uşaqların atası

one’s second half (a husband) благоверный (муж) / Ср. дражайшая половина / вторая половина
uşaqların anası
uşaqlığı yadına düşmək
OBASTAN VİKİ
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Uşaqların Səlib Yürüşü
Uşaqların Səlib Yürüşü — 1212-ci ildə əsasən dini təbəqələr tərəfindən müsəlmanlara qarşı qızışdırılan, qarşı çıxarılan hərbi səfərdir. Burada məqsəd müsəlmanların əlində olan Qüds və ətrafındakı müqəddəs torpaqları yenidən azad edib xristianlara qaytarmaqdır. Bu səfər Dördüncü Səlib Yürüşü ilə Beşinci Səlib Yürüşü arasındakı vaxtda Almaniya və Fransada əsasən uşaqlardan ibarət ordu qruplarının Avropanın Aralıq dənizi sahillərinə qədər piyada irəliləməsidir. Almaniyada 20.000 uşaqla "Nikolas" adlı uşağın başçılığı ilə Fransada 30.000 uşaqla "Stephen" adlı uşağın başçılığı ilə uşaqlardan ibarət ordu quru yolu ilə Avropanın Aralıq dənizi sahillərinə qədər gedirlər; sahildə Musa peyğəmbər kimi dənizin yarılıb Qüdsə yol açılmasını gözləyirlər, amma dəniz yarılmır və uşaqların bir qismi ordakı xristian ailələrlə qalırlar, bir qismi yolda aclıqdan ölür, bir qismi gəmiylə aparılarkən qəzada ölürlər və bir qismi də venesiyalı tacirlər tərəfindən Şimali Afrika sahillərinə aparılaraq qul bazarlarında satılırlar. Alman uşaq səlib yürüşünü təşkil edən "Nikolas" adında çoban uşaq idi. Bu çoban Rhinelandın bir kəndində böyümüşdü. 1212-ci ilin Paskal həftəsindən sonra Köln şəhərinin "üç Krallar" adlı yerində vaazlar verməyə başlayır. O, vaazlarında yuxusunda bir mələyin gəldiyini və müqəddəs xristian məzarlarını müsəlmanların əlindən xilas edəcəklərini, eyni zamanda Musa peyğəmbər kimi dənizin aralanacağını və onların qısa yolla Qüdsə gedəcəklərini və ordakı müsəlman ərəbləri xristian edə biləcək qabiliyyətlərinin olduğunu deyir. Tezliklə onun vaazlarına çox sayda uşaq yığılır. Nikolas 20.000 uşaq ilə yola çıxır.
Uşaqların cinsi istismarı
Pedofiliya (Uşaqların cinsi istismarı) — insan hüquqlarının daimi və çox ağır pozuntularından biridir. Üstəlik, AIDS dövründə qız uşaqları zorakılığa qarşı daha zəif olurlar və adətən insanlar tərəfindən ticarət obyektinə çevrilirlər və ya zorla seks-biznesə cəlb olunurlar. Lakin seksual zorakılığa cəlb olunan uşaqlar arasında HİV infeksiyasının dərəcəsi hələ ki, məlum deyil. Azərbaycanda uşaqların cinsi zorakılığa məruz qalması halları geniş yayılmasa da, bundan sığortalanmış da deyilik. Bir sözlə, pedofillik adlanan bu cinayət təkcə Azərbaycanın yox, bütün dünyanın problemidir. Modelyerlər hələ yetkinlik yaşına çatmamış qız uşaqları üçün dikdaban ayaqqabılar, cəlbedici alt paltarları və çimərlik paltarları hazırlayırlar. Fransada 10 yaşlı qız uşağının və cəlbedici, açıq-saçıq paltarla obyektivin qabığına keçib şəkil çəkdirməsi "pedofillik" mövzusunu gündəmə gətirib. Yetkinlik yaşına çatmış adamların yetkinlik yaşına çatmamış 4–11 yaş arasındakı uşaqlara qarşı seksual maraqları pedofiliya adlanır. Bütün dünyada, xüsusilə də Avropa ölkələrində pedofiliya əsas seksual cinayətlərdən biri hesab olunur. Pedofillik daha çox kişilərdə müşahidə olunur.
Xaç atası (roman)
Xaç atası (ing. The Godfather) italyan-amerikan yazıçı Mario Püzonun romanı. İlk dəfə 1969-cu ildə G. T. Putnam's Sons tərəfindən nəşr edilmişdir. Nyu-Yorkda yaşayan və başçısı Don Vito Korlione olan italyan-amerikan mafiya ailəsinin hekayəsini anladır. Roman 1945-ci ildən 1955-ci ilədək olan zamanı əhatə edir. Yazıçı romanda italyan mafiyasına xas consigliere, caporegime, Cosa Nostra və omertà kimi sözcüklərə yer vermişdir.
Xaç atası (film)
Xaç atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın qanqster dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "İmtina edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. "Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945–1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi.
Xaç atası 2
Xaç atası 2 (ing. The Godfather Part II) — rejissor Frensis Ford Koppolanın 1974-cü ildə çəkdiyi filmi. Film Mario Püzonun eyniadlı romanı əsasında çəkilmişdir. "Xaç atası" qanqster dramının davamıdır. "Xaç atası" filminin ikinci seriyasında süjet xətti iki müxtəlif istiqamətlərə ayrılır: onlardan biri ilk seriyadan əvvəlki, digəri isə ilk seriyadan sonrakı hadisələri göstərir. Birinci istiqamət Vito Korleonenin həyatını əks etdirir. İkinci istiqamət Vitonun oğlu Maykl Korleonenin ailənin başçısı seçilməyindən sonrakı fəaliyyətini nümayiş etdirir. Gələcək don Korleone Vito Andolini kimi 1891-ci ildə Korleonedə anadan olmuşdu. Vitonun doqquz yaşı olarkən onun atası yerli mafiya başçısını təhqir etdiyinə görə öldürülür. Daha sonra onun anası və qardaşı Paolo da mafioz qrupunun əli ilə öldürülür.
Xaç atası 3
Xaç atası 3 (ing. The Godfather Part III) — rejissor Frensis Ford Koppolanın 1990-cı ildə çəkdiyi film. Məşhur qanqster film-trilogiyasının sonuncu hissəsi. Yeddi nominasyada Oskar mükafatına namizəd olub. "Xaç atası" trilogiyası bu filmlə başa çatır. Ötən seriyadakı hadisələrdən 20 il sonra Maykl Korleone qanuni bizneslə məşğul olmağa başlayır. Lakin klanın daxilində olan müqavimət onu artıq sınanmış qan üsullarına əl atmağa məcbur edir. Və bu faciəvi sonluqla bitir. Bunların hamısı Koppolanın əvvəlki iki seriyada olduğu kimi genişmiqyaslı, akademik, dinamik və eyni zamanda çox sadə elementləri idi. 1979-cu il.
Xaç atası (kokteyl)
İkari (Penelopanın atası)
İkari ( q.yun. Ἰκάριος ) — yunan mifologiyasında lakon siklına aid personaj, Penelopanın atası. O, böyük qardaşı tərəfindən Spartadan qovulmuş, Akarnaniyanın bir hissəsinin hökmdarı olmuş və sonradan bir versiyaya görə vətəninə qayıtmışdır. İkari kürəkəni Odissey ilə bağlı bəzi miflərdə görünür.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children's Day) — 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. BMT tərəfindən 1959-cu ilin 20 noyabrında "Uşaq Hüquqları Bəyənnaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir. BMT-nin Uşaq Fondu Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK demək olar ki, bütün dünyada qəbul edilib.
Alban çarı (Satinikin atası)
Adı bilinməyən alban çarı qızı Satiniki Erməni çarı Artaksesə ərə vermişdir. Bu haqda məlumat "Alban ölkəsinin tarixi" əsərində verilmişdir. == Hakimiyyəti == === "Alban ökəsinin tarixi" əsərində === Artakses Yervanda hücum edəndə, Yervand Albaniyanın Uti vilayətində idi. Ordusunu orada saxlayıb, Artakses öz şəhərinə qayıdır. Orada Alban ordularını yanına dəvət edir, onlarla Göyçə (Sevan) gölünün sahilinə gəlib və onların köməyi ilə Yervandan qovub, Erməniyyəni işğal edir. Elə bu vaxtlarda albanlar bütün dağlı qəbilələri və gürcülərin bir qismi ilə ittifaq yaradıb, nəhəng qoşun toplayır və erməni torpağına hücum edirlər. Artakses də öz ordusunu yığır və onlara qarşı çıxaraq, Kür qırağında düşərgə salır. Ağır döyüş başlanır və Alban çarının oğlu Artaksesin əlinə əsir düşür. Çar oğlunun əvəzinə o, bacısını, Satinik adlı çar qızını alır və sülh bağlayaraq Erməniyyəyə qayıdır. Az bir vaxtdan sonra Satinikin atası vəfat edir və taxtını bir qəsbkar tutub, qızın qardaşını ölkədən qovur.
Atası yandı (film, 1986)
Onun atası (film, 2016)
40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”. Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi Əliyev və Rasim Cəfərov ifa edirlər.
Qız atası (teleserial, 2014)
Qız atası — Azərbaycan teleserialı. 2014-cü ildən etibarən ATV kanalında yayımlanır. Film-serial dörd qız atası Vidadi müəllimin (Teymur Məmmədov) həyat yoldaşı Nəzakət (Mətanət Əliverdiyeva), qızları və kürəkənləri tərəfindən başına gətirilən macəralardan bəhs edir. Böyük qızı Təhminə (Xəyalə Quliyeva) Çingiz (Azər Axşam) adlı dələduz biri ilə evlidir. Çingiz (Azər Axşam) hətta qaynatası tərəfindən ona verilmiş evi belə sataraq, pulu xərcləyərək Vidadinin evinə yerləşmişdir. Digər qızı isə Mədinə (Ülviyyə Xalinbəyova) artıq 5 ildirki Səbuhi (Coşqun Viləş) ilə nişanlı qalmışdır. Hər dəfə toy ərəfəsində olarkən Səbuhinin (Coşqun Viləş) bir yaxın qohumu ölərək, toyları yasa çevrilir. Səbinə (Nərgiz Vahabqızı) adlı qızı isə evlənmək yaşına çatıb, anası Nəzakət (Mətanət Əliverdiyeva) ona evlənmək üçün müxtəlif namizədlər tapsa da o heç birini bəyənməyərək, evlənmək fikrinin olmamasını hər zaman bildirir. Nərminə (Nurlana Cəfərova) isə universitetə öz sənədlərini versə də, çox az bal toplayır. Bunu isə 1 il müxtəlif bəhanələr ilə öz atasından gizlədir.
Xaç atası (film, 1972)
Xaç atası (ing. The Godfather) — rejissor Frensis Ford Koppolanın qanqster dram filmi, Mario Püzonun 1969-cu ildə işıq üzü görmüş eyniadlı romanının ekranlaşması. Filmin şüarı: "İmtina edilməsi mümkün olmayan təklif" olmuşdu. Amerika Film İnstitutunun (ing. The American Film Institute) qərarına əsasən ən yaxşı qanqster filmi və kinematoqrafiya tarixinin ən yaxşı filmlərindən biri hesab olunur. IMDb-nin 250 ən yaxşı film siyahısına daxil olmuşdur. "Xaç atası" filmi Nyu-York-Siciliya mafioz ailəsi Korleonedən bəhs edir. Bu film 1945–1955-ci illər arasında olan hadisələri əhatə edir. Film 1945-ci ildə don Vito Korleonenin (Marlon Brando) evində təşkil olunmuş şənliklə başlayır. Bu, Korleonenin qızı Konni (Talia Şayr) və Karlo Rissinin (Canni Russo) toy məclisi idi.
Əsgər atası (film, 1964)
"Əsgər atası" (gürc. ჯარისკაცის მამა) — rejissor Rezo Çxeidzenin filmi. 1942-ci ilin yayı. Qoca gürcü kəndli Georgi Maxaraşvili (Serqo Zakariadze) öyrənir ki, tankçı oğlu müharibədə yaralanıb və hospitala düşüb. Bütün müharibə boyu gününü yaralı oğlunu tapmaq ümidi ilə keçirir. Bu fikirlə yola çıxan atanın başına yolda çox hadisələr gəlir. İş elə gətirir ki, oğul sağalır və yenidən cəbhəyə yola düşür. Bir müddət sonra Georgi özü də əsgər olur və döyüş yoldaşları ilə birlikdə Berlinə qədər gedib çıxır. Yalnız müharibənin sonlarında Georgi oğlu ilə qeyri-adi vəziyyətdə görüşə bilir. Oğul yaralı halda atasının qolları üstə həlak olur.
Xaç atası 2 (film, 1974)
Xaç atası 2 (ing. The Godfather Part II) — rejissor Frensis Ford Koppolanın 1974-cü ildə çəkdiyi filmi. Film Mario Püzonun eyniadlı romanı əsasında çəkilmişdir. "Xaç atası" qanqster dramının davamıdır. "Xaç atası" filminin ikinci seriyasında süjet xətti iki müxtəlif istiqamətlərə ayrılır: onlardan biri ilk seriyadan əvvəlki, digəri isə ilk seriyadan sonrakı hadisələri göstərir. Birinci istiqamət Vito Korleonenin həyatını əks etdirir. İkinci istiqamət Vitonun oğlu Maykl Korleonenin ailənin başçısı seçilməyindən sonrakı fəaliyyətini nümayiş etdirir. Gələcək don Korleone Vito Andolini kimi 1891-ci ildə Korleonedə anadan olmuşdu. Vitonun doqquz yaşı olarkən onun atası yerli mafiya başçısını təhqir etdiyinə görə öldürülür. Daha sonra onun anası və qardaşı Paolo da mafioz qrupunun əli ilə öldürülür.
Xaç atası 3 (film, 1990)
Xaç atası 3 (ing. The Godfather Part III) — rejissor Frensis Ford Koppolanın 1990-cı ildə çəkdiyi film. Məşhur qanqster film-trilogiyasının sonuncu hissəsi. Yeddi nominasyada Oskar mükafatına namizəd olub. "Xaç atası" trilogiyası bu filmlə başa çatır. Ötən seriyadakı hadisələrdən 20 il sonra Maykl Korleone qanuni bizneslə məşğul olmağa başlayır. Lakin klanın daxilində olan müqavimət onu artıq sınanmış qan üsullarına əl atmağa məcbur edir. Və bu faciəvi sonluqla bitir. Bunların hamısı Koppolanın əvvəlki iki seriyada olduğu kimi genişmiqyaslı, akademik, dinamik və eyni zamanda çox sadə elementləri idi. 1979-cu il.
Balaca uşaqların bədənini möhkəmləndirin (film, 1954)
Balaca uşaqların bədənini möhkəmləndirin qısametrajlı sənədli filmi 1954-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır. == Məzmun == Elmi-kütləvi filmdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır.
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il iyunun 4-də fiziki, əqli və emosional zorakılığın qurbanı olan uşaqların çəkdiyi ağrıları anmaq üçün qeyd olunan gündür. Bu gün ilk dəfə 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan edilib və silahlı münaqişələrin uşaqlara təsiri barədə məlumatlılığı artırmaq üçün yaradılıb. Bu gün xüsusilə müharibə və münaqişələr zamanı uşaq hüquqlarının müdafiəsi, uşaqların istismarı və sui-istifadəsinin qarşısının alınması zərurətini xatırladır. Gün, həm də BMT-nin 1989-cu ildə qəbul edilmiş və uşaq hüquqlarının müdafiəsi üçün hərtərəfli çərçivə təqdim edən Uşaq Hüquqları Konvensiyasının təşviqi üçün də istifadə olunur. UNICEF, Save the Children və Beynəlxalq Qırmızı Xaç Komitəsi də daxil olmaqla bir çox təşkilatlar günün mesajını təbliğ etmək və təcavüzdən təsirlənən uşaqların vəziyyəti haqqında məlumatlılığı artırmaq üçün tədbirlər və kampaniyalarda iştirak edirlər.
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi
Afroamerikalı uşaqların timsah yemi kimi təsvir edilməsi (ing. Alligator bait) — XIX əsrin ortalarından XX əsrin əvvələrinə qədər Amerika Birləşmiş Ştatlarında yayılmış şəhər əfsanələrindən biri. Konkret sübutlara söykənməyən motiv haqqında dövrün bir çox qəzet və jurnallarında yazılar yayımlanmışdır. Bəzi vizual sənət nümunələri mövzu haqqında karikaturalar dərc edib. Motivin kim tərəfindən yaradılması məlum deyil. Qaradərili uşaqların timsahları cəlb etdiyi və bəzi halallarda timsahların insanlar toplaşan yerlərə məhz qaradərili uşaqlar üçün gəldiyi iddia olunmuşdur. Mövzu heç vaxt ciddi araşdırma mövzusu olmamaqla bərabər, bu faktı sübut edən hər hansısa bir fakt aşkarlanmayıb. Günümüzdə Amerika jarqonunda Afroamerikalı uşaqları timsah yemi kimi təsvir edən (ing. Alligator bait) jarqonu afroamerikalıar tərəfindən irqi zəmində işlədilmiş təhqir olaraq qəbul edilməkdədir. Burada işlədilən və ingilis dilində olan ing.
Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurasının Konvensiyası
Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında Avropa Şurasının Konvensiyası (ing. Council of Europe Convention on the Protection of Children Against Sexual Exploitation and Sexual Abuse) — uşaqların cinsi istismarını cinayət hesab edən hər hansı bir ölkənin imza üçün Avropa Şurası tərəfindən təklif olunan beynəlxalq bir müqavilə. Evdə və ya ailədə istismarın qarşısını almağı hədəfləyən ilk beynəlxalq müqavilə. Konvensiyanı təsdiqləyən ölkələr, kontekstindən asılı olmayaraq, razılıq yaşına çatmamış uşaqlarla cinsi əlaqəni cinayət məsuliyyətinə cəlb etməyi qəbul edirlər. Bundan əlavə, Konvensiya uşaq fahişəliklərinə cəlb edilməsi, məcbur edilməsi və ya istifadəsi (Maddə 19) və istehsal , təmin edilməsi, paylanması, əldə edilməsi, saxlanması, uşaq pornoqrafiyasına giriş əldə edilməsi üçün cinayət məsuliyyətinə cəlb edilməsinə borcludur. 20; cinsi xarakterli hərəkətlər edən bir uşağın şəkilləri və cinsi məqsədlər üçün bir uşağın cinsiyyət orqanlarının şəkilləri daxil olmaqla). Uşaqların cinsi istismarının qarşısını almaq üçün bir sıra tədbirlər təklif olunur. Konvensiya 25 oktyabr 2007-ci ildə Lansarote şəhərində (Kanar adaları, İspaniya) bağlanmış və imzalanmışdır. Avropa Şurasına qatılan bütün ölkələr müqaviləni imzaladılar, aralarında sonuncusu Çexiya idi (İyul 2014). Konvensiya 5 dövlət tərəfindən təsdiqləndikdən sonra 1 iyul 2010-cu ildə qüvvəyə minmişdir.
Elmi sahələrin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu siyahıda elmi sahələrin atası və ya anası hesab olunan şəxslər yer alır.
Elmi bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu siyahıda elmi sahələrin atası və ya anası hesab olunan şəxslər yer alır.
Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı
Bu məqalədə Yaponiyada bir sahənin atası və ya anası hesab olunan şəxslərin siyahısı verilmişdir. Bu cür şəxslər həmin sahəyə tərif və ya ciddi töhfə vermiş şəxslər hesab olunurlar. Titulun kimə aid olması barədə mübahisələr daim mümkündür.