1. Təpiyi ilə vurmaq, təpik vurmaq, ayaqları ilə zərbə endirmək.
[Bayraməli bəy:] …Yoxsa istəyirsən yıxım, qarnını təpikləyim?
Zalış [Məşədi Qasıma] bir badalaq atıb yıxdı və Qənbəri də çağırıb bunu təpikləməyə başladılar.
2. Getməsi və ya sürətini artırması üçün ayaqları ilə minik heyvanının yanlarını döyəcləmək.
Kərbəlayı Qasım atı çəkdi yavığa və Qurbanəli bəy tez qalxdı atın üstünə və heyvanı təpiklədi.
Şirəli qara madyanı təpiklədi.