Uluqbəy
Muhamməd Torağay, Uluqbəy, Mirzə Uluqbəy, Məhəmməd Tarağay Uluqbəy (22 mart 1394, Sultaniyə, Zəncan ostanı – 27 oktyabr 1449, Səmərqənd) — riyyaziyyatçı,astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı.
Teymurləngin nəvəsi idi. Atası Şahruxun ölümündən sonra 1447-ci ildən Teymurilər sülaləsinin başçısı olmuşdur. Uluqbəy rəsədxanasında tərtib edilən ulduz kataloqu uzun müddət dünyada ən mötəbər kataloq sayılmışdır. Uluqbəy yaxşı elm adamı olduğu qədər, yaxşı dövlət adamı olmamışdır. Bir neçə döyüşü uduzmuş, 1480-ci ildə Herat əhalisini qılıncdan keçirtmişdir. Üsyan edən oğlunun qoşunlarına məğlub olandan sonra Məkkəyə getməyə icazə verilmiş, ancaq öz sözünün üstündə durmayan oğlu tərəfindən öldürülmüşdür.
== Həyatı ==
Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar. Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır.