TURN

turn1

n 1. dövr; the ~ of a wheel təkərin dövrü; 2. fırlanma, fırlanan hərəkət; to give smth. a ~ bir şeyi fırlatmaq; 3. dönmə; döngə; a ~ to the right / to the left sağa / sola dönmə; downhill / uphill ~ dağaşağı / dağayuxarı döngə; to make / to take a ~ dönmək; 4. dirsək; a ~ in a river çayda dirsək; a path full of ~s and twists əyri-üyrü yol; 5. istiqaməti dəyişmə; ~ of the tide dən. qabarma-çəkilmənin növbələşməsi; 6. başlanğıc; ~ of the century əsrin / yüzilliyin başlanğıcı; 7. dəyişmə (vəziyyətdə); a ~ for the better / for the worse daha yaxşılığa / daha pisliyə doğru dəyişmə; to take a bad ~ pis vəziyyət almaq; Things have taken a dangerous tum işlər təhlükəli vəziyyət alıb; 8. burum, dolama; ~ of a bandage bintin bir burumu / dolaması; 9. növbə; in ~ (s), by ~s növbə ilə; to enter the room in ~ (s) otağa növbə ilə daxil olmaq; to take ~s növbəyə dayanmaq; My turn will come! Mənim də növbəm çatacaq, Mən də öz sözümü deyəcəm! 10. qısa gəzinti, başmaq seyri; to take a ~ / to go for a ~ in the garden bağda gəzmək / başmaq seyrinə çıxmaq; 11. qısa fəaliyyət müddəti; a ~ of work kiçik / qısamüddətli iş; to take a ~ at gardening bir az bağçılıqla məşğul olmaq, bir az bağda işləmək; 12. bacarıq, qabiliyyət; a serious ~ of mind ağlın ciddiliyi; to have a ~ for smth. bir şeyə meyli / qabiliyyəti olmaq; She is of a musical turn Onun musiqi qabiliyyəti var; 13. forma, quruluş; the ~ of an ankle topuğun forması; the ~ of the sentence cümlənin quruluşu; 14. d.d. partlama, coşma, qızışma; a ~ of anger acığın coşması; 15. pl menstruasiya, aybaşı;

◊ at every ~ hər addımda ∕ yerdə; to be on the ~ 1) dəyişmək, dəyişikliyə məruz qalmaq; 2) turşumaq, çürümək (xüs. süd); to do smb. a good ~ bir kəsə yaxşı xidmət etmək; to do smb. a bad ∕ an ili ~ bir kəsə pislik etmək; not to do a hand’s ~ ≅ qətiyyən əl vurmamaq;

◊ One good turn asks another at. söz. ≅ Əl əli yuyar, əl də üzü

turn2

v (əsas fel) 1. çevirmək, döndərmək; to ~ the leaves of a book kitabın vərəqlərini çevirmək; to ~ a key / a doorhandle / a tap açarı / qapı dəstəyini / kranı döndərmək; Turn your eyes this way Gözünü / Gözünüzü bu tərəfə çevir / çevirin; to ~ one’s head başını çevirmək / döndərmək; She turned her face to the speaker O, üzünü danışana / natiqə tərəf çevirdi; 2. dönmək, çevrilmək; to ~ in bed / in one’s sleep çarpayıda / yuxusunda çevrilmək; The tap won’t turn Kran çevrilmir; 3. fırlatmaq, fırlandırmaq; to ~ a wheel təkəri fırlatmaq; to ~ a handle dəstəyi fırlatmaq; 4. fırlanmaq; The earth turns round the sun Yer günəşin ətrafına fırlanır; My head is turning Mənim başım fırlanır; 5. eşmək, eşilmək; His moustaches were turned Onun bığları eşilmişdi; 6. yönəltmək; to ~ one’s horse to the hills atını dağa yönəltmək; 7. getmək, yönəlmək; to ~ to the right / to the left sağa / sola getmək / yönəlmək; 8. qovmaq; They turned the man from their door Onlar kişini qapılarından qovdular; 9. nişan almaq, tuşlamaq; to ~ one’s gun on smb. silahını bir kəsə tuşlamaq; 10. dəf etmək; to ~ an attack hücumu dəf etmək; 11. dönmək, qayıtmaq; The river turns here Çay burada dönür; 12. çevirmək, çevirtdirmək (paltarı); I must have my coat turned Mən paltomu çevirtdirməliyəm; 13. yonmaq (xarrat dəzgahında); yonulmaq; to ~ well / easily yaxşı / asan yonulmaq; 14. cəmləşdirmək, cəmləmək; to ~one’s thoughts / one’s attention to one’s work fikrini / diqqətini işinə cəmləşdirmək; 15. götür-qoy etmək; to ~ smth. in one’s head bir şeyi başında götür-qoy etmək; 16. dəyişmək (mövzunu); When the girl entered the room, he turned to another subject Qız otağa daxil olduqda, o, söhbətin mövzusunu dəyişdi; 17. tərcümə etmək, çevirmək (başqa dilə); How would you turn this passage? Bu parçam sən / siz necə tərcümə edərsən? / edərsiniz?; 18. dəyişmək, dəyişdirmək (rəngi); Her hair has begun to turn Onun saçının rəngi dəyişir (yəni çallaşır); The leaves are turning Yarpaqların rəngi dəyişir; 19. dövriyyəyə buraxmaq (pulu, malı); 20. xarab etmək, çürütmək; xarab olmaq, çürümək (süd haq.); The milk has turned Süd çürüyüb / turşuyub; 21. kütləşdirmək (bıçağı və s.); to ~ the edge of a knife bıçağı kütləşdirmək; 22. şumlamaq, sürmək (yeri); 23. toxumaq, hörmək (corab və s.); to ~ against smb. / smth. 1) bir kəsin ∕ şeyin əleyhinə çıxmaq, bir kəsə / şeyə qarşı üsyan qaldırmaq; The poor turned against the rich Kasıblar dövlətlilərə qarşı üsyan qaldırdılar; 2) bir kəsə / şeyə qarşı çevrilmək; His words turned against himself Onun sözləri özünə qarşı çevrildi; to ~smb. against smb. / smth. bir kəsi bir kəsə / bir şeyə qarşı qoymaq; to ~ into / to smth. bir şeyə çevrilmək; Water turns into ice Su buza çevrilir; to ~ into a criminal cinayətkara çevrilmək, cinayətkar olmaq: to ~smth. into smth. bir şeyi bir şeyə çevirmək / dəyişdirmək; They turned their stock into cash Onlar səhmlərini pula çevirdilər / dəyişdirdilər; to ~ on / upon smth. 1) bir şeydən asılı olmaq; 2) fikrini bir şeyə yönəltmək; to ~ on / upon smb bir kəsin üstünə atılmaq; In his anger he turned on me Hirs / Qəzəb içərisində o mənim üstümə atıldı; to ~ to smth. 1) bir şeyə müraciət etmək; to ~ to the dictionary lüğətə müraciət etmək; 2) başlamaq (bir işə), məşğul olmaq; to ~ to painting / to music şəkil çəkməklə / musiqi ilə məşğul olmaq; to ~ to smb. for smth. bir şey üçün bir kəsə müraciət etmək; to ~ to the secretary for information məlumat üçün katibə / katibəyə müraciət etmək; to ~ to smb. for help / or advice kömək üçün / məsləhət üçün bir kəsə müraciət etmək; to ~ smb. from smth. / from doing smth. bir kəsi bir şeydən / bir şey etməkdən daşındırmaq / çəkindirmək; I turned him from his purpose Mən onu məqsədindən daşındırdım / çəkindirdim

turn2

v (bağlayıcı fel) 1. İsimlə birləşərək olmaq mənası bildirir, to ~ soldier / cook / schoolmaster / traitor əsgər / aşpaz / məktəb müəllimi / satqın olmaq; to ~ Christian / Mohammedan xristian / müsəlman olmaq; 2. Sifətlə birləşərkən bir vəziyyətdən başqa vəziyyətə keçməni bildirir və əksərən Azərbaycan dilinə ayrıca sözlə tərcümə edilmir; to ~ green göyərmək; to ~ red qızarmaq; to ~ blue with cold soyuqdan göyərmək; to ~ red with anger qəzəbdən qızarmaq; The weather is turning colder Hava soyuqlaşır; to ~ aside 1) rədd etmək; 2) kənara çıxmaq (mövzudan və s.); to ~ away 1) üz döndərmək; 2) çevrilmək; əlaqəni kəsmək; to ~ away in disgust nifrətlə üz döndərmək; 3) ikrah yaratmaq; 4) qovmaq; 5) vəzifədən / işdən qovmaq; to ~ back 1) geri oturtmaq, geri çəkilməyə məcbur etmək; to ~ the enemy back düşməni geri çəkilməyə məcbur etmək; 2) geri dönmək / çəkilmək; 3) dönmək, üzünü / başını çevirmək; 4) qatlamaq (paltarın ətəyini və s.); to ~ down 1) azaltmaq (işığı, qazı); 2) azalmaq (işıq, qaz haq.); 3) çevirmək; to ~ down one’s coat collar paltosunun yaxalığını çevirmək; 4) qəbul etməmək (təklifi); 5) döndərmək, dönmək; to ~ down a narrow road dar yola döndərmək / dönmək; to ~ in 1) qıvrılmaq; 2) yolüstü / ayaqüstü baş çəkmək; 3) d.d. yatmaq; 4) k.t. şumlamaq (torpağı); to ~ inside out 1) tərs üzünə çevirmək; The wind turned my umbrella inside out Külək mənim çətirimi tərs üzünə çevirdi; 2) tərs üzünə çevrilmək; My umbrella turned inside out Mənim çətirim tərs üzünə çevrildi; to ~ off 1) söndürmək, şəbəkədən ayırmaq (radionu, işığı və s.); 2) bağlamaq (kranı); 3) qovmaq, işdən çıxartmaq; to ~ off workmen fəhlələri işdən qovmaq / işdən çıxartmaq; 4) diqqəti yayındırmaq; 5) xarab olmaq (yemək); 6) solub tökülmək (yarpaq haq ); to ~ on 1) qoşmaq, işə salmaq (radionu və s.); 2) yandırmaq, qoşmaq (işığı); 3) açmaq (kranı); to ~ out 1) söndürmək (işığı, qazı); 2) çevirmək; to ~ out one’s pockets ciblərini çevirmək; 3) qovmaq, çıxartmaq; 4) tətil etmək; 5) istehsal etmək; to ~ out beautiful fabrics gözəl parçalar istehsal etmək; 6) geyinmək, bəzənmək; She’s beautifully turned out O, gözəl geyinmişdi; 7) yığışmaq, gəlmək; How many people turned out for the meeting? İclasa neçə adam gəlmişdi? 8) çağırmaq; to ~ out guard keşikçi çağırmaq; 9) qalxmaq (yataqdan); to ~ over 1) çevirmək; to ~ over the pages of a book kitabın səhifələrini çevirmək; 2) eşələnmək, çevrilmək; He turned over and over in his bed O, yatağında hey çevrildi / eşələndi; 3) astarını üzünə çevirmək; 4) fikirləşmək, götür-qoy etmək; He turned the matter over and over in his mind O, bu məsələni başında götür-qoy etdi;

◊ to ~ one’s ankle topuğunu burxutmaq; to ~ the blind eye to smth. bir şeyə göz yummaq; to ~ a deaf ear qulaqardına vurmaq; to ~ up one’s heels / toes ölmək; to ~ one’s coat əqidəsini dəyişmək, başqa partiyaya keçmək; to ~ the corner çətin / təhlükəli vəziyyətdən çıxmaq

TURMOIL
TURN-DOWN
OBASTAN VİKİ
My Turn
My Turn (azərb. Mənim növbəm‎) — Çexiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Çex caz müğənnisi Martina Barta "My Turn" mahnısı ilə Çexiyanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmişdir. Mahnı Qreyq Uatts, Pol Dryu, Pit Barinqqer və Kayler Niko tərəfindən bəstələnmişdir.
2006 Amsterdam turniri
2006 Amsterdam turniri — 4 avqust ilə 5 avqust 2006-cı il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Portu FK, İnter Milan FK və Mançester Yunayted FK komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Mançester Yunayted FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2007 Amsterdam turniri
2007 Amsterdam turniri — 2 avqust ilə 4 avqust 2007-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Arsenal FK, Latsio FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Arsenal FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2008 Amsterdam turniri
2008 Amsterdam turniri — 8 avqust və 9 avqust 2008-ci il tarixləri arasında Ayaks komandasının ev sahibliyi ilə, Arsenal FK, İnter Milan FK və Sevilya FK komandlarının iştirakı ilə təşkil edilən turnirdir. Turnirin qalibi 8 xalla Arsenal FK olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2009 Amsterdam turniri
2009 Amsterdam turniri — 24 iyul ilə 26 iyul 2009-cu il tarixləri arasında Ayaks klubunun ev sahibliyi ilə Sanderlend AFK, Benfika FK və Atletiko Madrid komandalarının iştirakı ilə təşkil olunmuşdur. Turnirin qalibi Benfika FK komandası olmuşdur. == Turnir cədvəli == NB: Vurulan hər qol üçün komandalara əlavə xallar verilmişdir.
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri
== Medal sıralanması ==
2015 Cüdo üzrə Böyük Dəbilqə turniri (Kişilər, 60 kq.)
2016 Cüdo üzrə Böyük Dəbilqə turniri
== Məlumat == Cüdo üzrə Böyük Dəbilqə turniri 6-8 may tarixləri arasında Heydər Əliyev adına İdman Arenasında baş tutdu. == Nəticə == === Kişilərin yarışı === === Qadınların yarışı === == İdmançıların sayı == Bakı şəhərində baş tutan 2016 Böyük Dəbilqə turniriə 75 ölkənin 447 idmançısı qatıldı.
2017 Toulon Turniri
2017 Toulon Turniri (rəsmi adı fr. 45ème Festival International Espoirs Provence – Tournoi Maurice Revello) — 45-ci dəfə təşkil olunan Toulon Turniridir. Turnirin qeyri-rəsmi adı Maurise Revellonun adını daşıyır. Revello 1967-ci ildə turniri təşkil etmiş və 2016-cı ildə vəfat etmişdir. Turnir 29 may — 10 iyun 2017-ci il tarixləri arasında Provans regionunda təşkil edilmişdir. 2017-ci ildə ilk dəfə olaraq turnirdə 12 komanda iştirak etmişdir. Turnirin bu ilki qalibi keçən il titula sahib olan İngiltərə millisi olmuşdur. Onlar finalda Kot-d'İvuar millisi ilə 1-1 hesabı ilə bərabərə qalsalar da, penaltilərdə 5-3 hesabı ilə qalib gələrək altıncı dəfə turnirin qalibi oldular. == İştirakçı ölkələr == 2017-ci ilin aprel ayında dəqiqləşən 12 milli komanda aşağıdakılardır. == Məkanlar == == Heyətlər == == Qrup mərhələsi == Komandalar dörd komanda olmaqla üç qrupda mübarizə aparır.
Dünya Şahmat Namizədlər Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Dünya Şahmat İddiaçılar Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Eduard Turner Bennet
Eduard Turner Bennet (6 yanvar 1797 – 21 avqust 1836) – İngilis zooloqu və yazıçısı. Botanik Con Cozef Bennetin böyük qardaşı.
Edward Turner Bennett
Eduard Turner Bennet (6 yanvar 1797 – 21 avqust 1836) – İngilis zooloqu və yazıçısı. Botanik Con Cozef Bennetin böyük qardaşı.
Erigeron turnerorum
Erigeron turnerorum (lat. Erigeron turnerorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq turnirlərdə
Futbol üzrə Azərbaycan milli komandası Azərbaycan SSRİ tərkibindən çıxdıqdan sonra beynəlxalq turnirlərdə və yoldaşlıq oyunlarında iştirak etməyə başladı. Millinin ilk görüşü 17 sentyabr 1992-ci ildə Gürcüstanın Gürcuaani şəhərində Gürcüstan komandası ilə yoldaşlıq oyunu olmuş və komandamız 6:3 hesabı ilə məğlub olmuşdur. Azərbaycanda keçirilən ilk oyunda da Gürcüstan komandası ilə 25 may 1993-cü ildə Gəncə şəhərində yoldaşlıq oyununda qarşılaşmış və 1:0 hesabı ilə qalib gəlmişdir. 1930-cu ildə FİFA dünya ölkələri arasında ilk futbol üzrə Dünya Çempionatı keçirmişdir. UEFA isə 1960-cı ildən Avropa Çempionatı keçirir. Azərbaycan 1994-cü ildən həm UEFA-nın, həm də FİFA-nın üzvü olduqdan sonra dünya və Avropa çempionatlarında çıxış etməyə başlamışdır. Millimizin ilk oyunu 1994-cü il sentyabrın 7-si Rumıniyada baş tutmuşdur. Meydan sahibləri 3:0 qalib gəlmişlər. 1994-cü ildə ölkədəki vəziyyəti əsas gətirən UEFA Azərbaycan millisinin ev oyunlarını ölkədə keçirilməsinə icazə verməmişdir. 1996-cı il Avropa çempionatının seçmə oyunlarında millimiz ev oyunlarını Türkiyənin Trabzon şəhərində keçirmişdir.
Linares turniri
Linares Beynəlxalq Şahmat Turniri (İspan dilində: Torneo Internacional de Ajedrez Ciudad de Linares) adətən Fevral ayının sonunda oynanan, illik adını İspaniyanın Andalusiya, Jaén əyalətinin Jaén əyalətindəki Linares şəhərindən alan bir şahmat turniriydi. keçirildi. Bəzən "Tata Steel" (Wijk aan Zee), Tal Memorial və Dortmund hadisələri ilə yanaşı, faktiki şahmat turunda keçirilən ən güclü illik turnirlərdən biri olan şahmatın Wimbledonu olaraq da xarakterizə olunur. Linares turniri 1978-ci ildə başladı və 1988-dən 2010-a qədər (1996-cı il istisna olmaqla) hər il təşkil edildi. 2010-cu ildən bəri turnir maddi səbəblərdən keçirilmir. == Tarixi == İspaniyalı iş adamı Luis Rentero tərəfindən maliyyələşdirilən tədbir ilk dəfə 1978-ci ildə keçirildi. O zaman elit bir hadisə deyildi və nisbi bilinməyən İsveçli Jaan Eslon [es] tərəfindən qazandı (Argentinalı Roberto Luisdən tay-brekdə) Debarnot). Növbəti ilki tədbirdən sonra 1987-ci ilə qədər heç bir turnirin keçirilmədiyi 1987-ci ilə qədər hər il keçirildi; Linaresin Namizədlər Finalına ev sahibliyi etdiyi il, Anparoli Karpov və Andrey Sokolovun iştirakı ilə Kasparovun dünya şampiyonluğu üçün bir rəqib müəyyənləşdirdi. Təxirə salınmış 1987-ci il hadisəsi 1988-ci ilə təxirə salındı ​​və turnir bu dövrdən etibarən Qadınlar arasında Dünya Şahmat Çempionatının keçirildiyi 1996-cı il istisna olmaqla illik bir tədbir oldu. Rentero şahmatda qısa çəkilişlərin güclü bir rəqibiydi, daha uzun oyun oynamağına görə pul mükafatları təklif etdi.
Masters turniri çempionlarının siyahısı
Masters turniri (ing. Masters Tournament) — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar. Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir.
Namizədlər Turniri
Dünya Şahmat Namizədlər Turniri 1950-ci ildən bəri FİDE tərəfindən təşkil olunur. Final yarışında Dünya Şahmat Çempionatı üçün iddiaçı müəyyən edilir. Qalib dünya çempionluğu üçün hazırkı dünya çempionu ilə oynamaq hüqüqu qazanır.
Namizədlər Turniri 2024
Namizədlər Turniri 2024 — 2024-cü il Dünya Şahmat Çempionatı matçına rəqibi müəyyən etmək üçün keçirilən səkkiz oyunçunun iştirak etdiyi şahmat turniri. Qadın Namizədlər Turniri ilə yanaşı, 3–22 aprel 2024-cü il tarixlərində Kanadanın Toronto şəhərində keçirilməsi planlaşdırılır. 2013-cü ildən bəri hər bir Namizədlər Turnirində olduğu kimi, bu il də ikiqat dairəvi sistemli turnir olacaq. Turnirin qalibi şahmat üzrə hazırkı dünya çempionu Dinq Lirenlə Dünya Şahmat Çempionatı 2024-də oynamaq hüququ qazanacaq. Namizədlər Turnirində iştirak haqqı qazananlar: 2023-cü il FİDE Dünya Kubokunu qazanaraq Namizədlər Turnirinə vəsiqə qazanmasına baxmayaraq, keçmiş dünya çempionu Maqnus Karlsen Torontoda yarışmamaq qərarına gəlib. O, əvvəllər Dünya Kubokunun yarımfinalına yüksəldikdən sonra istəksiz olduğunu və "indiki formatda heç bir şansın olmadığını" bildirərək, namizədlərlə oynamayacağını vurğulamışdır. 2024-cü ilin yanvarında namizədlər siyahısının rəsmi təsdiqindən sonra Maqnus Karlsen FİDE-nin Namizədlər Turnirində oynamaq dəvətini rədd etmək qərarını rəsmi olaraq təsdiqlədi: "Mən deyərdim ki, əsas səbəb ondan həzz almamağımdır. Bu qədər sadə." Nəticədə, Dünya Kubokunu dördüncü pillədə başa vuran Nicat Abasov Karlsenin əvəzedicisi kimi 2024-cü il Namizədlər Turnirinə vəsiqə qazanıb. 2022-ci ilin aprelində, bütün təsnifat üsullarını elan etməzdən əvvəl, FİDE 2023-cü il Böyük Şahmat Turunun ən yaxşı iki iştirakçısının 2024-cü il Namizədlər Turnirinə vəsiqə qazanacağını elan etdi. FIDE daha çox təfərrüatların gələcəyini vəd etdi, lakin daha sonra dəyişikliklə bağlı şərh vermədən Böyük Şahmat Turu xaricində kvalifikasiya yollarını elan etdi.
Turnefor (Dənizkənarı Alplar)
Turnefor (fr. Tournefort) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 10,13 km², əhalisi — 154 nəfərdir (2006) artım tendensiyası ilə: 140 nəfər (2012), əhalinin sıxlığı 13,8 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 141 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 140 nəfər.
Calanthe turneri
Calanthe vestita (lat. Calanthe vestita) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis vestita (Wall. ex Lindl.) Kuntze Phaius vestitus (Wall. ex Lindl.) Rchb.f. Preptanthe vestita (Wall. ex Lindl.) Rchb.f.
Calanthe turneri var. nivalis
Calanthe vestita (lat. Calanthe vestita) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis vestita (Wall. ex Lindl.) Kuntze Phaius vestitus (Wall. ex Lindl.) Rchb.f. Preptanthe vestita (Wall. ex Lindl.) Rchb.f.
Calanthe vestita var. turneri
Calanthe vestita (lat. Calanthe vestita) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin calanthe cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Alismorkis vestita (Wall. ex Lindl.) Kuntze Phaius vestitus (Wall. ex Lindl.) Rchb.f. Preptanthe vestita (Wall. ex Lindl.) Rchb.f.
Turneps (Yem turpu)
Turneps (Yem turpu) — kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan ikiillik çarpaztozlanan bitki. Yem turpu (turneps) insanlar tərəfindən çox qədim zamanlardan becərilən, tezyetişən, soyuğadavamlı, yüksək məhsuldar, az tələbkar bitkidir. Yem turpu yabanı turpdan əmələ gəlmiş və Avroasiyada geniş yayılmışdır. Onun Rusiya ərazisində qida üçün becərilməsi şüurlu əkinçiliyin başlandığı vaxtdan hesab edilir. XIX əsrin əvvəllərindən isə yem bitkisi kimi becərilməyə başlanmışdır. Bu vaxtdan da şalğam bitkisinin iki adı yaranmışdır: 1) şalğam (qida kimi istifadə edilən, məhsuldarlığı aşağı, ancaq nisbətən şirin sortları), 2) turneps (yem kimi istifadə edilən, məhsuldar, az dadlı sortları). Yem turpunun əsas əkinləri Rusiyanın Qeyriqaratorpaq zonasında cəmlənmişdir. Soyuğadavamlılığı və vegetasiya müddətinin qısa olması onun Qütb dairəsinin riskli əkinçilik rayonlarınıda da müvəffəqiyyətlə becərilməsinə imkan verir. Hektardan 500–600 sentnerə qədər kökümeyvə məhsulu verə bilir. Orta məhsuldarlığı isə 300–400 s/ha-dır.
Turne (şəhər)
Tournai ( fransa: Tournai, flamand: Doornik, latın: Tornacum ) — Belçikanın cənub-qərbində Hainaut əyalətində şəhər və bələdiyyədir. Monsun şimal-qərbində, Şelde çayının sahilində yerləşir.