Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ski Museu
Ski Museu — Xizək ləvazimatlarının nümayiş olunduğu muzey. ABŞ-nin bu mövzuya aid ən böyük kolleksiyaya sahib muzeyi hesab olunur. Burada bütün eksponatlar xronoloji ardıcıllıqla düzülmüşdür. Bu ardıcıllıq Polşada xizək ləvazimatının inkişafında 120 il ərzində baş verən dəyişiklikləri göstərir. Muzeydə həmçinin qış idmanı mövzu haqqında müxtəlif kitablara da arst gəlmək mümkündür. Muzey 1995-ci ildə il bundan əvvəl Siklin şəhərində kolleksioner və yerli sakinlərin dəstəyi nəticəsində yaradılmışdı. Ski Museum of Maine website (ing.) "Skiing Pleasant Mountain" exhibit at Maine Memory Network. (ing.) Associated Press article by Glenn Adams in USA Today. (ing.) Ski Tracks article by Dan Cassidy in Maine Coast Now Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine.
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Geomorfoloji Skil
Geotektonik skil
Ksander Skinner
Leo Skiri Ostiqard
Leo Skiri Ostiqard (28 noyabr 1999, Molde[d]) — Norveç Eliteserien təmsilçilərindən olan Molde klubunda hücumçu kimi çıxış edən peşəkar Norveçli futbolçudur. Ostiqard Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Ostiqard öz peşəkar karyerasında debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Sander Svendseni əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. 18 İyun 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Mixail Skipski
Mixail Skipski (rus. Михаи́л Ски́пский) — "Nə? Harada? Nə zaman?" oyununun televiziya və idman versiyasının oyunçusu, məşqçi, Balaş Qasımovun komandasının heyətində ikiqat "Büllur bayquş" sahibi. Skipski Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin məzunudur. O, hazırda Aniçkov liseyində coğrafiya fənnindən dərs deyir. 2008-ci ildə Mixail Skipski yenidən təsis edilmiş "Ən Yaxşı Məşqçi" nominasiyası üzrə "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının mükafatına layiq görülmüşdür. 2010-cu ilin dekabrında, "Nə?
Piotr Skierski
Piotr Skierski (30 dekabr 1971) — Polşanı təmsil edən stolüstü tennisçi. Piotr Skierski Polşanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Quercus skinneri
Quercus skinneri (lat. Quercus skinneri) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salvatore Skillaçi
Salvatore Skillaçi (it. Salvatore Schillaci) — keçmiş İtaliya futbolçusu.
Senecio skirrhodon
Senecio skirrhodon (lat. Senecio skirrhodon) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Skif-Sibir heyvan üslubu
Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu. Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV–VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır. Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və "skif heyvan üslubu"dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82–2 m) tapılıb.
Skif incəsənəti
Skif-Sibir heyvan üslubu— Son Tunc və Erkən Dəmir dövrlərinə aid mədəniyyət üslübu. Son tunc dövründə Cənubi Sibirdə Karasuq (e.ə. XIV–VIII əsrlər) arxeoloji mədəniyyəti çiçəkləndi. Bu dövrdə insanlar atdan nəqliyyat vasitəsi kimi istifadə etməyə başladılar. Bu mədəniyyətin xarakterik cəhəti metallurgiyanın inkişafıdır. Altayda bu mədəniyyəti Yeniseyin orta axarı boyu yayılmış və yeddi əsrə qədər davam etmiş Taqar mədəniyyəti əvəz etdi. Onun xarakterik cəhəti kurqanların tikintisi və "skif heyvan üslubu"dur. Tuva ərazisində Arjan şah və Pazırık kurqanları maraq doğurur. Sonuncu 2490 il bundan əvvəl tikilib. Buradan türk xaqanının cəsədi bükülmüş qədim xalça (1,82–2 m) tapılıb.
Skif padşahlığı
Skiflər — antik dövrdə və orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar. (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. Bir assur mənbəsində e.ə.
Skif süitası
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Skif süitası (Prokofiyev)
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Skif süitası (Prokofyev)
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Skiflər
Skiflər — antik dövrdə və orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar. (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. Bir assur mənbəsində e.ə.
Skikda
Skikda (ərəb. سكيكدة‎, əvvəllər Filippvil) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayət və dairənin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə, əhalinin sayı 163,618 nəfərdir. Skikda Aralıq dənizində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 345 km şərqdə yerləşir. Şəhərin ətrafı dağlıqdır.
Skills in Pills
Rammstein qrupunun vokalisti Till Lindeman və Pain qrupunun başçısı Peter Tagtgren ilə birgə 2015-ci ildə yayımladığı solo albom. Albom İndustrial metal tərzindədir.Əslində Till və Peter bu Albomu 1999-cu ildə çıxaracaqlardı amma Tillin vaxtının olmaması ucbatından albom işi təxirə salınır.Yalnız 2015-ci ilin başlarında Till İsveçdə olarkən albomun ilk təməlləri atılır. Albom "Lindemann" adı ilə yayımlanacaqdı. Albomda bütün mahnı sözləri və vokallar Till Lindemanna aiddir. Digər alətlər isə (Elektro gitar, Bass gitar,Org,Zərb alətləri, geri vokal) Peter Tagtgren tərəfindən çalınmışdır. Albomun mahnılarının əsasının bəstəkarı Till Lindemanndır .Albomda sadəcə 2 mahnıya klip çəkilmişdir, bunlar: "Praise abort" və "Fish on" təkliləridir.
Skin of Tears
Skin of Tears — 1991—2007-ci illərdə mövcud olmuş pank janrında ifa edən Alman qrupudur. 1991-ci ildə qrup 4 heyətdən, 1996-cı ildə isə 3 heyətdən ibarət idi. Qrup heyəti Bad Religion, Strung Out, No Use for a Name, Lagwagon, Rancid və Shelter Konzerte kimi məşhur rep qrupları ilə birgə səhnədə ifa edib. 2005-ci ilin yayında "Skin of Tears" qrupunun heyəti Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsert verirlər. 2007-ci ildə isə "Skin of Tears" qrupu solo karyerasına son verir.
Skinhedlər
Skinhedlər, slenq. skinlər (ing. skinheads və ya skin — dəri və head — baş) — gənclərdən ibarət submədəniyyətin toplum adı. Skinhedlər haqqında ilk məlumatlara hələ 1960-cı illərdə İngiltərə musiqisində və mətbuatında rast gəlmək olar. Bu submədəniyyətin ilk adlarından biri "Hard Mods" idi. Keçən əsrin 60-cı illərinin skinhedləri başqa bir submədəniyyət olan modlara və Yamaykanın rudboylarına çox bənzəyirdilər. Müasir Oi! və pank musiqi üslubları o zaman hələ mövcud deyildi. İlk modların və skinhedlərin ən sevdiyi musiqi əvvəlcə ska və soul, sonralar isə rokstedi və reggi olmuşdur. Submədəniyyət elə yarandığı müddətdən tamamilə apolitik idi.
Skinner qutusu
Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat. Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir. Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur. Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var. Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər.
Tonye Skinnarland
Tonye Skinnarland (norv. Tonje Skinnarland; d. 21 dekabr 1967) — Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri; Norveç ordusunun general-mayoru. Tonye Skinnarland 21 dekabr 1967-ci ildə anadan olmuşdur. Skinnarland 2016-cı ilin oktyabrından Per-Egil Rüqqün ölümündən sonra faktiki olaraq Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri vəzifəsini tuturdu. 2017-ci ilin yanvarında Norveç Krallığının Dövlət Şurası onu rəsmən bu vəzifəyə təyin etmişdir. Beləliklə 49 yaşlı Tonye Skinnarland Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri təyin olunan ilk qadın olmuşdur.
Yevgeni Skibinski
Yevgeni Skibinski (pol. Eugeniusz Skibiński; 1858, Şamaxı – 1918) — polyakəsilli Azərbaycan memarı. Yevgeni Skibinski Şamaxıda anadan olmuşdur. Güman ki, 1859-cu ildə baş vermiş dağıdıcı zəlzələdən sonra onun valideynləri şəhəri tərk etmiş Şamaxı quberniyasının yeni mərkəzi olan Bakıya köçüblər. Skibinski 1886-cı ildə Peterburq Bədii Akademiyasını bitirmişdir. 1896-cı ilə qədər Bakı şəhər idarəsində texnik işləmiş, sonra isə Bakı texniki məktəbində (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) müəllimlik etmişdir. O, çoxlu layihələr işləmiş, əsasən klassik memarlığın order sistemində birmərtəbəli evlərdən tutmuş üçmərtəbəli evlərə qədər çoxlu binalar tikmiş, klassik memarlıq üslubundan, o cümlədən, Zivər bəy Əhmədbəyov, İosif Qoslavski, Y. Skibinski, Kazimir Skureviç, İosif Ploşko, İohann Edel, Adolf Eyxler Azərbaycanın, o cümlədən Şərqin memarlıq irsindən öz işlərində istifadə etmişdir. 1900-cü ilə qədər 250-dən çox layihə hazırlamışdır. Başqa memarlar kimi Skibinski də şərq memarlığının motivlərindən istifadə edirdi, amma Qoslavski Hacı Zeynalabdin Tağıyevin sarayının əsas zallarından birini işləyərkən Kordova xəlifətinin və Məğribin "alışıb yanan" memarlığına meyl göstərəndə; Skureviç şərq və qərb elementlərini uyğunlaşdırmağa çalışanda Skibinski Bakı və Abşeronun qədim memarlıq ənənələrinə meyl göstərdi. Skibinskinin ilk layihələrində müəllif dəst-xəttini müəyyənləşdirmək çətindir.
Aki
Aki (yapon dilində 安芸国 Aki no Kuni) və yaxud Qeysyu (yap.芸州) — Yaponiyanın Honşu adasının qərbində yerləşən tarixi vilayət. Müasir dövrdə Hiroşima prefekturasının qərb hissəsini təşkil edir. Öncəki dövrlər vilayətin adı başqa iyeroqliflərlə 阿岐 yazılırdı. Müasir - 安芸 iyeroqliflərin qəbulu VII əsrdə baş vermişdir. Heyan dövrünün sonundan etibarən, Aki vilayətinin şöhrətini artıran amil, İsukusima məbədinin yerləşməsi olmuşdur. Məşhur sərkərdə Tayra no Kiyomori bu məbədə yeni binalar və dini mətn əlyazmaları hədiyyə etmişdir. İsukusima məbədi limana malik idi və vacib strateji əhəmiyyətli yer hesab olunurdu. Senqoku dönəmində Akidə Mori klanı hakim idi. 1555-ci ildə Mori Motonari İsukusima döyüşündə Sue Xaratukanı məğlub edərək, Honşu adasının bütün qərb hissəsini tamamilə əlinə keçirmişdir. Totoyami Xideyesinin öz oğlu üçün təyin etdiyi beş qəyyumdan biri olan Mori Terimoto, Sekiqahara döyüşündən öncə, İsida Misunarinin tərəfinə keçmiş və bununla da torpaqlarından çoxunu, o cümlədən də Aki vilayətini itirmişdir.
MKİ
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) — ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub. Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
SKU
SKU (Stock Keeping Unit) — Hissələr şəklində anbarda olan inventar vahidinin qeydə alınan miqdarı formasında tərif verilir. Məhsulun özəlliyi, formasi və ölçüsü barədə xüsisiyyətlərdir. Bu xüsusiyyətlər məhsulun anbarlaşma metodunu və yerini təyin edər. Məhsulun xüsusiyyətləri və görüləcək işlərin üsullarına görə istifadə ediləcək avadanlıqlar da dəyişə bilər.
Sui
Sui — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əhalisi təxm 120 min nəfərdir.İndus çayından 25 km uzaqlıqdadır
İki
İki — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Birdən sonra, üçdən əvvəl gəlir. Bütün başlanğıcların başlanğıcı, yəni elə sayların da ilki olan birdən sonra insanlar iki sayı ilə qarşılaşmışlar. Bu sayın da ilkin yaranışı çeçələ barmaqdan sonra qatlanan adsız barmaqla bağlıdır. Özündən əvvəlki bir sayından fərqli olaraq iki sayı insanları "cüt"lük, "qoşa"lıq aləmi ilə qovuşdurur. Bu "qoşa"lıq, "cüt"lüklə yeni inam, etiqad, görüşlər silsiləsi yaranır. İki sayı fərq qoymadan mifoloji və gerçək hadisələri, nəsnələri öz içinə alır. Bunlar isə sırası kəsilməz saydadır. Bir neçə örnəyi yada salaq. İnsan çoxluğunun yaranma başlanğıcına səbəb tək bir böyük Tanrının xəlq etdiyi Adəm-Həvva, yəni kişi-qadın cütlüyü.
Saki
Saki — ad. Saki (musiqiçi) — musiqiçi. Saki Kumaqay — Yaponiya qadın futbolçusu. Saki Ueno — Yaponiya qadın futbolçusu.
Sik
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Doxsan iki
Doxsan iki — say sistemində ədədlərdən biridir. Doxsan birdən sonra, doxsan üçdən əvvəl gəlir. Doxsan iki ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Eski Yurt
Eski Yurt (krımtat. Eski Yurt, ukr. Ескі-Юрт) — Krımın cənub-qərbində qəsəbə. Son məlumatlara görə kənd Podqorodno kəndinin inzibati ərazisinə daxildir. Tarixən Baxçasaray şəhərinin qərb hissələrinə aid idi. Kəndin adı Krım-tatar dilində köhnə yer, kənd deməkdir. Qızıl Orda dövründə Eski Yurt, Xerson və Kalamita limanlarından Krım yarımadasının daxili hissəsinə qədər ticarət yolunun üzərində yerləşirdi və böyük önəmə malik idi. Qəsəbənin ölçüsü haqqında elə Krımın qərb hissəsindəki ən böyük və ən qədim müsəlman qəbiristanlığının miqyası məlumat verir. Yaşayış məntəqəsi 1441-ci ildə müstəqil bir dövlət olaraq qurulan Krım xanlığı tarixində belə qorunub saxlanmışdır. Məhs 1532-ci ildə Bağçasaray şəhərinin əsası qoyulduqdan sonra kənd özünün əvvəlki iqtisadi və inzibati statusuni itirdi.
Eski Çäçqab
Eski Çäçqab — Tatarıstan Respublikası Kaybiç rayonunda kənd. Əhalisi 463 nəfərdir (2010), tatarlar. Kazandan 100 km cənub-qərbdə yerləşir.
Gökhan Saki
Gökhan Saki (d.18 Oktyabr 1983 Schiedam, Hollandiya) Türkiyə və Hollandiya vətəndaşı peşəkar Kikboksinq idmançısıdır. Hollandiyada Golden Glory Gym komandasında döyüşən Saki 2 dəfə Hollandiya və Avropa Muay Tay çempionu, 2008-ci ildə təşkil olunmuş K-1 Dünya GP 2008 Havay çempionudur. Saki 1993-cü ildə 10 yaşında Muay Tay idmanına başladı. 2008-ci ildə Tokioda təşkil olunmuş Dünya K-1 Grand Prix çempionluğunda yarım finala qədər yüksəldi. Yarım finalda rəqibi hollandiyalı Remy Bonjasky-yə nakaultla uduzdu. Hollandiyada böyüyən və özünü Kikboksinq-də təkmilləşdirən Saki Türkiyə adına yarışlara çıxmaqdadır. Ləqəbi İsyancı olan Sakinin boyu 182 sm-dir. Sonuncu dəfə 2010-cu ildə K-1 Grand Prix çempionluğunda Türkiyəni təmsil etmiş və izləyənlərin rəğbətini qazanmışdır. Bu yarışda 1/8 finaldakı rəqibi Daniel Ghita ilə qarşılaşmışdır. Eyni xüsusiyyətlərə malik olduqları üçün onlar arasındakı döyüş son dərəcə ağır və böyük maraqla izlənən oldu.
Hironao Seki
Hironao Seki (関博直, Seki Hironao, 17 noyabr 1852, Toyama – 22 yanvar 1939) – "Hakuhodo" reklam agentliyinin qurucusu. Hironao Seki 1852-ci ildə Yaponiyanın Toyama prefekturasının ərazisində doğulmuşdur. Seki yerli hökumət işçisi kimi işləmişdir. ABŞ-də reklam agentliyi biznesi ilə məşğul olan bir dostunun tövsiyəsi ilə 1895-ci ildə öz reklam agentliyini qurmuşdur. O, əvvəlcə təhsilə həsr olunmuş qəzetlərdə reklamlar yerləşdirməyə başlamışdır. Daha sonra isə bütün növ nəşrlərdə reklamlar yerləşdirməyə keçmişdir. Sekinin yaratdığı "Hakuhodo" reklam agentliyi Yaponiyanın ikinci ən böyük reklam agentliyinə çevrilmişdir. Seki Meyci dövrünə aid qəzet və jurnal kolleksiyasını Tokio Universitetinə bağışlamışdır. Hironaonun oğlu Hiromasa Seki 1931-ci ildə şirkətə qoşulmuş, 1945-ci ildə şirkətin vitse-prezidenti olmuşdur. O, 2002-ci ildə ölmüşdür.
Oki adaları
Oki adaları (yap. 隠岐諸島) — Yapon dənizində Honşu adasından 50 km şimalda yerləşən ada. İnzibati cəhətdən Yaponiyanın Şimane prefekturasına daxildir. Adalar qrupu dörd əsas adadan ibarətdir. Bunlardan üçü «ön adalar» — Tiburidzima (yap. 知夫里島), Nakanosima (yap. 中ノ島), Nisinosima (yap. 西ノ島) və bir «arxa» adada olan Doqodan (yap. 島後) ibarətdir. Bu adaların yaxınlığında 18 kiçik ada və qayalıqlardan ibarətdir.
On iki
On iki — say sistemində ədədlərdən biridir. On birdən sonra, on üçdən əvvəl gəlir. Əski türk təqviminə və elmin sübut etdiyinə görə, Günəşin zahiri yerdəyişməsi hər on iki ildən bir eyni nöqtəyə düşür. Odur ki, bu on iki ilin hər ilini tanımaq üçün on iki heyvan adına müraciət etmək münasib sayılıb. Bir mif nümunəsində bildirilir ki, insanlar illəri müəyyənləşdirməkdə, bir-birindən ayırmaqda çətinlik çəkirmişlər. Deyilənə görə, bir Novruz bayramında bilicilər toplaşaraq qərara gəliblər ki, gəzintiyə çıxsınlar və qarşılaşdıqları canlıların adlarını illərə versinlər. Onlar üzən, gəzən, sürünən on iki canlıya - siçan, öküz, pələng, dovşan, balıq, əjdaha, ilan, at, qoyun, toyuq, it, donuza rast gəlirlər. Bunların adlarını illərə verirlər. Beləliklə, bu on iki canlının adının illərdə yaşaması elə on iki sayının da geniş dairədə yayılmasına səbəb olmuşdur. Bundan savayı, on iki sayının simvolik səciyyəli olmasında bürclər adlanan on iki tale ulduzunun rolu da olubdur.
Otuz iki
Otuz iki — say sistemində ədədlərdən biridir. Otuz birdən sonra, otuz üçdən əvvəl gəlir. Otuz iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx iki
Qırx iki- 41-dən sonra 43-dən əvvəl gələn cüt saydır.Məşhur mədəniyyətdə Hitchhiker's Galaxy Guide kitabında həyatın, kainatın və hər şeyin son sualına cavab olaraq təqdim olunduğu üçün diqqəti cəlb etdi. Riyaziyyatda 42 Bu bərabər saydır. Bu Toitent Funksiyasının ilk 11 ədədinin cəmidir. Heptadecagonal sayına görə üçüncüdür. Amerika və Beynəlxalq Riyaziyyat Olimpiadalarında mövcud olan ən yüksək baldır. Pi sayı 242.422. Adımdan sonra 8 nömrə 42424242-dir. Birinci rəqəmin üstündəki ikinci rəqəm ikinci rəqəmin üstündəki birinci rəqəmə bərabərdir, yəni 42 = 24 = 16. Bu xüsusiyyət yalnız 42 və 24 nömrələrində iki rəqəmli nömrələrdə mövcuddur. 2-sistemdəki onluq sistemdə 42-nin ekvivalenti 101010-dur.
Red Sky
Saki Kumaqay
Saki Kumaqay (d. 17 oktyabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 100 oyun keçirib.
Saki Ueno
Saki Ueno (d. 20 noyabr 1994) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Seki Kova
Seki Takakazu (関 孝和, 1642, Fucioka[d], Qunma prefekturası və ya Edo[d] – 24 oktyabr 1708 və ya 5 dekabr 1708, Edo[d]) və ya Seki Kova (関 孝和) — Yaponiya riyaziyyatçısı. Yapon riyaziyyatının Seki məktəbinin qurucusudur. "Vasanın tanrısı" kimi tanınır. Seki Takahazu 1642-ci ildə Kozuke əyalətinin Fucioka şəhərində doğulmuşdur. Sekinin həyatı haqqında məlumatlar azdır. O, samuray Nakaakira Uçiyamanın ikinci oğlu olsa da, Edoda Tədarük Bürosunun samurayı olan Seki Qorozaemon tərəfindən övladlığa götürülmüşdür. O, Tokuqava şoqunluğunda geyim və ləvazimatdan cavabdeh olan qurumda işləmişdir. Seki riyaziyyatı özbaşına öyrənmişdir, müəllimi olmamışdır. Çin riyaziyyatından təsirlənmiş, Çju Şitse, Yan Huey və Çen Davey kimi çinli riyaziyyatçıların əsərləri ilə tanış olmuşdur. O, Nyuton metoduna çox oxşayan metod kəşf edərək ali cəbr tənliyinin köklərini hesablamağı bacarmışdır.
Seki Matsunaqa
Seki Matsunaqa (25 iyun 1928 - 4 mart 2013) — keçmiş Yaponiya futbolçusu. Yaponiya millisində oynamışdır. Qardaşları Akira Matsunaqa və Nobuo Matsunaqa da Yaponiya millisində oynamışdılar. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Şəki (əski)
Şəki şəhəri — Orta Əsrlərdə mövcud olmuşdur. Şəkinin adı çəkilən ilk tarixi hadisə isə, 6-cı əsrə aiddir; IX əsr ərəb tarixçisi Əl-Bəlazuri VI əsrdə baş vermiş hadisələrdən bəhs edərkən, göstərir ki, İran şahı I Xosrov Ənuşirəvan öz hakimiyyəti dövründə (531-579) "Arran torpağında Şəkkən (Şəki), Kəmibəran qapılarını və dudaniyyə qapılarını saldırıb. Ziya Bünyadov isə bu hissəni Şəki şəhərini saldırıb kimi tərcümə etmişdir. 1823-cu ildə tərtib olunmuş xəritədə Şəki xanlığının paytaxtı Nuxa şəhəri ilə yanaşı, köhnə paytaxt əski Şəki şəhərinin yeri də göstərilir. Əski Şəki şəhəri 1833-cü ilə aid digər bir mənbədə "əhəmiyyətsiz kənd" kimi təqdim edilir və orada bu kəndin daha əvvəl böyük şəhər olması, xanlığın paytaxtı olması qeyd olunur. Amma nəzərə alınmalıdır ki, 1819-cu ildən başlayaraq, sabiq Şəki xanlığı ərazisində aparılmış siyahıyaalma sənədlərində cəmi 3-4 evdən ibarət olan kəndlər qeydə alındığı halda, "Şəki" adlı heç bir yer qeydə alınmamışdır. Bu səbəbdən güman etmək olar ki, göstərilən 1833-cü il mənbəsinin və 1823-cü il xəritəsinin müəllifləri Şəki kəndinin yerini göstərərkən, daha köhnə, 1819-cu ildən əvvəlki məlumatlara istinad etmişlər. Hal-hazırda əski Şəki şəhərinin yeri ilə bağlı tədqiqatçılar arasında fikir ayrılığı var, müxtəlif fikirlər irəli sürülür və mübahisələr həllini tapmamışdır. Arxeoloji qazıntılar nəticəsində də əski Şəki şəhərinin yeri ilə bağlı heç bir nəticə yoxdur. Mənbələrdə qeyd olunur ki Şəki xanı Hacı Çələbi xan xanlığın paytaxtını Nuxa şəhərinə köçürmüşdür.
Şəki
Şəki — Azərbaycan Respublikasında şəhər, Şəki rayonunun inzibati mərkəzi. 4 yanvar 1963-cü ildən respublika tabeli şəhərdir. 1846-cı ildən 1968-ci ilə qədər "Nuxa" adlandırılmışdır. Şəki rayonunun inzibati mərkəzidir. Sovet dövründə respublika tebeliyində olan şəhər statusuna malik idi. Hal-hazırda da Şəki rayonu tərkibində deyil, birbaşa respublika tabeliyindədir. Amma Şəki şəhər icra hakimiyyəti başçısının səlahiyyətləri həm də Şəki rayonuna şamildir. Şəki şəhəri respublikanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 km aralıda, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir. Xan yaylağının sıldırım yollarıyla şimal tərəfdən şəhərə yaxınlaşacaq olursaq qarşımıza nəticəsində iki yarğanın əmələ gəldiyi iki böyük uçuruma — Çaqqaldar və Ottal uçurumlarına rast gələrik.
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.
Şi Şi şi şi şi
Şi Şi şi şi şi (çin. ənən. 施氏食獅史, sadə. 施氏食狮史, pinyin: Shī Shì shí shī shǐ, hərfi mənası: "Şi Şinin şirləri yeməsi haqda hekayə") — XX əsr məşhur Çin-amerikan linqvisti Çjao Yuanjen (赵元任 Zhào Yuánrèn) tərəfindən klassik Çin dilində zarafatla yazılmış şeir. Şeir 4 müxtəlif tonda tələffüz edilən və 94 dəfə təkrarlanan "şi" hecasından ibarətdir. Klassik Çin dilində yazılmış şeirin mətni əksər savadlı çinlilərə aydın olsa da, bu, tələffüz zamanı deyil, yalnız heroqlifik yazı versiyasında mümkündür. Çin dilinin 2500 illik inkişaf tarixi ərzində klassik Çin dilində formalaşan omofoniya səbəbindən Pekin dialektində tələffüz edildikdə və ya fonetik sistemdə yazıldıqda şeirin mətni tamamilə anlaşılmaz hala düşür. 對聯:30.
Şi Şi
Şi Şi dördüncü Hu Çao şanyüsüdür, cəmi 33 gün imperator olmuşdur. Yerinə onu devirən qardaşı Şi Çun keçmişdir.
Cəfərabad (Şəki)
Cəfərabad — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin əsasını car I Aleksandr tərəfindən Şəki xanı təyin edilmış xoylu Cəfərqulu xan qoymuşdur. XIX əsrin sonunda kənd icmasına Cəfərabad-Xoy və Cəfərabad-Şəki adlı iki yaşayış məntəqəsi daxil idi. Hazırda bu kəndlərdən biri Cəfərabaddır. Bu kəndlərin bünövrəsini əslən dumbuli tayfasından olan Cəfərqulu xanla birlikdə buraya gələn ailələr (əsasən Şəkkaki tayfasına mənsub idilər) qoymuşdular. Oykonim Cəfər (Cəfərqulu xana iŞarədir) və abad (kənd) komponentlərindən düzəlib. Antropotoponimdir. Kəndin əhalisi 2005 nəfər təşkil edir ki, onun da 1015 nəfəri kişi, 990 nəfəri isə qadındır.
Cəyirli (Şəki)
Cəyirli — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Şəki rayonunun Sucma inzibati ərazi vahidində kənd. Şəki yaylasındadır. Etnotoponimdir. Kəndin əhalisi 2046 nəfər təşkil edir ki, onun da 1039 nəfəri kişi, 1007 nəfəri isə qadındır. .
Daşbulaq (Şəki)
Daşbulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Daşüz kənd inzibati ərazi dairəsində kənd. Yayda sərin, Qışda mülayim iqlimə malikdir Yevlax-Zaqatala yolunun üzərində yerləşir. Daşüz kəndindən 6km məsafədədir. Sağ hissədən Kiçik Dəhnə Sol hissədən Qax rayonunun kəndləri ilə həm sərhəddir Şəki rayonunun Qaradağlı inzibati ərazi vahidində kənd. Daşüz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Qarabağdan çıxmış ailələrin Daşbulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin əhalisi 469 nəfər təşkil edir ki, onun da 246 nəfəri kişi, 223 nəfəri isə qadındır. Kənddə bir modul tipli 9 illik məktəb var.
Fenq Şui
Fenq Şui (Hava və Külək) – təbiətdə olan enerjini, yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi. Fenq Şui köhnə bir Çin yaşayış tətbiqi olub, ətrafla uyğunlaşmasını təmin etməyə istiqamətli, kosmosda məkanın nizamını etməyə istiqamətli bir tətbiqdir. Bu terminin qaynağının "küləklərin vəhşi / Günəş ilıq / Su ay / Ağaclar gur" şeirindən gəldiyinə inanılır. Beş min illik keçmişi olan Fenq Şui təliminin, insanın yaranma xüsusiyyətlərinə uyğun həyat sahələrini tənzimləmə üsulu olduğuna və beləcə daha sağlam yaşanılıb, xoşbəxt əlaqələr qurulacağına, fərdi inkişafdan kariyeramızı inkişaf etdirib qazanc artımına yaxşı təsir etməsinə inanılır. Fenq Şui coğrafi, dini, fəlsəfi, riyazi və ideoloji fikirlərin bir qarışığını ehtiva edən ayrı bir Çin inanc sistemidir. Ancaq bir din ya da təriqət deyil. Bir yerin "yaxşı bir fenq şui" yə sahib olması oranın təbiətlə harmoniya içində olması, "pis bir fenq şui" yə sahib olması isə oranın təbiətlə uyğunlaşmasız olmasıdır. Fenq Şui bir dekorasiya stili deyil. Daha çox ana xəttləri bir çox dekorasiya stili ilə uyğun bir intizamdır. İnsanlar ümumiyyətlə yaxşı bir fenq şuiyə sahib və ya sahib deyil deyə açəqlamazlar.
Göybulaq (Şəki)
Göybulaq — Azərbaycan Respublikasının Şəki rayonunun Cəfərabad kənd inzibati ərazi dairəsində kənd. Göybulaq Şəki rayonunun Cəfərabad inzibati ərazi vahidində kənd. Sərcəli dağının ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Qarabağdan gəlmiş ailələrin Göybulaq adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kənd adını ərazidəki eyniadlı bulaqdan almışdır. Göybulaq adlı bulaqlar Tovuz və Balakən rayonlarında da qeydə alınmışdır. Kəndin əhalisi 730 nəfər təşkil edir ki, onun da 349 nəfəri kişi, 381 nəfəri isə qadındır.
Huey-szı
Hueylər, Huey xalqı (çin. sadə. 回族, pinyin: Huízú) — Çin Xalq Respublikasında rəsmi olaraq tanınan 55 etnik azlıqdan biri. Onlar çinlilərlə eyni milləti təşkil edir, bir dildə danışır, eyni tip yazıdan istifadə edirlər. Onların başqa bir xüsusiyyəti də müsəlman olsalar belə, ərəb adları deyil, Çin adlarından istifadə etmələridir. Tək fərq onların İslam dininə sitayiş etmələri, nəticədə də məişət və gündəlik həyatda buna uyğun dəyişikliklərdir. Onlar Çin deyil, İslam mədəniyyətinin daşıyıcıları hesab olunurlar. Huey-szılar Çinin tarixində də fəal şəkildə iştirak etmiş, Tszin sülaləsi zamanı baş vermiş dunqan-uyğur (1862-1877) üsyanında hakimiyyətlə mübarizədə aktiv surətdə döyüşmüşlər. XX əsrdə Çində baş vermiş hadisələrdə də iştirak edərək, kommunistlərə qoşulmuşdurlar. Xuey-tszular Çinin şimalındakı Ninsya-Xuey muxtar rayonunu əhalisinin böyük əksəriyyətini təşkil edirlər.