TƏPİTMƏ

I
(Ağdam, Bərdə, Göyçay, İmişli, Mingəçevir, Şuşa)
xingal bişirmək üçün hazırlanan yarıçiy yuxa. – O təpitmələri doğra, su asmışam xəngəl pişirəx’ (Ağdam); – Beşaltı təpitmə var, gəti oları xıngal bişirim (İmişli)
◊ Təpitmə salmax (Ağdam, Bərdə, Kürdəmir) – xingal bişirmək üçün yarıçiy yuxa hazırlamaq. – Birəz təpitmə salmışam xəngəl pişirəjəm (Bərdə); – Axşama üç-dört təpitmə sal, xəngəl bişir (Kürdəmir)
II
(Ağcabədi, Cəbrayıl, Şuşa, Ucar)
yağlı xəmirdən hazırlanmış məlhəm. – Üş gündü topuğuma təpitmə qoydurram, indi bir əz babatdı (Ağcabədi); – Uşağın qılçasına təpitmə qoydux, şişi çəkildi (Ucar); – Təpitmə qoyannan bəri əlimin şişi yatıb (Cəbrayıl)
TƏPİŞDİRMƏX’
TƏPKƏ

Значение слова в других словарях