TRİTON

1
сущ. хим. , физ. тритон (атомное ядро радиоактивного изотопа водорода трития с массовым числом 3)
2
сущ. муз. см. interval 3
TRİTİUM
TRİVİAL
OBASTAN VİKİ
Triton
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.Tritionların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir.
Adi triton
Adi triton (lat. Lissotriton vulgaris), (Salamandridae) — fəsiləsinin (Caudata) dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədənin uzunluğu 110 mm-ə (adətən 80 mm-ə yaxın) çatır. Dərisi hamar və ya xırda ziyillidir. Bədənin bel hissəsinin rəngi zeytuni-qonur, qarınaltı hissə isə sarımtıl olub, xırda tutqun xallara malikdir. Başında olan tünd uzununa zolaqlardan biri gözlərindən keçir və yaxşı nəzərə çarpır. Çoxalma dövründə erkəklərin rəngi daha parlaq olur və peysərdən quyruğunun ucuna qədər daraq əmələ gəlir. Adətən bu hissədə narıncı haşiyəsi və parlaq rəngli göy zolağı olur. Bu üzgəcvari qırış quyruğun əsasında kəsilmir.
Daraqlı triton
Daraqlı triton (lat. Triturus cristatus), (Salamandridae) fəsiləsindən (Caudata) dəstəsindan suda-quruda yaşayanlar növü. Status. Azərbaycanda Triturus cristatus carelini (Strauch, 1870) yarımnövü yaşayır. Nadirdir. Yayılması. Respublikanın cənub-şərqində (Lənkəran rayonunda) və Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində (Şamaxı və İsmayıllı rayonlarında) tək-tək hallarda təsadüf edilir. Yaşayış yeri. Gündüz həyat tərzi keçirir. Adətən meşəlik, meşə-bozqır və dağ-səhra rayonlarında dəniz səviyyəsindən təxminən 500-600 metrdən 2200 metrə qədər hündürlükdə müşahidə edilir.
Triton (peyk)
Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki. 1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir. Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir. Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir. Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir.
Ornithorhynchus anatinus triton
Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ. Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi Avstraliyada və Tasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur.
Triton (Neptunun peyki)
Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki. 1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir. Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir. Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir. Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir.
Triton (ziyankar proqram)
Triton ilk dəfə 2017-ci ildə Səudiyyə Ərəbistanının neft-kimya zavodunda aşkar edilmiş zərərli proqramdır. O, təhlükəsizlik alətləri ilə təchiz edilmiş sistemləri sıradan çıxara bilər ki, bu da zavodun fəlakətinə səbəb ola bilər. O, "dünyanın ən öldürücü zərərli proqramı" adlandırılıb. 2017-ci ilin dekabrında Səudiyyə Ərəbistanında olduğu güman edilən naməlum elektrik stansiyasının təhlükəsizlik sistemlərinin Schneider Electric SE tərəfindən istehsal edilən Triconex sənaye təhlükəsizliyi texnologiyasının dövlət tərəfindən dəstəklənən hücum olduğu güman edilən hücumda hədəfə alındığı bildirildi. Kompüter təhlükəsizliyi şirkəti Symantec iddia etdi ki, "Triton" kimi tanınan zərərli proqram Microsoft Windows əməliyyat sistemi ilə işləyən kompüterlərdəki boşluqdan istifadə edib. 2018-ci ildə kibertəhlükəsizliyi araşdıran FireEye şirkəti, zərərli proqramın çox güman ki, Rusiyadakı tədqiqat qurumu olan Mərkəzi Elmi Tədqiqat Kimya və Mexanika İnstitutundan (CNIIHM) gəldiyini bildirdi.
Karelin tritonu
Əvvəllər Karelin tritonu daraqlı tritonun yarımnövü kimi qeyd edilirdi. Aparılan karioloji və biokimyəvi tədqiqatlar nəticəsində o sərbəst növ kimi göstərilmişdir. Hal-hazırda Karelin tritonu iki yarımnövü ayrılır: Triturus karelinii karelinii Strauch, 1970 — nominativ yarımnöv, Triturus karelinii arntzeni Litvinchuk, Borkin, Dzukic, и Kalezic, 1999. == Xarici görünüşü == Adi tritondan bədən ölçüsünün iriliyinə görə fərqlənir. Uzunluğu 180 mm-ə çatır. Dərisi iri ziyillərə malikdir. Üst tərəfdən qara və ya şabalıdı rəngdədir, qarın hissəsi narıncı rəngdə olub, iri xallıdır. Erkəyin bel darağı çoxalma dövründə dişli olub, quyruğun əsasında kəsilir; quyruğun yan tərəfində mavi-ağ zolaq uzanır. Dişilər həmişə daraqsızdır. Quyruğu yanlardan basıq, ucu sapşəkilli uzunsovdur.
Okinava tritonu
Okinava (lat. Cynops ensicauda) — Şərqiasiya tritonları cinsinə aid ən nəhəng triton növüdür. Okinava tritonu olduqca kiçik areala malikdir. Onlar əsasən Yaponiyanın Ryukyu adalarında yayılmışdır Klassifikasiya komisiyasının qərarına görə bu növ tükənmə təhlükəsində qarşısındadır Okinava tritonunu asanlıqla Cırtdan triton cynops orientalis və alov boğaz tritonla səhv salmaq olar. Onların boğaz nahiyəsi parlaq-narıncı rəngdədir. Bu parlaqlıq onların zəhərli olmaları kimi maskalanmağa xidmət edir. Əsas fərqlilikləri: Okinava tritonları ölçü baxımından iri olumaları və geniş kəlləyə malik olmalarıdır. Üstəlik bu növün nümayəndərinin quyruqları ensiz və uzun olmaları ilə seçilir. Pəncələrindəki yastıqcıqlar narıncı rəngdə olurlar Okinava tritonunun uzunluğu 11–14 sm arasında dəyişir. Erkəklərin uzunluğu 12,7 sm, dişilərin isə 18 sm təşkil edir.
Tritoniya
Bu cinsin adı yunanca "triton" sözündən götürülmüşdür, mənası "flüger" deməkdir. O, çiçəklərinin dağınıq formasına görə belə adlandırılmışdır. Tritoniya cinsinin 50-yə yaxın növü məlumdur. Onlardan 6-sı gülçülükdə geniş istifadə olunur. Zəfərançiçəkli tritoniya (bağ montbresiyası) (T.x. crocosmaeflora) mülayim iqlim zonalarında bitən soyuğa davanmsız, soğanaqlı ot bitkisidir. Çiçək qrupu qollu-budaqlıdır və üzərində çoxlu çiçəyi vardır. Narıncı-qırmızı çiçəyi mərkəzə yaxın sıxlaşır. Tritoniya istisevən bitki olduğundan hər il payızda onu çıxarıb sərin yerdə saxlamaq lazımdır. Mayda tritoniyanın soğanağını 5-7 sm dərinliyə əkirlər.
Tritonlar
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.Tritionların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir.
Ussuriya tritonu
Ussuriya tritonları, və ya Ussuriya çaynaqlı triton, çaynaqlı triton (lat. Onychodactylus fischeri) — Uzaqşərq tritonları cinsinə, Künçdişlilər fəsiləsinə aid triton növü. Digər adları: ussuriya künçdiş, uzunquyruq çaynaqlı triton, çaynaqlı triton, Ussuriya безлёгочный triton. Böyük ölçülərə malik tritondur. Uzunluğu 58–90 mm, ümumu uzunluğu isə 125–184 mm təşkil edir. Rəngi əsasən qonur və parlaq-qonur rəngdə olur. Boğaz və quyruq nahiyələrində tünd nöqtələr və ləkələr vardır. Dərisi hamardır. Quyruğu uzun olub, bədənindən adətən uzun olur. Silindrik formaya malikdir.
Yapon tritonu
Ağciyərsiz yapon tritonu, və Yapon tritonu, Dırnaqlı yapon tritonu, və Dırnaqlı yapon salamandrası (Onychodactylus japonicus) — quyruqlu Suda-quruda yaşayanlar sinfinə Üçbucaqlı fəsiləsinə Ağciyərsiz tritonlar cinsinə aid növ. Nadir növ olaraq, Yaponiyanın endemik canlısıdır. Tritonun quyruğu ilə birlikdə uzunluğu 16 sm təşkil edir. Quyruğu silikdrik formaya malikdir. Bədəninin rəngi sarı-qəhvəyi, başı isə qara olur. Üzərində 13–14 zolaq gedir. Bu növün nümayəndələri əsasən Hondo və cənub-şərqi Şikoku adalarında yayılmışlar. Onlar əsasən soyuq dağ bulaq və göllərində yayılırdılar. Əsasən bu su tutarlarının sahillərində yerləşən daşların yan-yörələrində yaşayırlar. Onlara 2200 metr dəniz səviyəsində olan ərazilərdə yayılmışdır.
Yapon yanğın qarın tritonu
Yapon yanğın qarın tritonu (lat. Cynops pyrrhogaster) — Şərqiasiya tritonları cinsinə aid triton növü. Heyvalar hətta 14 sm qədər uzunluğa malik ola bilirlər. Bel və böyür nahiyələri şokolad rəngində olur. Erkəklərdə qarın nahiyəsi alovlu qırmızı, dişilərdə alovlu narıncı rəngdə olur. Yaponiyanın endemik canlısıdır. Təbii şəraitdə bu əsasən Şikoku, Honşu və Kyuşu adalarında yayılmışlar. Su həyatı sürsələrdə, quruya çıxırlar. Əsasən qurtdlar, puplar, cücülər və digər onurğasızlarla qidalanır. Suda uzun zaman qalmaq xüsusiyyəti bu növü akvarium şəraitində saxlamağa imkan verir.

Digər lüğətlərdə