TOXLUQ₁

is.
1. Tox olma, ac olmama, yeyib doyma (aclıq əksi).
Yaxşılıq, yamanlıq, toxluq və aclıq məfhumlarına qarşı yenə yad və laqeyd idim. Çəmənzəminli.
…Professor toxluqdan təngişən nəfəsini güclə alırdı. B.Bayramov.

2. məc. Harınlıq, lovğalıq. Aclıq nəyi yedirtməz; Toxluq nəyi dedirtməz? ( Ata. sözü ).
◊ Toxluq etmək (eləmək) – həddən artıq yeməkdən xəstələnmək.
[Rəhim:] Səfərəlinin fikri odur ki, qonaqları o qədər yedirtsin ki, yazıqlar toxluq eyləyib qırılsınlar. N.Vəzirov.
[Veys:] Heç eşitməmişəm deyələr, filan dövlətli toxluq eləyib ölüb. Ə.Əbülhəsən.

Синонимы

  • TOXLUQ dolğunluq — məzmunluluq
  • TOXLUQ tündlük

Антонимы

  • TOXLUQ TOXLUQ – ACLIQ Aclıq insanı hər şeyə məcbur edir (Çəmənzəminli); Toxluq mənim təxəyyülümü hərəkətə gətirdi (M
TOXQARIN
TOXLUQ₂

Значение слова в других словарях

-итор- аутотре́нинг в хо́де дубнячо́к зачиняться кишечно... облагора́живать по-лезги́нски рассти́л теплозащи́тный айсо́р А́рктика варёнка презента́бельность хронометри́ст запанибрата туес à la russe chryselephantine field-events irreversible psychoses ragged Trojan стеариновый