Elxan Hüseynov (12 mart 2000, Qaradağ rayonu – 13 dekabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyatçısı, ölümündən[1] sonra "Vətən uğrunda" medalı ilə təltif edilmiş İkinci Qarabağ müharibəsi şəhidi [2].
Elxan Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaradağ rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Biləsuvar rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018 - 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Ailəsi Cəbrayıl rayonundan məcburi köçkün olan Elxan Maarif oğlu Hüseynov 12 mart 2000-ci ildə Qaradağ rayonununda anadan olub. Atası Maarif Hüseynov Cəbrayıl rayonu, Daşkəsən kəndindən, anası Sevil Xəlilova isə Ağdam rayonunun , Yusifcanlı kəndindəndir[3]. Orta məktəbi bitirdikdən snra 2018 -ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirmişdir.
Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov hamımızın mavi ekranlardan dönə-dönə izlədiyimiz Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancıb cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvülərindən biri olub, Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, Zəfərə sayılı günlər qala - 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan uzun müddət komada qaldıqdan sonra 13 dekabr şəhidlik zirvəsinə ucaldı[4].
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5].
Ağdam rayonu, Yusifcanlı kəndindən məcburi köçkün olan anası Xəlilova Sevil Kərim qızı AZƏRTACa müsahibəsində Elxan Hüseynov haqqında demişdir:
O, hər zaman deyərdi ki, böyüyüb torpaqlarımızın azad edilməsində iştirak edəcəyəm. Arzusuna da çatdı, Şuşaya qədər bütün döyüşlərdə iştirak etdi. Noyabrın 6-da yaralanan Elxanı hospitala apardılar. Bir neçə gün ərzində ondan xəbər ala bilmədik. Biz onu tapanda xəstəxanada komada idi. Həkim mənə oğlumun adını çağırmağımı dedi. O, komanda olsa belə səsimi eşidəndə əlimi sıxdı və “qardaşın Orxan gəlib” dedim. Onda isə əlini qaldırdı. Elxan 37 gün komada qaldıqdan sonra şəhidlik zirvəsinə ucaldı. Döyüşlər zamanı da imkan tapdıqca bizimlə əlaqə saxlayırdı. Bir dəfə zəng etdi ki, ata-baba yurdumuzu azad etmişik, Xudafərin azaddır, xəbərlərə baxarsınız. Onun ən ülvi arzusu torpaqlarımızın işğaldan azad olunmasını görmək idi. Elxan torpaqlarımızı görməklə yanaşı, bizim də 27 illik həsrətimizə son qoydu və biz doğma yurdumuzun azad edilməsinin sevincini yaşayırıq[6]. |
Cəbrayıl rayonu, Daşkəsən kəndindən məcburi köçkün olan atası Maarif Hüseynov AZƏRTACa müsahibəsində Elxan Hüseynov haqqında demişdir:
“Mənimlə məsləhətləşəndə bu arzusunu söylədi, mən razı olmasam da, təkidlə öz yolunu davam etdirdi. Onun döyüş yolu azad olunan bütün ərazilərimizdən keçib. Çünki onlar xüsusi təyinatlılardır. Onlar qəhrəmancasına döyüşərək torpaqlarımızı azad etdilər. Elxan Şuşa uğrunda əlbəyaxa döyüşlərdə mübarizə aparanlardan biridir. Təkcə Elxan 40-dan çox ermənini əlbəyaxa döyüşdə məhv edib. Noyabrın 6-da düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan ötən gün şəhidlik zirvəsinə ucaldı[7]. |