Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Voleybol
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növü. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz hokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir. Voleybol oyunu 1895-ci ildə ABŞ-də bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub. YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi.
Azərbaycanda voleybol
Azərbaycanda voleybol — həmişə ən böyük rəğbət bəslənilən idman növü olmuşdur. Xüsusilə də qadın voleybolu Azərbaycanda çox böyük inkişaf yolu keçmişdir. == Tarixi == === SSRİ-nin tərkibində Azərbaycan voleybolu === Azərbaycanda voleybolun yaranması 1926-cı ilə təsadüf edir. Dəmiryolçular klubunda, sonra isə "Neftçi" cəmiyyətində ilk voleybol məşqləri keçirilmişdir. Voleybol bakılılar arasında daha geniş yayılmışdı. "Rote Fane" (indikı Nizami parkı), Kommunalniklər bağı (C. Cabbarlı bağı) meydançalarında, Sabunçuda və Bayılda voleybol torları asıldıqdan sonra oğlan və qızlar bu oyunla həvəslə məşğul olmağa başladılar. 1927-ci ildə isə "Dinamo" və "Kommunalnik" cəmiyyətlərində voleybol bölmələri açıldı. Bakı voleybolu 1932-ci ildən etibarən daha sürətlə inkişaf etməyə başladı. Şəhərin ilk birinciliyi məhz bu vaxt keçirilmişdir. İlk qalib adını dəmiryolçuların kişilərdən və qadınlardan ibarət komandaları qazanmışlar.
Blokçu (voleybol)
Blokçu (və ya blok qurucu) — voleybolda mövqe, voleybolçu ampluası. Çox vaxt mərkəz oyunçusu da adlanır. Buna səbəb bu mövqe sahiblərinin tez-tez mərkəzdən hücuma çəkilməsidir. Bu mövqenin sahibləri nə qədər hündürboy olsa bir o qədər xeyirdir. == Haqqında == Blokçu anpluasına sahib voleybolçunun əsas məqsədi adından məlum olduğu kimi blok qurmaqdır. Ancaq blok qurmaq yalnız blokçuya məxsus xüsusiyyət deyil. Liberodan başqa digər mövqelərin sahibləri də (toppaylayıcı, diaqonal, hücumçu) blok qura bilər və oyun zamanı əmələ gələn ikili, üçlü bloklar rəqibin zərbəsinin qarışısını almaq üçün ən gözəl variantlardandır. == Blok nədir == Blok — voleybol toruna yaxın oyunçunun rəqib tərəfdən gələn topun tor üzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir. Voleybolda rəqibin servisinə blok qadağandır. Blok növləri aşağıdakılardır: Blok təşəbbüsü — topa toxunmadan edilən blok hərəkətidir.
Diaqonal (voleybol)
Diaqonal — (ing. opposite, türk. pasör çaprazı) voleybolda mövqelərdən biri, voleybolçu ampluası. Bu mövqe voleybolda şərti olaraq hücumçu ampluasına bənzəyir. Hətta ismi diaqonal hücumçu da adlandırılır. Diaqonal oynayan voleybolçu toppaylayıcı servis atarkən önə gəlir və adətən uzun pasla hücum edir, 2-ci zonada qərarlaşır. Bu oyunçu "4-2" və "6-0" taktikasında istifadə edilmir. Sadəcə "5-1" sxemində yer alır. Çünki "5-1" taktikasında sadəcə 5 hücumçu və 1 toppaylayıcı yer alır. Burada toppaylayıcının da çaprazında bir hücumçuya ehtiyac duyulduğundan diaqonal oyunçudan istifadə edilir.
Hücumçu (voleybol)
Hücumçu — bir çox komanda idman növlərində olduğu kimi voleybolda da mövcud olan voleybolçu ampluası. Mövqe sahibinin əsas məqsədi komandasını xal ilə təmin etməkdir. Toppaylayıcının ötürmələrinin əksəriyyəti hücumçulara göndərilir. Bu iki mövqe bir-biri ilə çox gözəl tandem təşkil edir. Voleybolda hücumçuların adətən boyu uzun olur, çünki hücumçunun boyu qısa olduqda olduqca uzun olan blokçunun üzərindən topu rəqib meydançasına göndərmək müşkül məsələ olur. == Hücum vuruşu == Voleybolda servis və blokdan başqa topu rəqib meydançaya göndərməklə başa çatan hər bir tandem hücum vuruşu olaraq dəyərləndirilir. Hücum vuruşu zamanı topu ovuc ilə vurmaq və ya tutmaq olmaz, topa dəqiq və ya aydın şəkildə toxunulmalıdır. Top bütünlüklə tor üzərindən rəqib tərəfə keçidikdə və ya rəqib komandanın oyunçularından birinə toxunduqda hücum vuruşu tamamlanmış sayılır. Bir oyunçu topa öz meydançasında toxunaraq hər hansı bir yüksəklikdən zərbə vuraraq hücum vuruşunu tamamlaya bilər. Arxa zona oyunçusu da ön zonanın gerisindən hər hansı bir yüksəklikdən hücum vuruşunu tamamlaya bilər.
Libero (voleybol)
Libero — voleybolda güc və təmkinlilik tələb edən oyunçu mövqeyidir. Adətən komandanın ən təcrübəli oyunçusu bu mövqedə oynayır və komanda yoldaşlarına nisbətən daha dəstəboy olur. İdeal libero boyu 1.65 santimetr qəbul edilmişdir. Libero komandanın 6-cı oyunçusu sayılır. Formasının rəngi də komanda yoldaşlarından fərqlənməlidir. Bu xüsusiyyətlərinə görə futboldakı qapıçı termininə bənzədilir. Qapıçıdan fərqli olaraq voleybolda komandalar meydana liberosuz çıxa bilərlər. == Haqqında == Digər oyunçulardan fəqli olaraq oynuçuların siyahısında adının yanında “L“ hərfi işlədilir. Və bu hərf həmin oyunçunun başqa mövqedə oynamayacağını bildirir. Komandanın müdafiə oyunçusudur.
Toppaylayıcı (voleybol)
Toppaylayıcı və ya ötürücü — voleybolda mövcud olan voleybolçu ampluası (mövqeyi), oyun qurucusu. Toppaylayıcının voleybol meydançasındakı əsas məqsədi adından da məlum olduğu kimi komanda yoldaşlarını topla təmin etməkdir. Hücumçuları və diaqonal mövqe voleybolçularını, həmçinin blokçuları topla təmin edir. İstədiyi zaman qaydalar çərşivəsində zərbə də vura bilər. Buna məşhur toppaylayıcı aldatması kimi yanaşmaq olar. Toppaylayıcı ön mövqedə olduqda 4, 3 və 2-ci zonaya, arxa mövqedə olduqda isə 5, 6 və 1-ci zonaya ötürmə edə bilər. Bu mövqenin sahibləri digər voleybolçularla daim əlaqədədirlər. Hücumçular kimi istədikləri zaman zərbə endirmirlər, çünki toppaylayıcı voleybolda komandanın beynidir. Onun hər bir hərəkətini rəqib blokçuları daim izləyir, ona və yaxud pas atacağı oyunçuya blok qurmaq üçün daim torun o birisi tərəfində gözləyirlər. Bu ampluaya sahib oyunçular bəzən üç tərəfə bir göz qırpımında baxırlar.
Voleybol topu
Voleybol topu — anlayışı ümumi anlayışdır. Belə ki, bu termin həm klassik voleybola (zal voleybolu), həm də çimərlik voleyboluna aid edilir. Voleybol topunun çevrəsi 65-67 sm, ağırlığı isə 260-280 q-dır. Voleybol topu basketbol və futbol toplarına görə daha yumşaq və elastik olur. Çətin sıxılan bu toplar qüvvətli zərbə zamanı asanlıqla yerə dəyib göyə qalxa bilirlər.
Çimərlik voleybolu
Çimərlik voleybolu (və ya plyaj voleybolu) — iki-ikiyə çimərlikdə oynanılan voleybol oyunu. Bu idman növündə ilk beynəlxalq turnirin keçirilməsi 1924-cü ilə təsadüf edir. Onu ilk dəfə oynayanlar isə 1915-ci ildə kaliforniyalılar olmuşlar. Çimərlik voleybolu Yay Olimpiya Oyunlarının proqramına isə ilk dəfə 1996-cı ildə salınıb. Atlantada keçirilən 1996 Yay Olimpiya Oyunlarında olduqca bəyənilən çimərlik voleybolu o gündən bəri Olimpiya Oyunlarının proqramındadır. Müasir dövrümüzdə də bu idman növünün həm kişi, həm də qadınlar arasında keçirilən yarışları məşhurdur.
Afrika Oyunlarında voleybol
Afrika Oyunlarında voleybol — 1965-ci ildə ilk öncə kişilərin yarışı ilə tətbiq olunmuşdur. 1978-ci ildən etibarən isə qadınların voleybolu da ilk dəfə olaraq proqramda yer almışdır. Kişi milli komandaların yarışında misirlilər diqqəti çəkirsə, qadınlarda da Keniya millisi ən yaxşı nəticəyə sahibdir.
Afrika Voleybol Konfederasiyası
Afrika Voleybol Konfederasiyası — Afrikada voleybola nəzarət edən qurum. 53 Afrika ölkə federasiyası tabeliyindədir. Mərkəzi Misirin paytaxtı Qahirədə yerləşir. Prezdenti də həmin ölkədən Əmr Əl Vanidir. Qeyd edək ki, Afrika Voleybol Konfederasiyasının voleybol turnirləri izləyici sayına görə ən geridə olan turnirlər sayılır.
Asiya Oyunlarında voleybol
Asiya Oyunlarında voleybol — 1958-ci ildən tətbiq edilir. İlk dəfə yalnız kişilərin voleybolu proqramda idisə 4 il sonra qadınların voleybolu da proqrama salınmışdır. O ildən bəri hər dörd ildən bir keçirilən Asiya Oyunlarında həm qadınların, həm də kişilərin voleybolu oynanılır.
Asiya Voleybol Konfederasiyası
Asiya Voleybol Konfederasiyası — [[]]Beynəlxalq Voleybol Federasiyasını (FİVB) təmsil edən və Asiya, Avstraliya və Okeaniyada voleybol oyunlarının keçiriləmisini təşkil edən qurum. Konfederasiyaya 65 üzv ölkə axildir.
Avropa Voleybol Konfederasiyası
Avropa Voleybol Konfederasiyası — mərkəzi Lüksemburqun paytaxtı Lüksemburg şəhərində olan, Avropada voleybola (çimərlik voleybolu da daxildir) nəzarət edən qurum.
Azərbaycan Voleybol Federasiyası
Azərbaycan Voleybol Federasiyası — 1992-ci ildə yaranan Azərbaycan Voleybol Federasiyası elə həmin ildən etibarən Beynəlxalq Voleybol Federasiyasına (FIVB), Avropa Voleybol Federasiyasına (CEV), Şərqi Avropa Voleybol Zonal Assosiasiyasına (EEVZA) (2005) daxil olmuşdur. == Haqqında == 1997–2000-ci illər ərzində Azərbaycan voleybol komandaları Avropa Voleybol Konfederasiyasının qərarına əsasən rəsmi beynəlxalq yarışlarda iştirak etməkdən məhrum edilmişlər. Yalnız 4 illik fasilədən sonra — 2001-ci ildən etibarən komandalar yenidən beynəlxalq yarışlara buraxılmışlar. Beynəlxalq yarışlarla yanaşı olaraq, Federasiya Azərbaycan Çempionatının keçirilməsi istiqamətində də müvafiq işlər aparmışdır. Belə ki, 2001-ci ildən etibarən kişilər və qadınlar arasında Liqalar üzrə Azərbaycan Çempionatı keçirilir. Bu müddət ərzində Azərbaycanda uşaq voleybolunun inkişafına qayğı göstərilmiş və Liqalarda iştrak edən klub və komandaların nəzdində uşaq bölmələri yaradılmışdır. Həmçinin Azərbaycanı Avropa kubok yarışlarında təmsil edən klubların sayı da getdikcə artmaqdadır. Qazanılan mükafatlar Hazırda Azərbaycanda Avropa Voleybol Konfederasiyasının qərarı ilə Voleybol Akademiyasının yaradılması istiqamətində müvafiq işlər aparılır. == İstinadlar == == Həmçinin bax == Azərbaycan idman federasiyalarının siyahısı == Xarici keçidlər == Azərbaycan Voleybol Federasiyası — avf.az saytı Arxivləşdirilib 2015-07-05 at the Wayback Machine Nazirlər nəyi dəyişəcək?
Azərbaycan Voleybol Mərkəzi
Azərbaycan voleybol mərkəzi — 2011-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə tikilməyə başlamışdır. 2012-ci ilin 18 oktyabrında (Milli müstəqillik günündə) isə arenanın açılış mərasimi olmuşdur.
BMKZ Voleybol Klubu
BMKZ (Bakı) — Azərbaycanda qadınlardan ibarət voleybol klubu. "Bakı Məişət Kondisionerləri Zavodu"nu təmsil edir.
Beynəlxalq Voleybol Federasiyası
Beynəlxalq Voleybol Federasiyası (ixtisarı FİVB) — dünya üzrə voleybola nəzarət edən qurum. 222 ölkənin voleybol federasiyası quruma üzvdür. Federasiyanın yaranma tarixi isə 1947-ci il ilə təsadüf edir.
Türkiyədə Voleybol Liqaları
Türkiyədə 2021-2022 mövsümünə qədər 5 liqa var. Üst liqalarda, Efeler Liqası və Sultanlar Liqasında 14 komanda var. 2021-2022 mövsümü Efeler və Sultanlar Liqasında 14 komanda arasında oynanılacaq. Matçlar 2 turluq səfər liqası üsulu ilə oynanılacaq. Liqa Mərhələsinin sonunda son 2 -ci yeri tutan komandalar (13 -cü və 14 -cü) 1 -ci Liqaya düşür. Liqa Mərhələsinin sonunda 1-ci, 2-ci, 3-cü və 4-cü komandalar Play-Off 1. Mərhələ matçlarını keçirirlər. Pley-off 1. Mərhələ matçlarının sonunda liqanın 1, 2, 3 və 4-cü komandaları müəyyənləşir. Liqa Mərhələsini 5-ci, 6-cı, 7-ci və 8-ci pillələrdə bitirən komandalar, Play-Off 2-ci Mərhələ matçlarını keçirirlər.
Voleybol Dünya Kuboku
Kişilər Voleybol Dünya Kuboku — 1965-ci ildən bu yana hər dörd ildən bir təşkil edilir. Kubok 1977-ci ildən başlayaraq davamlı olaraq Yaponiya da keçirilir. 1991-ci ildən etibarən isə olimpiya seçmələri üçün bir turnir halına gətirilmişdir. Qadınlar Voleybol Dünya Kuboku isə 1973-cü ildən bu yana hər dörd ildə bir təşkil edilməkdədir. Kubok kişilərdəki kimi 1977-ci ildən başlayaraq davamlı olaraq Yaponiya da edilməkdədir. 1991dən etibarən isə olimpiadaya lisenziya verir.
İraklis (voleybol klubu)
İraklis (yun. ΤΑΠ Ηρακλής Θεσσαλονίκης) — Yunanıstanın Saloniki şəhirində voleybol klubu. Klubun əsası 1921-ci ildə qoyulmuş. Klubun adı qədim yunan mifiologiyası qəhrəmanı Heraklın şərəfinə adlandırılmışdır. 2000-ci illərdə Yunanıstanın ən reytinqli klubu hesab olunurdu. Gymnasticos Syllogos Iraklis multi-idman klubunun bir hissəsi hesab olunur. Klub rəhbəri Antonis Qeorqiudur. İkinci Dünya Müharibəsindən sonra klub həmişə Yunanıstanın ən yaxşı komandaları sırasında olmuşdur. İraklis klubunun çox saylı oyunçuları daima milli komandaya dəvət edilmişdir.. İraklis CEV Şampiyonlar Liqasının finalında oynayan ikinci yunan klubu idi (Olympiacosdan sonra) oldu.
İstanbul voleybol klubu
İstanbul Voleybol Klubu (türkcə: İstanbul Voleybol Kulübü) (Qısa: İVK), 2010-cu ildə İstanbulun Üsküdar səmtində yaradılmış bir idman klubudur.[1] Matçlarını TVF 50-də oynayır. 1288 nəfər tutumlu Yıl Deniz Esinduy İdman Salonunda. Əsas qolu voleyboldur və yalnız ox atma filialında fəaliyyət göstərir. Nüket Yolaç, Qırmızı-Ağ-Qara rənglərə sahib olan klubun prezidentidir. Komanda, 2010–2015-ci illər arasında İstanbul Böyüklər Liqasında mübarizə aparırdı. 2015–2016 mövsümündən etibarən Regional Liqada mübarizə aparan komanda, 2016–2017 və 2018–2019 mövsümlərində Regional Liqa İstanbul Çempionu olaraq Türkiyə 2. Liqasına yüksəlmək üçün Finallara qatıldı. 2016–2017 mövsümündə Yalovada keçirilən final mərhələsində Bursa Gemlikdən sonra turniri ikinci sırada tamamladı. 2018–2019 mövsümündə Kocaeli'deki finalda Yeniköyspor'a məğlub oldu və finalı ikinci sırada tamamladı. 2019–2020 mövsümündə, İstanbul Qrupundakı ilk matçdakı uğursuz məğlubiyyətdən sonra, İstanbul digər dörd matçını setsiz qazandı və mövsüm ikinci sırada bitdi.
Hollandiya milli voleybol komandası
Niderland kişi milli voleybol komandası - Niderlandı beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.
Kişilər Voleybol Dünya Kuboku
Kişilər Voleybol Dünya Kuboku — 1965-ci ildən bu yana hər dörd ildən bir təşkil edilir. Kubok 1977-ci ildən başlayaraq davamlı olaraq Yaponiya da keçirilir. 1991-ci ildən etibarən isə olimpiya seçmələri üçün bir turnir halına gətirilmişdir. == Medal sıralamsı (kişilər üçün) == Qadınlar Voleybol Dünya Kuboku isə 1973-cü ildən bu yana hər dörd ildə bir təşkil edilməkdədir. Kubok kişilərdəki kimi 1977-ci ildən başlayaraq davamlı olaraq Yaponiya da edilməkdədir. 1991dən etibarən isə olimpiadaya lisenziya verir.
Rusiya milli voleybol komandası
Rusiya milli voleybol komandası - Rusiyanı beynəlxalq voleybol turnirlərində təmsil edən milli voleybol komandası.
Voleybolçu
Voleybol — hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan idman növü. 1964-cü ildən Yay Olimpiya Oyunlarının proqramındadır. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlıq kütləsinə görə komanda idman növlərində futbol və basketboldan geri qalsa da, bu gün voleybol həndbol, buz hokkeyi, reqbi kimi məşhur idman növlərindən daha çox audutoriyaya malikdir. Son dövrlər böyük mailiyyələr yatırılan voleybol ən çox pul qazandıran idman növlərinin top 10 siyahısına girə bilməmişdir. Voleybol oyunu 1895-ci ildə ABŞ-də bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılıb. Uilyam Morqan bu oyunu "Mintonette" adlandırmışdı. İlk voleybol oyunu isə 7 iyul, 1895-cİ ildə təşkil olunub. YMCA (Sprinqfild Gənc Kişilər Xristian Birliyi) adlı dərnəyin üzvü olan Uilyam Mintonette oyununu gənclərin idmanla məşğul olması üçün irəlilətmiş, basketbol, beyzbol, tennis və həndbolun bəzi funksiyalarını bu oyunda bir araya gətirmişdir. Morqan toru tennisdən nümunə götürmüş və onun uzunluğunu hardasa 183 sm-ə qədər yüksəltmişdir ki, bu da orta insan boyunun bir qədər üzərində idi.