UED

/ərəb./ Saxarada və Ərəbistan yarımadasında ilin çox vaxtı quru olan, müvəqqəti axarlı dərə. Uzunluğu bir neçə yüz km-ə çatır. Bax: Vadi. уед ued
UÇMA KALDERASI
ULDUZVARİ DYUNLAR
OBASTAN VİKİ
Ued
Ued (rus. уед, ing. ued) — Saxarada və Ərəbistan yarımadasında ilin çox vaxtı quru olan, müvəqqəti axarlı dərə. Uzunluğu bir neçə yüz km-ə çatır.
Albert Uedraoqo
Albert Uedraoqo (fr. Albert Ouédraogo; 6 aprel 1969) — 2022-ci ildə Burkina Faso dövlət çevrilişindən sonra Baş nazir vəzifəsini icra edən burkina-fasolu iqtisadçı. Albert Uedraoqo 6 aprel 1969-cu ildə Seno əyalətnin Dori şəhərində anadan olub.
Ceyms Ueddell
Ceyms Veddell (ing. James Weddell; 24 avqust 1787[…], Ostende[d], Qərbi Flandriya – 9 sentyabr 1834[…], London) — Böyük Britaniyalı dənizçi, sahibkar, Antarktikada araşdırma aparan iık səyyahlardan biri, ilk dəfə 74°34 ' c.e , keçən şəxs. Onun kəşf etdiyi dəniz (Veddell dənizi) və ada (Veddell adası) onun adını daşıyır. Ceyms Veddellin dəqiq doğum yeri məlum deyildir. Belə düşünülür ki, o Londonda doğulmuşdur. Bəziləri isə Ostende (Belçika) və ya Massaçuetsdə doğulduğunu ehtimal edilir. Atası hələ o uşaq olarkən vəfat etmişdir. Veddell 9 yaşında ikən Böyük Britaniya hərbi-dəniz donanmasında qulluğa götürülür. Onun çalışdığı ilk gəmi HMS Swan. olmuşdur.
Naomiçi Ueda
Naomiçi Ueda (24 oktyabr 1994) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Tadahiko Ueda
Tadahiko Ueda (3 avqust 1947 - 15 aprel 2015) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib, 7 qol vurub.
Ueddell dənizi
Veddell dənizi (ing. Weddell Sea) — Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində Antarktik yarımadası ilə Kots Torpağı arasında yerləşir. Sahəsi 2,920,000 km² ,orta dərinliyi 3,000 m ,ən dərin yeri 6820 m (şimal hissədə) təşkil edir. Cənub və cənub-qərb hissələrdə dərinliyi nisbətən dayazdır (500 m). Qışda cənub hissədə suyun temperaturu −1,8 s qədər. Cənub sahillərində şelf buzlaqları Ronn və Filxnera yerləşir. 20–25 ildən bir sahillərindən nəhəng Aysberqlər ayrılır. Dəniz ilin böyük qismi buzla örtülü olması ilə əlaqədar qalınlığı 2 metrə catan buz parcaları hərəkət edir. Sularında kit və suitiləri (Veddell suitisi) ilə zəngindir. Gəmiçilik üçün heçdə əlverişli deyil.
Ueddell suitisi
Veddel suitisi(Leptonychotes weddellii), Əsl suitilər fəsiləsinə aid növ. Bu növ öz adını Veddell dənizinə təşkil olunan ingilis ekspedisiyasının rəhbəri Ceyms Veddellin şərfinə adlandırılıb. Veddell suitisi bütün Antarktida boyunca yayılmışdır. Anların sayı dünyada 800,000 baş təşkil edir. Veddell suitisi 3,5 metr uzunluğa malik olur. Su altında 60 dəqiqə qala bilir. Şikarı dalınca 800 dərinliyə enə bilir. Bu növ suitilər payızda yeni yaranan buzları qazıyaraq özlərinə yer düzəldirlər. Bu səbədən yaşlı suitilərin dişləri qırıq olur. Antarktida bölgəsində yaşayan Veddell suitisi hava temperaturunun −56℃, suyun temperaturunun −26℃-yə qədər düşdüyü sərt qış şərtlərinə belə davam gətirir.
Uedineniya adası
Uedineniya — Kara dənizinin mərkəzi hissəsində yerləşən ada. Adanın maksimal hündürlüyü 25 metrdir. Ada ətrafında olan dillə birlikdə sahəsi 20 km²-dir. Uedineniya adasının uzunluğu 11.5 km, eni isə 5.2 km-dir. Ada qum suxurlarından ibarətdir. Üzəri tundra bitkiləri ilə örtülüdür. Adanın qərb hissəsi hündürdür. Qərb sahilləri həmdə sıldırımlıdır. Adanın şərq hissəsinə doğru hündürlük azalır. Kiçik axarların böyük hissələri Severnaya laqununa tökülür.
Kisaburo Ueda
Onisaburo Dequçi (出口 王仁三郎, 27 avqust 1871, Tamba əyaləti[d] – 19 yanvar 1948) və ya doğum adı ilə Kisaburo Ueda (上田 喜三郎) – Yaponiya din xadimi. Oomoto dini hərəkatının əsas liderlərindən biri olmuşdur. == İlk illəri == Kisaburo Ueda 1871-ci ildə Yaponiyanın Kioto prefekturasında yerləşən Anao şəhərində (indiki Kameoka şəhəri) kəndli ailəsində doğulmuşdur. Təhsilə və öyrənməyə böyük marağı olsa da, sadəcə yerli müəllimlərdən dərslər ala bilmiş, rəsmi təhsil almamışdır. Müəllimliklə maraqlanmışdır. == Oomoto dini == Ueda 1898-ci ildə quldurların kəndə etdikləri hücumdan sonra Şuqendo təlimindəkinə oxşar dini təcrübələr yaşadığını iddia etməyə başlamış, şaman kimi ad çıxarmışdır. Şintoizmlə məşğul olmağa başlamış, yanına gələn şəxsləri trans vəziyyətinə soxan, hər bir bədənə hökm edən ilahi gücü çəkdiyini iddia etdiyi qədim texnikanı tətbiq etməyə başlamışdır. O, 1898-ci ildə onun kimi dini təcrübələr yaşayan Nao Dequçi ilə tanış olmuş və onun dini hərəkatına qoşulmuşdur. Tezliklə Naonun qızı Sumi ilə evlənmiş, Dequçi soyadını götürmüş və Oomoto dininin liderlərindən birinə çevrilmişdir. Şintoizm praktikaları haqqında məlumatlı olan Dequçi Naonun vəhylərini Yaponiyanın sürətli sənayeşləmə dövründə əziyyət çəkən kütləyə xitab edəcək terminlərlə ifadə etməyi bacarmışdır.