"Hərbi xidmətlərə görə" medalı — Azərbaycan Respublikasının hərbi medalı. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 6 dekabr 1993-cü ildə təsdiq edilmişdir.
"Hərbi xidmətlərə görə" medalı | |
---|---|
|
|
Ölkə | Azərbaycan |
Tip | medal |
Təltif edir | |
Status | verilir |
Statistika | |
Təsis tarixi | 10 noyabr 1992 |
İlk təltif |
|
Ardıcıllıq | |
Yüksək mükafat | "Tərəqqi" medalı |
Aşağı mükafat | "Hərbi xidmətdə fərqlənməyə görə" medalı |
Vikianbarda əlaqəli mediafayllar |
"Hərbi xidmətlərə görə" medalı Azərbaycan Respublikasının 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir.[1]
"Hərbi xidmətlərə görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir:[2]
"Hərbi xidmətlərə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Tərəqqi" medalından sonra taxılır.[2]
"Hərbi xidmətlərə görə" medalının təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə heç kəs təltif olunmamışdır.
İlk təsvir Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin əsasnamədə medalın təsviri aşağıdakı kimi verilmişdir:
- "Hərbi xidmətlərə görə" medalı gümüşdəndir, qabarıq formalı uzunsov səkkizguşə şəklindədir. Medalın qırağı və üz tərəfi sağanaqla əhatələnmişdir.
- Üz tərəfin sağanaqları arasında hörmə həndəsi ornament təsvir edilmişdir. Medalın ortasında bir böyük və iki kiçik hörmə kvadrat, habelə çarpazlanmış təbərzin, qılınc, toppuz təsviri vardır.
- Medalın aşağı hissəsində "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır.
- Medalın arxa tərəfində yuxarı hissədə aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş, aşağı hissədə təltif tarixini yazmaq üçün nəzərdə tutulan gərilmiş altıbucaq yerləşdirilmişdir.
- Bütün yazılar və təsvirlər qabarıqdır.
- Medalın hündürlüyü 45 mm, eni 36 mm-dir.
- Medal ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib yaşıl xara lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin sol yuxarı və sağ aşağı küncləri sarı-yaşıl rənglidir, 1 mm enində qızılı zolaqlarla ayrılmışdır. :Lentin ümumi eni 19 mm-dir.
- Qəlibin ölçüsü 46 mm x 22 mm-dir.
— medalın ilk təsviri[2]
Medalın ikinci təsviri Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli 429-IQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin təsvirdə qeyd deyilir:
- "Hərbi xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 35 mm qalxanabənzər girdə lövhədən ibarətdir.
- Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur.
- Arxa tərəfi hamar səthlidir, ortasında "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
- Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə qəhvəyi çalarlı düzbucaqlı xara lentə halda və ilgək vasitəsilə birləşdirilir.
- Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur
— medalın ikinci təsviri[3]
Medalın üçüncü və hal-hazırkı təsviri Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli 728-IVQD nömrəli Qanunu ilə təsdiq olunmuşdur. Medalın təsviri aşağıdakı kimi verilmişdir:
- "Hərbi xidmətlərə görə" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 36 mm qalxanabənzər dairəvi gümüşü lövhədən ibarətdir.
- Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur.
- Arxa tərəfi hamar səthlidir, ortasında "Hərbi xidmətlərə görə" sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.
- Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Açıq qəhvəyi rəngli xara lentin sağ və sol kənarlarında 1 mm enində açıq boz rəngli zolaq vardır. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü rəngli təbəqə bərkidilmişdir.
- Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
— medalın üçüncü təsviri[4]
1993[a] | 1993–2009[b] | 2009-cu ildən[c] |
---|---|---|
Lent | ||
Qeyd | ||