TEYMURXAN

bax: Teymur və Xan; möhkəm, sarsılmaz hökmdar.
TEYMURƏ
TEYMURŞAH
OBASTAN VİKİ
Həşim bəy Teymurxanov
Həşim bəy Teymurxan bəy oğlu Allahveysov-(1808-?), Qarabağ atlı alayının vəkili, mülkədar == Həyatı == Həşim bəy Teymurxan bəy oğlu 1808-ci ildə Kolanı mahalının I Gərravənd obasında dünyanı tanımışdı. Molla yanında oxmuşdu. Şərq dillərini və rus dilini öyrənmişdi. Çar ordusunda xidmət еtmişdi. Qarabağ atlı alayının vəkili idi. Praporşik hərbi rütbəsi vardı. == Ailəsi == Həşim bəyin törəmələri Həşimbəyov soyadını daşıyırdılar. Həşim bəyin Qəhrəman bəy, Hüsеyn bəy, Məhəmməd bəy, Həsən bəy, Qasım bəy və Əli bəy adlı oğlanları vardı.
Murad Teymurxanov
Teymurxanov Murad Zabir oğlu (3.1.1899, Dağıstan — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Teymurxan-Şura real məktəbini bitirmişdir (1918). Parlamentin "Azərbaycan vətəndaşlığı haqqında" 1919-cu il 11 avqust tarixli qanununun 6-cı maddəsinə əsasən, Azərbaycan vətəndaşlığını qəbul etmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini nəqliyyat sahəsində davam etdirmək üçün Karlsruhe şəhərinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Temurxanovun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.