Təxirə salmaya (möhlətə) görə haqq (bakvordasiya)

Backwardation Əmtəə bazarlarında əmtəənin nağd və ya ilkin çatdırılma ayı üzrə qiymətinin sonrakı aylardakı qiymətdən yüksək olması. Forvard qiyməti saxlanma xərclərinə görə adətən əmtəənin nağd qiymətindən yüksək olur. Əmtəə qıtlığı şəraitində nağd və ya ilkin ayda çatdırılacaq əmtəəyə tələb artdığı üçün bakvordasiya baş verir.
Təxirə salınmış kupon
Təklif
OBASTAN VİKİ
Əhli-Haqq
Yarsanizm, Əhli-haqq və ya Kakayi (kürd. یارسان, kürd. ئەهلی حەق; fars. اهل حق‎, ərəb. كاكائي‎) — 14-cü əsrin sonlarında İranın qərbində Sultan Sahaq tərəfindən əsası qoyulmuş sinkretik bir din. Yarsanizm ardıcıllarının ümumi sayının İranda yarım milyondan bir milyona qədər olduğu təxmin edilir. İraqdakı rəqəmlər məlum deyil. Davamçılar daha çox Guran, Səncabi, Kəlhur, Zəngənə və Cəlalvənd tayfalarından olan kürdlərdir. İranda türk yarsan anklavları da mövcuddur. İraqdakı bəzi Yarsanilərə Kakayi deyilir.
Haqq Ədalət Partiyası
Haqq Ədalət Partiyası — sabiq səhiyyə naziri Əli İnsanov tərəfindən 25 yanvar 2020-ci ildə təsis edilən, 15 oktyabr 2021-ci ildə dövlət qeydiyyatlna alınan siyasi partiya. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Haqq Ədalət Partiyasının üzvlərinin 65.3%-i kişi, 34.7%-i isə qadın olmuşdur. Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilib. 17 mart 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb. Bundan sonra Əli İnsanov noyabr ayının 24-də Haqq Ədalət Partiyasını yaradacağını elan edib. Partiya yaratmaq üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılmış, Əli İnsanov Təşkilat Komitəsinin sədri, Rəşad Abbaslı isə Təşkilat Komitəsinin sədrinin katibi seçilib. Təşkilat Komitəsinin yaranmasından ötən 2 ayda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Xudat şəhərləri daxil olmaqla 33 şəhər və rayon təşkilatı təsis olunub. 11 rayonda isə təşkilati işlər aparılıb. İşlər tamamlanandan sonra Bakı Şəhər İcra Hakimiyyətinə təsis konfransı üçün yer ayrılması səbəbi ilə müraciət olunsa da, Bakı Şəhər İcra Hakimiyyəti partiyaya özünün yer tapmasını tövsiyə etmişdir. Təsis konfransında Təşkilat Komitəsi sədri Əli İnsanovun namizədliyi sədr postuna sürülmüşdür.
Güllələnmə təxirə salınır!... (film, 2002)
Güllələnmə təxirə salınır! — Rejissor Ələkbər Muradovun filmi. Həyat onları özgə cür yaşamağa və tanımağa məcbur etmişdi. Zaman o kəslərin taleyinə biganə idi, cəmiyyət o adamlara inanmaq istəmirdi. Onlar isə çətin gündə insanların köməyinə çatmaq üçün qəribə bir yol seçmişdilər... 1941-1945-ci illər müharibəsindən sonra bir qrup gənc "varlıların" əllərindən artıq mal-dövlətlərini alıb kasıblara paylayır. Eyni zamanda onlar qadın və gəlinlərin, xüsusilə ərləri cəbhəyə getmiş ana və bacıların namusunu qoruyurlar... Hüquqi baxımdan bu cavanlara "oğru" damğası vurulsa da, camaatın əksəriyyəti onların bu hərəkətinə haqq qazandırır... Filmdə həmin gənclərin cinayət tərkibli xeyirxah əməllərindən söhbət açılır. Filmin çəkilişlərinə Əmircan kəndinin sakinləri köməklik göstərmişdir.
Haqq-batil savaşı (Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
Haqq aşığı (film, 2021)
Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur. Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgəri danışmışlar. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub. Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur. ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb.
Haqq və Azadlıqlar Hərəkatı
Haqq və Azadlıqlar Hərəkatı (qısaca HAH, bolqar: Движение за права и свободи Dviženie za Prava i Svobodi, qısaca ДПС DPS, türk: Hak ve Özgürlükler Hareketi, qısaca HÖH) ― üzvlərinin əksəriyyətini Bolqarıstan Türklərinin yaratdığı siyasi partiyadır. Lideri Lütfi Məstandır.
Haqq və Bərabərlik Partiyası
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Haqq yolu (film, 1971)
Haqq yolu (türk. Hak Yolu) — 1971-ci il Türkiyə və İran istehsalı olan dram filmi.
Şeyx Ənvər ül-Haqq
Şeyx Ənvər ül-Haqq (11 may 1917, Calandhar[d], Britaniya Hindistanı – 3 mart 1995, Lahor) — 23 sentyabr 1977-ci il tarixindən 25 mart 1981-ci il tarixinə kimi (istefaya qədər) Pakistanın 9-cu Baş hüquqşünas vəzifəsini icra edən Pakistan hüquqşünası və akademik. O, Lahordakı Pəncab Universitetində iqtisadçı olaraq təhsil almış, 1944-cü ildə Britaniya Hindistanında bələdiyyə idarəçiliyinə rəhbərlik etmək üçün təyin edilmiş bir məmur olaraq Hindistan Dövlət Xidmətinin məmuru olaraq çalışmışdır. 1947-ci ildə Britaniya Hindistanının bölünməsi nəticəsində Pakistanın müstəqillik qazandı.Sonradan o, 1957-ci ildə Sind Ali Məhkəməsinin hakimi olaraq yüksəldildi. 1962-ci ildə Ali Məhkəmədə vəzifə almaq üçün namizəd oldu və 1971-ci ildə Pakistan Ali Məhkəməsinin baş hakimi vəzifəsinə təyin olunmadan əvvəl 1970-ci ildə Lahor Ali Məhkəməsinin baş hakimi təyin edildi.
Haqq və Azadlıqlar Partiyası
Haqq və Azadlıqlar Partiyası (kürd. Partiya Maf û Azadiyan, türk. Hak ve Özgürlükler Partisi, qısaldılmış olaraq HAK-PAR) — Türkiyədə kürd milliyətçisi siyasi partiya. Federalizmi ölkənin cənub-şərqində kürd muxtariyyətinin artırılması vasitəsi kimi müdafiə edən partiya 2002-ci ildə Demokratik Xalq Partiyasından (DEHAP) ayrılmışdır. Partiyanın mərkəzi Diyarbəkirdədir. 2015-ci ilin oktyabrında vəfat edənə qədər partiyaya Fəhmi Dəmir rəhbərlik edirdi. 2014-cü ilin lokal seçkilərində partiya 43,846 səs toplayaraq Muşun Qonuqbəklər bələdiyyə başqanlığını qazanmışdır. 2015-ci ilin iyun ayında keçirilən ümumi seçkilərdə HAK-PAR 58,698 səs qazanaraq ilk dəfə ümumi seçkiyə qoşulmuşdur.
Haqq-batil savaşı (Mürtəza Mütəhhəri)
Haqq-batil savaşı — Mürtəza Mütəhhərinin fəlsəfi əsəri. Görkəmli filosof və mütəfəkkir Mürtəza Mütəhhərinin “Haqq-batil savaşı” kitabı müəllifin bu mövzuda etdiyi beş çıxışından və kitaba əlavə olunmuş “İnsanın tarixdə ictimai təkamülü” adlı iki mühazirəsindən ibarətdir. Kitabda əsasən insan, cəmiyyət və tarixdə, keçmiş və günümüzdə haqq və batil məsələləri, haqq və batil arasında gedən mübarizə fərqli baxış bucaqlarından — elmi-fəlsəfi, ictimai-psixoloji yöndən təhlil olunur.
"Xidmətlərə görə" ordeni
Xidmətlərə görə ordeni (Fransa)
"İgidliyə görə" medalı
"İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. "İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə; Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə. "İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır. "İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir.
"Şücaətə görə" medalı
"Şücaətə görə" medalı — Azərbaycan Respublikasının medalı. Azərbaycan Respublikasının "Şücaətə görə" medalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilir. Azərbaycan Respublikasının "Şücaətə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalından sonra taxılır. Azərbaycan Respublikasının "Şücaətə görə" medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca "ŞÜCAƏTƏ GÖRƏ" sözləri yazılmışdır. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir. Bütün yazılar və elementlər relyeflidir.
"Əməkdə fərqlənməyə görə"
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
Klikə görə ödəniş
Klikə görə ödəniş (ing. pay per click) termini rəqəmsal marketinqdə istifadə olunur. İnternetdə reklam yerləşdirdikdə, reklam platforması, reklam yerləşdirən şəxsdən hər klikə görə ödəniş alır. Belə platformadan biri Google Ads platformasıdır.
Sərxoşluğa görə medalı
Sərxoşluğa görə medalı — Pyotrun qərarı ilə sərxoşluqla mübarizə çərçivəsində hazırlanmış xüsusi medal Rusiya dövlət başçılarının arağa münasibəti zamanla dəyişsə də, Rusiya spirtli içki istehlakında daimi "liderliyini" qoruyub. Yekaterina "sərxoş xalqı idarə etmək daha asandır" deyərək araq çəkməni (samoqon) tam sərbəst buraxmışdısa, I Pyotr tam əksini edib. Pyotrun qərarı ilə 1714-cü ildə sərxoşluqla mübarizə çərçivəsində xüsusi medal hazırlanır. Çuqundan tökülən "Sərxoşluğa görə" medalının kütləsi zəncir və boyuna taxma tərtibatı ilə birgə 1 pud (təqribən 16 kq) idi. Qorodovoylar küçədə sərxoş vəziyyətdə gördüyü şəxsləri polis idarəsinə gətirir, burada onun boynuna medal asılırdı. İndiki boyunbağılardan fərqli olaraq bu medal sərxoş şəxsin boynuna elə bərkidilirdi ki, açmaq mümkün olmasın. Günahkar bu medalı 1 həftə gecə-gündüz üzərində daşımalı idi.
İgidliyə görə medalı
"İgidliyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. "İgidliyə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 607-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Müharibədə döyüş zamanı göstərdiyi igidliyə görə; Döyüş əməliyyatlarına uğurlu rəhbərlik etdiyinə və şəxsi mərdlik göstərdiyinə görə; Həyatı təhlükə altında hərbi borcu yerinə yetirərkən igidlik göstərdiyinə görə; Xüsusi tapşırığı yerinə yetirərkən casarət göstərdiyinə görə; Həyatı təhlükə qorxusu altında olduğu halda insan həyatı xilas etdiyinə görə. "İgidliyə görə" medalı Azərbaycan Respublikasının digər orden və medalları olduğu halda döşün sol tərəfinə "Vətən uğrunda" medalından sonra taxılır. "İgidliyə görə" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "İgidliyə görə" medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir.
“Əmək şücaətinə görə”
"Əmək igidliyinə görə" medalı — SSRİ Ali Sovetinin 27 dekabr 1938-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı Sovet İttifaqının mülki əmək mükafatı olub, elm, mədəniyyət sahələrində fədakarlığı ilə seçilən xüsusilə layiqli işçilərə verilir. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılıb. Onun əsasnaməsinə üç dəfə növbəti fərmanlarla dəyişiklik edilib, əvvəlcə 1943-cü il iyunun 19-da onun təsvirində dəyişiklik edilib, sonra 16 dekabr 1947-ci ildə əsasnaməsinə dəyişikliklər edilib və nəhayət, iyulun 18-də. 1980 sonuncu dəyişikliklər edilib. Əlli ildən bir qədər artıq mövcud olduğu müddətdə o, iki milyona yaxın vətəndaşa verilib. 1991-ci ilin dekabrında Sovet İttifaqının dağılmasından sonra medalın verilməsi dayandırılıb. "Əmək igidliyinə görə" medalı fəhlələrə, fermerlərə, xalq təsərrüfatının mütəxəssislərinə, elm, mədəniyyət, təhsil, səhiyyə və s. işçilərə-SSRİ vətəndaşlarına, müstəsna hallarda isə xarici vətəndaşlara verilir: normaları, tapşırıqları və sosialist öhdəliklərini artıqlaması ilə yerinə yetirmək, məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün fədakar və yaradıcı əmək; qiymətli innovasiyalar və səmərələşdirici təkliflər üçün yeni texnologiyalardan səmərəli istifadə və qabaqcıl texnologiyaların işlənib hazırlanması; elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil, səhiyyə, ticarət, ictimai iaşə, mənzil-kommunal təsərrüfatı, kommunal xidmətlər, məşğulluğun digər sahələrində nailiyyətlər; gənclərin kommunist tərbiyəsi və təlimində səmərəli iş, uğurlu ictimai və ictimai fəaliyyətə görə; bədən tərbiyəsi və idman sahəsində nailiyyətlər. “Əmək igidliyinə görə” medalı sinənin sol tərəfində və SSRİ-nin digər medalları olduqda, Naximov medalından dərhal sonra taxılırdı. Rusiya Federasiyasının mükafatları olan zaman geyilən halda, sonuncular üstünlük təşkil edir.
“Əməkdə fərqlənməyə görə”
"Əməkdə fərqlənməyə görə" medalı" (rus. Медаль «За трудовое отличие») — Sovet İttifaqının mülki əmək mükafatı. Xüsusən yüksək əmək məhsuldarlığı nümayiş etdirən işçilər və ya elm, mədəniyyət və ya istehsal sənayesi sahələrində böyük töhfələr vermiş şəxslər bu mükafata layiq görülmüşdür. 27 dekabr 1938-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmış medal 50 ildən bir qədər çox müddət ərzində təqribən 2 milyon vətəndaşa verilmişdir.
Hərbi xidmətlərə görə medalı
"Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının hərbi medalı. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir. "Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. "Hərbi xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir: Öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə; Dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə. "Hərbi xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Tərəqqi" medalından sonra taxılır. "Hərbi xidmətlərə görə" medalının təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır. İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin əsasnamədə medalın təsviri aşağıdakı kimi verilmişdir: "Hərbi xidmətlərə görə" medalı gümüşdəndir, qabarıq formalı uzunsov səkkizguşə şəklindədir. Medalın qırağı və üz tərəfi sağanaqla əhatələnmişdir.
Məskunlaşdığı qitələrə görə ölkələr
Onilliklərinə görə pornoaktrisaların siyahısı
Onilliklərinə görə pornoaktrisaların siyahısı - bu siyahı onilliklərinə görə görkəmli pornoaktrisaların siyahısını ehtiva edir.
Qüsursuz xidmətə görə medalı
"Qüsursuz xidmətə görə" medalı (Azərbaycan) — Azərbaycanın dövlət təltifi
Sahəsinə görə göllərin sıralaması
Sahəsinə görə göllərin sıralanması * Duzlu göl Afrika — Viktoriya gölü Antarktida — Vostok gölü (buzaltı göl) Asiya — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Baykal Avstraliya — Eyr Avropa — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Ladoqa gölü Şimali Amerika — Miçiqan gölü-Huron gölü Cənubi Amerika — Duzlu gölü: Marakaybo gölü; sirinsulu gölü: Titikaka Factmonster.com van der Leeden, Troise, and Todd, eds., The Water Encyclopedia. Second Edition. Chelsea, MI: Lewis Publishers, 1990. pp. 198–200. Dünyanın kiçik atlası, М:QUQK SSRİ, 1979 il.