Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xilqət Abdullayev
Xilqət Abdulla oğlu Abdullayev (15 mart 1960 Ağsu - 12 iyun 1993 Ağdam) == Həyatı == Xilqət Abdullayev 15 mart 1960-cı ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olmuşdur. == Təhsili == Xilqət Abdullayev Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. Təyinatla Ağsu rayonunun Musabəyli kənd tam orta məktəbinə riyaziyyat müəllimi göndərilmişdir. == Hərbi xidməti == 1992-ci ildə torpaqlarımızın müdafiəsi üçün döyüşə yollanmışdı. Vətənin ağır günündə ürəyinin səsinə qulaq asaraq könüllü olaraq döyüşə getdi. Hərbi rütbəsi baş leytenant idi. Döyüş yolu Ağdam rayonun bir sıra qaynar nöqtələrindən keçmişdir. X.Abdullayev 12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Diqqət
Diqqət — psixi fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsi. Diqqət idrak proseslərindən fərqlidir. Diqqət fəaliyyət zamanı insanın idrak proseslərinə qoşulur, onların daha müvəqqətiyyətli cərəyanı üçün zəmin yaradır. Çünki bütün idrak prosesləri seçici xarakter daşıyır, müəyyən obyektə yönəlmiş olur. Bu mənada diqqət cisim və hadisələrin əksi olmayıb, psixi fəaliyyət obyektinin aydın əks olunmasını təmin edir. Deməli diqqətin əsas vəzifəsi insanın şüurlu fəaliyyətinin seçici xarakter daşımasını təmin etməkdir. == Diqqətin funksiyaları == Diqqət mürəkkəb psixi hadisə kimi xarakterizə olunur. === Seçmək funksiyası === Mövcud fəaliyyətə uyğun gələn təsirlər seçilir, digər ikinci dərəcəli kənar təsirlərə əhəmiyyət verilmir. === Saxlama funksiyası === İdrak fəaliyyəti başa çatana qədər psixi fəaliyyət həmin obyekt üzərində mərkəzləşdirilir. === Nəzarət etmə funksiyası === Fəaliyyətin gedişini tənzimləyib, ona nəzarət edilir.
Millət
Millət — insanların tarixən dil, ərazi, iqtisadi həyat və psixika ümumiliyi əsasında təşəkkül tapan və milli xarakterin, mədəniyyətin milli özünəməxsusluğunda təzahür edən sabit birliyi. "Millət" sözü ərəb mənşəli isimdir.
Xilafət
Xilafət (ərəb. خلافة‎ — yəni əvəzetmə, varislik) — müsəlmanlarda islamın dəyişməz prinsiplərinə əsaslanan teokratik dövlət-hüquq sistemi, habelə xəlifələrin (müavin, varis) başçılıq etdikləri müsəlman dövlətlərinin tarixi ədəbiyyatda adı.
Xələt
xələt : is.ər. Xələt — müxtəlif təyinatlı ola bilər: hamam xələti, cimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
Dilqəm Nağıyev
Dilqəm Nağıyev (24 iyun 1975, Mingəçevir – 17 mart 1995, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır. == Döyüşlərdə iştirakı == Bakıdakı "N" saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etdi. 1995-ci il 13 – 17 mart hadisələri zamanı o yenidən silahlı dəstənin zərərsizləşdirilməsi üçün əməliyyatda iştirak etdi. Qarşı tərəfdən açılan atəş gənc Dilqəmin arzularla dolu ömrünü qırdı… == Ailəsi == Subay idi.
Dilqəm Quliyev
Dilqəm Quliyev (tam adı: Quliyev Dilqəm Qasım oğlu; 6 avqust 1950, Noraşen rayonu) — pedaqogika üzrə elmlər doktoru (2018), professor (2004), beşnövçülük (1970) və sərbəst güləş üzrə SSRİ idman ustası (1972), Azərbaycan Respublikasının əməkdar məşqçisi (1996), Azərbaycan Milli Ensiklopediyasının bədən tərbiyəsi və idman bölməsi məqalələrinin müəllifi (1994), "Əməkdar bədən tərbiyəsi və idman xadimi" (2006), "İdmançı" qəzetinin baş redaktoru (1998), Milli Olimpiya Komitəsinin, Milli Olimpiya Akademiyasının (1998), Azərbaycan Respublikası Jurnalistlər Birliyinin (1994), Azərbaycan Yazıçılar Birliyinin (2006), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurasının (2008), Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvü, Milli təhsil sistemində fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fənlərinin tədris problemləri bölməsinin sədri (2014), 2021-ci ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctımai Birliyinin Nərimanov rayon şöbəsinin Fəxri üzvüdür. == Həyat və fəaliyyəti == Dilqəm Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində (indi bu kənd Kəngərli rayonu inzibati ərazisinə daxildir) anadan olub. === Təhsili === 1958–1967-ci illərdə Şahtaxtı kənd orta məktəbində təhsil alıb. 1972-ci ildə Bakı Maliyyə-Kredit Texnikumunu bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) pedaqoji fakültəsinə qəbul olunub və 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. 1978-ci ildə təyinatla həmin Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun "Güləşmə və onun metodikası" kafedrasında baş laborant vəzifəsində saxlanılıb. 1984-cü ildə Azərbaycan Respublikası Təhsil İnstitutunun (keçmiş Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu) dissertantı olub. 1994-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müdafiə şurasında müdafiə etmiş və Ali Attestasiya pedaqogika üzrə fəlsəfə doktoruluq dissertasia müdafiə etmişdir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövləi İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının xarici siyasəti üzrə qısa müddətli ixtisasartırma kursunu bitirib. (Qeydiyyat nömrəsi "851") 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı (keçmiş Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu ) olub.
Dilqəm Tağıyev
Dilqəm Bəbir oğlu Tağıyev (6 yanvar 1950, Kəlbəcər rayonu) — Azərbaycanlı kimyaçı alim, AMEA-nın vitse-prezidenti, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvi (akademik), (2014). == Həyatı == Dilqəm Bəbir oğlu Tağıyev (1950)-ci il (6) yanvarda həkim ailəsində anadan olmuşdur. (1966)-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə əyani şöbəsinə qəbul olunaraq hələ tələbəlik illərindən elmi tədqiqatlara böyük maraq göstərmiş və ilk elmi işini (1969)-cu ildə çap etdirmişdir. Tartu, Minsk, Tiflis və Novosibirsk şəhərlərində keçirilən tələbə və aspirantların konfranslarında elmi məruzələrlə çıxış etmiş, birinci və üçüncü dərəcəli diplomlara, fəxri fərmanlara layiq ğörülmüşdür. Dərs əlaçısı olmaqla bərabər eyni zamanda ictimai işlərdə də fəal iştirak etmiş, (1970)-ci illərdə Universitet Tələbə Elmi Cəmiyyətinin sədri, Universitet komsomol komitəsinin büro üzvü və Bakı şəhəri komsomol komitəsinin üzvü seçilmiş, Azərbaycan komsomolunun XXVII qurultayının nümayəndəsi olmuşdur . Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H. M. Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. SSRİ EA Üzvi Kimya İnstitutunun Elmi Şurasında müvəffəqiyyətlə fəlsəfə doktoru (1975) və elmlər doktoru (1984) dissertasiyalarını müdafiə etmişdir. 1990-cı ildə professor elmi adını almışdır. == Elmi fəaliyyəti == Dilqəm Tağıyev Azərbaycan Dövlət Universitetini (1971)-ci ildə fərqlənmə diplomu ilə bitirərək Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olmuş və SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H. M. Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparmışdır. (7) yanvar (1975-ci) ildə SSRİ EA Üzvi Kimya İnstitunda müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir.
Dilqəm Əhməd
Dilqəm Əhməd (3 dekabr 1985, İrəvan) — azərbaycanlı jurnalist, araşdırmaçı, yazıçı və kolleksiyaçı. 2019-cu il mayın 27-də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalına layiq görülüb. == Həyatı və təhsili == Dilqəm Əhməd 1985-ci il dekabrın 3-də İrəvan şəhərində anadan olub. 1988-ci ildə ailəsi İrəvandan deportasiya edilib və onlar Sumqayıt şəhərinə köçüblər. 1992-ci ildə Sumqayıt şəhərİNDƏ 33 saylı orta məktəbdə ibtidai təhsil almağa başlayıb. 1999-cu ildən təhsilini Bakı şəhəri 246 saylı məktəb-liseydə davam etdirib. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakultəsində politologiya ixtisası üzrə bakalavr təhsili alıb. “Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” mövzusunda elmi iş yazaraq, universiteti fərqlənmə diplomu ilə bitirib. 2007–2008-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2008-2010-cu illərdə Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə magistr təhsili alıb.
Dilqəm Əsgərov
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Diqqət mərkəzində
Diqqət mərkəzində (ing. Spotlight) — rejissor (ing. Thomas Joseph "Tom" McCarthy) tərəfindən çəkilmiş Amerikan filmidir. Ssenari (ing. Josh Singer) ilə birgə əməkdaşlığı nəticəsində (ing. Tom McCarthy) tərəfindən yazılmışdır və Bostonda kardinal (ing. Bernard Francis Law)un istefasına səbəb olan Katolik kilsəsində cinsi təcavüz qalmaqalı ətrafında baş verən hadisələrə əsaslanır. Filmin premyerası 2015-ci ilin sentyabrında 72-ci Venesiya Film Festivalında baş tutub. ABŞ-də geniş yayım 25 noyabr 2015-ci ildə, bir çox başqa ölkələrdə film 2016-cı ilin yanvar-fevral aylarında nümayiş etdirilməyə başlayıb. 2016-cı ildə film "Ən yaxşı film" və "Ən yaxşı orijinal ssenari" nominasiyası üzrə Oskar mükafatı qazandı və "Ən yaxşı rejissor", "Ən yaxşı montaj", "Ən yaxşı ikinci plan aktrisası" (Makadams) və "Ən yaxşı ikinci plan aktyoru" (Ruffalo) nominasiyalarına namizəd oldu.
Dövlətsiz millət
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. == Mənbə == Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 == Xarici keçidlər == Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Hərbi xidmət
Hərbi xidmət == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. == Meteoroloji müharibə == Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Millət (dəqiqləşdirmə)
Millət
Millət Əliyev
Millət Söhbətəli oğlu Əliyev (23 avqust 1961, Yardımlı rayonu – 2 may 1994, Tərtər rayonu) - Qarabağ müharibəsi şəhidi. == Həyatı == Millət Söhbətəli oğlu Əliyev 1961-ci ilin avqustun 23-də Yardımlı rayonunun Separadi kəndində anadan olub. 1968-1978-ci illərdə Sumqayıtdakı 22 saylı orta məktəbi əlaçı olaraq bitirərək, Bakı Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil olmuşdur. Universiteti müvəfəqiyyətlə başa vuran Millət Əliyev 1983-cü ildə təyinatla Cəlilabad rayonuna göndərilmişdir. 3 il həmin rayonda riyaziyyat müəllimi işləmiş, sonra doğma Sumqayıt şəhərinə qayıdaraq, 41 saylı orta məktəbdə öz pedoqoji fəaliyyətini davam etdirmişdir. Millət Əliyev 1993-cü ilin yanvar ayının 12-də Vətənin müdafiəsinə könüllü şəkildə qatılmışdır. İlk döyüş yolu Ağdərə rayonundan başlamış, Qubadlıda, Laçında, Ağdamda qəhrəmancasına vuruşmuş, düşmənə ağır zərbələr endirmişdir.O,Ağdərə rayonun Madaqiz kəndi (Suqovuşan) uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Buradakı ağır döyüşlər zamanı Millət Əliyev düşmənin bir tankını və "9M-114" markalı raketini məhv etmişdir. Bu döyüş nümunəsinə görə baş leytenant Millət Əliyev komandanlığın təşəkkürünə layiq görülmüş və mükafatlandırılmışdır. Baş leytenant Millət Söhbətəli oğlu Əliyev Tərtər döyüş bölgəsinə göndərilmişdir.
Məxfi xidmət
Məxfi xidmət və ya Gizli xidmət kəşfiyyat agentlikləri üçün istifadə olunan tərifdir. Bunlar dövlətlər tərəfindən məlumat almaq, məlumat toplamaq və qiymətləndirmək, toplanmış məlumatların operativ istifadəsi məqsədilə yaradılan təşkilatlardır və gizli iş prinsiplərinə görə çox vaxt “gizli xidmətlər” və ya “məxfi xidmətlər” adlandırılırlar. CIA, KGB, MI6, MOSSAD, Stasi, Əl Mühabərat gizli xidmətlərə misaldır. == Türkiyədə gizli xidmət == Türkiyədəki gizli xidmət MAH adı ilə qurulmuş, ümumiyyətlə Milli Təhlükəsizlik şəklində xatırlanmışdır.
Narın millət
Virtual dövlət (ing. virtual state) — Virtual aləmdə dövlətçilikləri elan edilən, ancaq klassik dövlət anlayışına uyğun gəlməyən, onları imitasiya edən təsisatlar. Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət virtual dövlətləri rəsmi tanımırlar və ciddi qəbul etmirlər. Bəzi virtual dövlətlər hətta müəyyən kiçik əraziyə və az sayda (bəzən bir ailə) məskunlaşmış əhaliyə malik olsalar da, onlar sadəcə olaraq qeyri-ciddi təsisat sayılır və "mikrodövlət", "kiberdövlət", "fantaziya dövləti" və "mikromillət" adlandırılırlar.
Raşidi Xilafət
Rəşidi Xilafəti - İslam tarixində ilk 4 xəlifə – “Doğru idarə edilən” və yaxud “Rəşid xəlifələr” dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən böyük imperiyası idi. == Mənşəyi == 632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" - “Allahın Rəsulu”nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı.Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. Xüsusilə, sünnəyə əsasən, xəlifələrin dördü də evlilik vasitəsilə Məhəmməd peyğəmbərə bağlanmışdı. Onlar İslamı ilk qəbul edənlər idi və cənnətin açıqca vəd edildiyi 10 nəfər arasında idilər, birlik və dəstəkləri ilə Məhəmməd peyğəmbərin ən yaxın əshabələri olaraq onun tərəfindən yüksək qiymətləndirilirdilər və yaranmaqda olan Müsəlman cəmiyyəti daxilində onlara rəhbərlik rolu həvalə edilmişdi.Sünnəyə əsasən, Rəşidi Xilafəti termini Məhəmmədin ölümündən sonra xilafətin 30 il yaşayacağı və daha sonra krallıqla davam edəcəyi ilə bağlı məşhur hədisindən meydana gəlib.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Xidmət iqtisadiyyatı
Xidmətlərdə iqtisadiyyatı son iki iqtisadi hadisədən birinə və ya hər ikisinə aid edilə bilər: Sənayeləşmiş ölkələrdə xidmət sektorunun əhəmiyyətinin artması. Mövcud Fortune 500 siyahısında əvvəlki onilliklərə nisbətən daha çox xidmət şirkəti və daha az istehsalçı var. Məhsul təklifində xidmətin nisbi əhəmiyyəti. İnkişaf etməkdə olan ölkələrdə xidmət iqtisadiyyatı əsasən maliyyə xidmətləri, qonaqpərvərlik, pərakəndə satış, səhiyyə, sosial xidmətlər, informasiya texnologiyaları və təhsildə cəmlənmişdir. Bu gün məhsullar əvvəlki onilliklərə nisbətən daha yüksək bir xidmət hissəsinə malikdir. İdarəetmə ədəbiyyatında buna məhsul servisləşdirmə və ya məhsul xidmət sistemi deyilir. Bu gün demək olar ki, hər məhsulun bir xidmət hissəsi var.Məhsul və xidmət arasındakı köhnə ikitirəlik, xidmət məhsulu davamı ilə əvəz edilmişdir. Bir çox məhsul xidmətə çevrilir. Məsələn, IBM öz işinə bir xidmət işi kimi baxır. Hələ də kompüter istehsal etməsinə baxmayaraq fiziki mallara "iş həlləri" sənayesinin kiçik bir hissəsi kimi baxır.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Xidmət səviyyəsi
Xidmət səviyyəsi (ing. grade of service; rus. уровень обслуживания) — kütləvi telefon şəbəkəsi kimi kollektiv istifadəli rabitə şəbəkələrində trafikin emalının keyfiyyət göstərici. Xidmət səviyyəsi, istifadəçinin "bütün kanallar tutulub" siqnalını alma ehtimalının birə tamamlanma əmsalıdır. Məsələn, xidmətin səviyyəsinin 0.002 olması onu göstərir ki, normal şəraitdə bütün çağırışların 99.8 faizində bağlantı alınır. Grandstream avadanlığının bazası əsasında Çağrı Mərkəzi üçün standart həllər. IP telefoniya həlli daxildir. == Həllin məqsədi == Kütləvi zənglərin qəbulu üçün şəhər telefon şəbəkəsinə inteqrasiya olunmuş çoxxətli IP telefoniya sisteminin yaradılması.Biznes mərkəzində icarəçilərə rabitə xidmətinin təşkili məqsədilə IP telefoniya və IP video nəzarət sisteminin qurulması. == Tələblərin siyahısı == Eyni zamanda daxil olan kütləvi zənglərin qəbulu və emalı üçün sistemin etibarlı fəaliyyətini təmin etmək. Çağrı Mərkəzində Kommunikasiyaların montaj xərclərini azaltmaq.
Bilgəh
Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. == Ümumi məlumat == Əhali 9,3 min (2008). Tam orta məktəb, 2 məktəbəqədər müəssisə, internat məktəbi, mədəniyyət evi, kitabxana, musiqi məktəbi, birləşmiş şəhər xəstəxanası, kardioloji sanatoriya, pansionat, rabitə şöbəsi var. Bilgəh dənizkənarı iqlim kurortudur. İqlimi quru subtropikdir. Yayı isti və quru, qışı mülayimdir. Avqustda orta temp-r 25 °C, yanvarda 0–3 °C-dir. Yağıntının illik miqdarı 200–300 mm; əsasən, şimal (xəzri) və cənub (giləvar) küləkləri əsir. Bilgəh sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır; S. Aşurbəyli əsərlərində "Bilgəh" adının 18-ci əsrin əvvəllərində bu ərazidə yaşamış "bilgə" türk tayfasının adından götürüldüyünü qeyd edir. Mütəxəssislər indiki Bilgəhin yerində Köhnə Bilgəh olduğunu, onun Əşburan burnu adlandığını da söyləyirlər.
Siluet
Siluet (fr. silhouette), yalnız bir haşiyə, kölgə olaraq bir şeyin vahid rəng kimi görünməsi, kölgəsi. Siluet termini əsasən müəyyən yüksəkliklərə malik şəhərlərin, dağların, coğrafi elementlərin panoramik görüntüsü üçün istifadə olunur. Adı, Étienne de Silhouette (1709–1767) adlı fransız siyasətçisinin adından gəlir. Bəzilərinə görə malikanəsinə dəvət etdiyi sanballı qonaqların siluetlərini asmaqla texnikanın dəb halına düşməsinə səbəb olduğu üçün, bəzilərinin fikrincə, bu şəxsin ölkə idarəçiliyin tətbiq etdiyi məhdud iqtisadi siyasətlərinə görə, daha sonralar daha ucuza başa gələn şəkillərə onu adi verilmişdir.
Çilgəz
Çilgəz (dağ) — Laçın və Kəlbəcər rayonları ərazisində dağ. Hündürlüyü 2362 m. Çilgəz (bulaq) — Laçın rayonu ərazisində, Çilgəz dağının ətəyində mineral bulaqlar. Adını eyniadlı dağdan almışdır.
Alget
Məscidli Görarxı (3 avqust 1959-cu ildən: gür.: g.ə. ალგეთი, l.ə. algeti) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsində kənd. Yerli azərbaycanlılar kəndi həm də "Meçidli Gorarxı" adlandırırlar. Meçidli Gorarxinda meçid olduğu üçün belə adlandırılar. Həmçinin "Qanlı Gorarxı" adı ilə də tanınmışdır. == Əhalisi == 17-24 yanvar, 2002-ci il siyahıyaalınmasına əsasən kənddə 99%-i azərbaycanlılardan ibarət 5.017 nəfər (2.498 nəfəri kişilər, 2.519 nəfəri qadınlar) əhali yaşayır.
Alqet
Alqet Tiflis quberniyasının Borçalı qəzasında (indi Tetriskaro rayonunda) çay adı. Alqet Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Alqet hidroniminin adı Trialeti mahalında qədim gürcü mənbələrində çəkilir. Alqet - Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Suxumi dairəsində Alqat kənd və Şimali Qafqazda Ter əyalətinin Nazran dairəsində Alqet kənd adları ilə mənaca eynidir. Türk dillərində al "geniş" və qat, kat- "dağın meşəsiz gündüşən tərəfi" sözlərindən ibarətdir. Adın "qet" hissəsinin türkcə olması ondan görünür ki, Şimali Qafqazın Stavropol quberniyasının Veden dairəsində Max-Ket dağ adı vardı. Azərbaycanda Xanqet dağ adı ilə müqayisə oluna bilər. (Aşıq Alıda: Əyricə, Versdağı, Xanget buxarı, Ağ sürülər Sarıyaldan yuxarı). == Həmçinin bax == Tiflis quberniyası == Xarici keçid == anl.az/down == İstinad == <B.Ə.Budaqov, Q.Ə.Qeybullayev.
Bilet
Bilet (fr. "billet", orta əsrlərdə "billetus" — məktub, şəhadətnamə, vəsiqə) — özündə müvafiq göstəriciləri əks etdirən müəyyən formaya malik sənəd. Adətən təqdim edilir. Bilet bəzən ixtisaslaşmış təşkilat tərəfindən adlı formada da rəsmiləşdirilir. Bu, ona malik olan subyektin təşkilat-emitentin peşə fəaliyyətinin predmetini təşkil edən xidmətlərdən istifadə etməsinin legitimliyi hüququnu təsdiq edir. Məsələn, gediş bileti sərnişin daşıma müqaviləsinin bağlanmasını təsdiq edir. Ümumi halda bilet pullu tədbirə giriş və ya pullu xidmətdən istifadə üçün hüququ sənəddir. == Formaları == Biletlər müxtəlif formada ola bilər: Şəxsin müəyyən ictimai təşkilata mənsubiyyətini (məsələn, partiya bileti, həmkarlar ittifaqı bileti) təsdiq edən sənəd; Şəxsin müəyyən dövr ərzində bir qədər məhdudlaşdırılmış ərazidə (məsələn, ovçuluq bileti) müəyyən fəaliyyət növü ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd; Tarixən təşəkkül tapmış və sabit söz birləşmələrində (məsələn, bank bileti, dövlət bankı bileti, dövlət xəzinə bileti) sənədin adlandırılması üçün istifadə edilən termin; Kitabça, kartoçka, vərəqə və s. şəklində olub, sahibinin partiyaya və ya hər hansı bir ictimai təşkilata mənsubiyyətini təsdiq edən sənəd. Məsələn, həmkarlar ittifaqı bileti; Maliyyədə kağız pul.
Milet
Milet (yun. Μίλητος) - Kiçik Asiyanın (Anadolu) qərb sahillərində, Böyük Menderes çayının cənubunda yerləşən qədim Yunan şəhəri. Hal-hazırda Türkiyənin cənub-qərbində Egey bölgəsində Balat kəndi yaxınlığında dağıntıları qalmışdır. == Tarixi == İlk məskunlaşma e.ə.IV minilliyin ikinci yarısına aid edilir . Əfsanəyə görə şəhəri Kritdən köçüb gəlmiş qəhrəman Milet salmışdır. Miletdə mina üslubunda freskalar və mixi yazılı mətnlər tapılmışdır . E.ə. XIV əsrə aid Mikena mədəniyyətinə aid dulusçuluq məmulatları tapılmışdır . Şəhərin yunan dilindəki adı xet dilindəki Milavanda (bir başqa məlumata görə Milavanda - Miliadadır) ilə üst-üstə düşür . "-vanda" ilə bitən təxminən 50 xet adları məlumdur.
Bilgen Bengü
Bilgen Bengü (1957, İstanbul) — Türk musiqiçi.
Bilgəh bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bilgəh məscidi
Bilgəh məscidi və ya Leyla xanım məscidi — Abşeronda Şirvanşahlar dövrünə aid məscid. == Haqqında == Məscid-Leyla Xanım ziyarətgahı Bakının Bilgəh kəndindədir.VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın qızı Leyla xanım ziyərətgahının memarı Mahmud İbn Səidi olub. II Fərruxzaad İbn Əxsitan VIII əsrdə Şirvan şah tərəfindən 1281-1282-ci illərdə inşa edilib. Əsas ibadət zalının sahəsi 12x12 metrədir. Yonulmuş sal daşlardan tikilib. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar yerləşib. İbadət zalı iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi iki mərtəbəlidir. Hər mərtəbənin sahəsi 36 kvadratmetrdir.
Bilgəh qalası
== Bilgəh qalası == Bilgəh qalası — Abşeron qalalarından biri də Bakının Bilgəh qəsəbəsində yerləşir. == Tarixi == Qala XIII–XIV əsrlərdə Şirvanşahlar dövründə ağ daşdan tikilib. Yalnız bir hissəsi dövrümüzə gəlib çatmış bu müdafiə və müşahidə qalasından uzun müddət mayak kimi istifadə olunub. Vaxtilə gəmilərin gecə saatlarında sahili tapması, yolu azmaması üçün qalaçanın üzərində məşəl yandırılırmış. Elə bu səbəbdən abidə "Tonqal qalası" da adlandırılır. "Məlum məsələdir ki, o dövrdə tikinti materialları çox deyildi. Bu səbəbdən qalanın palçıq və yumurta sarısından tikildiyini deyirdilər. Hazırda hündürlüyü 21 metr, diametri isə, 17 metrdir. Qalanın sol tərəfi dəniz istiqamətinə düşdüyü üçün şoranlıqdan, nəmdən ağarıb, sağ tərəfi isə, demək olar ki, uçub. Qalanın üzərinə çıxmağa çalışsaq da, külək buna mane törətdi.
Bilgəh çimərliyi
Bilgəh çimərliyi – Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ictimai çimərlik. 2018-ci ildə ən yaxşı MDB kurortları siyahısında ilk beşlikdə göstərilmişdir.Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir. Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10-20 manat arasında dəyişir.Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib.2015-ci ildə Avropa Oyunlarının triatlon yarışları və zamana qarşı fərdi velosiped ötüşmələri bu çimərlikdə keçirilmişdir.
Bilqeş (Askın)
Bilqeş (başq. Билгеш, rus. Бильгиш) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kaşka kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 33 km, kənd sovetliyindən (Kaşka): 7 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 133 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (100 %) üstünlük təşkil edir.