TARİXŞÜNASLIQ

I
сущ.
1. историография (наука, изучающая развитие и накопление знаний по истории человеческого общества, а также исторические источники). Qədim Azərbaycan tarixşünaslığı древнеазербайджанская историография
2. см. tarixçilik
II
прил. историографический. Tarixşünaslıq tədqiqatları историографические исследования
TARİXŞÜNAS
TARİXYAZAN
OBASTAN VİKİ
Tarixşünaslıq
Tarixşünaslıq— tarix elminin tarixini öyrənən elm. == Haqqında == "Tarixşünaslıq" termini müasir tarix elmində müxtəlif cür şərh olunur. Onu müəyyən edilmiş problemlər haqqında yazılmış ədəbiyyat siyahısı, tarixi təfəkkürün inkişaf mərhələlərini əks etdirən məktəb və istiqamətlərin, konsepsiyaların təhlili, tarixin inkişaf mərhələlərini öyrənən elm və s. kimi izah edirlər. Tarixşünaslığın əsas məqsədi obyektiv reallığın hadisə, təzahür və proseslərinin öyrənilməsinə yönəlmiş münasibətləri, tarixi dərketmə təfəkkürünün təkamül mərhələlərini, obyektiv reallığın tədqiqi səviyyəsi və öyrənilməsi zəruri olan aspektlərinin müəyyənləşdirilməsidir. Tarixi tədqiqatın tarixşünaslıq baxımından təhlilinin iki aspekti mövcuddur: 1) tarixçi özündən əvvəl həyata keçirilmiş tədqiqat işlərini təhlil edir, onların çatışmayan, mənfi cəhətlərini müəyyənləşdirir; 2) tarixşünaslıq təhlili tarixçiyə əvvəlki tədqiqatçıların istitfadə etmədiyi və ya edə bilmədikləri mənbələrin tədqiqata cəlb olunmasına, yəni tədqiqatın mənbə bazasının genişləndirilməsi və zənginləşdirilməsinə şərait yaradır.
Milliyətçi tarixşünaslıq
Milliyətçi tarixşünaslıq — tarixşünaslığın siyasi legitimlik və mədəni kimliyə dair inanclar toplusu olan milliyətçilik ilə təsirlənmiş forması. Milliyyətçilik Avropada və XIX əsrdən etibarən Avropanın təsiri altına düşmüş keçmiş koloniyalarda tarixi yazı üçün əhəmiyyətli bir çərçivə təmin etmişdir. Bir qayda olaraq, rəsmi məktəb dərslikləri milliyətçi modelə əsaslanır və əsas diqqət milliyətçilik qüvvələrinin meydana çıxması, sınaqları və uğurları üzərində qurulur. == Mənşəyi == XVIII və XIX əsrlər milliyətçi ideologiyaların meydana çıxması ilə nəticələnmişdir. Con Breuilli qeyd etmişdir ki, "milliyətçiliyin tarixi əsası onun peşəkar akademik tarixi yazının yaranması ilə sıx əlaqələri ilə necə möhkəmlənmişdir". Fransa inqilabı zamanı adi insanları qallar ilə eyniləşdirən milli kimlik hazırlanmışdı. Almaniyada İohann Qottfrid Herder və Yohann Qotlib Fixte kimi tarixçilər və humanistlər bu alman millətinin parçalanmış dövlətlərini birləşdirmək üçün siyasi hərəkatın əsasına çevrilən alman millətinin dil və mədəni kimliyini müəyyən etmişdilər. XIX əsr tarixçilərinin səyləri həm yeni milli dövlətlərin formalaşdırılmasına, həm də artıq mövcud olanların genişlənməsinə haqq qazandırmaq üçün intellektual əsaslar yaratmışdir. Georq İqgersin qeyd etdiyi kimi, bu tarixçilər çox vaxt son dərəcə tərəfkeş idilər və "arxivə daxil olaraq onların milliyətçi və sinfi ön mülahizələrini dəstəkləyəcək və beləliklə də onlara elmi nüfuz aurası verəcək sübutlar tapmağa gedirdilər". Pol Lourens də eyni fikirdədir və qeyd etmişdir ki, tarixçilər "çox vaxt hələ mövcud olmayan dövlətlərin millilik və siyasi müstəqillik iddiaları üçün tarixi əsas yaratmağa çalışırdılar".
Tarixşünaslıq və milliyətçilik

Значение слова в других словарях