Torpedo və ya Torpeda sükanı və pəri olan, suyun üstündən və ya altından suya atılan, sükanı və pəri ilə hədəfə doğru hərəkət edən partlayıcı sualtı silahdır. Əsasən onlardan sualtı qayıqlarda və döyüş gəmilərində istifadə olunur.
Torpedo sözü bir balıq növü olan torpedo balığından (Torpediniformes) götürülmüşdür. Latın dilindən tərcümədə torpere sözü uyuşdurmaq, çaşdırmaq deməkdir.
Vertolyotun ixtirasına oxşar bir formada torpedonun da qədim zamanlarda mövcud olduğu hesab edilir. Torpeda adlandırıla bilinəcək ilk rəsmləri 1275-ci ildə Suriya alimi olan Həsən Əl-Ramah çəkmişdir. Ramahın tədqiqatlarında suyun səthində hərəkət edə bilən bir raket göstərilir.[1]
Bundan sonra isə torpedolar müasir Xorvatiyanın Riyeka şəhərində hazırlanmışdır.
Hələ "torpedo" sözü mövcud olmamışdan əvvəl ilk sualtı qayıqlardan biri hesab olunan Turtle (1775) torpedalara çox oxşar olan bir raketlə hücum həyata keçirmişdir. Bununla belə, Tısbağanın qeydə alınmış yeganə hücum etdiyi gəmi hesab olunan HMS Eagle gəmisinə etdiyi hücum nəticəsində gəminin gövdəsi qırılmamış və beləliklə də gəmiyə heç bir zərər dəyməmişdir.
Torpedo termininin dəniz hücumları zamanı partlayıcı kimi istifadə edilməsi Robert Fulton tərəfindən həyata keçirilmişdir.
Birinci Dünya müharibəsindən bəri isə torpedo termini dənizin altında özü hərəkət edə bilən raketlərin adı kimi müəyyən edilmişdir. Avtomatik hərəkət edən torpedaların prototipi Covanni Luppis (Giovanni Luppis) və Robert Vaythidin (Robert Whitehead) də daxil olduğu komissiya tərəfindən hazırlanmışdır. Nəticə etibarilə, ilk avtomatik hərəkət edə bilən torpedo hesab olunan Minenschiff rəsmi olaraq komissiya tərəfindən 21 dekabr 1866-cı ildə təqdim edilmişdir.
Dövlətin dəstəyini də aldıqdan sonra Vaythid Riyeka şəhərində birinci torpedo zavodunu açmışdır. 1870-ci ildə isə torpedaların mənzili 914 m-ə, sürəti isə 6 düyünə qədər artırılmışdır. Zavod 1881-ci ildə 10 müxtəlif ölkəyə istehsal etmiş olduğu torpedaları ixrac etməyə başlamışdır. Daha sonra isə Vaythid torpedonun sürətini 18 (1876), 24 (1886), 30 (1890) düyünə qədər artırmağa nail ola bilmişdir.
16 yanvar 1877-ci ildə isə İntibah adlı Osmanlı buxar gəmisi 1877–78 Osmanlı-Rusiya müharibəsi zamanı avtomatik hərəkət edən torpedo ilə batırılmış olan birinci gəmi olmuşdur.
Təxmini olaraq 1897-ci ildə isə Nikola Tesla uzaqdan idarə olunan qayığın patentini almış və daha sonra isə ABŞ ordusuna uzaqdan idarə olunan torpedanın hazırlana biləcəyini nümayiş etdirmişdir. Lakin ordu bunu 1960-cı illərə qədər qəbul etməmişdir.
Bu, ilk müvəffəqiyyətli özü hərəkət edə bilən torpedalarda istifadə edilən sistem olmuşdur (1866). Hava 2,55 MP-ya qədər sıxışdırılır və bu hava dəqiqədə 100 dövrə vuran pərin porşenini doldururdu. Beləliklə də, torpedalar 180 metr və 6,5 düyün sürətlə hərəkət edə bilirdilər. Bu üsul təkmilləşdirilmiş və 1000 metr və 35 düyünə qədər inkişaf etdirilmişdir.
Bu ideya vurulan maye yanacağın (məsələn, kerosin) istifadəsini təqdim etmişdir. Beləliklə də istilik havanı daha çox sıxışdırır və torpedo daha da uzaqlara getməyə nail olurdu. Bunun kimi torpedalar təxmini olaraq 1904-cü ildə istehsal olunmağa başlanmışdırlar.
Bu formada torpedalar əsasən Birinci Dünya müharibəsivə İkinci Dünya müharibəsi dövründə istifadə edilmişdirlər.
Bəzi benzin növləri torpedonun daşıya biləcəyi oksigenlə yanmağı bilirdilər. Sıxılmış hava yalnız 21% O2 daşıya bildiyi halda, Yaponiya mühəndisləri 1930-cu ildə esmineslər üçün Tip 93 Torpedo növünü hazırlamışdırlar. Bu torpedalar sıxılmış hava əvəzinə sıxılmış təmiz O2 istifadə edirdilər.
Sıxışdırılmış hava torpedalarının törəməsi olan bu torpedalar spirt və sıxılmış havadan istifadə edirdilər. Bu torpedoların sürəti artdığına görə dənizin səthində iz buraxırdılar. Bu isə öz növbəsində, onların zərərsizləşdirilməsini və ya onlardan qaçmağı düşmən üçün asanlaşdırırdı.
Bu sistem isə köpüklərin çıxmasının qarşısını alırdı. Con Erikson (John Ericsson) 1872-ci ildə birinci elektriklə hərəkət edən torpedonu istehsal etmişdir. Torpedolar, batareyaların tükənməsi halında xarici mənbədən qidalanmağa başlayırdılar. Almaniya,İkinci Dünya müharibəsi başlamamışdan az əvvəl dünyanın ilk batareya ilə qidalanan torpedası olan G7e torpedosunu təqdim etmişdir. G7e ənənəvi G7a torpedosundan daha aşağı sürəti və daha az mənzili ilə seçilirdi. Amma ondan daha ucuz idi.
Daha az texniki xidmət tələb edən gümüş oksidli batareyalardan istifadə edən müasir elektrikli torpedalar (məsələn, Mark 24 Tigerfish) isə performansını itirmədən illərlə qala bilir.
Torpedalar bir neçə yolla buraxıla bilirlər:
Hərbi dəniz qüvvələrinin əksəriyyəti 2 müxtəlif çəkidə olan torpedolardan istifadə edirlər:
Ən çox istifadə olunan torpedaların çapları (ölçüləri, diametrləri):
Nüvə sualtı qayıqlarında isə daha böyük çapa malik olan torpedolardan istifadə olunur.
Müasir Almaniya Hərbi Donanması:
Kriqsmarine, (İkinci Dünya müharibəsi dövründə Almaniya hərbi donanması):
Yaponiya İmperiya Donanması: İkinci Dünya müharibəsi:
Hindistan Hərbi Dəniz Qüvvələri: