TƏQLİD

dinin vəzifələrin icrasında və fiqhi məsələlərdə müctəhidin hökmlərinə bağlanmaq və onları həyata keçirməkdir. Təqlidin tarixi təxminən hicrətin ikinci əsrinin ortalarından başlayır. Elə o vaxtlardan bunun əleyhinə olanlar da olmuşdur. Onlar müsəlmanları müctəhidlərin göstərişlərinə əməl etməməyə, hər şey üçün dəlil axtarmağa çağırmışdırlar. Buna dair Quranın 5: 104, 31: 21 ayələrini dəlil kimi gətirirdilər. Təqlid tərəfdarlarına görə dini yalnız bu işlə peşəkarcasına məşğul olanlar yaxşı bilirlər. Sadə insanların o qədər bilikləri yoxdur ki, hökm verə bilsinlər. Buna görə də, onlar müctəhidlərə bağlanmalıdırlar. Beləliklə, müsəlman ilahiyyatçılarının çoxu təqlidi bütün müsəlmanlar üçün vacib hesab edir və buna dəlil kimi Quranın 16: 43, 4: 59 ayələrini dəlil gətirirlər. İlahiyyatçıların çoxu isə bu məsələdə orta yolu tutmuşdurlar. Onlara görə müctəhidlər bütün dini göstərişləri birbaşa ilkin qaynaqlardan verməlidirlər. Savadlı insanlar onların göstərişlərini öyrənib, onları ilk qaynaqlarla tutuşdurmalı və özləri üçün yəqin etməlidirlər ki, fətvalar vəhyə və ya hədislərə uyğun verilmişdir. Savadları yetərli qədər olmayan müsəlman çoxluğu isə müctəhidlərə bağlanmalı, onların fətvalarına əməl etməlidirlər.
TƏQİYYƏ
TƏLHƏ İBN ABDULLAH
OBASTAN VİKİ
Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Təqlid (davranış)
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Mərceyi-təqlid
Mərceyi-təqlid və ya Mərce (fars. مرجع تقلید‎, ərəb. مرجع تقليد‎) — Şiə məzhəbi olan Cəfəriliyin fiqhi məktəblərindən biri olan Üsulliyə görə, fətvası tətbiq edilən ictihadı olan ən mötəbər ayətullaha verilən addır. Bu məqama çatan ayətullahlara "ən üstün olan" mənasını verən "əl-uzma" sifəti əlavə edilir və beləliklə, onlara böyük ayətullahlar deyilir. Təqlid üçün müraciət edəcək şəxs mənasını verən bu başlıq XVIII əsrin sonlarından qəbul edilmişdir.
Təqlid effekti
Təqlid effekti — qrupda qəbul edilən aşağıdakı stereotiplər və nümunələr. Tələb Qanununun "Təqlid Effekti" kimi paradoksları və istisnaları var. Bu fenomenin mahiyyəti ondan ibarətdir ki, hər bir fərdi istehlakçının tələb xətti tələb artdıqca sağa doğru hərəkət edir. Yəni konkret məhsulun istehlakına bazarda müəyyən məhsula olan ümumi tələb təsir edir: bazarda məhsula tələbat nə qədər çox olarsa, alıcılar onu almağa çalışırlar. Bu təsirin əksi fenomen "snob effekti" dir. Öz səbəbləri olan moda; Ağızdan ağıza bir insanın məhsulu dostları arasında istifadə etməsi ilə bağlı müşahidə etdiyi müsbət təcrübədir — və satılan hər bir nüsxə yeni müştəriləri cəlb edir; Şəbəkə effekti — əgər məhsul qarşılıqlı əlaqə vasitəsidirsə (məsələn, rabitə), onda onun praktiki dəyəri iştirakçıların sayının artması ilə artır (məsələn, telefoniya abunəçiləri); Texniki cəhətdən mürəkkəb məhsullar üçün cihaz nə qədər geniş yayılsa, xidmət və təmirlə bağlı problemlər bir o qədər az olar. "Економічна теорія: Політекономія: Підручник" — Базилевич В. Д. (ред.), 2007, Знання-Прес. "Мікроекономіка" — ред.
Mərceyi-təqlidlərin siyahısı
Bu siyahı hazırda 12 imam şiəsi/üsuli əqidəsində olan insanlar tərəfindən qəbul edilən müctəhidlərin (مرجع Mərcei-təqlid) siyahısıdır.
Təqlidabad (Urmiya)
Təqlidabad (fars. تقلیدآباد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (69 ailə).
Təqlidçi demokratiya
Təqlidçi demokratiya (buna kvazidemokratiya, psevdodemokratiya, dekorativ demokratiya, manipulyativ demokratiya, süni demokratiya, marionet demokratiya da deyilir) - bu formada əslində hakimiyyət bir qrupun, hakim partiyanın, şəxsin əlində cəmləşir. Ancaq belə hesab olunur ki, guya, xalq hakimiyyətini özü formalaşdırır.
Təqlidçi hüceyrələr
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.

Значение слова в других словарях