təxribatçı-kəşfiyyatçı

təxribatçı-kəşfiyyatçı
təxribatçı
təxribatçılıq
OBASTAN VİKİ
Adil Rüstəmov (kəşfiyyatçı)
Bayram Bayramov (Kəşfiyyatçı)
Bayram Bayramov (Bayram Sabir oğlu Bayramov; 1 yanvar 1968, Göyçə gölü hövzəsi[d] – 28 aprel 2014, Tümen vilayəti) — Azərbaycan kəşfiyyatçısı, 123-cü alayın kəşfiyyat bölüyünün komandiri. == Həyatı == Bayram Bayramov 1968-ci il yanvarın 1-də Göyçə mahalında (Ermənistanın Krasnoselsk rayonunda) anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 1985-ci ildə Minsk Politexnik İnstitutun Avtonəqliyyat fakültəsinə daxil olmuşdur. 1986-cı ildə sovet ordusu sıralarına çağırılmış, 1986-1988-ci illərdə iki illik hərbi xidməti başa vurduqdan sonra, Azərbaycana qayıtmışdır (ailəsi artıq Ermənistandan qovulub H.Z.Tağıyev qəsəbəsində yerləşdirilmişdir). Ali təhsilini başa vurmaq üçün Minskə gedən B.Bayramov sonuncu kursda oxuyarkən Xocalı qırğınları başlamış, Bayramov təhsilini yarımçıq qoyaraq Sumqayıta qayıtmış və bir qrup gənclə müharibəyə könüllü göndərilmələri üçün hərbi komissarlığa müraciət etmişdir. 1993-cü ildə Bayramov Minskdən Azərbaycan Politexnik İnstitutuna keçirilmiş və təhsilini Bakıda qiyabi davam etdirmişdir. 1994-cü il mayın 8-də Azərbaycan-Ermənistan arasında atəşkəs müqaviləsi (Bişkek protokolu) imzalandıqdan sonra, Bayramov Rusiyaya köçmüşdür. 2014-cü il aprelin 28-də Bayram Bayramov Tümen vilayətinin Noyabrsk şəhərində infarktdan dünyasını dəyişmiş, Sumqayıt qəbirstanlığında dəfn olunmuşdur. == Ailəsi == Ailəli olan Bayram Bayramovun bir övladı var. == Döyüş yolu == Yüksək fiziki göstəricilərinə və savadına görə B. Bayramov kəşfiyyat - diversant hazırlığına göndərilmişdir.
Elxan Hüseynov (kəşfiyyatçı)
Elxan Hüseynov (12 mart 2000, Qaradağ rayonu – 13 dekabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyatçısı, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmiş İkinci Qarabağ müharibəsi şəhidi . Ailəsi Cəbrayıl rayonundan məcburi köçkün olan Elxan Maarif oğlu Hüseynov 12 mart 2000-ci ildə Qaradağ rayonununda anadan olub. Atası Maarif Hüseynov Cəbrayıl rayonu, Daşkəsən kəndindən, anası Sevil Xəlilova isə Ağdam rayonunun , Yusifcanlı kəndindəndir. Orta məktəbi bitirdikdən snra 2018 -ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirmişdir. Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov hamımızın mavi ekranlardan dönə-dönə izlədiyimiz Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancıb cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvülərindən biri olub, Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, Zəfərə sayılı günlər qala - 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan uzun müddət komada qaldıqdan sonra 13 dekabr şəhidlik zirvəsinə ucaldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi..
Əlihüseyn Hüseynov (kəşfiyyatçı)
Əlihüseyn Ələsgər oğlu Hüseynov, və ya Yaquar (d. 15 dekabr 1957, Salyan, Azərbaycan SSR, SSRİ – ö. 24 oktyabr 2017, Bakı, Azərbaycan) — Azərbaycan kəşfiyyatçısı, Qarabağ müharibəsi iştirakçısı. Əlihüseyn Hüseynov müharibədə kəşfiyyatçı olub, qəhrəmanlıqlarına görə ona "Yaquar" ləqəbi verilib. O, Şıxov batalyonunda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. Daşaltı əməliyyatında iştirak edib. O, Azərbaycan Vətən Müharibəsi Veteranları Səbail rayon təşkilatının müavini olub. 2017-ci il oktyabrın 24-də Əlihüseyn Hüseynov Bakının Səbail rayonu, "Oksford" məktəbi ilə üzbəüz yerləşən hərbçilərin yaşadığı binanın damına su çənini düzəltmək üçün çıxmış və binanın üstündən yıxılaraq yerə düşüb və hadisə yerindəcə vəfat edib. Badamdar qəbiristanlığında dəfn edilib. Ailəli idi, 3 övladi var.