Tuluz
Tuluza və ya Tuluz (fr. Toulouse [tuˈluz], yerli tələffüz [tuˈluzə], oks. Tolosa [tuˈluzɔ], lat. Tolosa) — Fransanın cənubunda şəhər, Fransanın cənubunda Cənub-Pireneylər bölgəsinin, Ot-Qaron departamentinin və Tuluz şəhər dairəsinin paytaxtı. Fransanın ən böyük mədəni, elmi və sənaye mərkəzlərindən biri; əhalisinə görə ölkənin dördüncü şəhəri (427 min nəfər, 2004) (Paris, Marsel və Lyondаn sonra).
Şüarı — Per Tolosa totjorn mai, tərcüməsi "Tuluz üçün hər şeydən çoxlu".
Tuluza Atlantik Okeanı (250 km) ilə Aralıq dənizi (150 km) arasında Qaronna çayı sahillərində yerləşir. Tuluzada, Lanquedos və Qaronna kanalları Atlantik Okeanı ilə Aralıq dənizini birləşdirir. Şəhərin köhnə, böyük, sağ hissəsini Qaronna çayının sahili tutur. Şəhər orta əsrlərdən etibarən, meşə zolağı ətrafında genişlənmişdir.