tay
tecavüz
OBASTAN VİKİ
Tayfun
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Tayfun (dəqiqləşdirmə)
Tayfun qasırğası — Sakit okeanın qərbində yaranan tropik siklonlarının yerli adı. Tayfun (aerobatika eskadronu) — Birləşmiş Krallığa məxsus aerobatika eskadronu.
Tayfun qasırğası
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Tayfun (aerobatika eskadronu)
Tayfun aerobatika komandası (ing. Typhoon Display Team) Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Eurofighter Typhoon təyyarəsi istifadə olunur.
Tayfunlar
== Tayfunlardan əziyyət çəkən ərazilər == Tayfunlar- ən dağıdıcı tropik siklonlar sırasına aiddir. Hər il tayfunlar Asiyanın bir sıra ölkələrinin iqtisadiyyatına olduqca böyük itkilər verir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələr tayfunların vurduğu ziyanları çətinliklə bərpa edə bilir. Sakit okeanın qərb hissəsinin üzərində ildə 25–30 peyda olunan tayfundan ayrı-ayrı illərdə 1-dən 4-ü Yapon dənizinə və Primorski ölkəsinə çıxır. Bütün bunlar Filippindən şimali- şərqdə okean üzərində əmələ gəlir. Onların orta mövcudiyyəti 11 gün, maksimum isə 18 gün təşkil edir. Belə tropik siklonlarda müşahidə olunan minimal təzyiq geniş tərəddüdə malik olur (885 qPa-dan 980 qPa-ya qədər), lakin onlar Rusiya ərazisinə çıxdıqda mərkəzlərində təzyiq 960–1006 qPa-ya qədər yüksəlir. Sutka ərzində maksimal yağıntıların cəmi 400 mm-ə, küləyin sürəti işə 20–35 m/san-yə çatır. Şimal yarımkürəsində qış qasırğaları da dağıdıcı xarakter daşıyır. Stiven Lambert "journal of Geophysical Research" jurnalında bu yarımkürədə XX əsrdə güclü qış qasırğalarını təhlil etmişdir: 1920–1970-ci illər arası 40-a qədər qış qasırğası baş verimşdir.

Значение слова в других словарях

брыку́н возобновле́ние заряби́ться колоко́льня лиша́ть перетупи́ть реклами́ровать агглютини́рующий белый у́голь допыта́ться куро́к подспо́рье распи́л умоисступлённый у́мствовать шапкозакида́тельство back-word brach chloropicrin field show go-go dancer nutmeat transform злорадствовать плюсовать