Əhvallı, yaxşı xasiyyətli, xoşxasiyyət, deyib-gülən, xoşsöhbət.
Dialektlərdə ivhallı, ifallı şəklində də işlənir.
Naz ilə bir bəri bax, ağıllı, kamallı gəlin!
Xoş gülüş, xoş danışıq, ey incə ufallı gəlin!
Qaşların təhri-qələm, yanaqları xallı gəlin!
(“Şəmşir və Sənubər”)