TƏMİRAT

[ ər. “təmir” söz. cəmi] klas.
1. is. Təmir, təmir işləri.
[Rüstəm bəylə Çingiz] yanğından saxlanılmış, xırda təmiratla alayarımçıq süs verilmiş bir otağa girdilər. Çəmənzəminli.
[Həmid Əlyarov:] Yoldaşlar, bu təmiratı hələlik təxirə salmalısınız. M.Hüseyn.

2. top. köhn. Binalar, tikililər.
[Xortdan:] Təmirat hamısı oddandır. Ə.Haqverdiyev.

TƏMİRARASI
TƏMİRÇİ

Значение слова в других словарях