Yevgeni Tuşenko
Yevgeni Tuşenko (rus. Евге́ний Андре́евич Ти́щенкo; 15 iyul 1991, Kanevskaya[d], Krasnodar diyarı) — peşəkar rus bokçusu, İ, 2009-cu ildən etibarən Rusiya milli komandasında çıxış edir. Olimpiya çempionu (2016), Dünya çempionu (2015), Avropa çempionu (2015, 2017), Universial çempionu (2013) və Dünya Çempionatının gümüş mükafatı (2013), Bir çox milli və beynəlxalq turnir qalibi. Belqorod Regionunda əməkdar idman ustası.
== Həyatı ==
Yevgeni Tişenko 1991-ci il iyulun 15-də Krasnodar ərazisində Kanevskaya kəndində anadan olub, lakin sonra Belqorod şəhərinə köçüb. Məktəbin beşinci sinfində oxuyarkən boksla fəal məşğul olur, məşqçi İvan Andreyeviç Leviçevin rəhbərliyi altında boks bölməsində təhsil alıb. Məktəb səviyyəsində heç bir əhəmiyyətli nəticə göstərmədən ən yüksək nəticəsi Cənubi Federal Çempionatında mükafatçılar sırasına düşmək oldu. Tişenko müsahibədə bu sözləri bildirib: "Bu idman ilə biz bir tərəfli sevgiyə sahibik: mən onu sevdim, amma o, məni yox! Amma bütün uğursuzluqlarımın olmasına baxmayaraq, mən çox məşq etdim. Mən heç bir məşqi qaçırmadım, hətta xəstə olsam da, hələ də gəlməyə çalışdım".