TANRIQULU
TANUQ
OBASTAN VİKİ
Tanrıverdi Göyüşov
Göyüşov Tanrıverdi Ənvər oğlu - Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Göyüşov Tanrıverdi Ənvər oğlu 2 may 1965-cu ildə Ağdam rayonunun Qiyaslı (Ağdam) kəndində anadan olub.
Tanrıverdi Mustafayev
Tanrıverdi Qiyas oğlu Mustafayev (4 yanvar 1962, Gölkənd, Çəmbərək rayonu) — "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi, biologiya elmləri namizədi. == Həyat və fəaliyyəti == Tanrıverdi Mustafayev 1962-cı il yanvarın 4-də Qərbi Azərbaycanın, Çəmbərək rayonunun Gölkənd kəndində kolxozçu ailəsində anadan olub. 1969-ci ildə doğma kəndlərindəki orta məktəbin birinci sinfinə gedib. 1979-ci ildə orta məktəbi başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Avtomatika və Hesablama Texnikası fakültəsinin Sənaye elektronikası ixtisasına qəbul olub. 1984-cü ildə ali təhsilini uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Təhqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb. 1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsində təhsilini davam etdirib. 1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub. 1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb. Hələ Sovet dövründə Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq və daha da inkişaf etdirmək üçün Moldova Azərbaycanları adət-ənənələri mərkəzi - “Araz” cəmiyyəti yaradıb.Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olunub. Həmin Departamentdə Moldovada yaşayan azlıqlarla iş şöbəsinin müdiri təyin olunub.1997-ci ildə Moldova prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə ölkəmizə gəlib və Heydər Əliyevlə görüşüb.
İbrahim Tanrıverdi
İbrahim Tanrıverdi 8 iyun 1991 ci ildə Türkiyə Respublikasının Malatya şəhərində dünyaya gəlib 2008 ci ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbinə Daxil olub 2015 ci ildə Şırnakda 2 Çavuş ilə birlikdə Terrorçuların qarşısını Alarkən şəhid olub.
Əzizxan Tanrıverdi
Əzizxan Tanrıverdi (1 yanvar 1959, Aşağı Qarabulaq, Dmanisi rayonu – 18 iyul 2018, Bakı) — Azərbaycan dilçisi, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, filologiya elmləri doktoru. == Tərcümeyi-halı == Əzizxan Vəli oğlu Tanrıverdiyev 1959-cu il yanvarın 1-də Gürcüstan Respublikasının Başkeçid rayonunun Aşağı Qarabulaq kəndində anadan olub. 1973-cü ildə Aşağı Qarabulaq kənd səkkizillik, 1975-ci ildə isə Kirovisi kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1977-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) filologiya fakültəsinə qəbul olunub, tələbəlik illərində "C.Cabbarlı" adına təqaüdlə oxuyub, 1981-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1985-ci ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) əyani aspiranturasına (Azərbaycan dilçiliyi kafedrası üzrə) qəbul olunub. 1987-ci ildə aspiranturanı vaxtından 1 il 6 ay əvvəl qurtararaq "XVII-XIX əsr Azərbaycan antroponimləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. "Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi-linqvistik tədqiqi" adlı doktorluq dissertasiyasını isə 1998-ci ildə müdafiə etmişdir. ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında laborant (1987), baş laborant (1988), müəllim (1990), baş müəllim (1992), dosent (1994), professor (1999…) vəzifələrində işləyib. 30 sentyabr 2011-ci ildə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasına müdir təyin olunub və dünyasını dəyişənədək həmin vəzifədə çalışıb. 31 kitab, 8 proqram, 250-dan artıq tezis və məqalənin müəllifidir.
Tanrıverdinin nağılı (film, 2008)
== Məzmun == Film Azərbaycan nağıllarının motivləri əsasında çəkilib. == Film haqqında == Çəkilişlər Səngəçalda köhnə karvansarada, Umbakıda, Qala kəndində qum hamamında, məsciddə və Qobustanda aparılıb. == Filmin heyəti == Ssenari müəllifi : Şərif Qurbanəliyev Quruluşçu rejissor : Şərif Qurbanəliyev Quruluşçu operator :Əlövsət Aslanov Quruluşçu rəssamlar : Ağarəhim Əliyev-Anar Əsədov Səs rejissoru :İlqar Kazimi Rejissorlar : Akif Rüstəmov,Xədicə Qarayeva Montaj : Səbinə Vəliyeva Səbinə Qəmərlinski Operatorlar : Ramin Cəfərov,Vüqar Məmmədov Qrafika :Yusif Qabilov,Emil Ramazanov,Günel Hüseynova Qrim üzrə rəssam: İlqar Cəfərovİşıqçılar: Dadaş Abbasov,İsmayıl Umarov Kostyumer :Gülxar Həsənova Əlbəsəçi: Zaur Hüseynov Pirotexnik :Vaqif Qurbanov Dekor ustaları : Səid Əbilov,Sərdar Həsənov,Kazım Rombei Sürücülər:Eldar Dadaşov,Aydın İmanov,Ağabala Mehdiyev Prodüser :Arif Məlikov === Rollarda === Yaşar Nuri-Nağılçı Ramil Zeynalov-Tanrıverdi Mətanət Atakişiyeva-Afət Kazım Abdullayev-Qara bəy Həcər Ağayeva-Şəms Füzuli Hüseynov-Süleyman Səidə Quliyeva-Xanım Salman Bayramov-Səlim Tünzalə Əliyeva-Qız Əzizağa Əzizov-Div Ayan Babakişiyeva-Qəmər Xuraman Əliyeva-Quluqçu Nicat Rəhimov-Oğlan == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
Vaqif Tanrıverdiyev
Tanrıverdiyev Vaqif Əzim oğlu — azərbaycanlı publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), "Qızıl qələm" mükafatı laureatı (1980). == Həyatı == Vaqif Tanrıverdiyev 1952-ci il noyabrın 1-də Kirovabad şəhərində anadan olmuşdur. Burada 41 saylı şəhər orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə "Gəncənin səsi" qəzetində müxbir kimi başlamışdır. Sonra burada şöbə müdirı vəzifəsində işləmişdir (1976–1988). Azərbaycan Dövlət Politologiya İnstitutunda təhsilini davam etdirmişdir. Gəncə şəhər Komitəsındə təlimatçı, Gəncə şəhər icra hakimiyyətində məsləhətçi, sonra orada icra hakimiyyəti başçısının müavini işləmişdir (1990–1993). "Yeni Samux" qəzetinin redaktoru olmuşdur (1994). "Respublika" qəzetində və İçtimai televiziyada bölgə müxbiri vəzifəsində çalışmışdır (1995-ci ildən-2018-ci ilədək). "Ədalət" qəzetinin xüsusi müxbiridir.
Xalid Tanrıverdiyev
Xalid Kazım oğlu Tanrıverdiyev (15 yanvar 1936, Böyük Muğanlı, Marneuli rayonu – 29 may 2016, Gürcüstan) — coğrafiya elmləri doktoru. == Həyatı == Xalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan SSR-in Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə "Həkəri çayı hövzəsinin geomorfologiyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1994-cü ildə "Son Kaynazoyda Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru adına layiq görülmüşdür. Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur. Uzun müddət BDU-nun Fiziki coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri olmuşdur. Tanrıverdiyev Xalid Kazım oğlu 2016-cı il mayın 29-da vəfat etmişdir. == Əsas elmi nailiyyətləri == Azərbaycan Respublikasının ərazisinin geomorfoloji xəritəsi. Azərbaycanın paleogeomorfologiyası.
безъ- воздухоно́сный мерлу́шечий неуязви́мость норадренали́новый о́тжиг полоску́н при прола́щивание угрюмова́тый шинши́лла жёрдочка клони́ть мо́стик опусты́нивание послеродово́й скоро́мничать скруглённость Bujumbura ceresin metman relative humidity social disease прикреплять седок