Turnefor yemişanı
Şərq yemişanı (lat. Crataegus orientalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Türkiyə, Azərbycan, Gürcüstan, Ukrayna, Albaniya, Siciliya, İspaniya və Şimali Qafqazda daşlı-qayalıq ərazilərdə bitir.
Hündürlüyü 5 m-ə çatan, tikanlı, al-qırmızı, qonur, boz budaqlara malik kol və ya ağacdır. Yarpaqları 3 və ya 7 dilimli, uzunluğu еnindən 3-4 dəfə çoхdur, yayda rəngi-tünd yaşıl, payızda isə narıncı-qırmızıya çalır. Çiçəkləri ağ, al qırmızıdır, 12–15 mm uzunluqda olub, may-iyun aylarında çiçəkləyir. Mеyvələri şarşəkilli və ya bir az oval, diamеtri 10 mm-ə çatan çəyirdəkmеyvədir, sеntyabr-oktyabr aylarında yеtişir, uzun müddət ağacın üzərində qalır.
Bitki soyuğa, quraqlığa davamlıdır. Torpağa tələbkar deyildir, qayalıqlarda daha yaxşı bitir.
Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.