Kisaburo Ueda
Onisaburo Dequçi (出口 王仁三郎, 27 avqust 1871, Tamba əyaləti[d] – 19 yanvar 1948) və ya doğum adı ilə Kisaburo Ueda (上田 喜三郎) – Yaponiya din xadimi. Oomoto dini hərəkatının əsas liderlərindən biri olmuşdur.
== İlk illəri ==
Kisaburo Ueda 1871-ci ildə Yaponiyanın Kioto prefekturasında yerləşən Anao şəhərində (indiki Kameoka şəhəri) kəndli ailəsində doğulmuşdur. Təhsilə və öyrənməyə böyük marağı olsa da, sadəcə yerli müəllimlərdən dərslər ala bilmiş, rəsmi təhsil almamışdır. Müəllimliklə maraqlanmışdır.
== Oomoto dini ==
Ueda 1898-ci ildə quldurların kəndə etdikləri hücumdan sonra Şuqendo təlimindəkinə oxşar dini təcrübələr yaşadığını iddia etməyə başlamış, şaman kimi ad çıxarmışdır. Şintoizmlə məşğul olmağa başlamış, yanına gələn şəxsləri trans vəziyyətinə soxan, hər bir bədənə hökm edən ilahi gücü çəkdiyini iddia etdiyi qədim texnikanı tətbiq etməyə başlamışdır.
O, 1898-ci ildə onun kimi dini təcrübələr yaşayan Nao Dequçi ilə tanış olmuş və onun dini hərəkatına qoşulmuşdur. Tezliklə Naonun qızı Sumi ilə evlənmiş, Dequçi soyadını götürmüş və Oomoto dininin liderlərindən birinə çevrilmişdir. Şintoizm praktikaları haqqında məlumatlı olan Dequçi Naonun vəhylərini Yaponiyanın sürətli sənayeşləmə dövründə əziyyət çəkən kütləyə xitab edəcək terminlərlə ifadə etməyi bacarmışdır.