Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Virdü-Səttar
Virdü-Səttar — Seyid Yəhya Bakuvinin əsərlərindən biri, onlar arasında xüsusi yer tutur. Xəlvətilik təriqəti mənsublarının hər gün oxuduqları bu vird ərəb dilində və olduqca səlis bir üslubdadır. Tədqiqatçılar məzmununu üç qismə ayırırlar. Birinci hissədə Allaha dua və səma edilir,ikinci bölümdə Allahın sifətləri və 99 adı xatırlanır. Üçüncü bölümdə Məhəmmədə, ilk dörd xəlifəyə, Əhli Beytə, Həmzə və Abbasa dua və salamlar edilir. Müridlərin səsli olaraq icra etdikləri bu virddən sonra gizli oxuyacaqları qısa bir dua da vardır. Övradi-Yəhya, Virdü-Səttar, Virdi-Yəhya, Virdi-Xəlvətiyyə kimi adlarla yad olunan bu əsərə dəfələrlə şərh yazılmışdır. Kitabxanalarda bir çox əlyazması olmaqla yanaşı dəfələrlə müxtəlif ölkələrdə nəşr də edilmişdir. Lakin Azərbaycanda nəşr edilməmişdir. == Əlyazma nüsxələri == Süleymaniyyə kitabxanası,Hamidiyyə,842/2 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,727/5 Süleymaniyyə kitabxanası,Lala İsmayıl,707/5 Süleymaniyyə kitabxanası,Hacı Mahmud,4123 Süleymaniyyə kitabxanası,Aşir əf.,426/20 Süleymaniyyə kitabxanası,Çələbi Abdulla,3/6 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1415/1 Süleymaniyyə kitabxanası,Əsəd əf.,1330/6 Süleymaniyyə kitabxanası,Üşşaqi-təkyə.
Petro Paolo Virdis
Antonio Petro Paolo Virdis (it. Antonio Pietro Paolo Virdis; 26 iyun 1957, Sassari[d], Sardiniya) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Bioqrafiya == Futbolçu Sassaridə dünyaya gəlib. Hal-hazırda Milanda yaşayır, yemək və şərab satan kiçik bir "Virdisin dadı" adlı dükana sahibdir. == Karyerası == Pietro Paolo Virdis "Juvenilia Sassari" klubunun gənclər komandasında futbol oynamağa başlayıb. 1971–1973-cü illərdə burada iki il keçirəndən sonra 16 yaşında D Seriyası klubu olan "Nuoreze"yə dəvət edilir. Virdis burada bir mövsumdə meydana çıxdığı 35 oyunda 11 qol vurur. 1974-cü ildə "Kalyari" klubu tərəfindən satın alınır. Onun İtaliya çempionatında debütu 6 oktyabr 1974-cü ildə "Udineze" ilə görüşdə təsadüf edri.
Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Cek Vard
Cek Vord, Quşcuğaz və ya Yusif Rəis (1 yanvar 1553 – 1622, Tunis) — əfsanəvi dəniz qulduru tarixdə Yusuf Rəis kimi də tanınır. Cek Sərçə personajı ondan ilhamlanaraq yaradılmışdır. Tarixdı həm də Yusuf Rəis və ya "Türkə dönmüş xristian" kimi tanınır. == Tərcümeyi-halı == İngilisdilli millətlər üçün Cek Quşcuğaz (Jack Birdy) əfsanəvi dəniz qulduru idi və onun barəsində müxtəlif kitablar, pyeslər yazılmışdı. XX əsrdə bu dəniz qulduru barədə bir neçə macəra filmi çəkilmişdi. Nəhayət, 2000-ci illərdə Hollivudun çəkdiyi "Qəraib dənizi quldurları" film epopeyası, əsasən də məşhur Hollivud ulduzu Conni Depp`in mahir ifasında Cek Sərçə (Jack Sparrow) adı ilə yaratdığı obraz bu tarixi qulduru kinodakı rolun adı ilə bütün dünyaya tanıtdı. === Erkən həyatı === Cek Vord (Jack Ward) və ya bəzi sənədlərdə Con Vord (John Ward) kimi tanınan bu adamın erkən dövrü barədə az məlumat var. Ehtimala görə, o, 1552 və ya 1553-cü ildə İngiltərənin cənub-şərqindəki Kent bölgəsinin kiçik Faverşem liman şəhərində doğulub. Liman şəhəri keçmiş dənizçi və dəniz quldurlarının sonuncu sığınacağı hesab edilirdi. Şəhər əhalisinin əsas qazanc yeri balıqçılıq və qısa məsafələrdə işləyən dəniz ticarəti idi.
Cek Vord

Flappy Bird
Flappy bird — 2013-cü ildə Vyetnam əsilli oyun yaradıcısı Nquyen Ha Donq tərəfindən Hanoi şirkətində yaradılan və dotGEARS Studio tərəfindən paylaşılan mobil telefon oyunudur. Bu oyun 24 may 2013-cü ildə App Store və Google Playdə paylaşılmış, 10 fevral 2014-cü ildə isə silinmişdir. == Geympley == Flappy bird retro üslublu yan-hərəkət görünüşlü 2D oyundur. Oyunun əsas məqsədi sağa doğru hərəkət edən quşu ekrana toxunmaqla havada saxlamaq və boruların arasından keçirməkdir. Əgər quş borulardan birinə dəysə, oyun bitmiş sayılır. Xallar isə quşun uğurla keçdiyi boruların sayına bərabərdir. 10–20 xal arası bürünc medal, 20–30 xal arası gümüş medal, 30–40 xal arası qızıl medal, 40 xalda çox olduqda isə "Xüsusi medal" verilir. == Yaradılışı == Oyun vyetnamlı Nquyen Ha Dong tərəfindən Iphone 5 üçün yaradılıb və 2013-cü ilin sentyabrında iOS 7 əməliyyat sistemində uğurla sınaqdan keçirilib. 2014-cü ilin yanvar ayında oyun ABŞ və Çİn App Storelarında 1-ci yerə çıxıb və Böyük Britaniya App Storeında "yeni Angry Birds" adı alıb. 30 Yanvar 2014-cü ildə bu oyun Android əməliyyat sistemi üçün çıxdı.
Katolikos Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Niklaus Virt
Niklaus Virt (ing. Niklaus Emil Wirth; 15 fevral 1934, Vintertur, Sürix kantonu) — məşhur isveçrəli alim, kompüter elmləri üzrə professor, Pascal, Modula-1, Oberon proqramlaşdırma dillərinin müəllifi 15 fevral 1934-cü ildə anadan olmuşdur. O, Swiss Academy of Engineering (İsveçrə), U. S. Academy of Engineering (ABŞ), BerlinBrandenburg Academy (Almaniya) Milli Akademiyalarının üzvüdür. Müxtəlif sayda adlara və titullara layiq görülən məşhur alim 1984-cü ildə EYLER, ALGOL-W, MODULA və PASCAL proqramlaşdırma dillərini yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Socratici Viri
Socratici viri - Siseron tərəfindən ədəbiyyata gətirilən latınca ifadədir. İfadə, "Sokratın davamçıları" mənasındadır və Sokratın şagirdlərinə və davamçılarına aiddir. Bəzən bu ifadə Sokratik dialoq müəllifi Platona aid edilir.
Vard Petre
Vard Petre (30 yanvar 1997) — Belçikalı şort-trekçi. Vard Petre Belçikanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vard Petre birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Petre 2:17.362 saniyəlik nəticəsi ilə öz cığırında 5-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Vild burnu
Vild burnu — Kara dənizinin sahilində, inzibati cəhətdən Krasnoyarsk diyarı ərazisində yerləşir. Burun Taymır yarımadasının qərb qutaracağında qərarlaşır. Burundan iki km şimalda Myaçin adaları yerləşir. == Həmçinin bax == Şmitd burnu == Mənbə == William Barr, The Last Journey of Peter Tessem and Paul Knutsen, 1919.
Josef Virt
Josef Virt (alm. Karl Josef Wirth‎;6 sentyabr 1879[…], Frayburq im Breisqau – 3 yanvar 1956[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) — Almaniyada siyasi və ictimai xadim, 1921–1922-ci illərdə Almaniya kansleri, habelə xarici işlər naziri. 1930–1931-ci illərdə daxili işlər naziri. 1955-ci ildə "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Stalin Mükafatı laureatı. == Həyatı == Zavod mühəndisi ailəsində anadan olub. O, Frayburq Universitetini bitirib, burada riyaziyyat, təbiət elmləri və iqtisadiyyat üzrə təhsil alıb. 1906–1913-cü illərdə doğma Frayburqdakı gimnaziyada dərs demişdir. Birinci Dünya Müharibəsi zamanı hərbi xidmətə yararsız olduğu üçün Qərb Cəbhəsində Qırmızı Xaç komandiri kimi xidmət etmişdir. Katolik Mərkəzi Partiyasının sol qanadının rəhbəri, Reyxstaqın üzvü (1914–1918 və 1920–1933). 1918-ci il Noyabr İnqilabı zamanı respublikanın sadiq tərəfdarı olan Virth Badenin yeni maliyyə naziri təyin edilir.
Vard Kanninqem
Hovard G. Kanninqem (26 may 1949 və ya 1949, Miçiqan-Siti[d], İndiana) — Viki-nin ilkin versiyasını hazırlayan və Çevik proqram təminatının inkişafı manifestinin müəllifi olan Amerikalı kompüter proqramçısıdır. Həm dizayn nümunələri , həm də ekstremal proqramlaşdırma sahəsində qabaqcıl olan Hovarda, 1994-cü ildə VikiVikiVeb- i kodlamağa başladı və onu Portland Pattern Repository əlavəsi kimi 25 mart 1995-ci ildə c2.com-da (proqram məsləhətçiliyinin veb-saytı) quraşdırdı . Kanninqem wiki tədqiqatı və təcrübəsi ilə bağlı WikiSym konfrans seriyasının ilk üç instansiyasında , həmçinin Wikimedia Developer Summit 2017-də əsas məruzəçi olub. == Həyatı == Hovard G. Kanninqem 26 may 1949-cu ildə İndiana ştatının Miçiqan şəhərində anadan olub . O, orta məktəbə İndiana ştatının Highland şəhərində gedib. 1978-ci ildə fənlərarası mühəndislik (elektrik mühəndisliyi və kompüter elmləri) üzrə bakalavr dərəcəsini və kompüter elmləri üzrə magistr dərəcəsini bitirib. O, həmçinin Wyatt Software-də Ar-Ge direktoru və tektronix kompüter tədqiqat laboratoriyasında baş mühəndis vəzifələrində çalışmışdır. O, Federal Rabitə Komissiyası tərəfindən verilmiş həvəskar radio əlavə sinif lisenziyasına malikdir və onun zəng işarəsi K9OX-dir === "Cunningham qanunu" === Cunningham ideyası ilə hesablanır: "İnternetdə düzgün cavabı əldə etməyin ən yaxşı yolu sual vermək deyil, səhv cavabı yerləşdirməkdir". İnsanların suala cavab verməkdənsə, səhv cavabı düzəltmək istəklərindən irəli gəlir. Steven McGeady-nin dediyinə görə , Kanninqem 1980-ci illərin əvvəllərində ona bu barədə şıltaqlıq edərək məsləhət verib və McGeady bunu Kanninqem Qanunu adlandırıb .
Pendlton Vord
Pendlton Vord (Tam adı: Vord Teylor Pendlton Conston; 23 sentyabr 1982, San Antonio, Texas) — amerikalı animasiyaçı, ssenarist, prodüser, rejissor və səsləndirmə sənətçisi. Vord "Macəra zamanı", "Bravest Warriors" və "The Midnight Gospel" cizgi seriallarının yaradıcıdır.
Vard Kanningem
Hovard G. Kanninqem (26 may 1949 və ya 1949, Miçiqan-Siti[d], İndiana) — Viki-nin ilkin versiyasını hazırlayan və Çevik proqram təminatının inkişafı manifestinin müəllifi olan Amerikalı kompüter proqramçısıdır. Həm dizayn nümunələri , həm də ekstremal proqramlaşdırma sahəsində qabaqcıl olan Hovarda, 1994-cü ildə VikiVikiVeb- i kodlamağa başladı və onu Portland Pattern Repository əlavəsi kimi 25 mart 1995-ci ildə c2.com-da (proqram məsləhətçiliyinin veb-saytı) quraşdırdı . Kanninqem wiki tədqiqatı və təcrübəsi ilə bağlı WikiSym konfrans seriyasının ilk üç instansiyasında , həmçinin Wikimedia Developer Summit 2017-də əsas məruzəçi olub. == Həyatı == Hovard G. Kanninqem 26 may 1949-cu ildə İndiana ştatının Miçiqan şəhərində anadan olub . O, orta məktəbə İndiana ştatının Highland şəhərində gedib. 1978-ci ildə fənlərarası mühəndislik (elektrik mühəndisliyi və kompüter elmləri) üzrə bakalavr dərəcəsini və kompüter elmləri üzrə magistr dərəcəsini bitirib. O, həmçinin Wyatt Software-də Ar-Ge direktoru və tektronix kompüter tədqiqat laboratoriyasında baş mühəndis vəzifələrində çalışmışdır. O, Federal Rabitə Komissiyası tərəfindən verilmiş həvəskar radio əlavə sinif lisenziyasına malikdir və onun zəng işarəsi K9OX-dir === "Cunningham qanunu" === Cunningham ideyası ilə hesablanır: "İnternetdə düzgün cavabı əldə etməyin ən yaxşı yolu sual vermək deyil, səhv cavabı yerləşdirməkdir". İnsanların suala cavab verməkdənsə, səhv cavabı düzəltmək istəklərindən irəli gəlir. Steven McGeady-nin dediyinə görə , Kanninqem 1980-ci illərin əvvəllərində ona bu barədə şıltaqlıq edərək məsləhət verib və McGeady bunu Kanninqem Qanunu adlandırıb .
Vir (rayon)
Vir (fr. Vire) — Fransanın Normandiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Kalvados. Suprefektura — Vir-Normandi. Rayon əhalisi 2014-cı ildə 73 617 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 61 nəf / km². Rayon sahəsi — 1212 km².
Vir clarissimus
Vir clarissimus — (azərb. ən şərəfli kişi, ər‎ və ya azərb. klarissim‎) — sonrakı dövr Roma İmperiyasında və ilkin Bizans İmperiyasında ən yüksək senatr titulu (IV - VI əsrlər).
Vir illustris
Vir illustris (azərb. şöhrətli kişi, ər‎ və ya azərb. illusriy‎) — sonrakı dövr Roma İmperiyasında və ilkin Bizans İmperiyasında ən yüksək senatr titulu.
Vir perfectissimus
Vir perfectissimus (azərb. ən mükəmməl ər‎) — son Roma imperiyası dövrünə aid titul.
Vir spectabilis
Vir spectabilis (azərb. ləyaqətli kişi, ər‎, azərb. layiqli ər‎ və ya rus. spektabil) — sonrakı dövr Roma İmperiyasında və ilkin Bizans İmperiyasında ən yüksək senatr titulu (IV - VI əsrlər).
Vid Dyupumirar
Vid Dyupumirar (əvvəllər sponsorluq səbəbi ilə Injector Arena kimi də adlandılırdı) Farer adalarının Klaksvík şəhərində yerləşən çoxməqsədli stadion. Amma daha çox futbol oyunları üçün istifadə olunur. Við Djúpumýrar Klaksvíkar Ítróttarfelag futbol klubunun həm kişi və həm də qadın komandalarının ev meydançasıdır. Stadion 524 oturacaqlı və təxminən 2500 nəfər tutumuna malikdir. Stadion 2010 və 2011-ci illərdə Farer Adaları Kubokunun finalına ev sahibliyi edib.
Corc Miller Bird
Corc Miller Bird (8.5.1839, Konnektikut ştatı, Montvil – 23.1.1883, Nyu-York) — Amerika nevropatoloqu. == Fəaliyyəti == Andoverdə (Massaçusets ştatı) Fillips Akademiyasında (1854–58) və Yel Universitetində (1862) təhsil almışdır. 1866-cı ildən Nyu-Yorkda Tibb-Cərrahiyyə kollecində, 1868-ci ildən Nyu-York Universitetində işləmişdi. Əsas əsərləri elektriklə müalicə, sinir və psixi pozuntu məsələlərinə aiddir. 1869-cu ildə gərgin fəaliyyət nəticəsində sinir yorulması vəziyyətini (Bird xəstəliyi adlandırılan) təsvir etmiş, onun adlandırılması üçün 1880-ci ildə nevrasteniya terminini irəli sürmüşdü. Dəniz xəstəliyi simptomlarının təsvirini ilk dəfə o vermiş və onun müalicəsini göstərmişdi (1881). Çoxsaylı elmi-kütləvi kitabların, o cümlədən "Spiritizmin psixolo giyası" (1878), "Psixi xəstəliklərin problemləri" (1880), "Amerika əsəbiliyi, onun səbəbləri və nəticələri"nin (1881) müəllifidir.
Vard Hill Lamon
Ward Hill Lamon (6 yanvar 1828 – 7 may 1893) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolnun ən yaxın dostu və yaxın mühafizəçisi idi. 2 il ABŞ-nin Virciniya ştatında tibb təhsili almışdır. Angelina Turner ilə evləndi. Bu evlilikdən Angelina Ehud adlı bir qızı da var idi. ABŞ-də köləliyə son qoymaq üçün demək olar ki, Linkoln səylərinin hamısında Linkolnun yanında idi. Linkoln və həyat yoldaşının Ford Teatrındakı Linkolnun ölümünə səbəb olan “Amerikalı əmimiz” (“Our American Cousin”) tamaşasını izləməyə getdiyi gecə, o getməmişdir. Bu gecə Linkoln, Konfederasiyaya işləyən Mryland casusu John Wilkes Booth tərəfindən öldürüldü. Bu sui-qəsd həm də ABŞ prezidentlərinə edilən ilk sui-qəsddir. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Sonda Virciniyadakı bir anbarda öldürüldü.
Vild-Donald Gerye
Vild-Donald Gerye (31 mart 1989-cu ildə anadan olub) — Haitili peşəkar futbolçudur. Azərbaycan Premyer Liqasında çıxış edən Zirənin futbolçusu. Yarımmüdafiəçi mövqeyində çıxış edir. O, 2014 FİFA Dünya Kuboku təsnifat mərhələsində iştirak etmişdir. == Karyerası == === Klub === 6 iyul 2017-ci ildə Gerye Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qarabağ klubu ilə iki illik müqavilə imzalamışdır.Vild-Donald Gerye Qarabağ klubu ilə debütünü 11 iyul 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Samtredia klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə oyuna daxil olmuş və 83-cü dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Qarabağ rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. 2021-ci ildə Ağdam təmsilçisi Geryeni qış fasiləsində komandanın düşərgəsinə gec qoşulduğu üçün əvəzedici heyətə göndərmiş və 20 min dollar cərimə etmişdi. Bundan sonra oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.2023-cü ilin əvvəlində futbolçu “Sumqayıt” futbol klubu ilə razılıq əldə edib. == Karyera statistikası == === Klub === 11 İyul 2017 tarixində yenilənib === Milli komanda qolları === Nəticələr və qollar Haiti hesablamasının birinci siyahısındadır.
Çarlz Ostin Bird
Çarlz Ostin Bird (27.11.1874, İndiana ştatı, Naytstaun – 1.9.1948, Konnektikut ştatı, Nyu-Heyven) — Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi. == Fəaliyyəti == Oksford, Kornell və Kolumbiya universitetlərində təhsil almışdır. 1904–17-ci illər də Kolumbiya Universitetində dərs demişdir (1915–17-ci illərdə professoru). Nyu-Yorkdakı kom munal xidmətlər üzrə ixtisas məktəbinin direktoru olmuşdur (1917–22). 1926-cı ildə Amerika Siyasi Elmlər Assosiasiyasının, 1933-cü ildə Amerika Tarix Assosiasiyasının prezidenti olmuşdur. Bird ABŞ tarixinin ən mühüm problemlərinin iqtisadi təhlilini etmiş, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsini (1861–65) "ikinci Amerika inqilabı" kimi şərh edən ilk Amerika tarixçisi olmuşdur. F.D. Ruzveltin "Yeni kurs"unu müsbət qiymətləndirərək, izolyasionizm mövqeyindən onun xarici siyasətini tənqid etmişdir. Bir neçə əsərini arvadı, tanınmış tarixçi və feminist Meri Birdlə (1876–1958) birlikdə yazmışdır.
Qordon Vir Çayld
Qordon Vir Çayld (14.4.1892, Avstraliya, Sidney – 19.10.1957, Sidney yaxınlığında) — ingilis arxeoloqu. == Haqqında == Britaniya akademiyasının üzvü (1940), London Universiteti arxeologiya institutunun direktoru (1946–56). Şotlandiya, Şimali İrlandiya və Orkney adalarında arxeoloji qazıntılar aparmışdır. Əsas əsərləri Avropa və Şərqin ən qədim tarixinə həsr olunmuşdur. “Miqrasiya nəzəriyyəsi”nə qarşı çıxmışdır. Əkinçiliyin meydana gəlməsi və inkişafını tədqiq etmişdir.
Vıru
Vıru (est. Võru) — Estoniyanın cənub-şərqində yerləşən şəhər, Vırumaa qəzasının inzibati mərkəzidir. Hal-hazırda(2012), burada 12,9 min sakin yaşayır.Əsasını Verro adı ilə 1784 ildə qoyuldu. Şəhərdə yağ-pendir və mebel müəssisələr fəaliyyət göstərir.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir.