TOXMAQLI

sif.
1. Əlində və ya yanında toxmaq olan.
2. Toxmağı olan (bax toxmaq 3-cü mənada). Toxmaqlı qapı.
– Dəmir toxmaqlı darvazalar tez-tez açılıb-örtülür. Ə.Əbülhəsən.

TOXMAQLANMAQ
TOXTAQ
OBASTAN VİKİ
Toxmaqlı oymağı
Toxmaqlı oymağı — Cənubi Azərbaycanın Qaradağ vilayətində yerləşən Ustaclı elinin oymaqlarından biri və Qaradağ xanlarının mənsub olduğu oymaq. Toxmaqlılar əsas Qızılba tayfalarından biri olan Ustaclıların bir oymağıdırlar. Ustaclılar Bingöl yaylaqlarında İsmayıl Mirzənin ordusuna qatılmış, Cabanı zəfərindən sonra köçərək Diyabəkir və Qaradağda yerləşmişdirlər. Diyarbəkir Osmanlı imperiyası tərəfindən ələ keçirildikdən sonra oradakı Ustaclıların bir hissəsi Qaradağa və Xorasana yerləşdirilmişdir. Qaradağda yerləşən Ustaclılar tayfanın toxmaqlı oymağına mənsub olduqları üçün zamanla toxmaqlı deyə adlandırılmışlar. Nadir şahın ölümündən sonra yaradılan Qaradağ xanlığının xanları bu oymaqdan olmuş, sadəcə Qaradağlı nisbəsindən istifadə etmişdirlər. Toxmaqlı oymağının əsas qolu Qaradağda, Dizmar mahalında məskunlaşmışdı. Toxmaqlı oymağının başçıları sonralar Toxmaqlı soyadını tərk edib Qaradağlı kimi tanınmağa başladılar. Bu soya tarixi ədəbiyyatda bəzən Xəlifəli də deyilir. Toxmaqlı-Qaradağlı (Xəlifəli) oymağının məşhur simalarından I İlyas xəlifə, I Şəmsəddin xəlifə, II İlyas xəlifə, Bürhanəddin xəlifə, II Şəmsəddin xəlifə, Əhməd xəlifə, Mahmud sultan, Bayandur sultan, Məhəmmədqasım xan, Əbdürrəzzaq xan, Kazım xan (Məhəmmədkazım xan), Mustafaqulu xan, Nəcəfqulu xan, İsmayıl xan, Abbasqulu xan, Məhəmmədqulu xan, Hacı Sara xanım, Həsənəliağa Xanqaradağski (ata), Həsənəli xan Qaradaği, Aydın Qaradağlının adlarını çəkmək olar.

Значение слова в других словарях