Urbanizasiya
Utilizasiya
OBASTAN VİKİ
Urbanizasiya
Urbanizasiya (lat. urbanus — şəhər kimi) — şəhərlərin cəmiyyətin inkişafında rolunun artması prosesinin elmi adı. Urbanizasiya aşağıdakılarla xarakterizə olunur: Şəhərlərin və şəhər əhalisinin çoxalması; Şəhər həyat tərzinin yayılması. Müasir urbanizasiya prosesinin 3 əsas xüsusiyyəti var: Şəhər əhalisinin artım sürətinin yüksək olması; Əhalinin və təsərrüfatın, əsasən, böyük şəhərlərdə cəmləşməsi; Şəhərlərin genişlənərək aqlomerasiyalara (meqapolis) və meqalopolislərə çevrilməsi. Urbanizasiyaya şəhərlərdə sənayenin həcminin artması, şəhərin mədəni və siyasi funksiyalarının artması, əməyin bölgüsü strukturunu dəyişməsi şərtləri səbəb olur. Urbanizasiyanın əsas göstəricisi kənd əhalisinin şəhərlərə köçməsi, kiçik şəhərlərin böyüməsi və ətraf kənd yaşayış yerlərini öz tərkibinə qatmasıdır. Urbanizasiya prosesində şəhərsalma texnologiyası, onun hüquqi və sosial-ekoloji tərəfləri mühüm şərtlərdən biridir. Son illərdə Bakı şəhərində xeyli çoxmərtəbəli yaşayış binalarının ucaldılması, köhnə binaların sökülməsi, şəhər ətrafındaşəxsi evlərin tikintisinin sürəti şəhərsalmanın hüquqi və sosial-ekoloji məsələlərinin aktual problem olduğunu göstərir. Urbanizasiya prosesində iri şəhərlərin qlobal ekoloji bəlalarından biri də dünya miqyasında nəqliyyat vasitələrinin sayının çoxalması ilə əlaqədardır. Daxili yanma mühərriki ilə işləyən nəqliyyat növləri havadakı oksigeni mənimsəyərək əvəzində atmosferə karbon qazı, karbon-oksid, karbohidrogenlər, azot oksidi, benzapiren, qurğuşun, kalium və s.
Azərbaycanda urbanizasiya
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əhali, əsasən, XX əsrdə sürətlə artmışdır. 1900-cü ildə Azərbaycanda əhalinin sayı 2 milyon nəfər idi. SSRİ dağılan ərəfədə (1900) təbii artım hər 1000 nəfərə 20 nəfər olmuş, sonra 2003-cü ildə 8 nəfərə düşmüşdür. Ən yüksək təbii artım Lənkəran, Naxçıvan və Kür-Araz ovalığının bir çox rayonlarında müşahidə olunur. Azərbaycanda kənd yaşayış məntəqələri üstünlük təşkil edir. Son zamanlar ölkədə kəndlərin sayının azalması müşahidə olunur. Bu proses kənd əhalisinin şəhərlərə, xüsusilə paytaxta miqrasiyası ilə bağlıdır. Bu proses sosial, iqtisadi, siyasi və ekoloji problemlər yaradır, yol nəqliyyatı, kommunal xidmətlər, təhsil müəssisələri və s. infrastrukturlarda həddindən artıq yüklənmə müşahidə olunur. == İstinadlar == Y.Qəribov, O.Alxasov, Ş.Hüseynli, M.Babayeva - Ümumtəhsil məktəblərinin 10-cu sinif üçün coğrafiya fənni üzrə dərslik, Bakı, Bakı nəşr.- 2017.
Çində urbanizasiya
İslahat və açılış siyasətinin başlamasından sonra Çində urbanizasiya sürətlə artdı. 2020-ci ilədək ümumi əhalinin 60,6% -i şəhər yerlərində yaşayırdı ki, bu da 1978-ci ildəki 17,92%-dən dramatik bir artım idi. 2010-cu ilə qədər İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı), hazırda Çində 15 meqapolis olduğunu təxmin edir. Şəhər əhalisi 1950–1965-ci illərdə təqribən 3–20% arasında artdı. Əhali 1958–1961-ci illərdə kütləvi sənayeləşmə səyləri ilə birlikdə 'böyük sıçrayış' yaşadı. 1965–1975-ci illərdəki Mədəni İnqilab illərində 'paslanma' nəticəsində şəhər əhalisinin artımı azaldı. 1962–1978-ci illərdə təqribən 18 milyon şəhər gəncinin kəndə köçdüyü təxmin edilir. Lakin, 1978-ci ilin sonunda islahatlara başlanıldıqdan sonra şəhər əhalisinin artımı sürətlənməyə başladı. Xarici investisiyaların axını şəhər əhalisinin artımına təkan verən kütləvi məşğulluq imkanları yaratdı. 1990-cı illərdə şəhər əhalisinin artımı yavaşlamağa başladı.
Urbanizasiyalaşmış ərazi
Urbanizasiyalaşmış ərazi, urbanizasiyalaşmış sahə, urbanizasiyalaşmış region, şəhər sahəsi, şəhər aqlomerasiyası, şəhər regionu, şəhər bölgəsi, urbanizasiyalaşmış şəhər regionu, kütləvi yaşayış sahəsi, kütləvi yaşayış məntəqəsi və ya metropoliya ərazisi əhalinin yüksək sıxlığı və strukturlaşdırılmış infrastrukturu olan bir yaşayış yeridir. Şəhər əraziləri urbanizasiya yolu ilə yaradılır və şəhər morfologiyası ilə şəhərlər, qəsəbələr, konurbanizasiya və ya şəhərətrafı zonalar kimi təsnif edilir.

Значение слова в других словарях