TƏNTƏNƏ

сущ. торжество:
1. празднество в ознаменование какого-л. выдающегося события, юбилейной даты и т.д. Bayram təntənələri праздничные торжества, təntənələrdə iştirak etmək участвовать в торжествах
2. победа, полный успех. Demokratiyanın təntənəsi торжество демократии, ədalətin təntənəsi торжество справедливости
3. торжественность (свойство торжественного). Hər yerdə təntənə hiss olunurdu всюду чувствовалась торжественность, zahiri təntənə внешняя торжественность; təntənə ilə (təntənəli surətdə) торжественно. Təntənə ilə (təntənəli surətdə) and içmək торжественно клясться, поклясться
TƏNÖLÇÜLÜK
TƏNTƏNƏLİ
OBASTAN VİKİ
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə (film, 1919)
Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1919-cu ildə çəkilmişdir. Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Məzmun == Film müstəqillik əldə etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin istiqlaliyyətinin I ildönümünün təntənə ilə bayram edilməsini əks etdirir. == Filmin üzərində işləyən == Rejissor: Esfir Şub == İstinadlar == == Mənbə == "Azərbaycan" qəzeti. 13 iyun 1919-cu il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Dostluğun Təntənəsi (1974)
== Məzmun == Film sabiq SSRİ-nin 50 illiyi münasibətilə respublikamıza "Xalqlar Dostluğu" ordeninin təqdim olunması, Sov. İKP MK-nın üzvü F.D.Kulakovun Bakıya gəlməsi, onun kənd təsərrüfatı əməkçiləri və neftçilərlə görüşü haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Vladimir Konyagin, Faiq Qasımov, Mehman Dadaşov, Maqsud Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Dostluğun təntənəsi (film, 1974)
== Məzmun == Film sabiq SSRİ-nin 50 illiyi münasibətilə respublikamıza "Xalqlar Dostluğu" ordeninin təqdim olunması, Sov. İKP MK-nın üzvü F.D.Kulakovun Bakıya gəlməsi, onun kənd təsərrüfatı əməkçiləri və neftçilərlə görüşü haqqındadır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Fəraməz Səfiyev Operator: Vladimir Konyagin, Faiq Qasımov, Mehman Dadaşov, Maqsud Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Dövlət şurasının təntənəli iclası
Dövlət şurasının təntənəli iclası (rus. Редактирование Торжественное заседание Государственного совета 7 мая 1901 года) — 1903-cü ildə rəssam İlya Repin tərəfindən Rusiya hökumətinin sifarişi ilə çəkilmiş əsər. Əsər hal-hazırda Sankt-Peterburq şəhərində yerləşən Rus Dövlət Muzeyində saxlanılır.
Təntənəli mərasimlər sarayı
Təntənəli mərasimlər sarayı və ya Nikah sarayı (gürc. ქორწინების სახლი) — 1985-ci ildə Tbilisi şəhərində memarlar Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında bionik memarlıq üslubunda inşa edilmiş saraydır. Binanın inşasına 1980-ci ildə Viktor Corbenadze və Vaji Orbeladzenin layihəsi əsasında başlanılmış və inşaat işləri 1985-ci ildə tamamlanmışdır. Bina ilkin olaraq təntənəli nikah mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Gürcüstanın SSRİ tərkibindən çıxmasından sonra saray istifadəsiz və tərk edilmiş vəziyyətdə qalmışdır. 2002-ci ildə iş adamı Badri Patarkaçişvili sarayı alaraq yaşayış binasına çevirmişdir. Bundan sonra saray sahibinin adı ilə həm də Arkadi sarayı ilə tanınmağa başlamışdır. 2008-ci ildə vəfat edən Patarkaçişvili sarayın bağında dəfn edilmişdir. Sarayın memarlıq üslubunu tez-tez müasir kilsə memarlığı ilə müqayisə edirlər. Məsələn, "Citizen K" jurnalınının baş redaktoru Frederik Şoben yazır: "Tbilisidəki Təntənəli mərasimlər sarayı sanki illüzor dünyadan gəlmiş kafedraldır." Mütəxəssislər Corbenadze və Orbeladzenin sarayın inşası zamanı istifadə etdikləri stilistik həlləri, Le Korbuzye və Oskar Nimeyer modern kafedral tikililəri ilə müzakirə edirlər.
Təntənəli qraflıq (İngiltərə)
Təntənəli qraflıq (ing. ceremonial county) İngiltərədə monarx nümayəndəsi, lord-canişin (lord-leytinant) tərəfindən idarə edilən qraflığa verilən ad. 1997 ci ildən İngiltərədə 48 Təntənəli qraflıq mövcuddur. Təntənəli qraflıqla inzibati qraflıq arasında fərq onun tarixi ilə əlaqəlidir. Təntənəli qraflıq termini anaxronizm olub, xəritədə və özünüidarə qanunvericiliyində 1888 ci ilə qədər mövcud olmuş tarixi qraflıqlara aid edilir. Bütün Böyük britaniya üçün “Təntənəli qraflıq” bəzən “Leytenant ərazi(si)” (ing. Lieutenancy area) termini ilə də ifadə olunur. “Leytenant ərazi(si)nin” inzibati və idarə olunma strukturu “Leytenantlıq Aktı 1997” (ing. Lieutenancies Act 1997) ilə nizamlanır. Hər hansı bir inzibati ərazidə bir və bir neçə “Təntənəli qraflıq” yarana bilər: məsələn, tarixi Yorkşir qraflığı bölünərək yerində üç “Təntənəli qraflıq”: Şimali Yokşir, Qərbi Yokşir və Cənubi Yokşir yaradılmışdır.
Ümumxalq təntənəsi (film, 1938)
Kinooçerk 1938-ci il iyunun 24-də keçirilən Azərbaycan SSR Ali Sovetinə seçkilərə həsr olunmuşdur. Operator: Əlibala Ələkbərov, Mirzə Mustafayev, Fyodor Novitski Musiqi tərtibatı: M.Rayev Səs operatoru: İlya Ozerski Montaj edən: N.Safronov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 56.
Əcəlin təntənəsi
Əcəlin təntənəsi (nid. De triomf van de dood) — 1562-ci ildə Böyük Piter Breygel tərəfindən yağlı boya ilə çəkilmiş panel-rəsmi. 1827-ci ildən bəri əsər, Madridin Prado muzeyində saxlanılır. Rəsmin panoraması bizə qaranlıq, viran edilmiş mənzərənin fonunda ətrafa dağıntı saçan skelet ordusunu sərgiləyir. Uzaq məsafədə alovlar yanır, dəniz isə gəmi qalıqları ilə örtülmüşdür. Təpələrin üzərinə səpələnmiş bir neçə ağacın yarpaqları, başqa sözlə bitki örtüyü yoxdur ; balığın gölməçədə boğulmuş cəsədi sahilin kənarında çürüyür. İncəsənət tarixçisi Ceyms Snayderin vurğuladığı kimi “Göz önünə gətirilə biləcək gədər, hər hansı bir həyattan mərhum, yanmış, sonsuz yer.” Bu vəziyyətdə çoxlu sayda skelet qorxudan qaçıb canlarını xilas etməyə çalışan ya da nəticəsiz şəkildə əks mübarizəyə cəhd etmək istəyən canlıların üzərinə irərləyirlər. Ön planda skeletlər kəllə ilə dolu araba daşıyırlar ; yuxarı sol küncdə, digərləri zınqırovla dünyanın “Cənazə zəngini” çalırlar. İnsanlar xaçlarla bəzədilmiş, məzara bənzər tələyə salınıblar, atın belindəki skelet isə insanları oraqla qətl edir. Əsər sosyal mənşəyi müxtəlif olan adamları təsvir edir – kəndlilər və əsgərlərdən tutmuş, zadəganlara kimi, eləcə də kral və kardinal da - ayrı-seçkilik salınmadan əcəl tərəfindən ölümə götürülürlər.

Значение слова в других словарях