Virdü-Səttar
Virdü-Səttar — Seyid Yəhya Bakuvinin əsərlərindən biri, onlar arasında xüsusi yer tutur. Xəlvətilik təriqəti mənsublarının hər gün oxuduqları bu vird ərəb dilində və olduqca səlis bir üslubdadır. Tədqiqatçılar məzmununu üç qismə ayırırlar.
Birinci hissədə Allaha dua və səma edilir,ikinci bölümdə Allahın sifətləri və 99 adı xatırlanır. Üçüncü bölümdə Məhəmmədə, ilk dörd xəlifəyə, Əhli Beytə, Həmzə və Abbasa dua və salamlar edilir. Müridlərin səsli olaraq icra etdikləri bu virddən sonra gizli oxuyacaqları qısa bir dua da vardır.
Övradi-Yəhya, Virdü-Səttar, Virdi-Yəhya, Virdi-Xəlvətiyyə kimi adlarla yad olunan bu əsərə dəfələrlə şərh yazılmışdır. Kitabxanalarda bir çox əlyazması olmaqla yanaşı dəfələrlə müxtəlif ölkələrdə nəşr də edilmişdir. Lakin Azərbaycanda nəşr edilməmişdir.
Süleymaniyyə kitabxanası,Hamidiyyə,842/2
Süleymaniyyə kitabxanası,Lala İsmayıl,727/5
Süleymaniyyə kitabxanası,Lala İsmayıl,707/5
Süleymaniyyə kitabxanası,Hacı Mahmud,4123
Süleymaniyyə kitabxanası,Aşir əf.,426/20
Süleymaniyyə kitabxanası,Çələbi Abdulla,3/6
Süleymaniyyə kitabxanası,Əsəd əf.,1415/1
Süleymaniyyə kitabxanası,Əsəd əf.,1330/6
Süleymaniyyə kitabxanası,Üşşaqi-təkyə.