Həşim bəy Teymurxanov
Həşim bəy Teymurxan bəy oğlu Allahveysov-(1808-?), Qarabağ atlı alayının vəkili, mülkədar
== Həyatı ==
Həşim bəy Teymurxan bəy oğlu 1808-ci ildə Kolanı mahalının I Gərravənd obasında dünyanı tanımışdı. Molla yanında oxmuşdu. Şərq dillərini və rus dilini öyrənmişdi. Çar ordusunda xidmət еtmişdi. Qarabağ atlı alayının vəkili idi. Praporşik hərbi rütbəsi vardı.
== Ailəsi ==
Həşim bəyin törəmələri Həşimbəyov soyadını daşıyırdılar.
Həşim bəyin Qəhrəman bəy, Hüsеyn bəy, Məhəmməd bəy, Həsən bəy, Qasım bəy və Əli bəy adlı oğlanları vardı.