Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Charlotte Hornets
Şarlott Hornets — Şimali Karolina ştatının Şarlott şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Elizabet Farnesi
Elizabet Farnesi (isp. Isabel de Farnesio; it. Elisabetta Farnese) (25 oktyabr 1692[…] – 11 iyul 1766[…]) — İspaniya kralının xanımı.
Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Şarlott Hornets
Şarlott Hornets — Şimali Karolina ştatının Şarlott şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransında mübarizə aparır.
Hannes Halldorsson
Hannes Halldorsson (27 aprel 1984, Reykyavik) — İslandiyalı kinorejissor, Qarabağ Futbol Klubunda keçmişdə və İslandiya millisində çıxış edən professional qapıçıdır. == Klub karyerası == === İslandiyada === Hannes İslandiyada Leyknir Reykyavik, Afturelding, Styarnan, Fram və KR Reykyavik klublarında çıxış edib. === Avropada === 28 mart 2012-ci ildə Norveç klubu olan Brannın heyətində icarə əsasında qısamüddətli iştirak etdi. 2013-cü ilin dekabrında Hannes Xorvatiya millisi ilə oynanacaq Dünya Kuboku play-off mərhələsinə hazırlaşmaq məqsədilə Sandnes Ulf klubunda çıxış etməyə başladı.6 iyul 2015-ci ildə Hollandiya klubu N. E. K ictimaiyyətə Hanneslə 2 illik müqavilə imzalandığını elan etdi.3 iyul 2018-ci ildə Halldorsson Qarabağla iki illik müqavilə imzaladı. "Qarabağ"la iki illik müqavilə bağlayıb. O, cari mövsümdə cəmi 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Təcrübəli qapıçı mövsüm başa çatmamış 2019-cu ildə Ağdam təmsilçisi ilə yollarını ayırıb. Hannes Halldorsson karyerasını "Valur" klubunda davam etdirəcək. Onunla 2022-ci ilədək müqavilə bağlanılıb. Sözləşməyə əsəsən, Halldorsson klubun aşağı yaş qrupları üzrə komandalarında qapıçılar üzrə məşqçi kimi də fəaliyyət göstərəcək.
Hannes İqnatius
İohann Ferdinand "Hannes" İqnatius (8 oktyabr 1871, Helsinki – 3 mart 1941, Helsinki) — Finlandiyalı əsgər və Finlandiya müstəqilliyinin görkəmli dəstəkçisi. == Bioqrafiyası == İqnatius fennoman senat Karl Ferdinand İqnatius və Amanda Kristina Berqmanın oğlu idi. İqnatius hərbi təhsilini 1885–1892-ci illərdə Hamina kadet məktəbində, daha sonra 1896–1899-cu illərdə Sankt-Peterburqdakı general heyəti akademiyasında almışdır. === Hərbi xidməti === İqnatius 1892-ci ildən 1901-ci ilə qədər Finlandiya Əjdaha Alayında xidmət etmişdir. O, 1900-cü ildə kapitan vəzifəsinə yüksəldi. Finlandiya knyazlığının ordusu ləğv edildikdən sonra o, 1901–1917-ci illər aralığında biznes fəaliyyəti ilə məşğul olmağa başladı. İqnatius Birinci Dünya müharibəsi ərzində Finlandiya müstəqilli üçün çalışan hərbi komitənin tanınmış üzvü oldu və ilk olaraq polkovnik, daha sonra 1918-ci ildə general mayor rütbəsinə yüksəldi. İqnatius Finlandiya vətəndaş müharibəsi dövründə 1918-ci il 18 fevraldan 6 maya qədər Ağ Finlandiyanın Maddi-Texniki Təchizat Generalı, eyni ilin mayından iyununa qədər ordunun aparat rəhbəri vəzifəsini tutdu. Qış müharibəsində İqnatius yenidən ordu rəhbəri vəzifəsinə gəldi.İqnatius Suomen Vapaussota 1918 (Finlandiya istiqlaliyyət müharibəsi) nəşriyyat komitəsinin sədri idi. O, 1918-ci ildə Qustav Mannerheym kitabını yazdı.
Jennifer Warnes
Cennifer Uorns - ABŞ musiqiçisi və aranjimançısı. Müğənni kimi, o, daha çox əsərlər üzərində etdiyi qeyri-adi interpretasiyalar ilə tanınıb.
Alice: Madness Returns
Alice: Madness Returns (azərb. Alisa: Geri dönür‎) - "Spicy Horse" oyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan, macəra janrlı videooyundur. Süjet xətti ilə 2000-ci ildə istehsal olunmuş American McGee’s Alice videooyunun məzmununu davam etdirir.
Sadness (Part I)
Sadness (Part I) – Enigma musiqi layihəsi adından 1990-cı ildə çıxarılmış sinql. Mahnı MCMXC a.D albomundan çıxarılmış ilk sinqldır. Birmənalı şəkildə qeyd etmək olar ki, mahnı Enigma musiqi layihəsini bütün dünyada tanıdan və bu günə kimi Enigma musiqi layihəsi adından çıxarılmış ən məşhur mahnıdır. Təkcə onu qeyd etmək yetər ki, mahnı bütün dünyada yeddi milyon nüsxəylə satılmış və iyirmi dörd ölkənin hit paradlarında liderliyi ələ keçirmişdir. Sadness (Part I) mahnısı Curly M. C., F. Gregorian, David Fairstein tərəfindən yazılmışdır. Mahnıda istifadə edilən sözlər latın dili və fransız dilindədir. Latın dilində olan sözlər Psalmlardan bir hissıdir (24:7–8). == Kompozisiyalarının siyahısı == === CDM (ABŞ) === Sadeness (Part I) [violent u.s.
Belladonna of Sadness (albom)
Belladonna of Sadness — amerikalı müğənni Aleksandra Saviorun ilk studiya albomu. 7 aprel 2017-ci ildə Columbia Records tərəfindən buraxılıb. Albom 2014-cü ildə Savior və ingilis musiqiçi Aleks Törner tərəfindən Los-Ancelesdə yazılıb. Prodüserliyini Hollivudda Ceyms Ford, Törner və Zak Daues etmişdir. Albomun üz qabığında Saviorun çəkdiyi xanımotu çiçəyi yer almışdır. Albom 1973-cü ildə buraxılmış eyniadlı yapon animesinin adını daşıyır. == Trek siyahısı == Qeyd edilənlər istisna olmaqla, bütün treklər Aleksandra Savior və Aleks Törner tərəfindən yazılmışdır.
Orange Sky Golden Harvest
Orange Sky Golden Harvest (çin. 嘉禾娛樂有限公司; — «qızıl məhsul») — Honkonq kinoşirkəti. Brüs Li, Ceki Çan kimi Honqonk kino ustalarının simasında dünyaya açılmışdır. İlk filmi 1973-cü ildə Warner Bros. ilə birlikdə çəkdiyi Əjdahanın çıxışı filmi olmuşdur.
Rembrant Harmens van Reyn
Rembrandt (tam adı: Rembrandt Harmens van Reyn, nid. Rembrandt Harmenszoon van Rijn; 15 iyul 1606[…], Leyden, Hollandiya qraflığı[…] – 4 oktyabr 1669[…], Amsterdam, Hollandiya qraflığı[…]) — Niderland rəssamı və qrafiki, holland rəssamlığının qızıl dövrünün ən parlaq nümayəndəsi. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van Svanenburxdan (təqr. 1620-23) və Amsterdamda Piter Lastmandan (1623) rəssamlıq dərsləri almışdır. 1625-31-ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. Burada Rembrandtın Saskiya van Eylenbürx (1634-42), sonra isə Hendrike Stoffels (təqr. 1649-63) ilə evlənməsi onun sonrakı həyat və yaradıcılığına mühüm təsir göstərmişdir (Saskiyaya dərin məhəbbəti, əsərlərində tez-tez onun obrazını əks etdirməsi, hər iki qadının həyatdan vaxtsız getməsi və s.). 1630–1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur.
Tiny Toon Adventures 2: Montana’s Movie Madness
Tiny Toon Adventures 2: Montana’s Movie Madness - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunu. == Məzmun == Cizgi qəhrəmanları kinoteatrda filmə baxmaq üçün yığılıblar. Kinoteatrın sahibi isə Montana Maksdır və onların hansı filmə baxacaqlarını yalnız özü təyin edəcəkdir. Maks onun göstərəcəyi filmlərin ən yaxşı olduğunu deyirdi. Bundan şübhələnən Bebs Benni bu barədə Baster Banniyə deyir. Baster Banni isə filmdə iştirak etməyə qərara gələrək, ekranın içinə daxil olur. Banni macəra boyunca Vestern, Samuray, Gələcək və Canavar məzmunlu dörd filmi silməlidir. Hər filmin sonunda isə Montana Maks ilə döyüşməyə məcbur olur. Montana Maksa, Roderik Rat və Rhubella Rat kimi personajlar kömək edir. Banniyə isə Qoqo Dodo vasitəsilə Bebs Banni, Plaki Dak, Hemton C. Pig, Fifi La Fume, Şirli MakLun, Furrball, Konkord Kondor, Li'l Snizer ve Dizzi Devil kömək edir.
Rino Harniş
Rino Harniş (1949) — ABŞ-nin Azərbaycandakı səfiri (2003–2006). == Həyatı == Rino Harniş San-Dieqo Ştat Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1975-ci ildə Amerika Universitetində beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini alıb. R. Harniş iqtisadiyyat elmləri üzrə də magistr dərəcəsinə malikdir. Təhsilini başa vurandan sonra ən əvvəl Amerika Sənaye Universitetində tədqiqatçı köməkçisi vəzifəsində çalışıb. Bundan sonra ABŞ-nin Xəzinədarlıq Departamentində beynəlxalq iqtisadçı vəzifəsini tutub. Daha sonra Nebraska ştatından seçilmiş konqresmen Deyv Martinin köməkçisi olub. Karyerasının növbəti illərində R. Harniş ABŞ-nin İtaliyadakı səfirliyində ətraf mühit, elm və texnologiya məsələləri üzrə, ABŞ-nin Almaniya Demokratik Respublikasındakı səfirliyində isə iqtisadiyyat və ticarət məsələləri üzrə müşavir vəzifələrində işləyib. Sonrakı dövrdə Dövlət Departametinin İnkişaf Etmiş Ölkələrlə Ticarət üzrə Departamentində çalışıb, ABŞ-nin Avstriyadakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir işləyib. R. Harniş ABŞ-nin Nigeriyadakı səfirliyində də müşavir qismində çalışıb.