trixomonad

trixomonad
trixomalyasiya
trixomonadlar
OBASTAN VİKİ
Bağırsaq trixomonadı
Bağırsaq trixomonadı(lat. Dientamoeba fragilis) — insan, donuz və qorillaların mədə-bağırsaq traktında mövcud olan tək hüceyrəli excavata. Bəzi insanlarda narahatlığa səbəb ola bilir. == Morfoloji quruluşu == Bağırsaq trixomonadının bədən forması kürə və oxlovvari olub, uzunluğu 5–15 mkm-dir. Bədənin ön hissəsi qismən dəyirmi olub, qamçıya malikdir. Bədənin bir tərəfində onun bütün uzunluğu boyu qamçı formasında uzanan və bədənə nazik pərdə ilə birləşən titrəyici membran yerləşir. Membranı onun zəif hərəkəti zamanı görmək mümkündür. Bədənin ön hissəsinə yaxın tərkibində bir neçə xromatini olan kiçik qovuğabənzər nüvə vardır. Nüvə ilə bədənin ön kənarı arasında kinetosom yerləşir və ondan bilavasitə qamçılar çıxır. Öndən arxaya doğru uzanan bütün bədən üçün dayaq rolu oynayan aksostil yerləşir.
Vagina trixomonadı
Vagina trixomonadı nisbətən iri olub, uzunluğu 15–30 mkm-dir. Bədən forması oval ya da armudvari olub qısa titrəyici membrana malikdir. Bədənin ön hissəsində kinetosomdan 4 qamçı çıxır. Kinetosomdan oval nüvəyə doğru qısa rizoplast yönəlmişdir. Kinetosoma həmçinin parazitin arxa tərəfinə doğru yönələn parabazal fibril, qısa titrəyici membran və aksostil birləşmiş olur. Sitoplazması dənəli quruluşa malikdir. Ovalşəkilli nüvə bədənin ön 1/3 hissəsində yerləşir. İkiyə bölünmə yolu ilə çoxalır. Bölünmə zamanı kinetosom uzununa iki yerə ayrılır, hər hissədə iki qamçı qalır. Aksostil reduksiya edir.