tiv

tiv
titulsuz
tivlər
OBASTAN VİKİ
Tiv (illüstrator)
Tiv (25 fevral 1981, Seul) – koreyalı qadın manqaka və illüstrator. Hal-hazırda Yaponiyanın Saytama prefekturasında yaşayır. Annyeong! -We are Peanuts- (2007-2009, Futabasha) Bokura wa Minna Ikiteiru! (2010-2012, Ichijinsha) Heaven's Memo Pad - Hikaru Suqii (2010-2012, Dengeki Daioh) Komori Quintet! - Hikaru Suqii (2013-2015, Dengeki Daioh) Masamune-kun's Revenge - Hazuki Takeoka (2012-hazırda, Comic Rex) School! Scoop? (2012-2013, SD&GO!) Ao Haru! - Şun Uçida (2012, MF Bunko J) Azukete! Jikan Ginkō-cho - Nobuki İto (2009, Sneaker Bunko) Hiru mo Yoru mo, Ryōte ni Akujo-cho - İko Torimura (2011, Gagaga Bunko) Ima, N Kaime no Kanojo - Garu Kobayashi (2016, Fujimi Shobo) Inutsuki-san - Yosuke Karabe (2009, Square Enix) Manga no Kami-sama - İkko Sono (2015-hazırda, Dengeki Bunko) Masamune-kun's Revenge - Hazuki Takeoka (2013 & 2016, Ichijinsha Bunko) Shōjo Kaidan - Çiya Fucino (2008, Bungei Shunjū) Shugei Onna - Ritsuko Nosaka (2015, TO Books) Yoshi Yume ga Kuru!
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Tivat Beynəlxalq Hava Limanı
Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri. Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3 və İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir. Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu.
Tivi
Tivi (Ordubad)
Tivi (Ordubad)
Tivi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Burada son Tunc və antik dövürlərinə aid maraqlı abidələr (nekropol və yaşayış yeri)vardır. Gəmiqaya rəsimləri Tivi kəndinin şimal-şərqindədir. Kənddə Tam orta məktəb, Tibb Məntəqəsi, Mədəniyyət evi yerləşir. Tivi kəndi özündə qədim ənənələri yaşadır. Burada Azərbaycanın bir çox bölgəsində olduğu kimi Kiçik Çillənin axırıncı Cümə Axşamı Xıdır Nəbi Mərasimi keçirilir. Bu vaxt evlərə papaq atılır. Bundan başqa hər il İlaxır Çərşənbə böyük coşğu ilə qeyd olunur. Özünəməxsusluğu ilə seçilən Tivi adətlərindən biri də Xan Şənllikləridir. Ordubad rayonununda kənd.
Tivi mineral bulağı
Tivi mineral bulağı — Ordubad rayonu ərazisindəki Tivi kəndində çoxsaylı mineral bulaqlar vardır. Kəndə dağ yolları ilə Ordubaddan 60 km-lik məsafədə təzə yol çəkilmişdir. Tivi kəndi Süzgün çayın üstündə Ordubad-Bist yolunun şimal-şərqindədir. Kənddəki mineral bulaqlardan biri Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" tipli mineral suyunun analoqudur. Zəif minerallaşmış karbonqazlı sudan daxili xəstəliklərin müalicəsində (18–20 Cº) içmək əhəmiyyətlidir. Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri — Naxçıvan, 2008.
Tivi məscidi
Tivi məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində yerləşən orta əsrlərə aid məscid. Məscid kəndin cənub tərəfində, Anabat məhəlləsində yerləşir. Əvvəllər məscidin yerində pir olmuş, sonralar məscidə çevrilmişdir. Ona görə də bəzən yerli əhali arasında məhəllənin adı ilə məscidə "Anabat piri" də deyilir. Məscidin girişi şərq tərəfdəndir. Kişilər və qadınlar üçün 2 qapısı vardır. Kişi salonu cənubda, qadın salonu şimal tərəfdədir. Qadın salonuna daxil olarkən qapının ağzında bir qəbir vardır. Ancaq qəbirin üstündə epiqrafik sənəd — kitabə olmadığı üçün orada dəfn olunan şəxsiyyətin mənsubiyyətini təyin etmək mümkün deyildir. Deyilənə görə əvvəllər qəbirin üstündə kitabə olmuşdur.
Tivi nekropolu
Tivi nekropolu — Ordubad rayonunun Tivi kəndi içərisində hündür təpənin üzərindədir. Qəbirlər daş qutu tiplidir. Onlar düzbucaqlı formada olub yanlarda iri sal daşlarla qurulmuşdur. Qəbirlərin üzəri bəzən iki, bəzən isə bir neçə sal daşla örtülmüşdür. Müxtəlif istiqamətlərə yönəlmiş vəziyyətdə olan qəbirlər aşınma və təsərrüfat işləri görülərkən dağıdılmışdır. Aşkar olunan arxeoloji materialar gil qablardan, tunc üzük, sırğa, əqiqdən hazırlanmış muncuqlardan ibarətdir. Tapıntılara əsasən abidə e.ə. III-II əsrlərə aid edilir.
Tivi çayı
Tiviçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay. Gilançayın sol qoludur. Xəzəryurd dağının ətəyindən, 2980 m hündürlükdən başlanır. Uzunluğu 9 km-dir. Yeraltı sular və qar suları ilə qidalanır.
Tiviçay
Tiviçay — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində çay. Gilançayın sol qoludur. Xəzəryurd dağının ətəyindən, 2980 m hündürlükdən başlanır. Uzunluğu 9 km-dir. Yeraltı sular və qar suları ilə qidalanır.
Tivoli
Tivoli — İtaliyanın Latsio regionunda şəhər.
Tivoli bağları
Tivoli bağları və ya Tivoli — Danimarkanın paytaxtı olan, Kopenhagen şəhərində yerləşən əyləncə parkı və kef bağı. O, 1843-cü ilin avqustun 15-i açılıb və bələliklə, həmin şəhərin yanında Direhavsbakken parkından sonra, dünyanın ikinci ən köhnə əyləncə parkıdır. Bəzi mənbələrdə Volt Disney məhz Tivolidən ilhamlanıb, Disneyland-ı yaratdığını deyilir. O, bu yeri 1951-ci ildə ziyarət edib. 2016-cı ildə Tivoli bağlarını 4,6 mln. adam ziyarət edib. Parkın 14-16 akr ərazisində qrulması üçün Georq Karstensena icazə verən Kral VIII Kristian idi. Onun ilk adı Tivoli & Vauxhall qoyublar. Açılışı 1843-cü ilin avqustun 15-də baş verib. O gün parkının ilk ziyarətçilərin arasında Hans Xristian Andersen də olub.
Şveta Tivari
Şveta Tivari (4 oktyabr 1980) — hind kino aktrisası.