tut

is. mûre f ; ~ ağacı mûrier m ; ~ yarpağı feuille f de mûrier

tuşlayıcı
tutacaq
OBASTAN VİKİ
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Qırmızı tut
Qırmızı tut (lat. Morus rubra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Bu növ əsasən Şimali Amerika, Orta Asiya, Avropa, Zaqafqaziya, Belarusiyada yayılmışdır. Hündürlüyü 15-20 m olan ağacdır. Qabığı qəhvəyi-boz, cavan budaqları isə sarımtıl-boz rəngdə olur. Çətiri nisbətən aşağı sallanmış yarımşarşəkillidir. Yarpaqları yumurtavarı, bəzən isə yumru, üstdən parlaq, altdan isə xırda tüklərlə örtülür. Yarpağın kənarı iti dişli, uc hissəsi iti oxşəkilli, bəzən tam, bəzən isə 3-7 dilimlidir. Yarpaq ayası 5-7 sm, saplağı isə 0,5-1,5 sm uzunluqda olur. Yarpaqlar cod və kobuddur.
Qızıl tut
Tut ağacı
Tutağacı (Mahnişan)
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Ağ tut
Ağ tut (lat. Morus alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Azərbaycanda tut ağacının bir çox növləri yayılıb, eyni zamanda qiymətli bitki kimi respublikanın əksər rayonlarında çox qədimdən becərilir. Abşeronda qara və ağ tut daha geniş becərilir. Dərman məqsədilə tut ağacının yarpaqlarından, meyvələrindən və bəzi qabıqlarından və budaqlarından istifadə olunur. Ağ tut yarpaqlarında 0,75 % üzvi turşular, 50–60 mq % askorbin turşusu, 1,5 %–2 % şəkərli maddələr, 2–3 % aşı maddələri vardır. Meyvələrində 23–24 % şəkər, 2,5 % üzvi turşular, 70–80 mq % askorbin turşusu, pektin maddələri və s. müəyyən edilmişdir. Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur.
Tut arağı
Tut arağı — Zaqafqaziyanın bir sıra regionları üçün ənənəvi olan güclü spirtli içkidir. Bu fermentləşdirilmiş tut şirəsinin distillə məhsuludur. Alkoqolun miqdarı 40–80% arasındadır. İçkinin bəzi növləri bir neçə il çəlləkdə saxlanılır. Tut arağı Zaqafqaziya regionunun böyük bir hissəsi, xüsusən Azərbaycan üçün ənənəvi içkidir. Tarixən Qarabağ tut meyvəsindən arağın ən aktiv istehsal olunan ərazilərindən biri olmuşdur: tut arağının xeyli sayda sənaye və ev istehsalı növləri var ki, burada istehsal olunur . Tut arağının hazırlanma tarixi əsrlərlə ölçülür. Onun istehsalının həcmində bir qədər azalma 19-cu əsrdə rus arağının o vaxta qədər Rusiya imperiyasının tərkibinə daxil olan müvafiq Zaqafqaziya ərazilərində geniş yayılmasından sonra baş verdi. Buna baxmayaraq, həm Ermənistanda, həm də Azərbaycanda tut ağacından hazırlanan ənənəvi güclü içki çox geniş yayılmışdır. Maraqlıdır ki, bu ölkələrin sakinləri çox vaxt ona müalicəvi xüsusiyyətlər aid edirlər .
Tut ipəkqurdu
Tut ipəkqurdu (lat. Bombyx mori) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin i̇pəkqurdular fəsiləsinin i̇pəkqurdu cinsinə aid heyvan növü.
Tut ağacı (Soyuqbulaq)
Tut ağacı (fars. توت اغاج‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 237 nəfər yaşayır (38 ailə).
Tut qalxanlı yastıcası
Tut çanaqlı yastıca
Bacarırsansa Tut Məni
Bacarırsansa Tut Məni (ing. Catch Me If You Can) — 2002-ci ildə Frenk Ebiqneyl-ın həyat hekayəsi əsasında çəkilmiş komediya-dram filmi. Rejissoru Stiven Spilberq olan film, 19 yaşlı dahi Frenk Ebiqneyl-ın özünü Pan American World aviaşirkətində pilot kimi göstərərək çox milyon dollarlıq çek fırıldaqçılığı etdiyindən bəhs edir. Corciyada həkim və Luizianada prokuror. Ebiqneyl rolunu Leonardo DiKaprio canlandırsa da, filmin digər mühüm aktyorları Tom Henks, Kristofer Uolken, Emi Adams, Martin Şin və Nathalie Bayedir.
Dolu Kadehi Ters Tut
Dolu Kadehi Ters Tut (hərf. Dolu qədəhi tərs tut) qısaca DKTT — 2014-cü ildə vokalist Uğurhan Özay və gitarist Mürsel Oğulcan Ava tərəfindən qurulan və bu 2 nəfərdən ibarət pop-rok və alternativ rok qrupu. == Tarixçəsi == == Diskoqrafiya == Qrupun işlərinə hazırda 5 studya albomu, 5 mini-albom, 25 sinql, 16 videoklip daxildir.
Elektrik tutumu
Elektrik tutumu — naqilin elektrik yükü toplamaq xassəsi. Elektrik tutumu naqilin yükünün onun potensialına olan nisbətinə deyilir. Elektrik yükü və elektrik sahəsi enerjisi toplamaq üçün işlədilən qurğu kondensator adlanır. Kondensator nazik dielektrik qatı ilə bir-birindən ayrılmış iki paralel, metal lövhədən ibarətdir. Köynəklərdən birinə +q, digərinə -q yükü versək onlar arasında U gərginliyi yaranar. İkinci lövhəni yerlə birləşdirmək də olar. Kondensatorun yükü dedikdə, bir köynəkdəki yükün modulu nəzərdə tutulur. Kondensatorun elektrik tutumu onun yükünün köynəkləri arasındakı gərginliyə olan nisbətinə deyilir. Düstur: C=q/U Kondensatorların formasına görə müstəvi, silindrik və s. növləri var.
Euseius tutsi
Euseius tutsi (lat. Euseius tutsi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Febril tutmalar
Febril tutmalar (FT) - uşaqlarda (əsasən 3 ay – 5 yaş arasında) qızdırma ilə əlaqəli olan və beyin zədəsi/infesksiyası olmadan baş verən tutmalar. Adətən FT hərarət >38,5 °C olanda baş verir. Tipik hallarda FT qısa generalizə olunmuş tonik-klonik tutma şəklində keçir. Lakin, fokal (parsial) FT xəstələrin 10%-də və uzun müddətli (>20 dəq) FT xəstələrin 5%-də müşahidə olunur. Ümumiyyətlə, əhalinin 4–5%-i ən azı 1 dəfə FT keçirir. İlkin febril tutmanı keçirilmiş şəxslərdə epilepsiyanın başlanması ehtimalı 2–4% və təkrar FT-nin ehtimalı 30–40%. FT beyinin zədələnməsinə səbəb olmur. FT iki qrupa bölünür: 1. Sadə FT (qısa, generalizə olunmuş, bir qızdırma epizodunda 1 FT, tutmadan sonra nevroloji defisitsiz) 2. Mürəkkəb FT (uzun müddətli, yəni >20 dəq.; və ya fokal; və ya bir qızdırma epizodunda >1 FT; FT-dən sonra nevroloji defisit) Sadə FT-dən sonra epilepsiyanın başlanması ehtimalı 2%, mürəkkəb FT-dən sonra isə ehtimal 4–12%-ə çatır.
Günəş tutulması
Günəş tutulması — Günəş və Ay tutulmaları ən maraqlı təbiət hadisələrindəndir. Bu hadisələr qədim zamanlardan indiyə qədər bütün dövrlərdə insanları həmişə düşündürmüşdür. Hələ 3000 il bundan əvvəl Çin astronomları Günəş və Ay tutulmalarının baş vermə vaxtını əvvəlcədən təyin edə bilirdilər. Müasir astronomiya isə Günəş və Ay tutulmalarının Yer səthinin hansı hissəsində və nə vaxt baş verəcəyini çox böyük dəqiqliklə təyin etməyə imkan verir. Ayın Günəş diskinin qarşısını kəsməsinə və ya örtməsinə Günəş tutulması deyilir. Günəş tutulması qismən, tam və halqavari ola bilər. Günəş tutulması Ay Yerlə Günəş arasında olanda, yəni təzə Ay fazasında baş verir. Təzə Ay fazasında Ay Günəş şüalarının qarşısını kəsir və Yerə tərəf konus şəkilli kölgə buraxır. Yer səthinin tam kölgə bölgəsində olan müşahidəçi üçün tam Günəş tutulması, yarımkölgədəki müşahidəçi üçün isə qismən Günəş tutulması baş verir. Ayın orbit müstəvisi ekliptika müstəvisi ilə 05o09'-lik bucaq əmələ gətirdiyindən hər təzə Ay fazası Günəş tutulması ilə nəticələnmir.
Günəş tutulması (2015, 20 mart)
Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür. Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır. Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır.
Günəş tutulması (20 mart 2015)
Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür. Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır. Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır.
III Tutmos
III Tutmos (e.ə. 1481 – təq. e.ə. 1425) — Misir XVIII sülalə fironu. III Tutmos bir sıra uğurlu müharibələr apararaq II Ramzes və III Amenofis kimi Misiri güc sahibinə çevirə bilmişdir. XVIII sülalə dövründə vərəsəlik ana xətti ilə təyin olunduğu üçün III Tutmos taxta iddiaçı ola bilməzdi. Qanuni hakimiyyət Hatşepsut ondan isə I Tutmosun qızına və göründüyü kimi II Tutmosun bacısına (arvadına) keçmiş olur. Lakin, birbaşa xələflik hüququ olmasa da III Tutmos tanrı Amonun şərəfinə təşkil olunmuş mərasimdə Amonun iradəsi ilə onun kahini olduğu üçün firon elan edilir.
II Tutmos
II Tutmos (təq. e.ə. 1510 – təq. e.ə. 1479) — Misir fironu.
II Tutmosis
II Tutmos (təq. e.ə. 1510 – təq. e.ə. 1479) — Misir fironu.
I Tutmos
I Tutmos (e. ə. XVI əsr – təq. e.ə. 1493) — == Həyatı == I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nikaha əsasən hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı. I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi.
I Tutmosis
I Tutmos (e. ə. XVI əsr – təq. e.ə. 1493) — == Həyatı == I Tutmosun hakimiyyəti işğalçılıq müharibələrinin genişlənməsi ilə səciyyələnir. I Amenxotepin bacısına evlənən I Tutmos bu nikaha əsasən hakimyyətə sahib olmuşdu. I Tutmos cənubda Misirin siyasi mövqeyini möhkəmləndirmək məqsədilə yürüş təşkil etmiş və burada baş vermiş üsyanı yatırmışdı. I Tutmosun Şərqi Aralıq dənizi ölkələrinə yürüşü də uğurlu olmuşdu. O, Fərat çayına qədər gəlib çatmış, Mitanni qoşununu darmadağın etmişdi. Qələbə zamanı qənimət kimi ələ keçirdiyi hərbi əsirlərin sayı məlum deyildi.
Karolin tutuquşusu
Karolin tutuquşusu (lat. Conuropsis carolinensis) — karolin tutuquşusu cinsinə aid quş növü.
Metaseiulus tuttlei
Metaseiulus tuttlei (lat. Metaseiulus tuttlei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Murad Tutayuq
Murad Tutayuq Хаspоlаd оğlu (2 may 1904, Şuşa – 23 mart 1970, Naxçıvan.) — Azərbaycan mааrif хаdimi. Nахçıvan MSSR (1955) və Аzərbaycan SSR (1966) Əməkdаr Müəllimi. Şuşа Rеаl məktəbini (1920) və Аzərbaycan Аli Pеdаqоji İnstitutunun (indiki АPU) fizikа-riyаziyyаt fаkültəsini (1925) bitirmişdir. Nахçıvаn Pеdаqоji Tехnikumundа müəllim və tədris hissə müdiri (1925–1939), Nахçıvаn Müəllimlər Institutundа müəllim (1940–1948; 1950–1954) və tədris işləri üzrə dirеktоr müаvini (1940–1948), Nахçıvаn Еlmi Bаzаsının dirеktоru (1948–1950), 3 №-li Nахçıvаn şəhər оrtа məktəbində müəllim və tədris hissə müdiri (1954–1966), Nахçıvаn Pеdаqоji Məktəbində pеdаqоgikа və psiхоlоgiyа müəllimi (1966–1968) işləmişdir. Murad Tutayuq "Lеnin" оrdеni və "Qırmızı Əmək Bаyrаğı" оrdеni ilə təltif оlunmuşdur.
Qaçdı-tutdu (oyun)
Qaçdı tutdu — Azərbaycan uşaq oyunu. 10-14. 6-8 Uşaqlar dairə təşkil edirlər. İki uşaq dairə kənarında qalır. Biri qovur, o biri qaçır. Qaçan uşaq dairəyə daxil olub uşaqlardan birinin yanında dayanır. Bunun sağ tərəfindəki uşaq dairədən çıxıb əvvəlki uşağı qovmağa başlayır. Qaçan uşaq dairəyə girir. Onun sağındakı uşaq isə dairədən çıxaraq dairədən kənardakı uşağı qovmağa başlayır və bu qayda ilə davam edir. Oyunu 4-5 dəfə təkrar etmək olar.
Qaçdı tutdu (oyun)
Qaçdı tutdu — Azərbaycan uşaq oyunu. 10-14. 6-8 Uşaqlar dairə təşkil edirlər. İki uşaq dairə kənarında qalır. Biri qovur, o biri qaçır. Qaçan uşaq dairəyə daxil olub uşaqlardan birinin yanında dayanır. Bunun sağ tərəfindəki uşaq dairədən çıxıb əvvəlki uşağı qovmağa başlayır. Qaçan uşaq dairəyə girir. Onun sağındakı uşaq isə dairədən çıxaraq dairədən kənardakı uşağı qovmağa başlayır və bu qayda ilə davam edir. Oyunu 4-5 dəfə təkrar etmək olar.
Rodosun tutulması (1522)
Rodosun tutulması — Rodos adasının 1522-ci ildə Osmanlı donanması tərəfindən tutularaq Osmanlı imperiyasının ərazisinə qatılmasını ifadə edən tarixi hadisə. Rodosun fəth olunmasından sonra bu adada fəaliyyət göstərən Malta cəngavərləri adlı orden Maltada yerləşən Malta cəngavərlərinin yanına qaçmışdılar. Malta cəngavərlərinin oxçuları Osmanlı ordusuna ciddi zərbə endirmişdilər. Osmanlı qoşunlarının kütləvi şəkildə döyüşçülərinin itirməsinin əsas səbəbi də oxçular olmuşdur. Rodosun fəth olunması Osmanlı imperiyasının Aralıq dənizinə nəzarət etməsini asanlaşdırmışdır. Sultan Süleyman Qanuniyə qədər II Mehmed adada yerləşən qalanı mühasirəyə alsa da əlverişsiz vəziyyət səbəbindən geri çəkilmişdir. I Səlim öz vəziri Piri Mehmet Paşanın təkidlərinə baxmayaraq ada üzərinə qoşun göndərməkdən imtina etmişdir.
Seda Tutxalyan
Seda Qurqenovna Tutxalyan (15 iyul 1999, Gümrü) — erməni əsilli Rusiyanı təmsil edən idman gimnast. Seda Tutxalyan 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi və gümüş medal qazandı. Seda Tutxalyan 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, komanda yarışlarında yığma Aliya Mustafina, Angelina Melnikova, Mariya Paseka və Dariya Spiridonova ilə birgə finalda 176.688 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Konstantinopolun tutulması (1261)
Konstantinopolun tutulması (1261) — 1204-cü ildə səlibçilər tərəfindən tutulan Konstantinopolun Nikeyalılar tərəfindən azad edilməsi. Bu, 57 illik fasilədən sonra Paleoloq sülaləsi altında Bizansın bərpasına və Latın imperiyasının məhvinə səbəb oldu. == Tarixi == 1204-cü ildə Dördüncü Səlib yürüşü nəticəsində Konstantinopol və onunla birlikdə Bizans imperiyası da süqut etdi. Onun ərazilərində səlibçi dövlətləri yaradıldı, onlardan ən böyüyü Latın imperiyası idi. Buna baxmayaraq, bizanslılar bir sıra başqa əraziləri əllərində saxlaya bildilər və onların üzərində öz dövlətlərini yarada bildilər: Epir krallığı, Nikey və Trabzon imperiyaları. 1261-ci ilin yayında Nikea imperatoru VIII Mixail Paleoloq Konstantinopolun qaytarılması üçün hazırlıqlara başlayır. Əvvəlcə o, Genuya Respublikası ilə ittifaqa girdi və 1261-ci ilin iyulunda komandan Aleksey Stratiqopulu əsasən muzdlu kumanlardan və Nikey imperiyasının sakinlərindən ibarət 930 nəfərlik kiçik dəstə ilə Trakyaya göndərdi. Bunda əsas məqsəd latınlara hərbi güc nümayiş etdirmək idi. Mərmərə dənizini keçərək, Aleksey Silivridə düşərgə qurdu. Burada o, təsadüfən yunanlar ilə görüşdü.
Tutağacı
Tutağacı (Mahnişan)
Tutağacı (Mahnişan)
Tutağacı (fars. توت اغاجي‎) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (10 ailə).
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.

Значение слова в других словарях