tiran
tiranlıq
OBASTAN VİKİ
Tirana
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Tirana FK
Tirana FK – Albaniyanın futbol klubu. Albaniyanın paytaxtı Tirana şəhərinin təmsilçisidir və Albaniyanın Birinci diviziyonunda çıxış edir. 1920-ci il avqustun 16-da yaradılıb. Ev oyunlarını 12 500 tamaşaçı tutumuna malik Selman Styormaşi stadionunda keçirir. Albaniyanın ən titullu və populyar futbol klubu sayılır. Albaniya çempionu (24): 1930, 1931, 1932, 1934, 1936, 1937, 1964/65, 1965/66, 1968, 1969/70, 1981/82, 1984/85, 1987/88, 1988/89, 1994/95, 1995/96, 1996/97, 1998/99, 1999/00, 2002/03, 2003/04, 2004/05, 2006/07, 2008/09 Albaniya kubokunun sahibi (15): 1938, 1963, 1976, 1977, 1983, 1984, 1986, 1994, 1996, 1999, 2001, 2002, 2006, 2011, 2012 Albaniya superkubokunun sahibi (9): 1994, 2000, 2002, 2003, 2005, 2006, 2007, 2009, 2011 Ku ən əhəmiyyətli oyunları 30 594 tamaşaçı tutan Albaniyanın əsas stadionu Kemal Stafada keçirir, həmçinin Albaniya millisi də bu stadionda ev oyunlarını oynayır.
Tirana Universiteti
Tirana Universiteti (alb. Universiteti i Tiranës) və ya qısaca TU — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən dövlət universiteti. 1957-ci ildə Tirana Dövlət Universiteti (alb. Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb. Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır. Tirana Universiteti Albaniyanın ən böyük və ən nüfuzlu universitetidir. Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsi Tiranada verilsə də, universitetin Albaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var. Universitet Bolonya prosesinə uyğun olaraq üçillik bakalavr, 1 və ya 2 illik magistr, 3–5 illik doktaruntura dərəcəsi təklif edir.
Tirana derbiləri
Tirana Derbiləri — Albaniyanın Tirana şəhərini təmsil edən futbol klublarının bir biriləri ilə aralarında baş tutan derbilərdir. Bu futbol klubları "Partiazni", "Dinamo Tirana" və "Tirana FK" klublarıdır. Tirana Albaniyada üç peşəkar futbol klubu olan yeganə şəhərdir. Bu üç futbol klubunun aralarındakı rəqabəti, oyunlar ətafında yaranan ajiotaj və azarkeşlərin oyunlar zamanı etdikləri çılğınlıqları təsvir etmək üçun bu ifadədən istifadə edilir. Tirana şəhərinin iki böyuk klubu olan "Tirana FK" və "Partizani Tirana" futbol klubları arasında baş tutan bu oyun Albaniyada "Derbi I" və ya "Derbi i madh" adlanır. Derbi həmçinin "Böyuk oyun" və "Əbədi derbi" adlarıylada tanınır. Bu iki komanda arasındakı oyunlar uzun bir tarixə malikdir və demək olar ki həmişə ölkədəki kütləvi informasiya vasitələrinin ilk səhifəsini təşkil etmiş, tribunadakı azarkeşlər və oyunçular arasında yüksək gərginlik yaratmışdır. Komandalar arasında ilk oyun 1947-ci ildə baş tutub. Albaniyanın ən köklu klublarından olan bu iki klub arasındakı ilk oyun 1967-ci ildə baş tutub. "Partizani Tirana" və "Dinamo Tirana" klubları arasında baş tutan oyunlarda "Tirana derbi"lərinə daxildir.
Tirana vilayəti
Tirana vilayəti — Mərkəzi Albaniyada vilayət.
Tirana şəhəri
Tirana (alb. Tiranë) — Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Vilayət Tirana
Tirana vilayəti — Mərkəzi Albaniyada vilayət.
Tirana çayı
Tirana (Alb. Lumi i Tiranës) — Avropada, Albaniya ərazisindən axan çay. Çayın mənbəyi Albaniyanın paytaxtı Tirananın şimal-şərqindəki dağlarda yerləşir. Tirananın şimal hissəsindən axır və bu şəhərin əsas su arteriyasıdır. Tirana çayının mənbəyi Dayti dağından axan axıntılardan yaranıb. Çay cənub-qərb istiqamətində axaraq, Tiran şəhərinin şimal hissəsindən keçir və sonra şimal-qərbə dönür. Tirananın ən böyük qolu Lana çayıdır. Tirana İşmi çayına tökülür. Çay şəhərsalma suları ilə çox çirklənmişdir, xidmət infrastrukturunun olmaması tullantıların çaya axmasına səbəb olub. . Bu da içməli suyun keyfiyyətini azaldır və bəzi heyvan və balıq növlərinin tələf olmasına səbəb olub.
Partizan Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Partizani Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Tirana Politexnik Universiteti
Tirana Politexnik Universiteti (alb. Universiteti Politeknik i Tiranës — UPT) — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1951-ci ildə qoyulmuşdur.
Tirana Tibb Universiteti
Tirana Tibb Universiteti (alb. Universiteti i Mjekësisë) — Albaniyanın Tiran şəhərində yerləşən dövlət səhiyyə və tibb elmləri universiteti. Universitetin tarixi 1952-ci ildə Ali Tibb İnstitutunun qurulması ilə başlayır. 1957-ci ildə Ali Tibb İnstitutu və digər beş ali təhsil müəssisəsi Tirana Dövlət Universitetininin əsasını təşkil edir. Bu münasibətlə Tibb Fakültəsi Albaniya təbabətinin əsas istinad müəssisəsi kimi qurulur. Yüksək bilik və peşəkarlıq səviyyəsinə görə 23 yanvar 2013-cü ildə Tibb Fakültəsi Tirana Tibb Universitetini təsis edərək universitet statusunu alır. Universitet Tirana Universitetindən Tibb və Texniki Tibb Elmləri Fakültəsini miras alır və Əczaçılıq Fakültəsi, Stomatologiya Fakültəsi və Xalq Sağlamlıq Fakültəsini təşkil edir. Tirana Tibb Universitetinin ilk rektoru professor Cera Kruya olmuşdur. 30 mart 2016-cı ildə yenidən təşkil edildikdən sonra Tirandakı Tibb Universiteti üç fakültədən ibarətdir: Tibb fakültəsi, Texniki Tibb Elmləri fakültəsi və Stomatologiya fakültəsi. Tirana Tibb Universiteti Albaniyanın ən mühüm universitetlərindən biridir.
Dürres - Tirana dəmir yolu
Dürres - Tirana dəmir yolu (alb. Hekurudha Durrës–Tiranë) — Albaniyanın iki ən böyük şəhərlərini, Dürres və Tirananı birləşdirən dəmir yolu xətti. Xətt Vora yolunda Şkodra-Vorë dəmir yolu ilə və Durresdəki Durres-Vlora dəmir yolu ilə birləşir. 2013-cü ilin sentyabr ayından etibarən, Tirananın əsas bulvarının genişləndirilməsinə yol açmaq üçün metropoliten stansiyası söküldüyü üçün xəttin Tiranadakı son dayanacağı sökülür. Nəticədə Tirana sərnişinləri əvvəlcə 2013-cü ildə Vore stansiyasından, sonra isə 2015-ci ilin mayında təmir edilmiş Kaşar stansiyasından istifadə etməli olurlar. Kaşar-Tiran xəttinin bir hissəsi avtobus xidməti ilə əvəz olunur. Dürres - Tirana xətti 1948-1949-cu illərdə yalnız könüllülərin əməyi sayəsində tikilib və bir il əvvəl çəkilmiş Durres - Pekini xəttindən sonra Albaniyada ikinci sərnişin dəmir yolu xətti olub. Xəttin rəhbəri Hekurudha Şqiptaredir. == Tarix == Albaniyanın iki ən mühüm şəhəri olan Durres və Tirananı birləşdirən 38 kilometr uzunluğunda dəmir yolu 1948-1949-cu illərdə tikilmiş və Albaniyanın ikinci sərnişin dəmir yolu olmuşdur. Bundan bir il əvvəl Durres və Peçini birləşdirən dəmir yolu açılır.
Tirana Beynəlxalq Hava Limanı
Tirana Beynəlxalq Hava Limanı (alb. Aeroporti Ndërkombëtar i Tiranës Nënë Tereza) və ya əvvəlki adı ilə Rinas Beynəlxalq Hava Limanı (IATA: TIA, ICAO: LATI) — Albaniyanın əsas beynəlxalq hava limanı. Hava limanı Alban Roma-Katolik kilsəsinin missioneri Tereza Ananın şərəfinə adlandırılmışdır. Tirana şəhərindən 11 km şimal-şərqdə yerləşir. Başda Avropa olmaqla, beynəlxalq əlaqələrə sahibdir. Ən çox istifadə edilən uçuşlar isə Roma, Milan və İstanbul reysləridir. Hava limanı Albaniyanın milli bayraq daşıyıcısı olan Air Albania-nın, həmçinin Albawings-in qərargahıdır. Eyni zamanda Adria Airways, Blue Panorama Airlines və Ernest Airlines üçün xidmət göstərir. Sərnişin sayı baxımından Albaniyanın ən böyük, Balkan yarımadasının 12-ci böyük hava limanıdır.