TƏPİTMƏ₁

is.
1. Xalq təbabətində: bədənin sınıq, çıxıq, əzik yerinə qoyulan yağlı isti xəmir parçası. Sınıq yerə təpitmə qoymaq.
[Mustafa bəy:] Get, gədələrə deginən, bədəninə təpitmədən-zaddan salsınlar. Ə.Haqverdiyev.

2. Xingal bişirmək üçün yayılıb doğranmış və azacıq qurudulmuş xəmir tikələri.
Yuxası nazik yayılmış, təpitməsi yaxşı hazırlanmış xingal sinidə buğlana-buğlana ortaya gəldi. Ə.Vəliyev.

Этимология

  • TƏPİTMƏ Sözün əsli kepimək (bərkimək, qurumaq) feili ilə bağlıdır. İlk iki səs (k, e) dəyişib və kepi kəlməsi təpi kimi formalaşıb
TƏPİŞDİRMƏK
TƏPİTMƏ₂

Значение слова в других словарях