırmaq üçün görülən bir tədbirdir. İxtisaslı işçi qüvvəsindən belə işlərdə istifadə olunur. Qida təhlükəsizliyi: İki konsepsiyanı özündə birləşdirir. Beynəlxalq münasibətlər sahəsində insanlar aclıq və qıtlıq içində olmamalıdırlar. Bu qidanın istehsal mərhələsindən son istehlakçıya çatana qədər insan sağlamlığı üçün uyğun şərtlərdə qida istehsalı, saxlanması, qablaşdırılması və daşınmasının təmin edilməsidir. İnsan təhlükəsizliyi: Milli təhlükəsizlik, suverenlik və insan hüquqları sahəsində konseptual bir problemi göstərən beynəlxalq münasibətlər terminidir. Bunu insan hüquqları kimi də ifadə etmək olar.
Kontinental Şelfin Neftqaz Obyektlərində Təhlükəsizlik Texnikası (1987)
Quyunun Yeraltı Təmiri Zamanı Təhlükəsizlik Texnikası (1960)
Hesablama Texnikası Assosiasiyası
ACM cəmiyyəti Azərbaycan dilində Hesablama Texnikası Assosiasiyası (ing. Association for Computing Machinery, ACM) adlanır və hesablama texnologiyası elmləri üzrə ixtiasaslaşan mühəndislərin cəmiyyətdir. Cəmiyyət kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək olan, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan bir cəmiyyət kimi tanınır. Cəmiyyət üzvlərinin istifadəsinə hesablama texnologiyaları sahəsində olan ən böyük kitabxana, elektron tədris portalı, jurnallar və digər resurslar verilir. == Haqqında == ACM bütün kompüter mühəndislərini, kompüter elmləri təlim-tədrisi ilə məşğul olan şəxsləri və bu sahədə elmi araşdırma ilə məşğul olan mütəxəssisləri özündə birləşdirən dünyada hesablama texnikası mütəxəssislərini birləşdirən ən böyük cəmiyyətdir. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri paylaşmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, mütəxəssislərdən öyrənməklə özünüinkişafa şərait yaradır. == Fəaliyyətlər == Cəmiyyət öz missiyasını konfranların təşkili, elmi məqalələrin və kitabların nəşri, tədrisə dəstək proqramlarının hazırlanması və hayata keçirilməsi, ictimai fəaliyyətlər və eyni sahə problemləri ilə məşğul olan mütəxəssisləri xüsusi maraq qrupları altında birləşdirməklə həyata keçirir, illik 170-dən artıq kompüter qrafikası, məlumat ötürülməsi, mobil texnologiyalar, proqramlaşdırma mühəndisliyi, obyekt yönlü proqramlaşdırma və digər mövzuları əhatə edən elmi konfransın təşkilatçılığına dəstək olur. == Struktur == Cəmiyyətin dünya üzrə sənayedən, akademik və dövlət müəssisələrindən olan 100.000-dən artıq üzvü var. Bu üzvlər heç bir maliyyə qarşılığı güdmədən bir çox fəaliyyətlərə dəstək olurlar. Cəmiyyətin baş ofisinin idarəetmə heyəti aşağıdakı vəzifələrdən ibarətdir.
Kənd təsərrüfatı texnikası
Kənd təsərrüfatı texnikası — kənd təsərrüfatının texniki cəhətdən yenidən qurulmasını həyata keçirən maşınqayırma sahəsi. Başlıca vəzifəsi kənd təsərrüfatı istehsalını kompleks mexanikləşdirməkdir. == Tarixi == Kənd təsərrüfatı maşınqayırması XIX əsrin əvvəllərində Birləşmiş Krallıqda, az sonra isə ABŞ-də yaranmışdır. Kommunizmdən əvvəlki Rusiyada kəndlilərin çox hissəsi primitiv kənd təsərrüfatı inventarlarından istifadə edirdi. Kənd təsərrüfatı inventarı istehsal edən ilk müəssisə XIX əsrdə meydana gəlmişdi. Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinin 1 aprel 1921 il tarixli dekreti kənd təsərrüfatı maşınqayırmasının planlı inkişafının əsasını qoymuşdur. 1926-cı ildə traktor kultivatoru, 1928 ildə traktor kotanı, 1930-cu ildə taxılyığan kombayn, 1932-ci ildə kartofyığan maşın istehsalına başlanmışdır. SSRİ 1937-ci ildə taxılyığan kombaynın illik istehsalına görə dunyada birinci yerə çıxmışdır. İkinci Dünya müharibəsi illərində kənd təsərrüfatı maşınqayırması zavodlarının çoxu müdafiə məhsulları istehsalına keçirilmidir. Şərqdə kənd təsərrüfatı maşınları istehsalının yeni bazası yaradılmışdır.
Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası (film, 1987)
Quyunun yeraltı təmiri zamanı təhlükəsizlik texnikası (film, 1960)
Ekoloji təhlükəsizlik
Ekoloji təhlükəsizlik—insanın və cəmiyyətin həyati vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yarada biləcəyi təhlükələrdən qorunmasının təmin edilməsidir. Keçən əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ekoloji təhlükəsizliyin qayğısına qaldı və bu sahəni ölkənin milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirdi.1999-cu ildə qəbul olunmuş "Ekoloji təhlükəsizlik haqqında" qanunun 2-ci maddəsində qanunun təsir dairəsi və məqsədi belə izah edilir: İnsan həyatını və sağlamlığını, cəmiyyət, onun maddi və mənəvi dəyərlərini, ətraf mühiti, o cümlədən, atmosfer havası, kosmik fəza, su obyektləri, yerin təki, torpaq, təbii landşaft, bitki və heyvanlar aləmini təbii və antropogen amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorumaq üçün hüquqi əsasları müəyyən etməkdir. Ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramları ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm sənəddir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramları ekoloji təhlükəsizliyin təmin olunması sahəsində mühüm sənəddir. — Təhlükəli ekoloji vəziyyətin yaranması və genişlənməsinə səbəb olan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq; — Ekoloji təhlükəsizlikə bağlı informasiya təminatını təşkil etmək və həyata keçirmək; — Ekoloji təhlükəsizlik sahəsində əhalinin təlimatlandırılmasını təmin etmək; — Ekoloji təhlükəsizlikə bağlı qanunvericilikdə müəyyən edilmiş vəzifələri həyata keçirmək və s. == Ölkəmizdə ekoloji vəziyyətin saflaşdırılması == Ölkəmizdə ekoloji vəziyyətin ekoloji təhlükəsizlik siyasətinin istiqamətidir. Hər bir dövlət, o cümlədən, Azərbaycan ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Ekologiya ilə bağlı qəbul olunmuş qərarlar, bir sıra normativ aktlar belə deməyə əsas verir. Azərbaycanda son illər ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində müəyyən işlər görülür.
Fiziki təhlükəsizlik
Fiziki təhlükəsizlik, obyektlərə, avadanlıqlara və mənbələrə icazəsiz girişin qarşısını almaq, işçiləri və əmlakı zərər və ziyanlardan (casusluq, oğurluq və ya terror hücumları) qorumaq üçün hazırlanmış təhlükəsizlik tədbirlərini müəyyənləşdirir. Fiziki təhlükəsizlik, qapalı dövrə televiziya nəzarəti, xüsusi təhlükəsizlik işçisi, qoruyucu baryerlər, kilidlər, giriş nəzarəti protokolları və bir çox digər texnika daxil olmaqla bir çox əlaqəli sistem təbəqəsinin istifadəsini əhatə edir. == Ümumi baxış == Qorunan obyektlər üçün fiziki təhlükəsizlik sistemləri ümumiyyətlə aşağıdakıları nəzərdə tutur: potensial müdaxilələrin qarşısını almaq (məs. xəbərdaredici nişanlar və ətraf mühit nişanları); müdaxilə edənləri aşkar etmək və onları izləmək/qeyd etmək (məsələn, dəvətsiz qonaqların xəbərdarlığı siqnalları və CCTV sistemləri); müvafiq hadisələrə cavabların hazırlanması (məsələn, təhlükəsizlik işçiləri və polis tərəfindən).
Kiber təhlükəsizlik
Kibertəhlükəsizlik, kompüter təhlükəsizliyi, rəqəmsal təhlükəsizlik və ya informasiya texnologiyaları təhlükəsizliyi (İT təhlükəsizliyi) — kompüter sistemləri və şəbəkələrinin məlumatlarını icazəsiz açıqlanma, texniki vasitələrin, proqram təminatının və ya verilənlərin oğurlanması, eləcə də zədələnməsi ilə nəticələ bilən zərərli aktorların hücumlarından, habelə təmin edilən xidmətlərin pozulmasından və ya yanlış istiqamətləndirilməsindən qorunmasıdır. Bu sahə kompüter sistemləri, internet, habelə Bluetooth və Wi-Fi kimi simsiz şəbəkə standartlarına qarşı etibarın artmasına görə vacibdir. Smart telefonlar, televizorlar və əşyaların internetini (IoT) təmin edən müxtəlif cihazlar da daxil olmaqla smart cihazların artması da bu sahənin əhəmiyyətini artırır. Kibertəhlükəsizlik həm məlumat sistemlərinin qarışıq olması, həm də dəstəklədikləri cəmiyyətlərə görə müasir dünyanın ən mühüm məsələlərindən biridir. Təhlükəsizlik xüsusilə də distrubasiya, seçkilər və maliyyə kimi geniş əhatəli fiziki təsirlərə malik irimiqyaslı sistemləri idarə edən sistemlər üçün böyük əhəmiyyət daşıyır. Kibertəhlükəsizliyin bir çox istiqaməti elektron şifrələr və şifrələmə kimi rəqəmsal müdafiə sxemlərini əhatə edir, lakin ondan həmçinin metal kilidlər kimi fiziki təhlükəsizlik müdafiələrinə yönəlmiş icazəsiz müdaxilələrin qarşısını almaq üçün hələ də istifadə edilir. == Tarix == İnternetin gəlişindən və son illərdə başlanan rəqəmsal transformasiya ilə kibertəhlükəsizlik anlayışı həm peşəkar, həm də şəxsi həyatımızda tanış bir mövzuya çevrildi. Kibertəhlükəsizlik və kiber təhdidlər texnoloji dəyişikliklərin son 50 ilində ardıcıl olaraq mövcuddur. 1970 və 1980-ci illərdə kompüter təhlükəsizliyi əsasən internet konsepsiyasına qədər akademik mühitlə məhdudlaşdı, burada artan əlaqə ilə kompüter virusları və şəbəkə müdaxilələri artmağa başladı. 1990-cı illərdə virusların yayılmasından sonra 2000-ci illər kibertəhlükəsizliy və kibertəhlükəsizliyin institusionallaşdırılması aktual mövzuya çevrildi.
Milli təhlükəsizlik
Milli təhlükəsizlik — vətəndaşlar, iqtisadiyyat və digər institutlar da daxil olmaqla milli dövlətin təhlükəsizliyi. Onun təmin edilməsi hökumətin vəzifəsi hesab olunur. Əslində hərbi hücumdan qorunma kimi qəbul edilən milli təhlükəsizlik artıq daha geniş mənalarda istifadə edilməklə qeyri-hərbi aspektləri, yəni iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi, ekoloji təhlükəsizlik, ərzaq təhlükəsizliyi, kiber təhlükəsizlik və s. sahələri də əhatə edir. Eynilə, milli təhlükəsizlik risklərinə digər milli dövlətlərin hərəkətləri ilə yanaşı, zorakı qeyri-dövlət subyektləri, narkokartellər və transmilli şirkətlərin fəaliyyəti, eləcə də təbii fəlakətlərin təsirləri daxildir. Dövlətlər milli təhlükəsizliyi qorumaq üçün müxtəlif tədbirlərə, o cümlədən siyasi, iqtisadi və hərbi güc də daxil olmaqla, diplomatiyaya arxalanırlar. Hökumətlər təhlükəsizliyin transmilli səbəblərini (iqlim dəyişikliyi, iqtisadi bərabərsizlik, siyasi təcridetmə və nüvə silahlarının yayılması) azaltmaqla həm regional, həm də beynəlxalq səviyyədə təhlükəsizlik şəraiti qurmağa çalışırlar.
Təhlükəsizlik Mühəndisliyi
Təhlükəsizlik mühəndisliyi — mühəndisliyin ixtisaslaşmış sahəsi olub, informasiya sistemlərini müxtəlif mənbəli təhlükələrdən və zərərli hərəkətlərdən qorumaq üçün sistemlərin dizaynında fokuslanmışdır. Bu sahə o biri mühəndislik sahələri kimi həm istifadəçi ehtiyaclarını və funksiyalarını qarşılayır həm də əlavə olaraq sistem ehtiyatlarından suistimalı və zərərli davranışları önləyir. Bu cür məhdudiyyətlər və önləmələr security policy tərəfindən tətbiq edilir. Neçə əsrlərdən bəri təhlükəsizlik mühəndisliyi qeyri-rəsmi təhsil sahəsi olaraq mövcud olmuşdur. Məsələn, locksmithing və security printing sahələri çox illərdir varlığını davam etdirir. Baş verən katastrofik hadisələrə əsasən, özəlliklə 9/11 (baş verən terror aktı), Təhlükəsizlik Mühəndisliyi sürətli inkişaf edən bir sahəyə çevrilmişdir. 2006-cı ildə təqdim edilən hesabata əsasən bu sahəyə 150 milyard US$ xərclənmişdir . Təhlükəsizlik Mühəndisliyi sosial elmlər, psixologiya, iqtisadiyat, fizika, kimya, riyaziyyat və memarlıq sahələrini müxtəlif aspektlərdən əhatə edir. fault tree analysis kimi bəzi texnikalar təhlükəsizlik mühəndisliyindən törənmişdir. Kriptoqrafiya kimi bəzi texnikalar öncələri hərbi tətbiqetmələr vasitəsilə məhdudlaşdırılırdı.
Təhlükəsizlik dilemması
Təhlükəsizlik Dilemması (ingiliscə: security dilemma) – beynəlxalq münasibətlərdə xüsusi termin olub, iki və ya daha çox dövlət arasında bir-birinə nəzərən daha çox təhlükəsizliyə nail olmaq məqsədilə başlayan, lakin sonda hərbi münaqişə və ya daha çox təhlükəsizliyə gətirib çıxaran rəqabəti ifadə edən paradoksa deyilir. Təhlükəsizlik dilemması beynəlxalq arenadakı anarxiyadan yaranır, çünki dövlətlər bir-birlərinin davranışlarının hansı mənaya gəldiyini — müdafiə və ya hücum meyilli olduğunu başa düşməkdə çətinlik çəkir. Anarxiya xarakterli beynəlxalq sistemdə hər bir səhvin dövlət suverenliyinin itirilməsi ilə nəticələnmə ehtimalına görə də dövlətlər digər dövlətlərə qarşı öz hərbi güclərini artırmağa çalışırlar. Məsələn, A ölkəsi öz təhlükəsizliyini artırmaq məqsədilə yeni silahlar əldə edir, lakin sistemin anarxikliyindən qaynaqlanan şəraitə görə B dövləti A dövlətinin silahları müdafiə, yoxsa hücum məqsədilə əldə etdiyini anlamaqda çətinlik çəkir və hər ehtimala qarşı B dövləti də A dövlətinin edə biləcəyi hər hansı bir hərəkətdə qorunmasız vəziyyətdə qalmamaq üçün silahlar əldə edir. B dövlətinin silahlandığını görən A dövləti də bunun özünə qarşı hazırlanmış təhlükləli addım olmasından qorxaraq daha da silahlanıb B dövlətinə qarşı gələ biləcək səviyyəyə çatmaq istəyir və beləcə qarşılıqlı silahlanma davam edir. Nəticədə hər iki dövlət ilk başda hər kəsin silahsız olduğu zamandan bəri daha təhlükəsiz şəraitlə baş başa qalırlar və bu, təhlükəsizlik dilemması adlanır. Bu termin ilk dəfə Con Herts tərəfindən 1951-ci ildə onun "Siyasi realizm və siyasi idealizm" kitabında elmi dövriyyəyə gətirilmişdir. Eyni zamanda həmin ildə britaniyalı tarixçi Herbert Batterfild özünün "Tarix və insan şəraiti" kitabında oxşar konsepsiyanı izah etmiş, lakin ona spesifik ad verməmişdir. Təhlükəsizlik dilemması müdafiə meyilli realizmin əsas xüsusiyyətlərindən biridir. Kennet Uoltza görə vahid dünya dövləti olmadığına və sistemin anarxik olmasına görə həyatda qalmaq dövlətlərin əsas hərəkət motivasiyasıdır.
Təhlükəsizlik kamerası
Təhlükəsizlik kamerası – mütəmadi şəkildə işləməyə uyğun elektron avadanlıqla istehsal olunan və standart olaraq 75 ohm video siqnal istehsal edən kameralardır. Əsasən CCD, CMOS, DIS kimi sensorlarla istehsal olunurlar. Onların görüntü imkanları televiziya xətləri (TVL, TV Lines) olaraq ifadə olunur. Bu gün 600–700TVL modelləri mövcuddur. Kameraların əsasən əlaqə interfeysləri BNC-dir. Təhlükəsizkik kameraları görüntü siqnalını koaksial kabeldən ötürürlər. Texnologiyanın inkişafı ilə bu sektorda da irəliləyişlər əldə edilmişdir. Müasir dövrümüzün texnologiyası ilə istehsal olunan bu tip cihazlar müəyyən kateqoriyaya ayrılırlar. IP kamera AHD kamera UHD kamera IR kamerası Günbəz (Dome) kamerası Lazer kamerası Termal kamera Kamera sistemləri sahəsində illərlədir tanınmış və marka dəyərlərini qoruyub saxlamış onlarla böyük marka mövcuddur. İnkişaf etməkdə olan texnologiyadan geri qalmadan böyük tədqiqatlar həyata keçirdərək bütün dünyada əhəmiyyətli bazar payı qazanan markalar mövcuddur .
Təhlükəsizlik kəməri
Təhlükəsizlik kəməri — avtomobillərin ayrılmaz detalı "Volvo PV 544" avtomobili tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb. 1949-cu ildə bu avtomobildə quraşdırılan üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri iş prinsipinə görə indiki varislərindən seçilmir. Quruluş dəyişməz olaraq qalır, sadəcə olaraq son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi. Avtomobil sənayesinin tarixi 120 ili keçib. İlk 50 il ərzində heç bir avtomobil etibarlı qoruyucu vasitə ilə təmin olunmayıb. Statistika göstərir ki, bu müddət ərzində təhlükəsizlik kəmərləri tətbiq olunsaydı, bir milyondan çox insanı xilas etmək mümkün idi. Bəlkə də kəmər 120 il əvvəl istehsal olunsa, dünyanın demoqrafik vəziyyəti ayrı cür ola bilərdi. Təhlükəsizlik kəmərini ixtira edən mühəndis Nils Bolin "Volvo" şirkətindən əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib.
Təhlükəsizlik mədəniyyəti
Təhlükəsizlik mədəniyyəti; Qrup üzvlərini və məqsədlərini xoşagəlməz hallardan qorumaq üçün tətbiq olunan qaydalara, vərdişlərə, metodlara və alət-avadanlıqlara verilən addır. Qrup rəqibləri və ya düşmənləri olan bir ölkə; siyasi, hərbi, ticarət və ya ideoloji bir təşkilat ola bilər. Qrup, cəmiyyətdə hakim mədəniyyət tərəfindən təsdiqlənməyən və bəzən qanunla qadağan edilən bir yanaşmanı müdafiə edən insanların cəmləşdiyi təşkilat da ola bilər. Ümumiyyətlə, təhlükəsizlik mədəniyyətinin məqsədi (və ya müvəffəqiyyət ölçüsü) təsadüfi hadisələrin baş vermə ehtimalını azaltmaq və ya gözlənilməz aktyorların qəsdən, gizli şəkildə qrupa girərək verə biləcəkləri zərər cəhdlərinin qrupa verə biləcəyi təsirlərini minimuma endirmək, qrup tərəfindən casusların daxil olmasının qarşısını almaq, qrup üzvü olmayan şəxslər tərəfindən həssas məlumatların öyrənilməsinə imkan verməməkdir.
Təhlükəsizlik siyasəti
Təhlükəsizliyin təşkil olunma siyasəti dedikdə informasiyanın müdafiəsinə yönəldilmiş və onunla birlikdə resursların assosiasiya olunmasının idarəetmə qərarlarının sənədləşdirilməsinin toplumu başa düşülür. Təhlükəsizlik siyasəti vasitələrdən ibarətdir və onların köməyilə kompüter informasiya sisteminin təşkil olunması fəaliyyəti həyata keçirilir. Ümumiyyətlə, təhlükəsizlik siyasəti kompüter mühitində istifadə edilir və təşkilatın spesifik tələbatını əks etdirir. Adətən kompüter informasiya sistemləri (KİS) dedikdə müxtəlif xüsusiyyətli mürəkkəb kompleks başa düşülür və ya aparat və proqram təminatının arabir öz aralarında lazımi səviyyədə işləmələrinin uyuşa bilməməsi qəbul edilir. Bura kompüterlər, əməliyyat sistemləri, şəbəkə vasitələri, verilənlər bazalarını idarəetmə sistemləri, müxtəlif əlavələr aiddir. Bütün bu komponentlər (təşkiledicilər) özünəməxsus müdafiə vasitələrinə malikdir və bunların bir-biri ilə razılaşdırılması mütləqdir. Bu baxımdan da korporativ sistemlərin təhlükəsizliyinin təmin olunması təhlükəsizlik siyasətinin effektiv həyata keçirilməsində mühüm rol oynayır. Təhlükəsizlik siyasəti rəhbərliyin faydalı saydığı və seçdiyi informasiya təhlükəsizliyi sahəsində idarəetmə strategiyasını, resursların miqdarını və onlara yanaşmanın ölçüsünü müəyyən edir. Təhlükəsizlik siyasəti müəssisənin informasiya sistemi üçün real sayılan cəsarətin (və ya cürətin) təhlil edilməsinə əsaslanaraq qurulur. Belə olan halda cürət təhlil edilir, müdafiə strategiyası müəyyən olunur, informasiya təhlükəsizliyini təmin edən proqram tərtib edilir - bütün bunlar təhlükəsizlik siyasətidir.
Təhlükəsizlik yastığı
Təhlükəsizlik yastığı (ing. airbag) — nəqliyyat vasitələrində passiv təhlükəsizlik sistemi (SRS, Supplemental Restraint System). Elastik örtüyə malikdir və içərisi hava və ya başqa qazlarla doldurulur. Təhlükəsizlik yastıqları avtomobil toqquşması zamanı zərbə riskinin minimum həddə olması üçün istifadə olunur. Təhlükəsizlik kəməri ilə birlikdə tətbiq olunmalıdır. İlk dəfə keçən əsrin 40-cı illərində təhlükəsizlik yastıqlarına oxşar təchizat təyyarələrdə istifadə olunurdu və ilk patentlər 50-ci illərdə tərtib edilmişdi. Amerika ixtiraçısı Allen Brid avtomobillərdə təhlükəsizlik yastığının əsas komponenti olan, toqquşmanı təyin edən diyircəkli datçiki yaratdı. O öz ixtirasın 1967-ci ildə Kraysler şirkətinə təqdim etdi. Təhlükəsizlik yastığı başın zədələnməsini və təhlükəsizlik kəməri ilə birlikdə sərnişinin yuxarı ətraflarının avtomobil salonunun hər hansı hissəsi ilə toqquşaraq ağır zədə almasının qarşısını alır. Həmçinin bu yastıq zərbənin gücünü zəiflədərək ağır travmaların qarşısını alır.
Təhlükəsizlik Şurası
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) — BMT-nin daimi fəaliyyət göstərən ali orqanı. BMT-nin Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) və 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. 24 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Çoxsəviyyəli təhlükəsizlik
Çoxsəviyyəli təhlükəsizlik (ing. Multilevel security) − müxtəlif şəffaflıq səviyyələrinə malik subyektlərin obyektlərə eyni zamanda girişinə icazə verən və bu zaman icazəsiz girişi qadağan edən müxtəlif kritiklik səviyyəli infortmasiyaya malik sistemlər sinfi. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
İqtisadi təhlükəsizlik
Dövlətin iqtisadi təhlükəsizliyi onun milli təhlükəsizliyin çox vacib tərkib hissəsidir. Dünya təcrübəsi göstərir ki, iqtisadi təhlükəsizliyin təmin edilməsi ölkənin müstəqilliyinin zəmanətçisi, sabitliyin və cəmiyyətin səmərəli fəaliyyətinin mühüm şərtidir. Buna görə də iqtisadi təhlükəsizliyin təmin edilməsi və formalaşdırılması mühüm milli prioritetlərin sırasına aiddir. Qərb iqtisadi ədəbiyyatında iqtisadi təhlükəsizlik adətən milli iqtisadiyyatın dünya iqtisadi böhranları şəraitinə dözümlülüyünün təmin edilməsi kimi izah edilir. Son onilliklərdə, inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında qloballaşma prosesi ilə əlaqədar baş verən dərin struktur dəyişiklikləri nəticəsində iqtisadi təhlükəsizlik anlayışına milli iqtisadiyyatın və ya onun aparıcı sahələrinin dünya bazarlarında rəqabət qabiliyyətliliyinin təmin edilməsi kimi vacib əlamət də əlavə edilmişdir. Digər tərəfdən, “bazar modeli”nin bir sıra tərəfdarları hesab edir ki, cəmiyyətin normal (ekstremal yox) inkişafı şəraitində “iqtisadi təhlükəsizlik” anlayışından istifadə etməyin mənası yoxdur, çünki, “iqtisadi təhlükələr”in mövcudluğu bazar iqtisadiyyatının inkişafının zəruri şərtlərindən biridir. İqtisadi təhlükəsizlik mürəkkəb daxili struktura malikdir və bu strukturda üç əsas elementi qeyd etmək olar: İqtisadi müstəqillik. İqtisadi müstəqillik mütləq xarakter kəsb etmir, çünki, beynəlxalq əmək bölgüsü milli iqtisadiyyatları bir-birlərindən qarşılıqlı asılı vəziyyətə gətirib. Belə şəraitdə iqtisadi müstəqillik milli resurslar üzərində nəzarət imkanı, həmçinin ölkənin rəqabət qabiliyyətliliyini təmin edən və dünya ticarətində, kooperasiya əlaqələrində və elmi-texniki nailiyyətlərlə mübadilədə bərabər sürətdə iştirak etməyə imkan verən istehsal, səmərəlilik və məhsul keyfiyyəti səviyyəsinin əldə edilməsi deməkdir. Milli iqtisadiyyatın sabitliyi və dayanıqlığı.
Təhlükəsizlik teatrı
Təhlükəsizlik teatrı — faktiki təhlükəsizliyi təmin etmək yerinə daha çox təhlükəsizlik təəssüratı yaratmaq təcrübəsi. Termin ilk olaraq Brüs Şayner tərəfindən istifadə edilmişdir. O vaxtdan bəri media və ictimaiyyət tərəfindən, əsasən də Nəqliyyat Təhlükəsizliyi Administrasiyası haqqındakı müzakirələrdə geniş şəkildə istifadə edilmişdir. Təhlükəsizlik teatrı taktikasının istifadəsi iddia edilən diskriminasiya və potensial iqtisadi çatışmazlıqların müzakirəsini əhatə edən bir qədər mübahisəli mövzudur. Buna görə də bu termin mənfi məna daşıyır və tənqid vasitəsi kimi istifadə olunur. Təhlükəsizlik teatrının tənqidləri tərəfindən şübhə altına alınan təcrübələrə hava limanındakı təhlükəsizlik kimi tədbirlər daxildir.