Torpedo
Torpedo və ya Torpeda sükanı və pəri olan, suyun üstündən və ya altından suya atılan, sükanı və pəri ilə hədəfə doğru hərəkət edən partlayıcı sualtı silahdır. Əsasən onlardan sualtı qayıqlarda və döyüş gəmilərində istifadə olunur.
Torpedo sözü bir balıq növü olan torpedo balığından (Torpediniformes) götürülmüşdür. Latın dilindən tərcümədə torpere sözü uyuşdurmaq, çaşdırmaq deməkdir.
Vertolyotun ixtirasına oxşar bir formada torpedonun da qədim zamanlarda mövcud olduğu hesab edilir. Torpeda adlandırıla bilinəcək ilk rəsmləri 1275-ci ildə Suriya alimi olan Həsən Əl-Ramah çəkmişdir. Ramahın tədqiqatlarında suyun səthində hərəkət edə bilən bir raket göstərilir.
Bundan sonra isə torpedolar müasir Xorvatiyanın Riyeka şəhərində hazırlanmışdır.
Hələ "torpedo" sözü mövcud olmamışdan əvvəl ilk sualtı qayıqlardan biri hesab olunan Turtle (1775) torpedalara çox oxşar olan bir raketlə hücum həyata keçirmişdir. Bununla belə, Tısbağanın qeydə alınmış yeganə hücum etdiyi gəmi hesab olunan HMS Eagle gəmisinə etdiyi hücum nəticəsində gəminin gövdəsi qırılmamış və beləliklə də gəmiyə heç bir zərər dəyməmişdir.