Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tayfun
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Tayfun (dəqiqləşdirmə)
Tayfun qasırğası — Sakit okeanın qərbində yaranan tropik siklonlarının yerli adı. Tayfun (aerobatika eskadronu) — Birləşmiş Krallığa məxsus aerobatika eskadronu.
Tayfun qasırğası
Tayfun (ing. typhoon, çin. 颱風, taifeng — böyük külək) — Sakit okeanın qərbində (Ekvatordan şimalda) yaranan (əsasən, yayda və payızda) tropik siklonlarının yerli adı. Hind-Çin, Çin, Koreya sahillərinə çatır, bəzi hallarda Rusiyanın Uzaq Şərqinin hava şəraitinə təsir edir. Orta hesabla ildə təqribən 30 dəfə təkrar olunur. Sürəti saatda 30–50 km, bəzən 100 km-dən çox olur. Tayfun dağıntılara, daşqınlara, böyük dəniz dalğalarının yaranmasına və s. səbəb olur.
Tayfun (aerobatika eskadronu)
Tayfun aerobatika komandası (ing. Typhoon Display Team) Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Eurofighter Typhoon təyyarəsi istifadə olunur.
Tayfunlar
== Tayfunlardan əziyyət çəkən ərazilər == Tayfunlar- ən dağıdıcı tropik siklonlar sırasına aiddir. Hər il tayfunlar Asiyanın bir sıra ölkələrinin iqtisadiyyatına olduqca böyük itkilər verir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələr tayfunların vurduğu ziyanları çətinliklə bərpa edə bilir. Sakit okeanın qərb hissəsinin üzərində ildə 25–30 peyda olunan tayfundan ayrı-ayrı illərdə 1-dən 4-ü Yapon dənizinə və Primorski ölkəsinə çıxır. Bütün bunlar Filippindən şimali- şərqdə okean üzərində əmələ gəlir. Onların orta mövcudiyyəti 11 gün, maksimum isə 18 gün təşkil edir. Belə tropik siklonlarda müşahidə olunan minimal təzyiq geniş tərəddüdə malik olur (885 qPa-dan 980 qPa-ya qədər), lakin onlar Rusiya ərazisinə çıxdıqda mərkəzlərində təzyiq 960–1006 qPa-ya qədər yüksəlir. Sutka ərzində maksimal yağıntıların cəmi 400 mm-ə, küləyin sürəti işə 20–35 m/san-yə çatır. Şimal yarımkürəsində qış qasırğaları da dağıdıcı xarakter daşıyır. Stiven Lambert "journal of Geophysical Research" jurnalında bu yarımkürədə XX əsrdə güclü qış qasırğalarını təhlil etmişdir: 1920–1970-ci illər arası 40-a qədər qış qasırğası baş verimşdir.
Tayfur Əliyev
Tayfur Əliyev (1 yanvar 1997, Naxçıvan) — Azərbaycanı təmsil edən boksçu. == Karyerası == Tayfur Əliyev 2015-ci ilin iyununda Azərbaycanda baş tutan Birinci Avropa Oyunlarında mübarizə apardı. Bu onun nüfuzlu beynəlxalq turnirlərdə debütü idi. Təsnifat mərhələsindən azad olan Tayfur Əliyev turnirin 1/8 final mərhələsində Rumıniya nümayəndəsi Nicolae Andreyana ilə üz-üzə gəldi. Həmin görüşdə Tayfur Əliyev rəqibi üzərində qələbə qazandı (3:0). Bununla da Tayfur Əliyev turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Danimarka nümayəndəsi Frederix Yensen oldu. İyunun 22-də baş tutan görüşdə Tayfur Əliyev rəqibinə qalib gəldi (2:0) və Avropa Oyunlarının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə onun rəqibi Rusiya nümayəndəsi Bəxtiyar Nəzirov oldu. İyunun 24-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tayfur Əliyev rəqibinə məğlub (1:2).
Tayfur Havutçu
Tayfur Havutçu (d. 23 aprel 1970-ci il, Almaniya) — Almaniya vətəndaşı olan, yarımmüdafiəçi mövqeyində çıxış edən keçmiş türk futbolçusu və məşqçisi. == Futbol karyerası == === SV Darmstadt 98 === Futbol karyerasına Almaniyada başlayan Tayfur Havutçu SV Darmstadt 98 forması ilə meydanlara peşəkar addım atıb. 2. Bundesliqa komandası liqanın 7-ci həftəsində Darmstadtda ilk oyununu Vuppertaler SV ilə keçirib. Havutçu 10-cu həftədə bir daha əldə etdiyi formanı mövsümün sonuna qədər tərk etməyib və 35 matçda forma geyinib. SV Meppen və 1. FSV Mainz 05 hərəyə bir qol vurub. Bununla belə, onun komandası mövsümün sonunda liqada sonuncu yer kimi aşağı liqaya düşüb. Karyerasında ilk və sonuncu dəfə DFB-Pokal matçında da çıxış etdi, lakin 2-ci raundda mübarizədən kənarlaşdırıldılar.
Ferdi Tayfur
Ferdi Tayfur (15 noyabr 1945, Adana) – türkiyəli müğənni, oyuncu, rejissor, şair, bəstəkar, yazıçı və müsəlman iş adamı, Türkiyənin ən uğurlu və məşhur simalarından biri. Musiqi və oyunculuq dünyasında 30-dan çox musiqi və film albomu olsa da, 1982-ci ildə Ferdifon Müzik musiqi şirkətini qurdu. O, həmçinin 2009-cu ildə İmran Sənayesinə daxil olub. Arabesk Kralı (türkcə: Arabesk'in Kralı) türk xalqı tərəfindən ona verilən məşhur bir tituldur. Onu Fərdi Baba olaraq də tanıyırlar. Sorğuya görə, 2021-ci ildə Türkiyənin ən populyar musiqi siması adını məşhur televiziya proqramı olan Şarkılar Bizi Söylər qazanıb. Həmçinin Türkiyə musiqisi'nin qurucularından və qabaqcıllarından biridir.
Tayfur Sökmen
Tayfur Sökmen (1892, Adana - 3 Mart 1980) 1892-ci ildə İstanbulda anadan olan türk siyasətçi və hərbçidir. O, Hatayın müstəqillik mübarizəsinin lideri kimi tanınır. Onun Hatayın Türkiyəyə qoşulmasında mühüm rolu olub. == Həyatı == Tayfur Sökmen 1911-ci ildə Hərbi Akademiyanı bitirib. Balkan müharibələri və I Dünya Müharibəsi illərində Osmanlı Ordusunda xidmət etmişdir.Qurtuluş savaşında da müxtəlif cəbhələrdə vuruşub. Birinci Dünya Müharibəsindən sonra Hatay fransızlar tərəfindən işğal edildi. Tayfur Sökmen Hatayın müstəqilliyi uğrunda mübarizəyə başladı. 1932-ci ildə Hatay Millət Məclisinə deputat seçildi. O, parlamentdə Hatayın müstəqilliyi üçün intensiv iş apardı. Hatay Dövləti 1937-ci ildə qurulub.
Baysun
Baysun(özb. Boysun/Бойсун) — Özbəkistanın Surxandərya vilayətində şəhər. Baysun rayonunun mərkəzi. Şəhər ətrafının UNESCO-nun Ümumdünya irsi siyahısına salınması təklif olunub.. == Tarixi == == Coğrafiyası == == Əhalisi == == İqtisadiyyatı == Özbəkistanın kömür ehtiyatı nisbətən az olsa da, Əngren (Daşkənd vilayətində), Şarqun və Baysun (Surxandərya vilayətində) yataqları əsas kömür yataqlarıdır. Kömürün kəşf olunmuş ehtiyatı 2 mlrd tondur.
Taytan
Taytan — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 4 km cənub-şərqdə, Vedibasar çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində "kiçik dağ", "təpə" mənasında işlənən tay (tey) sözü ilə türk dilində "dərə, dar dərin dərə", "təpə" mənasında işlənən tan (q) < //ton) (q) sözünün birləşməsindən əmələ gəlmişdir. "Tay" coğrafi termin kimi "tərəf, sahil" mənasında da işlənir. Orotoponimdir. Mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1873-cü ildə 166 nəfər, 1886-cı ildə 177 nəfər, 1897-ci ildə 316 nəfər, 1904-cü ildə 262 nəfər, 1914-cü ildə 288 nəfər, 1916-cı ildə 366 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlıları ermənilər öz doğma ocaqlırından qovmuşlar. Xaricdən (İran və Türkiyədən) gələn ermənilər bu kənddə yerləşdirilmişdir.
Tayvan
Tayvan və ya rəsmi adı ilə Çin Respublikası (çin. 中華民國, 中华民国 — Zhōnghuá Mínguó, Çjunxua Minqo, ing. Republic of China) – Şərqi Asiyada qismən tanınan dövlət. Qeyri-rəsmi, yerləşdiyi Tayvan adasının adına uyğun olaraq Tayvan adlanır Çin Respublikası çox ölkə tərəfindən tanınmayan, Tayvan adasında yerləşən və əksəriyyətlə bu adanın adı ilə xatırlanan uzaq şərq ölkəsidir. 1912-ci ildə bugünkü Çin Xalq Respublikası torpaqlarında qurulan ölkə Birləşmiş Millətlər Cəmiyyətinin üzvü idi. Tayvan da daxil olmaq üzrə ətraf adalarla birlikdə İkinci Dünya Müharibəsindən sonra sərhədlərini müəyyən etmişdir. 1949-cu ildə Çin Vətəndaş müharibəsində Çin Milli Partiyasının hakimiyyəti itirməsindən sonra ölkə Çin Kommunist Partiyası rəhbərliyinin əlinə keçir. Bunula da Çin Xalq Respublikası qurulur. Çin Milli Partiyasının lideri Chiang Kai Shek Tayvan adasına qaçmalı olur. Çin Respublikasının fəaliyyətinin buradan davam etdiyini dünyaya elan edir.
Taştun
Taştun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == Toponim türk dilində «daş, qaya, dağ, təpə» mənasında işlənən taş sözü ilə türk dilində, sərbəst keçidi, yolu, çıxacağı olmayan bağlı, dövrəyə alınmış, hasarlanmış yer mənasında işlənən tun sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Burada ermənilərlə yanaşı 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Zayfen
Zayfen (alm. Seifen‎) — Almaniyanın qərbində Reynland-Pfalts vilayətinin Altenkirhen bölgəsində yerləşən şəhər.
Hayfon
Hayfon və ya Xayfon (vyet. Hải Phòng, IPA: [haːj˧˩ fawŋ͡m˨˩] ( dinlə) – Hayfonq) — Vyetnamda şəhər, ölkənin şimalının ən böyük şəhəri. Xonqxa çayı deltasında, Cənubi Çin dənizinin Bakbo körfəzinə axan Kinhmon çayı üzərində yerləşir. Əhalisinin sayı 1,8 milyon nəfərdir; Hoşimin və Hanoydan sonra ölkədə üçüncüdür. Vyetnamın mərkəzi tabeliyində olan beş şəhərdən biridir. == Tarixi == Təməlinin dəqiq vaxtı məlum deyil, lakin Hayfon limanı ən azı bir neçə əsrdir ki, mövcuddur. Vyetnam Fransa tərəfindən müstəmləkə edildikdən sonra bura Fransanın ən mühüm dəniz bazalarından birinə çevrilmiş, "Tonkin Venesiyası" ləqəbini almışdır. İkinci Dünya müharibəsi zamanı Yaponiya tərəfindən işğal olunmuşdur. 1954-cü ilin oktyabrında ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə kommunist Şimali Vyetnamdan Cənubi Vyetnamın paytaxtı Sayqona 293,000 qaçqın evakuasiya edildiyi "Azadlığa reys" əməliyyatının başlanğıc nöqtəsi olmuşdur. 1972-ci ildə Şimali Vyetnamın yeganə böyük limanı olduğu üçün Amerika təyyarələrinin bombardmanı nəticəsində ciddi ziyan görmüşdür.
Aykun
Tayfa
Tayfa — sinifli cəmiyyətdən əvvəlki dövrdə adamların qohumluq münasibətinə, dil və ərazi ümumiliyinə əsaslanan birliyi; qövm/ Tayfa sözü ərəb mənşəli isimdir, "taifə" (ərəb. طائفة‎) kimi oxunur. Bu söz ərəb dilində təriqət, sekta və ya dini icmanı bildirmək üçün istifadə olunur. Ərəbcə qəbilədən böyük insan birliyinə əl-aşirə (ərəb. العشيرة‎) deyilir. Tayfa insanların qəbilədən böyük olan birliyidir. Tayfa üzvləri qan qohumluğu ilə bir-birinə bağlı olur, bir neçə qəbilə və fratriyaya bölünür. Tayfa daxilində hər bir qəbilə müstəqil sosial istehsal vahidi olaraq qalır. Tayfanın digər əlaməti ümumi ərazi, müəyyən iqtisadi birliyin, kollektiv ovçuluq və qarşılıqlı yardım ənənələrinin, vahid dilin (dialektin), endoqamiyanın olmasıdır. Tayfa təsərrüfat fəaliyyətinin, ibtidai mədəniyyətin inkişafına, adamların birləşməsinə, dilin təkmilləşməsinə kömək etmişdir.
Tayfı
Tayfı — Azərbaycanda xalq seleksiyası yolu ilə alınmış şərab üzümü sortu. Azərbaycanda, xüsusilə Naxçıvanda ağ və çəhrayı tayfı sortları becərilir. Tənəyi güçlü boy atır, çiçəyi ikicinsiyyətlidir. Vegetasiya dövrü 167 gündür. Tam yetişmiş gilələri ağ və çəhrayı rəngdə olur. Şirəsində 18,1% şəkər, 6,6 q/l turşu var. Hər hektardan 150—200 sentinerədək məhsul yığılır. Oktyabrın əvvəllərində yetişir.
Ayfon
iPhone — Apple şirkətinin istehsal etdiyi telefon. Cihaz internetə daxil ola bilir, musiqi və videoları səsləndirə bilir, təqvim və kameraya sahibdir və mətn mesajları göndərə bilir. Multitouch funksiyası ilə onu bir və ya iki barmağı ekrana toxundurmaqla istifadə etmək mümkündür. iPhone 3GS və sonrakı modellər iOS 5.1.1 sistemi ilə satışa çıxarılıb və daha sonra iOS 6 yenilənməsi aktivləşdirilib, yalnız iPhone 4 və sonrakı modellər iOS 7 ilə çalışmaqdadır. == Tarixçə == Orijinal birinci nəsil iPhone-un arxası qara plastik vurğulu alüminiumdan hazırlandı. İPhone 3G və 3GS, GSM siqnalının gücünü artırmaq üçün tam plastik bir arxaya malikdir. IPhone 3G, 8 GB qara modeldə və ya 16 GB model üçün qara və ya ağ bir seçimdə mövcud idi. IPhone 3GS, saxlama qabiliyyətindən asılı olmayaraq hər iki rəngdə mövcud idi. iPhone 4-də antena kimi xidmət edən paslanmayan poladdan kənar bir alüminosilikat şüşə var. Əvvəlcə qara rəngdə idi; ağ versiyası açıqlandı, lakin 10 ay sonra 2011-ci ilin aprelinə qədər yayımlanmadı.
Daysun xan
Daysun xan(1422-52) — 1439-cu ildən oyrat (Qərbi Monqolustan) xanı. == Həyatı == Onun hakimiyyəti illərində bütün monqol torpaqları qısa müddətə oyrat xanının idarəçiliyi altında birləşdirildi. Bu işdə Daysun xanın baş vəziri Esenin mühüm rolu olmuşdur. Vəliəhdlik və Çinə qarşı yürüdülən siyasət məsələsində Daysun xan ilə Esen arasındakı ziddiyyətlər səbəbindən baş vermiş silahlı münaqişə nəticəsində Daysun xan öldürülmüş, Esen isə özünü "böyük xan" elan etmişdi.
Mayk Tayson
Mayk Tayson (30 iyun 1966[…], Bruklin, Nyu-York) — Dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusu. Ağır çəki dərəcəsində gəlmiş keçmiş ən yaxşı boksçulardan biri kimi qəbul edilir. ESPN-in "Bütün Çəkilər Üzrə Tarixin Ən Yaxşı Boksçuları" sıralamasında 42-ci yerdə göstərilib, "Bütün Zamanların Ən Yaxşı Ağırçəkili Boksçuları" negro sıralamasında isə 11-ci sırada qərarlaşıb. Əfsanavi Tayson, ağır çəki dərəcəsində ən gənc Dünya Çempionu olmuş boksçudur, 1986-cı ildə çempion olarkən onun cəmi 20 yaşı var idi. Mayk Tayson boks tarixində "George Foreman" və "Earnie Shavers"dan sonra ən ağır zərbə gücünə sahib boksçu olub. "Dəmir Mayk"ın endirdiyi zərbənin ağırlığı 1.2 tona bərabər olub. İslam dinini qəbul etdikdən sonra adını dəyişib Malik Abdul Əziz qoydu. == Həyatı == Maykl Cerard Tayson ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib.
Sayfon Filter
Yaradıcısı - Eidetic İstahsalçı kompaniya - 989 studio İstehsal tarixi - 9 iyul 1999 Janr - şuter 3-cü şəxsdən Platforma - Play Station Play Station 2 Daşıyıcı - CD İdarəedici - coystik Sayfon Filter stels-action janrında olan şuterdir. Seriyanın 1-ci hissəsidir. Oyunun digər stels-actwion tipli Metal Gear Solid ilə demək olar eyni vaxtda çıxması onun populyarlığına təsir etmişdir. Buna baxmayaraq oyun geymerlər tərəfindən rəğbətlə qarşılanıb. == Süjet == Oyunun baş qəhrəmanı məxfi agent Qabriel Loqandır. O,beynəlxalq terrorist Erik Romerə qarşı mübarizə aparır. Lakin tezliklə Loqana aydın olur ki, Romer "Sayfon Filter" adlı təhlükəli virus hazırlayıb. Beləliklə, Loqan digər agentlərlə birlikdə dünyanı xilas etmək üçün mübarizəyə başlayır. Oyun olduqca zəngin və maraqlı sujet xəttinə malikdir. Tez yadda qalan surətlər, çoxlu sayda rəngarəng silahlar və bir-birindən maraqlı mərhələlər insanı bir an belə rahatlaşmağa qoymur.
Taycin kyofuşo
Taycin kyofuşo (対人恐怖症, Taijin kyōfushō) və ya TKS – Yaponiya mədəniyyətinə xas olan sindrom. Azərbaycan dilinə "şəxslərarası münasibətdən qorxu" kimi tərcümə olunur. Bu sindroma malik şəxslər öz hərəkətləri və görünüşləri ilə digərlərini narahat etməkdən çox qorxurlar. Mövcudluqları ilə digərlərinə narahatlıq törətmək istəmirlər. Bu sindrom qorxuya əsaslanan sosial fobiyadır. Sindromun simptonları bunlardır: sosial gəzintilərdən və ya fəaliyyətlərdən qaçınmaq, sürətli ürək döyüntüsü, nəfəs alma çətinliyi, panik hücum, titrəmə, insanlar arasında olanda qorxu və narahatlıq hiss etmə. Sindromun mənbəyi emosional travma və ya psixoloji müdafiə mexanizmləri ola bilər. Qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Bir fərdin həyatındakı davamlılıq müddəti 3-13 % təşkil edir. == Alt kateqoriyaları == Taycin kyofuşo fərdin sosial münasibətlərdən qaçmasını və qorxu hissi keçirməsini ehtiva edən şinkeyşitsunun bir altnövü olaraq sosial fobiyanın bir növüdür.
Taypin üsyanı
Taypin üsyanı(1850–1864) — Çində kəndli müharibəsi. == Tarixi == XIX əsrin üçüncü rübü yenə də sosial narazılığın nəticəsi kimi bir sıra iğtişaşlar görürdü. XIX əsrin birinci yarısında Taypinin ("taypin" sözü çin dilində "dinc", "sülhsevər"demək idi) vətəni olan Kvantun əyalətini sosial iğtişaş bürüdü. Tiryək müharibəsindən sonra hökumətin nüfuzu tənəzzülə uğramışdı, qulluqçular icma düşmənçiliyini barışdırmaq sahəsində öz qabiliyyətlərini itirmişdilər. Belə münaqişələrin ən böyüyü yerli sakinlərlə gəlmə sakinlər adlanan hakkalarla – onlar keçmiş vaxtlarda bu əyalətə mərkəzi Çindən gəlmişdilər, baş verdi. Yeni din kimi yaranan Allaha sitayiş edənlər assosiasiyasının ardıcılları şaxtaçılar, ağac kömürü istehsal edən fəhlələr və kasıb kəndlilər idi. Onların əksəriyyəti hakkalara məxsus adamlar idi. Üsyana Tiryək müharibəsi nəticəsində meydana gələn yüksək inflyasiyaya nəticəsində və iri mülkədarların qoyduqları ağır vergidən daha çox yoxsullaşan minlərlə kəndlilər qoşulmuşdular. 1851-ci ildə yaranan yeni dövlət Taypin Tien-kuo (Böyük sülhün səma səltənəti) adlanırdı. Taypin üsyanının başçısı Hun Hsiu-çüan özünü İisus Xristin qardaşı adlandırırdı və o, Səma kralı elan edildi.
Tayron Pover
Tayron Pauer (5 may 1914[…], Sinsinnati, Ohayo – 15 noyabr 1958[…], Madrid) — 1930–1950-ci illər arasında onlarla film ilə tanınan Amerika film və teatr aktyorudur. Adını daşıdığı böyük babası İrlandiyalı Tyrone (1795–1841) məşhur komediya aktyoru idi. Böyük əmisi Maurice (d. 1849) Şekspirin pyeslərindəki rolları ilə məşhur idi. Yenə teatr aktyoru olan atası Frederik Tyrone (1869–1931), Hollivud istehsalı olan müxtəlif filmlərdə iştirak etmişdir. Power, bir neçə il Shakespeare Repertoire Qrupu ilə tanışlıqdan sonra turnirlərə çıxıb filmlərdə kiçik rollarda oynadıqdan və radioda işlədikdən sonra 1935-ci ildə Romeo və Cülyetta pyesindəki rolu ilə Broadwaydə səhnəyə çıxdı. İlk uğurlu ekran əsəri Lloyd's of London filmi olmuşdur. Bu filmindəki uğurundan sonra bir sıra digər uğurlu filmlərdə baş rollarda oynamışdır. Özünü kinoya qəbul etdirən Power, tədricən romantikanın üstünlük təşkil etdiyi rollara keçdi. Power İkinci Dünya Müharibəsi zamanı ABŞ Dəniz Korpusunda xidmət etmişdir.
Tayson Gey
Tayson Gey (ing. Tyson Gay) — ABŞ atleti. Osakada keçirilən 2007 Yüngül Atletika üzrə Dünya Çempionatında 100 metr, 200 metr və 4 x 100 metr bayraq yarışında qızıl medal qazanmışdır. 22 iyun 2007-də Amerika çempionatında 100 metri 9,84 saniyəyə qaçaraq ilin ən yaxşı dərəcəsini əldə etmişdir. Daha sonra avqust ayında həmin məsafəni dünya çempionatında 9,85 saniyəyə qaçmış və dünya rekordçusu Asafa Paueli keçməyi bacararaq ilk dünya çempionluğunu qazanmışdır. Dörd gün sonra 200 metri 19,76 saniyəyə qaçaraq bu kateqoriyada da dünya çempionluğunu əldə etmişdir. 4 x 100 metr yarışında ABŞ komandası ilə birlikdə daha bir qızıl medal qazanaraq Marita Koç, Karl Lüis, Maykl Conson, Moris Qrin və Ellison Feliks ilə birlikdə bir dünya çempionatında üç qızıl medal birdən qazanma müvəffəqiyyətini əldə edən atletlərdən biri olmuşdur. 16 avqust 2009-da Berlində təşkil edilən 2009 Yüngül Atletika üzrə Dünya Çempionatının finalında 100 metri 9,71 saniyəyə qaçaraq yarışı Useyn Boltun gerisində, 2-ci bitirməsinə baxmayaraq tarixin ən yaxşı 3-cü dərəcəsini əldə etmiş və ABŞ rekordunu qırmışdır.
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.