troхotron
trubacıq 2021
OBASTAN VİKİ
Truba (musiqi aləti)
Truba (rus. Труба, it. tromba) - ucunda ağızlıq olan nəfəsli mis musiqi aləti.
Trubadur (opera)
Trubadur, Trovator ya Carçı (it. Il trovatore) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Salvador Kammaranonun librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 19 yanvar, 1853 cü ildə Romadakı "Apollo" teatrında səhnəyə qoyulmuşdur. Verdi Luiza Müller operasından dərhal sonra 1850 ci ildə müvafiq süjet üstündə bu operanı yazmağı qərara alır. 2 yanvar 1850 tarixli Kammaranoya ünvanladığı bir məktubda Verdi ispan dramaturqu Qarsiya Qutyerresin "Trubadur" dramı əsasında libretto yazmasını xahiş edir. Kammarano süjetin üsyankar ruhuna görə senzuradan keçə bilməyəcəyindən ehtiyatlanaraq, ona dərhal cavab vermir. Bu arada Verdi Riqoletto operasını tamamlamış olur. Verdi bir daha Kammaranodan libretto tələb edir. Nəhayət 1851 ci ild Kammarano Verdiyə bir libretto variantı göndərir, lakin bu Verdini qane etmir. Yeni librettonu Kammarano 1852 ci ildə vəfat etdiyinə görə bitirə bilmir.
Trubadurlar
Trubadurlar (fr. troubadour, cəmdə: troubadours, oks. trobador) — əsasən Oksitaniyadan olan orta əsr şair -musiqiçiləri (instrumentalistlər və müğənnilər). Trubadurların yaradıcılığı XI əsrin sonu — XIII əsrləri əhatə edir, onun çiçəklənmə dövrü XII–XIII əsrin əvvəllərinə təsadüf edir. Trubadurlar öz şeirlərini müasir Fransanın bəzi bölgələrində danışılan provans dilində bəstələyirdilər. Trubadurlar o dövrdə cəmiyyətin ictimai, siyasi və dini həyatında fəal iştirak edirdilər. Albi səlib yürüşündən sonra onlar tamamilə yox oldular, lakin zəngin mədəni irs qoydular. Əsasən trubadurların sayəsində ilk ədəbi roman dili yarandı: Kataloniya və Şimali İtaliya şairləri daha sonra Köhnə Provans dilində yazırdılar. Trouvères poeziyası və Minnesingers poeziyası Provans lirikasının təsiri altında formalaşmışdır; onların yaradıcılığı Dante, Dolce stil nuovo və Petrarkanın şeirlərini ilhamlandırmışdır. . Müasir dövrdə trubadurların lirikası unudulmuş və onu yalnız romantiklər yenidən kəşf etmiş, sonra isə onun tədqiqinə başlamışdırlar.

Значение слова в других словарях