vor

präp. 1. D (räumlich) -in qarşısında, qabağında; 2. A -in qarşısına, qabağına; 3. (zeitlich) -dən, -dan əvvəl, -dən, -dan qabaq; veralt. əqdəm; ~ 5 Tagen beş gün bundan əvvəl (qabaq); ~ kurzem bayaq; ~ Angst zittern qorxudan titrəmək; ~ allem hər şeydən əvvəl; nach wie ~ qabaqkı kimi, əvvəlki kimi; zehn Minuten ~ vier dördə on dəqiqə qalmış; ~ der Nase burnunun qabağında; adv. ~! irəli!
vonstatten
vorab
OBASTAN VİKİ
Elizabet Vorren
Elizabet Enn Uorren (ing. Elizabeth Ann Warren, qızlıqda Herrinq ing. Herring; 22 iyun 1949, Oklahoma Siti) — ABŞ akademik və siyasətçi. Hazırda ABŞ Senatında Massaçusets ştatını təmsil edən Senatordur. Əvvəl isə o, Texas Universitetinin Hüquq Məktəbi, Pensilvaniya Universitetinin Hüquq Məktəbi və ən son Harvard Hüquq Məktəbində hüquq professoru olmuş. Uorren Demokrat Partiyasının aparıcı siyasətçi sayılır və Amerikan proqressivlərin arasında məşhurdur. == Həyatı == === Siyasi meyilləri === Uorren uzun illər ərzində səsini Respublikaçılara verirdi: Respublikaçı ona görə olmuşam ki, fikirləşirdim ki, onlar bazarı dəstək etmək üçün ən yaxşı adam idilər. Öz sözlərinə görə, o bunu artıq doğru olmadığını sayıb, 1995-ci ildən bəri Demokratlara səs verməyə başladı. O həmçinin qeyd etmişdi ki, hər iki partiyaya, onların heç biri aparıcı olmağa istəmədiyinə görə səs verirdi. === Karyerası === ==== Akademik ==== Gec 1970-ci, 1980-ci və 1990-cı illərdə Uorren bir sıra universitetlərində hüquq öyrədirdi və eyni zamanda, müflisləşmə ilə şəxsi maliyyə kimi məsələləri araşdırırdı.
Endi Vorhol
Endi Uorhol (ing. Andy Warhol (d. 1928-ö. 1987), əsl adı Andrey Varhola — Amerika rəssamı, dizayner, prodüser, yazıçı, kolleksiyaçı, jurnal naşiri və kinorejissor, pop-art cərəyanının görkəmli nümayəndəsidir. 1960-cı illərdə alternativ rok qrupu olan "The Velvet Underground"un meneceri və prodüseri olmuşdur. == Uşaqlıq illəri == Endi Pittsburqda (Pensilvaniya ştatı) rusin əsilli ailənin dördüncü uşağı olaraq anadan olmuşdur. Uşaq ikən xorea, daha sonra skarlatin xəstəliklərinə tutulur və xəstəliyi çox vaxt yatağa bağlı olaraq keçirir. Yatağa bağlı olarkən, rəsm çəkməklə məşğul olur, qəzet parçalarından kollaj düzəldir. 13 yaşında ikən atası mədəndə həlak olur. == Karyeranın başlanğıcı == 1949-cı ildə Korneqa Texniki Universitetinin rəssamlıq fakultəsini bitirdikdən sonra Nyu Yorka köçür və orada Vogue, Harper's Bazaar kimi məşhur jurnallarda və başqa nəşrlərdə rəssam-illüstrator kimi işləyir.
Endi Vorhol muzeyi
Endi Uorhol muzeyi (ingilis dilində:he Andy Warhol Museum) — ABŞ-nin Pittsburq şəhərində Endi Uorholun həyat və yaradıcılığına həsr olunmuş pop-art-muzeyi. ABŞ-də bir incəsənət xadiminə həsr olunmuş ən iri muzey. == Tarixi == İlk dəfə bu muzeyin yaradılması haqqında plan 1989-cu ilin oktyabrında, Endi Uorholun ölümündən iki il sonra səslənmişdir ,. 1993-cü ildə Tomas Armstronq gələcək muzeyin ilk direktoru təyin edilmişdir. Tomas Armstronq 1974-1990-cı illərdə Amerikada Vitni incəsənət muzeyinin direktoru vəzifəsində çalışmışdır . Muzey binası kimi 1913-cü ildə Sendaski-Strit, 117 ünvanında yerləşən sənaye emalatxanasından istifadə etmişlər, binanın əsaslı təmirinə və yenidən qurulmasına 12 milyon ABŞ dolları sərf edilmişdir. Muzey 13 may 1994-cü ildə açılmış, elə birinci il onun ziyarətçilərinin sayı 25 minə yaxın olmuşdur. 1 mart 1995-ci ildə Tomas Armstronq muzeyin direktoru vəzifəsindən kənarlaşdırılmışdır . "Sənin üçün çox dözülməzdir" filmində ən həlledici səhnələrin Endi Uorhol muzeyində baş verməsi təsvir olunmuşdur. == Təsviri == Endi Uorhol muzeyinin sahəsi 8200 m²-dir, 17 qalereyanı əhatə edən 7 mərtəbədən ibarətdir.
Fakel Voronej FK
Fakel Voronej FK — Rusiyanın Voronej şəhərini təmsil edən futbol klubu.
Gennadi Voronov
Gennadi Voronov (rus. Генна́дий Ива́нович Во́ронов; 18 (31) avqust 1910, Rameşki[d], Tver quberniyası[d] – 1 aprel 1994, Moskva) — Sovet İttifaqı dövlət rəhbəri, Rusiya Sovet Federativ Sosialist Respublikası Nazirlər Şurasının sədri (baş nazir). Voronov 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub, 1952–1976-cı illərdə Sov.İKP MK üzvü, 1961-ci ildə Sov.İKP MK Siyasi Bürosu namizəd üzvlüyü, 1961–66-cı illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası üçün Sov.İKP MK üzv olmuşdur. SSRİ Ali Sovetinin 3-cü və 8-ci dövrləri arasında millət vəkili olmuşdur. == Həyatı == Gennadi Voronov 1910-cu ildə 31 avqust tarixində Tver quberniyasının ucqar bir bölgəsində müəllim ailəsində dünyaya gəlib. Karyerasına 1929-cu ildə başlayıb, Çerepovets şüşə və Perm superfosfat zavodlarının inşasında elektrikçi və usta kimi çalışmışdır. 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına qatıldı. 1936-cı ildə Tomsk Sənaye İnstitutunu, 1937-ci ildə isə Novosibirskdəki Marksizm-Leninizm İnstitutunu bitirmişdir. 1937–1939-cu illər arasında partiyanın Prokopyevsk və Tomskdakı nümayəndəsi olmuş, şəhər komitəsinin katibi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1939–1943-cü illərdə torpaq sahəsi partiyanın Çita vilayəti bölgəsi şəhər komitəsinin üçüncü katibi, 1943–1948-ci illərdə kinci katibi, 1948–1955 arasında isə birinci ilk katibi kimi fəaliyyət göstərib.
Haybrad Stori Vorld Tur
Haybrad Stori Vorld Tur, (ing. Hybrid Story World Tour) — Dj Sineddin 14 may 2011 – 19 may 2012 tarixləri arasında keçirdiyi Avropa turnesi. Bu turne zamanı Dj Sinedd ümumilikdə 12 avropa ölkəsinin 29 şəhərində 64 konsert vermişdi və bu turneyə görə sayca 3-cü "Croatia National Music Award" mükafatını qazanmışdı. Turnenin birinci hissəsi 14 may 2011 tarixində Dj Sineddin Club Tracks EP (volume 1) albomunun reliz günü başladı və həmin ilin sentyabr ayında başa çatdı. İkinci hissə Yeni il bayramı ərəfəsində başladı və yanvar ayının 17-sində başa çatdı. Hybrid Story World Tour-unun final konsertləri 5–19 may tarixləri arasına Moskva şəhərində keçirildi. Ümumən turne ərzində Dj Sineddin konsertlərinə 42 min bilet satıldı.
Herta Vorell
Herta Vorell (20 Sentyabr 1908 – 5 Aprel 1996) — Almaniyalı film aktrisası. O, 1934-cü il ilə 1995-ci il arasında 75-dən çox film və televiziya şousunda rol oynamışdır. == Filmoqrafiyası == Əgər musiqi üçün olmasaydı (1935) Qırmızı səhləb (1938) Əhsən Akrobat!
Klim Voroşilov Bakıda (film, 1936)
Kliment Voroşilov
Kliment Voroşilov (23 yanvar (4 fevral) 1881, Verxneye[d], Yekaterinoslav quberniyası – 2 dekabr 1969[…], Moskva) — Sovet İttifaqı Marşalı.
Krubera-Voronya
Krubera mağarası və ya Voronya — Dünyanın ən dərin mağarası. Dərinliyi 2212 metrdir. Gürcüstan ərazisində yerləşir. Hal-hazırda Gürcüstan Respublikasının torpaqlarında yerləşir.
Lenqdon Vorner
Lenqdon Vorner (ing. Langdon Warner; 1881, Kembric, Massaçusets – 9 iyun 1955, Kembric, Massaçusets) – ABŞ arxeoloqu, incəsənət tarixçisi və Şərqi Asiya incəsənətinin mütəxəssisi. O, Harvard Universitetinin Foqq muzeyində Şərq kolleksiyasının kuratoru olmuşdur. İkinci dünya müharibəsi zamanı Yaponiyanın Nara və Kioto şəhərlərini ABŞ-nin atom bombardımanından xilas edən şəxs kimi göstərilsə də, o, bunu inkar etmişdir. İndiana Cons personajının prototiplərindən biri hesab olunur. == Karyerası == Lenqdon Vorner 1903-cü ildə Harvard Universitetindən məzun olmuş və 1906-cı ildə universitet prezidenti Çarlz Eliot tərəfindən Asiya incəsənəti üzrə muzeyşünaslıq öyrənmək üçün seçilmişdir. O, bir neçə il Yaponiya sənətşünası Okakuro Kakuzonun şagirdi olmuş və Yaponiya incəsənət xadimləri ilə dost olmuşdur. Nara şəhərinin Horyu məbədinin restervasiyası ilə məşğul olan heykəltaraş Niiro Çunosuke onu qədim yapon heykəltaraşlığı ilə tanış etmişdir. Vorner 1912-ci ildə Şərq incəsənətinin kolleksiyaçısı Çarlz Frir tərəfindən seçilərək Pekin şəhərində yerləşən Amerika Arxeologiya Məktəbinin direktoru olmuşdur. O, Çinə aid qədim əşyaların tədqiqatı və saxlanılması üçün çinli, eləcə də, amerikalı mütəxəssislər yetişdirmişdir.
Ligularia vorobievii
Ligularia vorobievii (lat. Ligularia vorobievii) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Matt Vortinqton
Matt Lyuk Vortinqton (18 dekabr 1997, Sauthempton, Cənub-Şərqi İngiltərə[d]) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Bornmut klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Bornmut === Vortinqton öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Lester Siti klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə meydana daxil olmuşdur. Həmin görüşdə Bornmut rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. === Yeovil Taun (icarə) === 31 avqust 2017-ci ildə Vortinqton icarə əsasında Liqa 2 təmsilçilərindən Yeovil Taun klubu ilə 2018-ci ilin yanvar ayına qədər müqavilə imzalamışdır.
Mixail Vorontsov
Mixail Semyonoviç Vorontsov (rus. Михаи́л Семёнович Воронцо́в; 19 (30) may 1782, Sankt-Peterburq – 6 (18) noyabr 1856, Odessa, Xerson quberniyası) — Qafqaz canişini, general-feldmarşal 1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S.M.Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı. 1847-ci ildə Qafqazın canişini (sərdarı) Qraf Mixail Semyonoviç Vorontsov əmr edir ki, Gəncədə möhtəşəm bir bağ salsınlar. Vaxtında bütün cənubi Rusiyada ən gözəl bağ hesab olunan bu yeri də gəncəlilər müvafiq olaraq Sərdar bağı, ya da Rus Sərdarının bağı adlandırırlar. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı.
Nikolay Voronov
Nikolay Nikolayeviç Voronov (rus. Никола́й Никола́евич Во́ронов; d. 5 may 1899, Sankt Peterburq, Rusiya imperiyası — ö. 28 fevral 1968, Moskva, SSRİ) — Sovet hərbi xadimi, baş artilleriya marşalı (21 fevral 1944-cü ildən etibarən), Sovet İttifaqı Qəhrəmanı (7 may 1965-ci ildən etibarən). SSRİ Ali Sovetinin deputatı (1946–1950). 1941-ci ildən 1950-ci ilə qədər Qızıl Ordunun artilleriya qüvvələrinin komandanı olmuşdur. Böyük Vətən müharibəsi ərzində Stalinqrad döyüşü, Leninqradın blokadası və Kursk döyüşündə Sovet artilleriya qoşunlarına rəhbərlik etmişdir. İkinci dünya müharibəsi Stalinqrad döyüşü Kursk döyüşü Ф. Самсонов. "Биография Н. Воронова, составленная генерал-полковником артиллерии в отставке Ф. Самсоновым". сборник «Полководцы и военачальники ВОВ» (rus).
Oleq Voronin
Voronin Oleq Vladimiroviç, (mold. Oleg Voronin), — Moldaviyalı sahibkar, rəhbər və siyasi xadim. 4 noyabr 1962 ildə Moldaviya SSR Kriulyanı şəhərində (Criuleni) dünyaya gəlmişdir. Moldaviyalı iş adamı, Moldaviya Respublikasının üçüncü prezidenti Vladimir Voroninin oğludur. Ailəlidir, iki uşağı var, Yekaterina və Aleksey. Voronin Vladimir Nikolayeviç, Oleq Voronin və onun ailəsi öz şəxsi həyatlarını nümayiş etməyi sevmirlər və dəbdəbəli mərasimlərdə iştirak etməkdən çəkinirlər. Konservativ dəyərlərin tərəfdarıdır: “Övladlarıma verdiyim tərbiyə prinsip etibarilə mənim və bacımın aldığı tərbiyədən seçilmir. Eləcə də mənim valideynlərim ənənəvi dəyərlər ruhunda tərbiyə almışlar. Bu dəyərləri mənimsədiyim kimi, onları öz övladlarıma da aşılayacağam" Orta məktəbi 1979-cu ildə Ungenı şəhərində bitirmişdir. 1984-cü ildə Kişinyov Dövlət Universitetinin biologiya fakultəsini „Torpaqşünaslıq“ ixtisası üzrə başa vurmuş, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasının məzunu olmuşdur.
Robert Vorren Dadli
Robert Uorren Dadli (ing. Robert Warren "Bob" Dudley; d. 14 sentyabr 1955, Kuins, Nyu-York, ABŞ) — "BP" qrupunun baş icraçı direktoru. Robert Uorren Dadli 14 sentyabr 1955-ci ildə ABŞ-nin Nyu-York şəhərinin Kuins bölgəsində anadan olmuşdur. Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə 13 sentyabr 2017-ci ildə "Dostluq" ordeni ilə təltif edilmişdir. Meri Dadli ilə evli olan Robertin 2 uşağı var.
Robin Vorren
Robin Uorren (ing. John Robin Warren; 11 iyun 1937[…], Adelaida) — Avstraliya alimi, 2005-ci ildə həmyerlisi Berri Marşalla birgə Helicobacter pylori bakteriyasının mədə və onikibarmaq bağırsaq xora xəstəliyində rolunun aşkarlanmasına görə Nobel mükafatına layiq görülüb.
Roman Vorontsov
Roman İllarionoviç Vorontsov (rus. Рома́н Илларио́нович Воронцо́в; 17 (28) iyul 1707, Rusiya – 30 noyabr (11 dekabr) 1783, Vladimir) — general-anşef (1761), senator (1760), vladimir, penza və tambov quberniyalarının general-qubernatoru (1778–1783). Roman İllarionoviç Vorontsov 1707-ci ildə anadan olmuşdu.Məşhur Vorontsovlar soyundandır. Atası İllarion Qavriloviç Vorontsov general-poruçik rütbəsi daşıyırdı. Çar sarayında süfrəçi olmuşdu.Anası Anna Maslova da soylu bir nəsildən idi. Roman Vorontsov 7 yanvar 1762-ci ildə general-anşef rütbəsinə layiq görüldü. Roman Vorontsov 1779–1781-ci illərdə Tambov quberniyasının general-qubernatoru olmuşdu. Roman Vorontsov 1783-cü ildə vəfat edib.
Ruud Vormer
Ruud Vormer (d. 11 may 1988, Hollandiya) - Belçika Liqası təmsilçilərindən Brügge-də oynayan hollandiyalı futbolçu. Vormer 2012-ci ildə Feyenoorda transfer olundu. 01.09.2014 tarixində "Vormer" Belçika Pro Liqası təmsilçilərindən Brügge ilə müqavilə imzaladı."2015-ci il 9 dekabr" tarixində isə müqavilənin müddətini 2020-ci ilin yay ayına qədər uzatdı.
Sahle-Vork Zevde
Sahle-Vork Zewde (afar. Sahle-Work Zewde; amh. ሳህለወርቅ ዘውዴ; oro. Sahle-Work Zewde; somali. Sahle-Work Zewde; tiqr. Sahle-Work Zewde; 21 fevral 1950, Əddis-Əbəbə, Efiopiya imperiyası) — 2018-ci ildən etibarən Efiopiya Prezidenti, bu vəzifəni tutan ilk qadın siyasətçi və diplomat. Amerikan biznes jurnalı "Forbes" jurnalının illik nəşrində "Dünyanın 100 Ən Güclü Qadını" siyahısında Sahle-Vork dünyanın 96-cı ən güclü qadını və Afrika ən güclü qadını olaraq göstərildi. Əddis-Əbəbədə anadan olan Sahle-Vork Əddis-Əbəbədə Qebre-Mariam Liseyində ibtidai və orta təhsilini aldı, daha sonra Fransanın Monpelye Universitetində təbiət elmləri üzrə təhsil aldı. Amhar, fransız və ingilis dillərini mükəmməl bilir. Sahle-Vork Efiopiya tarixində səfir təyin edilən ikinci qadın oldu.
Pyrus voronovii
Voronov armudu (lat. Pyrus voronovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanın Meğri rayonunda Taştun, Liçk, Arevik kəndləri ərazisində arealı vardır. Hündürlüyü 9 m, şarşəkilli sıx çətirli ağacdır. Bitkinin tac hissəsi yumru olub, gövdəsi hamardır.Gövdələrdə qabığı bozumtul, çoxsaylı yarıqdır. Budaqları iynəli və qonur-boz qabıqlı, cavan zoğları parlaq, qonur-al qırmızı rənglidir. Tumurcuqları iri deyil, konusvaridir. Yarpaqları yumru-rombvari, orta hissədə daha enli, uzunluğu 7,5 sm-dək, eni 4,5 sm-dək, üstü parlaq, alt tərəfi tutqundur. Qalxanları az çiçəklidir. Meyvələri iri deyil, uzunluğu 2,5 sm-dək, yaşılımtıl, bəzən qırmızılıdır.
Qlen Vorren Bouersok
Qlen Vorren Bouersok (ing. Glen Warren Bowersock; 12 yanvar 1936, Providens[d]) — ABŞ antik tarixçisi, ellinist, son antik dövr, Qədim Yunanıstan, Roma və Yaxın Şərqin tarixi və mədəniyyəti, həmçinin müasir ədəbiyyatda klassik ənənə üzrə mütəxəssis. Fəlsəfə doktoru, Prinstonda əməkdar professor, keçmiş Harvard professoru, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (1989), Rusiya Elmlər Akademiyasının (1999) və Dei Linçei Akademiyasının xarici üzvü. Ceyms Brested mükafatına layiq görülmüşdür (1992). Xenophon, Constitution of the Athenians, edited and translated, Harvard University Press, 1968 Augustus and the Greek World (Oxford, 1965) ISBN 978-0-19-814250-8 Greek Sophists in the Roman Empire (Oxford, 1969) ISBN 978-0-19-814279-9 Julian the Apostate, Harvard University Press, 1978 ISBN 978-0-674-48882-3 Gibbon's Historical Imagination (Stanford, 1988). Hellenism in Late Antiquity [Jerome Lectures] (Michigan and Cambridge U.P., 1990) ISBN 978-0-472-06418-2 Fiction as History, from Nero to Julian [Sather Classical Lectures] (University of California Press, 1994). ISBN 978-0-520-08824-5 Available online from eScholarship editions at the University of California.
Uilyam Vordsvort
Uilyam Vordsvort (7 aprel 1770[…] – 23 aprel 1850[…]) — ingilis romantik şairi. Samuel Teylor Koldric ilə birlikdə "Lirik balladalar"ın (1798) birgə nəşri ilə ingilis ədəbiyyatında romantizm dövrünün başlamasında rol oynayan şəxs kimi qəbul edilir. Vordsvortun maqnum əsəri, ümumiyyətlə, erkən illərinə aid yarı avtobioqrafik bir şeir olan və bir neçə dəfə yenidən işləyib genişləndirdiyi Prelüd olaraq qəbul olunur. Ümumilikdə "Koleric üçün şeir" kimi tanınan Prelüd, ölümündən sonra həyat yoldaşı tərəfindən adlandırılmışı və nəşr olunmuşdur. Vordsvort ən çox təbiətin gözəlliyini və gücünü, insan təxəyyülünü tərənnüm edən poeziyası ilə tanınır. Ən məşhur əsərlərinə "Tintern Abbey", "The Prelude" və "Ode: Intimations of Immortality" daxildir. Poeziyasından əlavə, Vordsvort həm də tənqidçi, esseist və siyasi fəal idi. O, Samuel Taylor Koldricin yaxın dostu idi və məşhur "Lirik balladalar" şeirlər toplusunda əməkdaşlıq edirdi.
Vorkutlaq
Vorkutlaq, həmçinin Vorkuta məcburi əmək düşərgəsi, Vorkuto-Peçor islah-əmək düşərgəsi, Vorkutpeçlaq, Vorkutstroy — Əmək Düşərgələri, Əmək Qəsəbələri və Həbs Yerləri Baş İdarəsi sistemindəki ən böyük əmək düşərgələrindən (QULAQ) biri. 1938-ci ildə təşkil olunmuşdur. O, 1948-ci ildə Vorkuta və ətraf ərazilərdə yerləşən siyasi məhbuslar üçün xüsusi düşərgə kimi yaranmış Reçlaqdan fərqlidir. Düşərgənin idarəsi Vorkuta şəhərində yerləşirdi. Düşərgədə kömür mədənində və mədən tikintisində işləyən 73 minə qədər məhbus var idi. Düşərgə 1932–1934-cü illərdə Birləşmiş Dövlət Siyasi İdarəsi, 1934–1946-cı illərdə NKVD və 1946-cı ildən 1962-ci ildə bağlanana qədər Daxili İşlər Nazirliyi tərəfindən idarə edilmişdir. Vorkutlaqda 1953-cü ilin iyulunda Vorkuta üsyanı baş tutmuşdu. Морозов Н. А. Глава 1. Лагеря нефтяной и угольной промышленности 4. Воркутинский лагерь.